Mərdan Camalovla ARDNŞ rəhbərliyi arasında qalmaqal – Neft pulları uğrunda daha bir savaş ocağı...
Tarix: 28-11-2014, 17:07 |
Çap et
Şirvanın icra başçısı Mərdan Cəməlovla ARDNŞ-nin vitse-prezidentlərindən biri arasında qalmaqal yaşanır. GUNDEMİNFO.AZ-a məlumat verən mənbə idida edir ki, icra başçısı əvvəlcə ARDNŞ-nin təchizat idarələrinin biri ilə problemi olub. Camalov ARDNŞ-də maddi təchizat işlərində yaxından iştirak edən Həbib Hüseynovla aralarında yaranmış narazılığı ortadan qaldırıb.
Lakin icra başçısı uzun illər çalışdığı Quruda Neft və Qazçıxarma İstehsalat Birliyindəki nifuzunu əldən verməmək üçün cəhdlər edib və səmərəsiz qalıb. Məlumata əsasən «Şirvan oil» şirkəti ilə icra başçısının arasında yaranan soyuqluqdan sonra məsələ böyüyüb. Hətta Mərdan Camalovun ARDNŞ-nin bir sıra müəssisələrinə yersiz müdaxilə cəhdləri ən yüksək dairələrdə müzakirə edilib.
Qeyd edək ki, Mərdan Camalov 1995-1996-cı ildə “Azəriqaz” Dövlət Şirkətinin Sosial Təchizat Birliyinin rəis müavini, 1996-2005-ci illərdə isə Quruda Neft və Qazçıxarma İB-nin maddi-texniki təchizat şöbəsinin rəisi vəzifəsində işləyib.Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2005-ci il tarixli 756 saylı Sərəncamı ilə Əli Bayramlı (Şirvan) şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.
Mövzu ilə bağlı bir sıra dəqiqləşmələrimiz aparılır. Qarşı tərəfin də mövqeyini öyrənməyə çalışacağıq.