VAXT EHTİYACI
Tarix: 27-10-2011, 12:15 | Çap et
Şahin Ağabəylidən yazmaq üçün onun ölümünəmi ehtiyac var idi?
Bir neçə gün əvvəl Azər zəng etmişdi. Ordan-burdan danışdıqdan sonra dedi ki, bəs unutmamısan da, ayın 27-si Şahinin ilidir: «Xüsusi buiraxılış hazırlayırıq. Sən də bir yazı ver». Mən də dedim ki, yox, unutmamışam, yazını da yazaram. Amma yalan danışırdım. Unutmuşdum. Şahini yox, Şahinin yoxluğunun üstündən bir il keçməsini. Necə xatırlaya bilərdim ki?.. Ölümünə inanmadığın adamın, ölümünün bir ilini necə xatırlaya bilərsən ki?.. Ondan sonra Azərlə iki dəfə də telefonla danışdıq. İkinci dəfəsində mən zəng etmişdim. Yenə də yalan söylədim. Yazını yazmaya-yazmaya, dedim ki, bu gün yollayacam e-mailinə. Yollamadım. Sonuncu dəfə də Azər zəng elədi. Yenə də başqa səbəblə. Və yenə də yazını gözlədiyini bildirdi. Mən yenə də arxayın elədim ki, narahat olma. Yazı hazırdır. Amma yenə də yalan danışırdım. Yazı hazır deyildi. Yazını yaza bilməmişdim. Və yaza biləcəyimə də gümanım yox idi. Öz-özümdə fikirləşirdim ki, yəqin indi Azər mənim barəmdə başqa fikirdədir. Yəni deyir ki, Məhəmmədin əlində yazı yazmaq nədir ki, niyə yubadır… Yox, Azər də məni yaxşı tanıyır. Az müddətlik yoldaşlığımız olsa da, yaxşı bilir ki, mənim əlimdə yazı yazmaq asan bir məsələdir. Amma bu dəfə o məndən yazı istəmir axı…
*****
Yox, bu dəfə mən pas. Alınmır. Bir neçə dəfə cəhd etməyimə baxmayaraq, yenə də alındıra bilmədim. Öyünmək olmasın, həmkarlarım mənim yazı sürətimə və yazılarımın keyfiyyətinə bələddirlər. Amma bu dəfə hamını yanıltdığımın fərqinə vardım. Yaza bilmirəm. Alınmır. Mənlik iş deyilmiş. Qardaş itkisini qələmə almaq hər oğulun işi deyil. Yox, birinci dəfə yazdığım yazı deyildi ki… Göz yaşım idi. Artıq bu bir ildə hər addımda yadıma düşən Şahin üçün o qədər ağlamışam ki, daha gözümün yaşı da qalmayıb. Ki, onu bu dəfə də Azərə yazı kimi sırıyım.
*****
Qoy, bir arxivə baxım. Bəlkə internetdə eşələnim. Görüm, hansı dahi haqqında nələri yazıblar, mən də onları oğurlayım, adları dəyişim və öz yazım kimi Azərə verim. Onsuz da Şahin elə bir adam idi ki, başqalarının barəsində deyilmiş bütün xoş sözləri onun da ünvanına söyləmək olar. Axtarış verdim. «Qəhrəman», «dahi» sözlərini yazıb «google.az»da axtarmağa başladım. Bir nəticə olmadı. Yenə də yük üstümdə qaldı. Şahin boyda yük. Yazmalı idim. Göz yaşı axıtmalı idim.
*****
Nə zamansa ağlıma belə gəlməzdi ki, Şahin haqqında yazı yaza bilərəm. Açığı deyim ki, sağlığında belə bir istəyinin olduğunu dəfələrlə hiss etmişdim. Bəs necə, adam lider olmaq istəyirdi. İstəyirdi ki, bir mübarizənin önündə getsin. Sıradan birisi deyildi mənim qardaşım… Mən də ya paxıllığımdan, ya da xəsisliyimdən guya ki, bunun bu dostdan umulan istəyini duymurmuş kimi davranırdım. Bir dəfə, təxminən 5-6 il əvvəl, mənə dedi ki, barəmdə bir yazı yaz. Mən də zarafata salıb dedim ki, tələsmə, öləndə yazaram. O da mənə dedi ki, yox, ona qalsa, sənə mənim barəmdə yazı yazmaq qismət olmayacaq… İndi görürəm ki, Şahin mənə yalan danışıb. Artıq özüm də bilmədən onun barəsində ikinci yazını yazıram. Amma onu liderliyə, siyasətə daşıyacaq yazını yox, onun yoxluğunu ovunduracaq bir yazını yazıram. Lənətə gəlsin belə dünyanı…
*****
13 il dostluğumuz oldu. Əslində xarakterlərimizdə yetərincə fərqlər var idi. Amma yolumuzun birliyi bizi bir araya gətirmişdi. Və 13 il onunla yoldaşlığımız oldu. Səngərlərimizi ara-sıra dəyişsək də, ayırsaq da, hədəfimizi dəyişmədiyimizdən, hər dəfəsində yenidən bir yerdə «yola davam» dedik. Deyirdi ki, əksəriyyət «səninlə mənim bir yerdə olmağımızı istəmir». Deyirdi ki, «əgər biz bir yerdə yenidən bir işin qulpundan yapışsaq, çoxları bundan narahat olacaq». Sonra razılaşıb, «Milli Yol»u yenidən bərpa etmək qərarını verdik. Şüarımızı da seçmişdik. Seçmişdik deyəndə, oğurlamışdıq: «DURMAQ YOX, YOLA DAVAM». Nəinki yolumuza davam edə bilmədik, heç bizi hərəkət etməyə qoymadılar. Başımızdan elə basdılar ki, ikimiz də yerimizdə qaldıq. Qəzetlərdə ««Milli Yol» yenidən qayıdır» anonsu da yalan çıxdı. Anladım ki, düz deyirmiş. Bizi bir yerdə görmək istəmirlər. Bu, kimlərisə narahat edir. Ona görə də bu birlik niyyətinin bədəlini ağır ödəməli oldum.
*****
Yox, deyəsən, mən Şahin barəsində daha yazı yaza bilməyəcəm. Yox, inanın ki, bu dəfə də ona paxıllıq edirəm, həsəd aparıram. O, artıq yoxdur. Hətta yoxluğuna belə paxıllıq edirəm. Necə də rahatdır. Daha onun boynuna yük olmayıb ki, Məhəmmədin ölümünə yazsın. Mənim boynuma yük olub ki, onun ölümünə yazım. Burada da məni qabaqladı. Necə ki, məndən bir il tez dünyaya gəlmişdi, məndən hər işində öndə idi. Eləcə də ölüm məsələsində məni üstələməyi bacardı. Mən pas. Qardaş, daha geri dönə bilərsən.
*****
Azərə bilmirəm nə deyəcəm. Onu necə inandıracam ki, mən artıq Şahin haqqında yazı yaza bilmirəm. YAZMAQ İSTƏMİRƏM. Ağırdır mənə. Bunu bacarmıram. İnanmayacq ki… deyəcək, yəqin tənbəllik edirəm. «Məhəmmədin əlində yazı yazmaq nədr ki» deyib, qaramca deyinəcək də. Amma inan, bacarmıram. Mənim əlimdə yazı yazmaq çox çətin bir işdir, qardaş. Buna özüm də şahid oldum.
*****
Bir ilə bax, ey… Mən bu günləri başa düşə bilmədim də. Elə qaçırlar ki, elə bil harasa tələsirlər. Sanki insanların ölüm anınını tezləşdirməyə tələsirlər. İnsanlara yazılan ömrün daha tez bitməsinə tələsirlər. Şahinə də 34 illik ömür yazılıbmış. İllərə, aylara, günlərə bax, ey… Nə tez yetişdirdilər bu tarixi. İmkan da vermədilər ki, oğlunu böyütsün. Hələ arzularını demirəm. Ona görə də, gözümün düşməni saatdır. Dostlar da bilir ki, qolumda belə saat gəzdirmərəm. Sevmirəm də bu fələyin axarını…
*****
Şahini birinci dəfə «Azadlıq» qəzetinin redaksiyasının çayxanasında görmüşdüm. Onda bığları da var idi. Bir az da Ərdoğana oxşayırdı. Doğrudur, o vaxtlar Ərdoğanı tanımırdım. Bəlkə də Şahin Türkiyə mühitində uzun müddət yaşayan birisi kimi Ərdoğanı tanıyırdı. Amma mən tanımırdım. Ərdoğan geniş planda peyda olandan sonra bir dəfə Şahinə qayıdıb dedim ki, «sənin də Ərdoğan versiyan var idi ha, qaqa»… Dedi ki, yenə bığ saxlamaq fikrindədir. Amma imkanı olanda. İmkan deyəndə, pul-paranı nəzərdə tuturdu. Deyirdi, «köhnə kişilər bığa qulluq ediblər, bizimki bığ deyil, burnun altında tük topası». İmkanı olmadı. Gedəndə də möhtac getdi. Möhtac olmasaydı, qardaşımın o ölüm yolunda nə işi var idi ki?.. Elə bizim hər birimizi ehtiyac yıxdı və yıxacaq.
*****
Arabir köhnə günləri yada salrdıq. Ən xoşladığımız yer «Torqovı» küçəsi idi və orada gün ərzində az qala 5-6 saat yol ölçərdik. Nəsimiinin heykəlinin yanından start götürüb, «Kukla teatrı»nın qarşısındakı keçidə qədər gün ərzində bəlkə də 20-30 dövrə vurardıq. Hər dəfə qabaqda gedərdi. İkimiz də bilirdik ki, bolluca vaxtımız var. Əslində heç bir işimiz yoxdur. Eləcə vaxt öldürməyə gəlmişik. Amma vaxtı da tələsə-tələsə öldürürdü. Deyirdim ki, hara tələsirsən, asta get, mən də çatım. Hər dəfə də bir Türkiyə mahnısını zümzümə edərdi. Əhməd Qayanı ilk dəfə onun zümzümələrindən tanımışam. O Əhməd Qayadan oxuyanda acığıma gedərdi. Deyirdim ki, «o lənətə gəlmiş türk düşmənindən oxuma». Deyirdi, «Əhməd Qaya bir başqa aləmdir, məni onun fikirləri yox, fikirlərinə olan münasibəti maraqlandırır». Yenə də acığıma gəlirdi. Amma indi başa düşürəm ki, o, özünün inqilabçı ruhunun musiqili ifadəsini Əhməd Qayada tapırdı. Hətta fərqinə varmırdı ki, Əhməd Qayanın musiqilərinin körüklədiyi ocağın tüstüsü onun da canından artıq sevdiyi millətini kor qoya bilər. Amma yenə də o bir Əhməd Qaya vurğunu idi. Çünki o, öz aləmində başqa bir Əhməd Qaya yaratmışdı.
*****
Bilmirəm, onun adını kim qoyub. Amma onu bilirəm ki, «hər kəs adının yaratdığı mahiyyətə uyğun formalaşır» ifadəsi doğru ifadədir və Şahinə Şahin adını qoyan yanılmayıb. Tam Şahin idi. Həyatını da Şahin kimi yaşadı. Şahin həyatı yaşadı. Hər zaman zirvəyə can atdı. Kimin sözüdür bilmirəm. Amma tam olaraq Şahinə uyğun gəlir. Deyirlər ey, şahinlər zirvəyə enirlər, amma ilanlar zirvəyə sürünə-sürünə qalxırlar. Bax, Şahin zirvəfə enənlərdəndir. Yəni onun enişi belə onu zirvəyə qaldırdı. Sürünməklə heç arası olmadı. Sevmədi sürünməyi. Elə hakimiyyətdə olmaq istəyirdi. Arzusu idi ki, hakimiyyət adamı olsun. Onunla bir olanların hakimiyyəti olsun və o da rahat-rahat öz hakimiyyətinə söykənib adamlığını etsin. Arzusu idi. Eh, o qədər arzuları var idi ki…
*****
İndi də ölümündən bir il ötüb. Azər məndən yazı istəyir. Deyir ki, Şahinin ölümünün ildönümüdür. Düz bir il keçib. Mən də yazı yazmalıyam. Nətər deyim ki, Azər mənim yazım olmayacaq. Elə köhnə yazımı verərsən. Yəqin ki, Şahin də məndən inciməz. Əşi, inciyir incisin. Özü bizi az incitdi?.. Heç olmasa, əvəz-əvəz olarıq. Yox, alınmayacaq. Əvəz-əvəz ola bilməyəcəyik. Şahini kim əvəz edə bilər ki? Şahin itkisini nə ilə əvəz etmək olar ki? Bu dəfə də məni məğlub elədin. Dəhşət adam imişsən. Deyirlər ey, bizdə bir nəfəri dəyərləndirmək üçün onun ölümünü gözləyirlər. Düz deyirmişlər. Eləcə də var imiş. Biz də sıradan birisi olduğumuzu sübuta yetirdik. Sübut elədik ki, Şahinə dəyər biçməyimiz üçün onun ölümünü gözləyirmişik. Əli qırılsın. Əlimdə nə idi ki?.. sağlığında barəsində bir-iki xoş kəlmə, əslində həm də reallığı yazsaydım, əlim quruyardı… İndi məndə ortaya çıxıb kişilənərdim ki, bax, qrdaşım haqqında hələ sağ olanda bunları yazmışdım. Eləməmişəm. Nə biləydim ki… Elə bilmişəm ki, vaxtım çoxdur. Şahindir də… durub orda. O sağ, mən də salamat. Vaxtımın çoxluğunu düşünmüşəm. Və yanıldığımı indi-indi anlayıram. Sən demə, mənim vaxtım çox olsa da, Şahinin vaxtı az imiş. Ona bir azca da vaxt versəydilər, nə olardı ki…
Məhəmməd ƏRSOY -DİA.AZ
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistan real addımlar atmalı və Zəngəzur dəhlizini açmalıdır - ÇAĞIRIŞ
Bu gün, 02:00 |
|
|
|
• Azərbaycanlı nazirin oğlu ilə sevgili olan müğənni "Tramp"dan görün nə istədi
Bu gün, 01:54 |
|
|
|
• "Wolt"un velosipedçisi "Dihaj"ın anasını vurub - TƏFƏRRÜAT
Bu gün, 01:29 |
|
|
|
• TAKSİ DƏLƏDUZLUĞU... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 01:26 |
|
|
|
• Erməni aktrisanın qardaşı dəlixanada öldürüldü
Bu gün, 01:24 |
|
|
|
• "Kişilər sanki sosial şəbəkədə ov axtarışına çıxıblar" - PSİXOLOQDAN SENSASİON AÇIQLAMA
Bu gün, 01:22 |
|
|
|
• Ali nümayəndədən ibtidai fikirlər - FAKT BUDUR!
Bu gün, 00:26 |
|
|
|
• Mərkəzi Xəstəxananın direktor müavini işdən çıxarıldı - ƏMR
Bu gün, 00:23 |
|
|
|
• "Naxçıvanda əməlli-başlı dərəbəylikdir, kim nə istəyir edir..." - NARAZILIQ VAR
Bu gün, 00:17 |
|
|
|
• “Bəli, küsmüşəm, incimişəm, rollar oynamaq istəyirəm, amma ortada heç nə yoxdur” - GİLEY
Bu gün, 00:09 |
|
|
|
• Biznesmenlər bürokratiyaya qarşı: “Tramp Maska vəzifə verməklə...” - GƏLİŞMƏ
Bu gün, 00:06 |
|
|
|
• Eyni şirkət dövlət qurumunun 4 tenderini uddu - 5 MİLYON MANAT QAZANDI
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan sülh müqaviləsinin bir hissəsini açdı - NƏ BAŞ VERİR?
Dünən, 23:14 |
|
|
|
• Paşinyan xarici auditoriyaya hansı siqnallar ötürür? - Ovannisyan sirləri açdı
Dünən, 23:11 |
|
|
|
• Gənc şair faciəvi şəkildə öldü
Dünən, 23:07 |
|
|
|
• Parisin SAXTA MAHİYYƏTİ... - ŞƏRH
Dünən, 21:36 |
|
|
|
• Azərbaycanda artan varlı görünmək xəstəliyi: Psixoloji problem imiş - AXI NİYƏ?..
Dünən, 21:33 |
|
|
|
• ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə 36 trilyon dolları keçdi
Dünən, 19:52 |
|
|
|
• Məktəbdə qızı döyən azərbaycanlı şagirdə cinayət işi açıldı - FOTO
Dünən, 19:45 |
|
|
|
• Paşinyanın sözləri havaya atılan güllələr kimidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00 |
|
|
|
• Qanunların himayəsində - “Avropa yaşlanır, amma qocalmır”
Dünən, 18:58 |
|
|
|
• "Zelenskinin alternativi yoxdur" - Zərdüşt Əlizadə
Dünən, 18:37 |
|
|
|
• Tehran Vaşinqtona məxfi mesaj göndərib - KİV
Dünən, 18:32 |
|
|
|
• Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir - MƏQALƏ
Dünən, 18:30 |
|
|
|
• MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə istintaqı yekunlaşıb - DETALLAR
Dünən, 18:21 |
|
|
|
• “Araz” Supermarketlər Şəbəkəsindən kənd təsərrüfatının inkişafına dəstək - Asiya İnkişaf Bankı ilə 10,5 milyon dollarlıq saziş imzalandı
Dünən, 18:14 |
|
|
|
• “Elmanado” şirkətinin dövlətə 703 min manat vergi borcu var - DETALLAR
Dünən, 18:11 |
|
|
|
• Zakir Fərəcov səyyar qəbul keçirdi - FOTOLAR
Dünən, 18:07 |
|
|
|
• Aşıq Namiq atasının ölümündə həkimi ittiham etdi - Şok AÇIQLAMA
Dünən, 18:05 |
|
|
|
• Anasının il mərasiminə getmişdi, özünü güllələdi
Dünən, 17:59 |
|
|
|
• Həbs edilən məmurun ailəsində insident: Atası anasını bıçaqlayıb - TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• Ermənistan COP29-a GƏLƏCƏK? – “Azərbaycanın tələbi hələ də qüvvədədir”
Dünən, 17:55 |
|
|
|
• Vəzifəli şəxslərə rüşvət verməklə cinayət məsuliyyətindən azad etdirəcəyini vəd verib – HÖKM
Dünən, 17:51 |
|
|
|
• Hamı bura üz tutur: Naxçıvandan axırıncı çıxan QAPINI ÖRTSÜN... - ACINACAQLI MƏNZƏRƏ...
Dünən, 17:48 |
|
|
|
• "3 il ərzində boşanma qərarını verən evli cütlüklərə yüksək cərimə tətbiq olunsa... evliliyə və boşanmağa daha ciddi yanaşma olacaq"
Dünən, 17:44 |
|
|
|
• Tiflisin vasitəçilik təklifi nəyə xidmət edir?
Dünən, 17:40 |
|
|
|
• Paşinyan niyə Azərbaycanla strateji sövdələşməyə ehtiyac duyur? - İNCƏLƏMƏ
Dünən, 17:35 |
|
|
|
• Gürcüstandan vasitəçilik təklifi: Azərbaycan razı, bəs İrəvan? - AKTUAL
Dünən, 17:31 |
|
|
|
• Sabiq erməni prezident məhkəmədən qaça BİLMƏDİ - erməni KİV
Dünən, 17:24 |
|
|
|
• Fransa COP29-a qatılmamaqla qlobal iqlim problemlərində maraqlı olmadığını göstərdi - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:22 |
|
|
|
• Azərbaycan üçün sevindirici proqnoz – “Güc onlardadır, gəlirlər, qərar dəyişəcək”
Dünən, 17:19 |
|
|
|
• Murad Adıgözəlzadənin köməkçisi barəsindəki cinayət işinə xitam verilib - TƏFƏRRÜAT
Dünən, 17:17 |
|
|
|
• Ermənistanda tarixi dəyişiklik: Paşinyan anonsunu verdi - KİV
Dünən, 17:11 |
|
|
|
• Başçı təzə olsa da... - NARAHATÇILIQ VAR...
Dünən, 17:07 |
|
|
|
• İngiltərə şirkəti Azərbaycanda ləğv edilir
Dünən, 17:03 |
|
|
|
• Müştərilər ən çox bu banklardan şikayət edirlər - SİYAHI
Dünən, 17:00 |
|
|
|
• “Azərbaycan Duz İstehsalat Birliyi” MMC-yə çevrilir
Dünən, 16:56 |
|
|
|
• Əlində Quran gəldi, bağışladım - Aşıq Namiq
Dünən, 16:53 |
|
|
|
• Tramp elektromobil bazarına “zərbə” vurmağa hazırlaşır – “Tesla” bundan faydalana bilər
Dünən, 16:52 |
|
|
|
• Valeh Allahverdiyev Bakı həbsxanasında ÖLDÜ
Dünən, 16:51 |
|
|
|
|