Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Yenə başlanıb kütlənin BÜTQAYIRMA və LİNÇ ETMƏ xəstəliyi. Yenə qafiyə şaqqıldatmağı iş bilən kütlənin Poetik damarı tutub. Yaxşı ki, Əlisa Nicat çıxıb bir kəlmə söz dedi, aynan-ilnən dədəsini yada salmayanlar sıraya düzülüb başladılar bir ağsaqqalı linç edib, digərinin daşlaşdırılmış obrazına sığal çəkməyə. Yazıçı Anar çıxdı ləyaqətdən dəm vurdu. Sabir Rüstəmxanlı alovlu müsahibə verdi. Biri 5-ci sinif şagirdi səviyyəsində "Azərbaycan" şeirini yazdı paylaşdı, biri Səməd Vurğunla bağlı 70 ildir söylənən və ağızdan qulağa dolma xatirələri təkrarlamağa başladı. Ziyalının biri çıxdı yazıçının həmin müsahibəsindəki başqa bir fikrini mövzuya çevirib başladı kütlənin küyünə getməyə. Paradoks budur ki, Səmədsevərlərin 95%-inə deyəsən dur şairin 5 dənə vətənpərvərlik dolu şeir nümunəsini səsləndir, hıqqanıb duracaqlar. Bildikləri bir "Azərbaycan" şeiri olacaq, o da yarı-yarımçıq, məktəb vaxtı evindəkilər təpəsinə döyə-döyə öyrədiblər. Pafos, üfürmə və şişirtmə də xirtdəkdən. İş ki bilərəkdən gəlib bu həddə çatır, artıq sandığı açıb pambığı tökmək lazım gəlir ki, həyasızlıq edən bəzi cahillərin və fürsətcillərin ağzının payı verilə. Səməd Vurğun XX əsr Azərbaycan sovet poeziyasının seçilən bir nümayəndəsidir, dövrün tələbinə uyğun yazıb-yaradıb. Şeiriyyatı sadə dildədir, asan anlaşılandır, rəvan və axıcıdır. Bunu inkar edən də yoxdur zatən. Azərbaycan ədəbiyyat tarixində onun adı həmişə qalacaq. Ancaq kimin xoşuna gəlib-gəlməməyindən asılı olmayaraq, acı gerçəklik var - onun ərsəyə gətirdiyi ədəbiyyatın böyük hissəsi kommunist ideologiyasının diktəsi ilə yazıldığına görə çağdaş dövrümüzə uyğun deyil. İstər "Rəhbərə Salam" olsun, istər "26-lar", istər "Zamanın bayraqdarı", istər "Zəncinin arzuları", istərsə də "Komsomol poeması". Konkret - apar tulla! Bu sırada Səməd Vurğunun yalnız bir neçə vətəni tərənnüm edən şeirini layiqincə qiymətləndirmək lazımdır, o da zatən orta məktəblərdə az qala bir əsrdir ki tədris olunur. Səməd Vurğun yaradıcılığı müstəqil Azərbaycanda ən yaxşı halda yalnız bu şeirlər kontekstində qiymətləndirilə bilər, bundan artığı rusun köləliyini təbliğ etməkdir, ayrı adı da yoxdur. Qaldı bəhbəhlə hər addımda sitat gətirilən "Vaqif" əsərinə, bu əsər Azərbaycan oxucusunun şüuraltına "ayağı çarıqlı bir çoban ölkəsi" obrazı təlqin edib, Vaqif kimi yadlara buyruq qulu olmağın normal olduğu fikrini aşılayır. Vətən tarixi bu əsərdə kökündən təhrif edilib. Azərbaycan torpaqlarını birləşdirmək yolunda canından keçən Ağaməhəmməd şah Qacar işğalçı, işğalçı ruslar xeyirxah və mütərəqqi, vətəni onlara satmış Vaqif isə vətənpərvər kimi təqdim edilib. Daha bir gerçək - şairin ana nənəsi Aişə xanım elə həmin Vaqifin nəslindəndir. Konkret olaraq, əsərdə ağa qara, qaraya isə ağ deyilib. Bu gün tarixindən və ədəbiyyatından bixəbər kütlənin linç etməyə çalışdığı 89 yaşlı Əlisa Nicatın "Qızılbaşlar", "Şah İsmayıl", "Mirzə Şəfi Vazeh" əsərləri isə yetişən nəslə böyüklüyümüzü, böyük miqyaslı düşünməyi, böyük xalqın böyük dövlətinin olmalı olduğu düşüncəsini təlqin edir. Bu əsərləri oxuyan heç kim vətənini "ayağı çarıqlı kiçik bir ölkə" kimi görməz. İndi ağlı başında olan hər kəs bir daha düşünsün - yetişən nəslə hansı daha faydalıdır və hansını təbliğ edək? Çox ədəbiyyat zamanın makulaturasına çevrilib. Kolxoza, komsomola, partiyaya, keçici qırmızı bayrağa, Stalinə, qarğıdalıya, pambığa, kosmosa buraxılmış Layka itinə yazılmış qalaq-qalaq kitablar ölkənin makulatura sənayesinə "xeyir verməkdədir". Kimin yazmağından asılı olmayaraq. Bir az kobud da çıxsa, bunu müstəqil Azərbaycanda qəbul etmək istəməyən getsin başını psixiatra göstərsin. Bütləşdirmə mərəzindən qurtulmaq gərəkdir. Sovet vaxtı bütləşdirilənlərin bir çox qohum-əqrəbası o Bütün kölgəsində karyera qurmağa, imtiyaz əldə etməyə, işini aşırtmağa həmişə həvəsli olub, insafən bu işdə uğur qazananları da az deyil. Onların bu günkü hay-küyü də anlaşılandır. Nə olur-olsun, müstəqil Azərbaycan cəmiyyəti onların kölgəsinə sığındığı kəslərə obyektiv baxış bucağı qoymamalıdır, daim onların istəyinə görə mövqe bildirməli, mədh etməli, bütünün başına sığal çəkməlidir. Mən də çəkinmədən deyirəm - ay özünüz öləsiz! Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur. Və özünüzü yırtmaqla da deyil, yetişən nəsil nəyi tarixin zibilqabına atacaqsa və nəyi dəyər qismində saxlayacaqsa, zaman göstərəcək. Ama köləlik psixologiyası aşılayan hər şey gec-tez bu ölkədə silinib yox olacaq. Bu bayraq bu torpaqda 70 il sonra təkrar elə-belə dikəldilməyib. Bu millət də bir daha heç vaxt yadlara kölə olmayacaq.
Ceyhun Bayramlı - tarixçi "DİA-AZ"
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45 |
|
|
|
• Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41 |
|
|
|
• Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39 |
|
|
|
• Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20 |
|
|
|
• "Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18 |
|
|
|
• “Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14 |
|
|
|
• Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07 |
|
|
|
• Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04 |
|
|
|
• “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33 |
|
|
|
• `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32 |
|
|
|
• Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09 |
|
|
|
• Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04 |
|
|
|
• Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00 |
|
|
|
• Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42 |
|
|
|
• AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38 |
|
|
|
• Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27 |
|
|
|
• QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24 |
|
|
|
• Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23 |
|
|
|
• Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19 |
|
|
|
• AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11 |
|
|
|
• İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05 |
|
|
|
• Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01 |
|
|
|
• Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53 |
|
|
|
• SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48 |
|
|
|
• Moskva Bakı ilə GƏRGİNLİYİ KÖRÜKLƏYİR - Kreml dayanmasa...
Bu gün, 08:40 |
|
|
|
• İşçilərin aylıq əmək haqqı hansı müddətdə ödənilməlidir... - AKTUAL
Bu gün, 08:38 |
|
|
|
• Ötən il diplomu tanınmayanların sayı - Hansı hallarda ali təhsil sənədi etibarsız hesab edilir?
Bu gün, 08:32 |
|
|
|
• Böyük müharibəyə səbəb olacaq plan – 2 milyon insan təhlükədə
Bu gün, 07:43 |
|
|
|
• Baydenin məxfi məlumatlara girişi qadağan olundu
Bu gün, 07:04 |
|
|
|
• Pezeşkianın bu sözü erməniləri sevindirdi - Markedonov
Bu gün, 07:03 |
|
|
|
• Şoltsun dövründə Almaniyanın silah ixracı 65 % artıb - KİV
Bu gün, 07:01 |
|
|
|
• Ermənistan daha bir ərazidən imtina etdi – Yeni hədəf var
Bu gün, 06:59 |
|
|
|
• Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! - ÇAĞIRIŞ
Bu gün, 01:23 |
|
|
|
• USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi - ŞƏRH
Bu gün, 01:15 |
|
|
|
• “Apasport"dan gələn sizsiz?” – AFFA-DAN SKANDAL MÜNASİBƏT
Bu gün, 01:12 |
|
|
|
• ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək
Bu gün, 01:08 |
|
|
|
• "Zəngəzur dəhlizi həm də bir Türk birliyi deməkdir..." - deputat
Bu gün, 01:03 |
|
|
|
• Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib
Bu gün, 00:59 |
|
|
|
• Rusiyanın anti-Azərbaycan təbliğatında FİASKO - İNCƏLƏMƏ
Bu gün, 00:54 |
|
|
|
• Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” - 3 aya bu pullar hara xərclənib?
Bu gün, 00:51 |
|
|
|
• AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' - FOTOFAKT
Bu gün, 00:47 |
|
|
|
• İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ - Görün, kimləri irəli çəkdi...
Bu gün, 00:42 |
|
|
|
• “Niyə özümüzə hörmət etmirik?” - EKSPERT OD PÜSKÜRDÜ
Bu gün, 00:32 |
|
|
|
• Bu kəndlər Azərbaycana qaytarılır... - Görünəni odur ki...
Bu gün, 00:30 |
|
|
|
• BAKIDA avtobus zolağı tıxaca səbəb olur – Sürücülərdən ŞİKAYƏT
Bu gün, 00:27 |
|
|
|
• Şah İsmayıl Xətainin atasının türbəsi uçulur: “İcra Hakimiyyəti deyir ki, ora bizim ərazimiz deyil” - BU NƏDİ BELƏ?
Bu gün, 00:24 |
|
|
|
• "Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur"
Bu gün, 00:22 |
|
|
|
• Tramp USAID-in fəaliyyətini saxtakarlıq adlandırıb
Bu gün, 00:20 |
|
|
|
• "Azərbaycan olmadan bu layihələrin reallaşması mümkünsüzdür" - GƏLİŞMƏ
Bu gün, 00:18 |
|
|
|
|