ZİYA MƏMMƏDOVUN YERLƏRDