Bələdiyyə sədri EL YOLUNU SATDI... .....                     “Klon”da rol aldı, müharibədə Azərbaycanı dəstəklədi .....                     Keçmiş məmur 8 il əvvəl boşadığı arvadını BALTALADI .....                     ADAU-da `EGE YEYİNTİSİ`... .....                     ABŞ və Rusiya arasında xüsusi əməliyyat gedir .....                     Paşinyan hökumətini “təmizləyir”: yeni istefalar, yeni adlar və SƏBƏBLƏR .....                     Dünyanın dərdini buraxıb... Azərbaycandan YAPIŞIBLAR! .....                     Ermənistanda Ali Məhkəmə Şurasının sədri istefa verib .....                     Məcnun müəllim bu sahəyə nəzər salmazsa... .....                     Naxçıvanda deputatların maaşı artıb .....                     Cümşüd Nuriyevə "Bir dənə ilişdirərəm, uçarsan ha" deyən Cahandar Bayoğludan açıqlama... .....                     Azərbaycanda pambıq bumu: İxrac niyə kəskin artıb? .....                     “Tərtər işi” ilə bağlı həbs edilən şəxslərdən xəbər var .....                     Naxçıvanda işsizlik TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB... .....                     Amerikalı iqtisadçı İrəvana məsləhət verib .....                     `R.İ.S.K` MTK KÖHNƏ ƏHVALDA: Evi bir neçə nəfərə satırlar... .....                     Paşinyan İrəvanda deyil: nazirləri SMS-lə işdən çıxarıb .....                     Müəllimlər məhkəməyə, həmkarların sədri polisə müraciət etdi .....                     Neft-Kimya Prosesləri İnstitutunda yarım milyon manatlıq təmir işləri aparılacaq .....                     Manana Çaparidzeyə ağır itki .....                     "Qiymətlər menyu ilə uyğun gəlmir..." .....                     Bayden onunla sonuncu görüşdə də nəticə əldə etmədi .....                     İşçilərin əməkhaqqı məsələsi... .....                     İctimaiyyətin hiddətlə qarşıladığı ABŞ konqresmeni Frank Peloni Azərbaycandan qaçıb .....                     Azərbaycandan qaçaq düşən FRANSA ƏLALTISI: Eldar Qəribov və yaxın çevrəsi... .....                     ABŞ “gedən qoca”nın əli ilə III Dünya savaşı başladır .....                     30 il uşaq bağçasında yaşayan Laçın sakini kömək istəyir .....                     Yediyimizə necə haram qatırlar... .....                     Mən onun kimi Putinə zəng etməyəcəyəm .....                     Onu Bakıya gəlməyə qoymayan səbəb .....                     Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi .....                     Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi .....                     Ermənistanda yüksək vəzifəli məmurlar istefa verdi .....                     Əgər İran dağılarsa... .....                     Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək .....                     Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək .....                     "Özü kimi sadə bir də özüdür..." .....                     Ermənistanın COP29-da deməyə sözü yoxdur .....                     Sülhə doğru addım Zəngəzurdan keçir .....                     Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək .....                 

İranın Azərbaycana qarşı yeni təxribat taktikası - Fars-molla rejimindən niyə ehtiyat etməliyik?
Tarix: 3-11-2014, 15:22 | Çap et
İranın Azərbaycana qarşı yeni təxribat taktikası
DİA.AZ: - Redaksiyamızın elektron poçtuna "Burhan Alizade" imzası ilə "İranın Azərbaycana qarşı yeni təxribat taktikası" başlıqlı maraqlı bir məqalə göndərilib. Həmin məqalənin DİA.AZ oxucuları üçün də cəlbedici olacağını zənn edərək, onu diqqətinizə təqdim edirik:
"İranın bəzi rəsmi dairələrinin din adı ilə Azərbaycanda öz siyasətlərini yeritmək, Azərbaycan dini mühitinə təsir etmək cəhdləri neçə illərdi ki, hamıya məlumdur. Bu məqsədlə İranda dini təhsil alan gənclərimiz arasında bəzilərini açıq, bəzilərinin isə beynini yumaqla üstüörtülü “əməkdaşlığa” cəlb etmələri barəsində də mətbuatda dəfələrlə yazılıb, ictimaiyyətdə müzakirə olunub.
İran Azərbaycanın müstəqilliyinin ilk illərindən bu istiqamətdə iş görmüşdü. Onlarla Azərbaycanlı yeniyetmə həm qanuni, həm də qeyri-qanuni yolla İrana keçirilmiş və dini tədris mərkəzlərində yerləşdirilərək pulsuz təhsillə təmin olunurdu. Bir qismi uzun illər, 10-15 il və hətta daha çox təhsil almış həmvətənlərimiz ruhani rütbəsi ilə vətənə qayıtdılar. İran bu yolla Azərbaycandakı nüfuzunu gücləndirmək, dindar kütlənin arasında öz rəğbətini artırmaq istəyirdi. İranda təhsil almış bu kadrların bir çoxu da həmin siyasətin aləti olmalı idilər. İran dövləti onların simasında Azərbaycanda öz maraqlarını həyata keçirən dini liderlər hazırlamaq istəyirdi.
Lakin bu plan müvəffəqiyyət qazana bilmədi. Bunun da bəzi səbəbləri vardır.
Birincisi, İranın Azərbaycana qarşı siyasi müstəvidə həyata keçirdiyi addımlar azərbaycanlıların əksəriyyəti tərəfindən müsbət qarşılanmır. Xüsusilə, İrandakı fars şovinizmi, azəri milli azlığının diskriminasiya olunması, İranın Ermənistana mehriban münasibəti, Türkiyə-Azərbaycan dostluğunu İranın qısqanclıqla qarşılaması ciddi tənqid edilir. Hətta Azərbaycanın şiə mühitində belə, İran hökumətinə münasibət birmənalı deyil. Bir çoxları İran dini liderlərinin Azərbaycanla bağlı bəzi fətvalarını başqa ölkənin daxili işlərinə kobud müdaxilə kimi dəyərləndirirlər. Dindarların böyük bir qismi İranda yaşayan din alimlərinə, müctəhidlərə hörmətlə yanaşır, amma İran dövlətinin siyasətini bəyənmir. Hər bir halda, İrana qarşı Azərbaycanda formalaşmış mənfi təsəvvürü İranda oxuyub qayıtmış ilahiyyatçılar da düzəltməyə qadir deyillər.
İkincisi, İran təhsilli ilahiyyatçılar nədənsə başqa ölkələrdə (xüsusilə Türkiyədə) oxumuş ilahiyyatçılara nisbətən daha qapalı, dar fəaliyyət istiqamətli olurlar. Üstəlik, nüfuz baxımından da onlara çox vaxt uduzurlar. Bunu müəyyən mənada həmin ölkələrin dövlət quruluşundakı fərqlə də əlaqələndirmək olar. İran sırf islami dövlət olduğu halda, Türkiyə dünyəvi və sekulyar inkişaf istiqamətini tutub. Ola bilər ki, həm təhsil proqramı, həm də təhsil müddətində əldə etdikləri dünyagörüşü İran təhsilli tələbələrin Türkiyə tələbələrinə nisbətən daha mühafizəkar və qapalı olmasına gətirib-çıxarır. Bunun nəticəsində, İranda təhsil almış tələbələr cəmiyyət tərəfindən daha az sevilir.
İranda təhsil almış tələbələrin fəaliyyətinin əsasən məscidlərlə məhdudlaşması da burada müəyyən rol oynaya bilər. Belə ki, Türkiyə təhsilli tələbələr universitetlər səviyyəsində müəllimliyə dəvət edilir, bu yolla gənclər arasında sevgi qazanırlar. Həmçinin, dövlət qurumlarının təşkil etdiyi tədbirlərə cəlb edilir və xalq içində tanınırlar. Bu münasibət İran təhsillilərə qarşı demək olar ki, müşahidə edilmir.
Beləliklə, İran hökumətinin azərbaycanlı tələbələr içindən dini lider yetişdirib ortaya çıxarmaq planı hələ ki iflasa uğrayır. Göründüyü kimi hətta İranda uzun illər oxuyub qayıdanların arasında da cəmiyyətin əksəriyyətlə qəbul etdiyi və dəyər verdiyi hər hansı konkret güclü fiqur yoxdur. İranda oxumuş tələbələrin dini təbliğat sahəsində ciddi uğur qazana bilməməyinin daha bir göstəricisi də gənclərin daha böyük axınla nurçuluğa və vəhhabiliyə meyllənməsidir.
Bunun əvəzində Azərbaycanın şiə dindarları arasında İran təhsili olmayan, hətta ali dini təhsili olmayan bəzi şəxslərin daha çox nüfuz qazandığının şahidi oluruq. Azərbaycan dini mühitində liderliyə bunlar İran təhsilli təbəqədən daha yaxın görünürlər. Bu cür şəxslərin bir qismi yerli ali dini təhsil ocaqlarında oxumuş, bir qismi qeyri-rəsmi şəkildə ölkədə dini təhsil almışlar, bəzilərinin isə ümumiyyətlə heç bir dini təhlili yoxdur. Məsələn, əslində tamamilə qeyri-dini və dünyəvi təhsilli Hacı Şahin Həsənli xalq içində böyük nüfuza malikdir. Yaxud yerli müəllimlərdən dərs alıb yetişmiş Hacı Cavad məscidinin axundu Hacı Əhliman Rüstəmov kimi ruhanilər də kifayət qədər tanınırlar. İctimai kanaldakı “Din və cəmiyyət” verilişinin aparıcısı, xaricdə heç bir dini təhsil almamış Natiq Rəhimovun yazdığı dini kitablar dindarlar tərəfindən razılıqla qarşılanır və hətta tədris edilir. Qasımbəy məscidinin imamı Samir Ağayev, Mingəçevir məscidi axundu Hacı Ələmdar, Buzovnadan olan ruhani Hacı Əlizaman Əliyev və başqaları da dini mühitdə kifayət qədər nüfuz sahibidirlər. Bu şəxslərin nüfuzu əksər İran təhsilli tələbələrin nüfuzunu xeyli üstələyir. Bunun əsas səbəblərindən biri də adı çəkilən şəxslərin Azərbaycan reallığını daha düzgün görüb dəyərləndirə bilmələri, daha üstün nitq qabiliyyətinə və yazı tərzinə sahib olmalarıdır.
Nüfuz sahibi olan ilahiyyatçıların bir qismi də İranda deyil, başqa ölkələrdə şiə məzhəbi üzrə dini təhsil almış şəxslərdir. Bunların arasında Suriya və Nəcəf (İraq) tələbələri xüsusi seçilir. Bunlar əsasən, İran hakimiyyətinin mövqeyini bölüşməyən, hətta ona müxalif olan dini dairələrin təsiri altındakı təhsil ocaqlarını bitirmişlər. Məsələn, Şeyx Cavid Məmmədov Bakı İslam Universitetini bitirdikdən sonra Suriyada təhsil almışdır. Burada bir maraqlı məqama da diqqət çəkmək istərdik. Azərbaycanda hicab aksiyalarını xüsusi şiddətlə dəstəkləyən ruhanilərin də bir qismini İran dövlətinin siyasətinə bölüşməyənlər təşkil edirdi.
Bütün bunların fonunda isə ümumən dini mühitdə İran təsiri hər formada azalır və başqa təsirlər, məs. Türkiyə təsiri artırdı.
Təbii ki, bu reallıq İranın qeyd etdiyimiz dairələrini əndişəyə salmaya bilməz. Ona görə də İran tərəfi son zamanlar Azərbaycan dini mühitinə təsir edə bilmək üçün yeni və fərqli taktikalar seçir.
1. İran dəyərləri və dövlətə yaxın rəsmi İran ruhaniyyəti Azərbaycanda lazımi nüfuz qazana bilmədiyi üçün dövlətlə müxalifətdə olan dini liderlərin təbliğatı Azərbaycan dini mühit müstəvisinə keçirilir. Belə ki, həmin ruhaniləri (müctəhidləri) guya fars şovinist İran hökumətinin düşməni kimi göstərməklə azərbaycanlılarda onlara qarşı rəğbət yaratmağa çalışırlar. Daha doğrusu, xalqımızın milli hissləri ilə oynamağa cəhd edirlər. Həqiqətdə isə həmin ruhanilərin heç biri Azərbaycan marağında deyil. Onların heç birinin İran dövləti ilə müxalifətçiliyi milli məsələyə əsaslanmır. Ortada heç bir şovinizmlə mübarizə motivi yoxdur. Bu ruhanilər tamamilə İran dövlətinin daxili problemlərinə aid olan siyasi məsələlərdə (vilayəti-fəqih məsələsi) müxaliflik edirlər. Ya da onların əks mövqeyinin kökündə sırf dini-məzhəbi səbəblər durur. Yəni dini məsələlərdə, hökm və fətvalarda fərqli münasibət bildirmələri, hakimiyyətin dini-siyasi addımlarına etiraz etmələri onları müxalifət cəbhəsinə çəkmişdir.
Daha açıq ifadə ilə desək, Azərbaycana münasibətdə istər İranın ali dini lideri Xameneyi olsun, istərsə də hakimiyyətə zidd olan Şirazi və ya Vəhid Xorasani olsun – heç bir fərqi yoxdur. Əslində bu ruhani liderlərin hamısı İran vətəndaşı və irançıdırlar. Onların arasındakı ziddiyyət də İrana aid olan bir problemdir. Çox təəssüf ki, İranın daxili işi olan bu problemlər Azərbaycana da daşınır və dindar kütlənin zehni bununla məşğul edilir. Son mənada Azərbaycan dindarı Xameneyini də dəstəkləsə, Şirazini və ya Xorasanini də dəstəkləsə, İranı dəstəkləmiş və İrana aid olan bir problemə qarışmış olur.
Şiə dindarlar arasında, xüsusilə internet məkanında baş verən mübahisə və münaqişələrin bir çoxunun mövzusu məhz İran ruhanilərinin bir-biri ilə olan münasibətidir. Təəssüflü hal budur ki, Azərbaycan dindarı xarici ölkə alimlərinin münaqişələrinə cəlb edilir və öz problemləri haqqında düşünməkdən, bunların həlli istiqamətində çalışmaqdan yayındırılır. Son nəticədə udan yenə İran tərəfidir. Azərbaycanlı dindar İran hakimiyyətinə zidd olan bir ruhanini (məsələn Şirazi ya Xorasani) özünə rəhbər seçməklə sanki İrana zidd mövqedə durduğunu düşünür, halbuki o yenə də İranın təsiri altındadır. Çünki bu alimlər hakimiyyətə qarşı olsalar da, İranın milli maraqları istiqamətində çıxış edirlər və bu marağı öz tərəfdarlarının şüuruna da ötürürlər.
2. Rəsmi İranın izlədiyi yeni taktikalardan biri də milli məfkurəyə sahib olan, dindar kütlə arasında nüfuz qazanan və xarici təsirlərə uymadan fəaliyyət göstərən yerli ilahiyyatçılara qarşı əks-təbliğat aparmaqdan, onları ləkələməkdən ibarətdir. Yuxarıda qeyd etdiyimiz kimi bu cür şəxslər İran təhsilli ilahiyyatçılardan xeyli artıq nüfuza malikdirlər. Onları ləkələməklə İran tərəfi, onun maraqlarını həyata keçirən qüvvələrə şərait və imkan yaratmaq istəyir. Bu taktikanı Azərbaycanda bəzi İran dini təhsil ocaqlarının məzunları həyata keçirirlər. Onlar tərəfindən bu istiqamətdə fəaliyyət həm internet məkanında, həm də onlara tabe olan mətbu qurumlar vasitəsilə həyata keçirilir.
İran dairələrinin məqsədi bu qrupun vasitəsilə Azərbaycanın müstəqil düşüncəli və milli məfkurəli fikir sahiblərini gözdən salmaq, bununla da İran təhsilli şəxslərin nüfuzunu yüksəltməkdir. Çünki milli ideyalara sadiq olan insanlar ölkədə İran nüfuzunun artmasına ciddi əngəldirlər.
Göründüyü kimi, İranın Azərbaycandakı bu ideoloji təxribat planlarının hər ikisinin icraçıları İran təhsilli tələbələrdir. Bu iki qrup bir-birindən ayrı olsa da, eyni məqsədə çatmaq üçün paralel istiqamətdə hərəkət edir.
İran tərəfi bu cür “incə” oyun taktikası həyata keçirməklə Azərbaycan xüsusi xidmət orqanlarının zənnini azdırdığını düşünür. Guya İran hakimiyyətinə müxalif olan qüvvələri təbliğ etməklə onlar özlərini Azərbaycan dövlətçiliyinin maraqlarına sadiq bir tərəf kimi təqdim etdiklərini zənn edirlər. Onların fikrincə, rəsmi Azərbaycan bu qrupların anti-İran fəaliyyətinə göz yumacaq, hətta bəlkə də bu fəaliyyəti dəstəkləyəcək. Halbuki, onların son məqsədi bölgədə İranın nüfuzunu artırmaq, Azərbaycanı İranın ciddi nüfuz dairəsi altına almaqdır."









