Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? .....                     Zəngəzur dəhlizinin gələcəyi... .....                     "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" .....                     "Uşaqlara əxlaq dərsi keçirilməlidir" .....                     “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” .....                     “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... .....                     Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: .....                     Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb .....                     Putin 100 yaşlı erməni qadını mükafatlandırdı .....                     Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB .....                     İlyas İsmayılovun partiyası BURAXILIR?.. .....                     Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: .....                     Şəbnəm instaqramdan nə qədər qazanır? .....                     Məktəblərdə telefon qadağan olunur .....                     Papikyan Hindistana getdi .....                     İran sanksiyalardan necə yayınırdı? .....                     "Aqşin Fateh 5 min verib trendə düşür" .....                     Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir .....                     "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" .....                     Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi .....                     "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." .....                     Oğuzda narkotacirlər həbs olundu .....                     ABŞ Ermənistana yerini göstərdi .....                     3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? .....                     BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir .....                     “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...” .....                     Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... .....                     Xankəndidə polis şagirdlərlə görüşüb .....                     Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: .....                     "Rus dili ciddi imtahan qarşısındadır..." .....                     “Bakı Metropoliteni”ndə yeni təyinat .....                     Millət vəkilindən azərbaycanlıları təhqir edən .....                     Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı .....                     “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” .....                     Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb .....                     `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... .....                     Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... .....                     Ermənilərin katalikosu Trampa yalvardı .....                     Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... .....                     Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu .....                 

Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Tarix: Bu gün, 14:11 | Çap et
Zəngəzur dəhlizinin gələcəyi...
İran Azərbaycan üçün Naxçıvana alternativ marşrut təklif edib. Bu marşrut İranın ərazi bütövlüyü və suverenliyinə hörmət çərçivəsində həyata keçiriləcək. Bu barədə İranın Ermənistandakı səfiri Mehdi Sübhani deyib. Səfirin sözlərinə görə, əvvəlki yükdaşıma yolu kifayət qədər uzun idi, lakin indi Azərbaycan yük maşınları yolun böyük hissəsini öz ərazisindən, qalan hissəsini isə İrandan - Ermənistan sərhədi boyunca keçə biləcək. Yeni marşrutun uzunluğu 50 km təşkil edəcək, Azərbaycan yük maşınları üçün gömrük prosedurları da İran qanunvericiliyinə uyğun olaraq həyata keçiriləcək. Səfir həmçinin xatırladıb ki, region ölkələri arasında yalnız İran Ermənistanın Zəngəzur dəhlizinə qarşı mövqeyini dəstəkləyir: “Bu məsələdə iki ölkə arasında fikir ayrılığı yoxdur. Belə bir dəhliz həm Ermənistan, həm də İran üçün zərərli olacaq. Nəqliyyat yollarının açılması məsələsinə gəldikdə isə Tehran yalnız ölkələrin ərazi bütövlüyü və suverenliyi qorunduğu təqdirdə buna qarşı deyil”. Səfir vurğulayıb ki, dəhliz məntiqini ehtiva edən istənilən yol İran tərəfindən rədd edilir.
Erməni politoloq Argişti Kiviryan deyib ki, Azərbaycan həmişə Naxçıvanla birləşmək istəyib və bu ideya ABŞ və Türkiyə tərəfindən dəstəklənib. Lakin bu məsələ ətrafında danışıqlar heç vaxt sənədə çevrilməyib. O xatırladıb ki, ilk dəfə belə bir sənəd 9 noyabr 2020-ci ildə ortaya çıxıb və Paşinyanın imzası onun altındadır: “Eyni zamanda ruslar paritet vəziyyət yaratdılar, çünki 9 noyabr bəyanatı Qarabağın “erməni qalmasına” imkan verirdi. Paşinyan bu bəyanatın 9-cu bəndini yerinə yetirməmək üçün Qarabağı qurban verdi və indi Mehri mövzusuna yenidən qayıtdılar”.

Bakı Politoloqlar Klubunun sədri, siyasi elmlər namizədi Zaur Məmmədov "Sherg.az"a deyib ki, Bakı Zəngəzur dəhlizi məsələsini heç kimlə, heç bir ölkə ilə müzakirə etməyəcək. Siyasi şərhçi vurğulayıb ki, bu məsələni Azərbaycan ancaq Ermənistan ilə müzakirə edir və nəqliyyat xəttinin gələcəyi Bakı və İrəvan arasındakı dialoqdan asılıdır:

"Zəngəzur xətti İran ərazisindən keçmədiyindən İranla müzakirənin heç bir hüquqi əsası yoxdur. Subhani həmçinin bildirib ki, "ABŞ və Aİ ilə Ermənistan arasında münasibətlərlə bağlı İranda narahatlıq yoxdur". Lap yaxşı. Amma Azərbaycanda var. Belə olan təqdirdə bu məsələdə Ermənistanın yanında yer almaq Azərbaycanın qarşısında olmaq deyilmi? İran və ABŞ, İran və Fransa Ermənistanla bağlı eyni mövqeyi bölüşdüklərinə görə özünü "islam respublikası" adlandıran siyasi elita Zəngəzura müsəlman azərbaycanlıların dinc yolla qayıdışına qarşı çıxır. Lakin Azərbaycan Respublikasının öz milli maraqları var və heç kim İrəvan-Bakı arasındakı dialoqa müdaxilə etməməlidir. Zəngəzur dəhlizi ilə bağlı Bakı və İrəvan arasında mümkün yaxınlaşma birilərini narahat edir. Məlumdur ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın da imzası olan üçtərəfli bəyanatın müvafiq bəndində Ermənistan Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrini təmin etməyi öhdəsinə götürüb. Mövzu ilə bağlı Rusiya-ABŞ, İran-Azərbaycan mövqelərində uzlaşmanın olmaması fonunda Bakı və İrəvan arasında dəhlizlə bağlı danışıqlar davam etməkdədir. Ötən həftə Nikol Paşinyanın yol ilə bağlı mövqeyini bu dəfə bir qədər fərqli şəkildə ifadə etməsi və Azərbaycan tərəfinin bu kommunikasiya xəttinin açılacağına dair əmin mövqeyi Tehranı yenidən hərəkətə keçirdi. Bu dəfə də aydın olan məqam odur ki, Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsinə Ermənistandan daha çox mane olan və narahat olan İrandır. Bu maneə və narahatlıq üçtərəfli bəyanatın imzalanmasından sonra İranda müxtəlif bəyanatlarda və tez-tez verilən açıqlamalarda özünü büruzə verir".

Z.Məmmədov vurğulayıb ki, İran tərəfi açıqlamaları ilə ilk növbədə Ermənistanın ərazi bütövlüyünə işarə edir:
"Ermənistanla sərhədinin bağlana biləcəyini bildirir və bu baxımdan Zəngəzur dəhlizini təhlükə hesab edir. Halbuki, üçtərəfli bəyanatda sərhədlərin dəyişdirilməsi və ya Ermənistan ərazisinə hər hansı iddia nəzərdə tutulmur. Qərbi Zəngəzur rayonu tarixən Azərbaycan ərazisi olsa da, Bakı bu əraziyə Azərbaycanın mərkəzi hissəsini Naxçıvanla birləşdirəcək, insanların və yüklərin daşınmasını asanlaşdıracaq tranzit zona kimi baxır. Burada söhbət yalnız nəqliyyat dəhlizinin açılmasından gedir. Heç kim İranın ərazisini məhdudlaşdırmır, İrana heç bir məhdudiyyət qoyulmur, onun ərazi bütövlüyü və təhlükəsizliyinə heç bir təhlükə yoxdur. O ki qaldı İran və Ermənistan sərhədinə, yuxarıda deyildiyi kimi, bu sərhədin dəyişdirilməsindən söhbət getmir. Əslində isə Tehranda narahatlığın səbəbi bölgənin tarixi ilə bağlıdır. İranda yaxşı bilirlər ki, Cənubi Azərbaycan və Şimali Azərbaycan arasında heç vaxt üçüncü dövlət olmayıb. Ermənilərin Ararat Respublikası dövründə belə Arazın şimalındakı bütün sərhədboyu ərazilərdə Azərbaycan Respublikası mövcud idi. Görünür, tarixin əsl ədalət səhifəsinə qayıdacağından narahatdırlar. Əgər məsələ bundadırsa, o zaman tələsməyə ehtiyac var".

Analitik əlavə edib ki, Ermənistan-ABŞ arasında “Strateji Tərəfdaşlıq haqqında sənəddə” və “Ermənistan-Aİ arasında Zəngəzurla bağlı dialoqa” əsasən bölgə faktiki olaraq Qərbin öhdəliyinə və kurasiyasına verilib:
"Əgər İranın Ermənistandakı səfirinin bəyanatlarına baxsaq, “onun regionun geosiyasi konfiqurasiyasının dəyişdirilməsinə qarşıyıq” bəyanatı hansı məntiqi güdür? Məgər, regiona Qərbi gətirən Ermənistan deyilmi? Əgər bu fonda, İran Azərbaycanın narahatlığını qulaqardına vuraraq nə qədər paradoksal səslənsə də, Parisin, makronların yanında yer alacaqsa, deməli, gələcəkdə rəsmi Bakının regionla bağlı görəcəyi “tədbirlər” fonunda açıqlama belə verməyə haqqı olmayan dövlətlər siyahısına aid ediləcək. Azərbaycan Zəngəzur dəhlizinin sülh yolu ilə açılmasını istəyir. Bu yolun açılmaması fonunda Ermənistanın hücum xarakterli silahları və müəyyən ölkələrin hərbçilərinin şərti sərhədlərimizə doldurulmasına imkan verməyəcək. Əgər Tehran bölgədə xəritələr məsələsində narahatdırsa, o zaman Ermənistanın bu addımları ilə bağlı konkret fəaliyyətə başlasın. Əgər etmirsə, şərti sərhədlərdə uzunmüddətli sabitliyi Azərbaycan təmin etməli olacaq. Yaxın keçmişdə Qarabağla bağlı Azərbaycanın beynəlxalq ictimaiyyətə etdiyi xəbərdarlıqları hər kəs çox yaxşı xatırlayır. Həmin dövrdə də, çoxları Azərbaycana “status -kvo hələ uzun müddət qalmalıdır” kimi çağırışlar edirdilər. Azərbaycan öz bildiyini etdi və nəticə göz qabağındadır. Zəngəzur mövzusunda da Azərbaycan bu xəttin açılacağına əmindir. Ya reallığı qəbul etməlidirlər, ya da seyrçi olmalıdırlar. Cənubi Qafqazın taleyini Qafqaz xalqları dialoq vasitəsilə həll edəcək".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:20
Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Bu gün, 14:11
"Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Bu gün, 14:10
"Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 14:02
“Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Bu gün, 14:00
“Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Bu gün, 13:58
Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Bu gün, 13:08
Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:05
Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Bu gün, 13:04
Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Bu gün, 12:59
İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Bu gün, 12:56
Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Bu gün, 12:53
Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Bu gün, 12:49
Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Bu gün, 12:48
Papikyan Hindistana getdi
Bu gün, 12:47
İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Bu gün, 12:46
"Aqşin Fateh 5 min verib trendə düşür"
Bu gün, 12:41
Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30
"Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28
Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25
"Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24
Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04
ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59
3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49
“Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45
Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41
Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39
Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20
"Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18
“Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14
Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07
Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04
“Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33
`Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32
Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09
Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04
Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00
Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42
AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38
Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27
QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24
Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23
Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19
AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11
İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05
Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01
Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53
SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru