![Ermənilərin katalikosu Trampa yalvardı Ermənilərin katalikosu Trampa yalvardı](https://dia-az.life/uploads/posts/2025-02/thumbs/1738994651_0001.jpg)
Livandakı Böyük Kilikiya Kilsəsinin katalikos I Aram ABŞ prezidenti Donald Trampa məktub göndərərək onu hazırda Azərbaycan məhkəmələri gedən qondarma “Artsax rəhbərləri”nin azad edilməsində və ermənilərin Qarabağa qaytarılmasında səy göstəməyə çağırıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verur ki, I Aram Trampı “Artsax”la bağlı seçkiqabağı mövqeyini bir daha təsdiqləməyə çağırıb. Erməni katalikos həmçinin regionda sülhün təmin edilməsində ABŞ-ın güclü rəhbərliyinə ehtiyac olduğunu vurğulayaraq, Trampın bu məsələlərin həllində iştirakının onun qlobal sülhməramlı rolunu gücləndirəcəyini vurğulayıb.
I Aram Trampa yazdığı məktubda daha sonra onu tərfləyən ifadələrə yer verib, yalvarıcı tərzdə ermənilərin məzlumluğundan bəhs edib.
Qeyd edək ki, hazırda dünyada iki erməni kilsəsi fəaliyyət göstərir. Bu kilsələrə iki katolikos rəhbərlik edir. Biri Ermənistandakı Eçmiəzdin kilsəsində, digəri isə Livandakı Kilikiya kilsəsində əyləşir.
Eçmiəzdin Kilsəsinə katalikos II Qaregin rəhbərlik edir. Onun rəhbərlik etdiyi kilsəyə Rusiya, Ukrayna və digər keçmiş SSRİ respublikalarında, habelə bir sıra Avropa ölkələrində yerləşən yeparxiyalar tabedir.
Livandakı Böyük Kilikiya Kilsəsinə katalikos I Aram rəhbərlik edir. Kilikiya katalikosluğu Livan, Suriya və Kiprdəki erməni yeparxiyasını idarə edir.