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bələdiyyə sədri EL YOLUNU SATDI... - ÖZBAŞINALIQ!
Bu gün, 10:31
“Klon”da rol aldı, müharibədə Azərbaycanı dəstəklədi – Ronaldinyo haqqında bilmədikləriniz
Bu gün, 10:23
Keçmiş məmur 8 il əvvəl boşadığı arvadını BALTALADI - TƏFƏRRÜAT
Bu gün, 10:19
ADAU-da `EGE YEYİNTİSİ`... - İTTİHAM VAR...
Bu gün, 10:10
ABŞ və Rusiya arasında xüsusi əməliyyat gedir - Fitso
Bu gün, 10:04
Paşinyan hökumətini “təmizləyir”: yeni istefalar, yeni adlar və SƏBƏBLƏR - NƏ BAŞ VERİR?
Bu gün, 09:57
Dünyanın dərdini buraxıb... Azərbaycandan YAPIŞIBLAR! - AXI NİYƏ?..
Bu gün, 09:55
Ermənistanda Ali Məhkəmə Şurasının sədri istefa verib - KİV
Bu gün, 09:50
Məcnun müəllim bu sahəyə nəzər salmazsa... - fermerlər DAD DEYİR...
Bu gün, 09:49
Naxçıvanda deputatların maaşı artıb - SİYAHI
Bu gün, 09:43
Cümşüd Nuriyevə "Bir dənə ilişdirərəm, uçarsan ha" deyən Cahandar Bayoğludan açıqlama... - "Barışmışıq..."
Bu gün, 09:40
Azərbaycanda pambıq bumu: İxrac niyə kəskin artıb? - ARAŞDIRMA
Bu gün, 09:38
“Tərtər işi” ilə bağlı həbs edilən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 09:35
Naxçıvanda işsizlik TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB... - "Belə davam edərsə, Naxçıvan tam boşalacaq..."
Bu gün, 09:32
Amerikalı iqtisadçı İrəvana məsləhət verib
Bu gün, 09:21
`R.İ.S.K` MTK KÖHNƏ ƏHVALDA: Evi bir neçə nəfərə satırlar... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:18
Paşinyan İrəvanda deyil: nazirləri SMS-lə işdən çıxarıb - “Hraparak”
Bu gün, 09:14
Müəllimlər məhkəməyə, həmkarların sədri polisə müraciət etdi - Kollecdə qalmaqal
Bu gün, 09:00
Neft-Kimya Prosesləri İnstitutunda yarım milyon manatlıq təmir işləri aparılacaq
Bu gün, 08:58
Manana Çaparidzeyə ağır itki
Bu gün, 08:56
"Qiymətlər menyu ilə uyğun gəlmir..." - GİLEY
Bu gün, 08:54
Bayden onunla sonuncu görüşdə də nəticə əldə etmədi - İNCƏLƏMƏ
Bu gün, 08:43
İşçilərin əməkhaqqı məsələsi... - Ekspert danışır...
Bu gün, 08:41
İctimaiyyətin hiddətlə qarşıladığı ABŞ konqresmeni Frank Peloni Azərbaycandan qaçıb - SƏHƏRƏ YAXIN...
Bu gün, 08:37
Azərbaycandan qaçaq düşən FRANSA ƏLALTISI: Eldar Qəribov və yaxın çevrəsi... - İLGİNC FAKTLAR...
Bu gün, 08:35
ABŞ “gedən qoca”nın əli ilə III Dünya savaşı başladır - GƏLİŞMƏ
Bu gün, 07:36
30 il uşaq bağçasında yaşayan Laçın sakini kömək istəyir - GİLEY
Bu gün, 06:47
Yediyimizə necə haram qatırlar... - NƏ ETMƏLİ?
Bu gün, 06:36
Mən onun kimi Putinə zəng etməyəcəyəm - Böyük Britaniyanın Baş naziri
Bu gün, 06:25
Onu Bakıya gəlməyə qoymayan səbəb – Gözlənilməz qərarın pərdəarxası
Bu gün, 06:23
Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24
Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19
Ermənistanda yüksək vəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18
Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50
Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45
Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43
"Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42
Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00
Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57
Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53
"İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49
Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46
ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43
"Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18
Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15
Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40
Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22
36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12
Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10
“Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru