Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? .....                     Zəngəzur dəhlizinin gələcəyi... .....                     "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" .....                     "Uşaqlara əxlaq dərsi keçirilməlidir" .....                     “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” .....                     “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... .....                     Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: .....                     Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb .....                     Putin 100 yaşlı erməni qadını mükafatlandırdı .....                     Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB .....                     İlyas İsmayılovun partiyası BURAXILIR?.. .....                     Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: .....                     Şəbnəm instaqramdan nə qədər qazanır? .....                     Məktəblərdə telefon qadağan olunur .....                     Papikyan Hindistana getdi .....                     İran sanksiyalardan necə yayınırdı? .....                     "Aqşin Fateh 5 min verib trendə düşür" .....                     Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir .....                     "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" .....                     Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi .....                     "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." .....                     Oğuzda narkotacirlər həbs olundu .....                     ABŞ Ermənistana yerini göstərdi .....                     3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? .....                     BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir .....                     “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...” .....                     Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... .....                     Xankəndidə polis şagirdlərlə görüşüb .....                     Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: .....                     "Rus dili ciddi imtahan qarşısındadır..." .....                     “Bakı Metropoliteni”ndə yeni təyinat .....                     Millət vəkilindən azərbaycanlıları təhqir edən .....                     Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı .....                     “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” .....                     Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb .....                     `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... .....                     Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... .....                     Ermənilərin katalikosu Trampa yalvardı .....                     Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... .....                     Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu .....                 

Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Tarix: Bu gün, 12:59 | Çap et
Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB
AZAL-a məxsus təyyarənin vurulması ilə bağlı ilkin hesabat dərc olunsa da, Rusiya öz günahını etiraf etməyə tələsmir. Təbii ki, ən düzgün yol rəsmən üzr istənilməsi, kompensasiya ödənilməsi və günahkarların cəzalandırılmasıdır. Əslində, belə bir addım heç bir dövlətin nüfuzuna xələl gətirməz. Təyyarə qəzası ilə bağlı ilkin hesabatın ən əsas məqamı ondan ibarətdir ki, aviareysi həyata keçirən “Embraer 190-100 IGW” uçuşa tam yararlı olub. Hava gəmisi Qroznı Hava Limanı üzərində uçuş əməliyyatları həyata keçirərkən GPS siqnalları itirib. Kapitan Bakıya qayıtmaq barəsində qərar verdikdən sonra Qroznı üzərində CVR-da 24 saniyə aralıqla iki dəfə kənar səs gəlib. Hesabata əsasən, hidravlik sistemlər funksionallığını itirib və sıradan çıxıblar. Hava gəmisinin füzelyajında çoxsaylı dəlib keçən, kor zədələrin olması faktı aşkar olunub və zədələr kənar obyektlərin təsiri nəticəsində yaranıb. Rusiya tərəfinin israr etdiyi təyyarənin "quşlarla toqquşması" versiyası da hesabatda təkzib edilib. Rusiya tərəfinin təkzib edilən digər versiyası isə guya qəzaya oksigen balonunun partlamasının səbəb olduğudur. Hesabatda qeyd olunan ən vacib məqamlardan biri isə həmin hava məkanında “Kovyor” əməliyyatının təyyarə vurulduqdan sonra elan edilməsidir. Rəsmi Bakı israrla Rusiyaya qarşı haqlı tələblər irəli sürdükcə, bu ölkənin media məkanında anti-Azərbaycan meyilləri gücləndi. Müxtəlif teleqram-kanallar, mətbuat orqanları eyni mərkəzdən aldıqları tapşırıqlar əsasında Azərbaycana qarşı yazılar dərc etməyə başladılar. Təqdim olunan materiallarda rəsmi Bakının, araşdırma komissiyasının ilkin hesabatını təkzib edən tutarlı arqumentlər yer alsaydı, bunu sivil polemika kimi də qəbul etmək olardı. Amma bu istiqamətdə dərc olunan yazılarda yalnız Bakının hansı cürətlə Rusiyaya qarşı tələb irəli sürdüyü əsas istiqamətdir. Sadə dillə desək, biz etdiyimizi etmişik, siz isə səsinizi çıxartmayın. Bundan başqa, təbliğatçılar təyyarənin məhz “Pansir”lə vurulması faktını şübhə altına almaq istəyirlər və Bakının niyə belə əmin olması ilə bağlı sual verirlər. Əslində isə məsələ “Pansir” və ya “qeyri-Pansir”də deyil. Məsələnin mahiyyəti mülki təyyarənin Rusiyanın Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən atəşə tutulmasıdır. Hələ hesabatdan əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov jurnalistlərə bildirmişdi ki, komissiyanın nəticələri rəsmi Bakının ilkin versiyasından fərqlənəcək. Nəticələr elan olunduqdan sonra Lavrovun simasını görmək maraqlı olardı. Komissiyanın hesabatına münasibət bildirməyi isə rəsmi Moskva özünə ar bilir. Hətta "Rosaviasiya" iddia edir ki, guya hesabatda hadisənin səbəbləri ilə bağlı nəticələr yoxdur. Azərbaycan bu məsələdə tam haqlıdır. Rusiya bu məsələni etiraf etsə də, etməsə də, indi ötən əsrin 90-cı illəri deyil ki, Azərbaycanı informasiya blokadasına salsınlar. Rəsmi Bakı sözünü deməyə beynəlxalq platforma tapmaq iqtidarındadır və bundan sonrakı addımları gözləmək lazımdır.

Millət vəkili Ceyhun Məmmədov "Sherg.az"a deyib ki, əslində, əvvəlcədən bizə məlum idi ki, təyyarəmizə kənar müdaxilə var. Deputatın sözlərinə görə, bununla bağlı əlimizdə kifayət qədər faktlar, sübutlar var idi:

"Amma beynəlxalq hüquq, prosedurlar tələb edirdi ki, yekun rəy açıqlansın və bütün məsələlər tam aydınlaşsın. Cəmiyyətdə də bu məsələ tez-tez müzakirə olunurdu. Ən doğru yanaşma o idi ki, bütün faktlar tam məlum olandan sonra zəruri addımlar atılacaq. İlkin hesabat da göstərdi ki, həqiqətən təyyarəmizə kənar müdaxilə olub. Artıq bütün faktlar ortadadır. Rusiya tərəfi üzərinə düşəni etməlidir. Zaman keçməsini ona görə tələb edirdilər ki, faktlar ortaya çıxsın, məsələ tam dəqiqləşsin. Biz də gözlədik. İndi hər şey bütün çılpaqlığı ilə ortadadır. Belə olan təqdirdə Rusiya tərəfinin üzərinə məsuliyyət düşür. Rusiyada bəzi dairələr, media orqanları təyyarəmizin "quş dəstəsi ilə toqquşduğunu", "təyyarədə oksigen balonunun partladığını" iddia etdilər. Təqdim olunan hesabat da göstərdi ki, irəli sürülən versiyalar tam əsassızdır və təyyarəyə kənar müdaxilənin olması faktı həqiqətdir. Azərbaycanın konkret tələbləri var. Tələblərimiz ondan ibarətdir ki, günahkarlar mütləq cəzalandırılmalı və kompensasiya ödənilməlidir. Rusiya bunların heç birini etməyib".

Parlament üzvü vurğulayıb ki, əgər Moskva üzərinə düşəni etməzsə, Azərbaycan beynəlxalq məhkəmələrə müraciət etmək hüququndan yararlana bilər:
"Xüsusi vurğulamalıyıq ki, bu məsələdə Prezident İlham Əliyevin çox prinsipial, qətiyyətli mövqeyi oldu. Ona görə də Rusiya mövcud reallıqları nəzərə alaraq obyektiv mövqe sərgiləməlidir. Rusiya ilk andan üzrxahlıq etsəydi, günahını, səhvini etiraf etsəydi, proses də bu səviyyəyə gəlməzdi. Əfsuslar ki, Rusiya müsbət gözləntiləri doğrultmadı. Halbuki, Rusiya ilə ikitərəfli sıx münasibətlərimiz, müttəfiqlik anlaşmamız bu cür davranışa rəvac vermirdi. Məsələyə eqoist yanaşma, rus rəsmilərinin ölkəmizə qarşı ittihamları, Bakını hədəf alması qəbuledilməzdir".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:20
Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Bu gün, 14:11
"Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Bu gün, 14:10
"Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 14:02
“Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Bu gün, 14:00
“Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Bu gün, 13:58
Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Bu gün, 13:08
Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:05
Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Bu gün, 13:04
Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Bu gün, 12:59
İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Bu gün, 12:56
Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Bu gün, 12:53
Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Bu gün, 12:49
Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Bu gün, 12:48
Papikyan Hindistana getdi
Bu gün, 12:47
İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Bu gün, 12:46
"Aqşin Fateh 5 min verib trendə düşür"
Bu gün, 12:41
Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30
"Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28
Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25
"Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24
Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04
ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59
3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49
“Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45
Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41
Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39
Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20
"Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18
“Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14
Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07
Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04
“Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33
`Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32
Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09
Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04
Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00
Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42
AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38
Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27
QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24
Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23
Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19
AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11
İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05
Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01
Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53
SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru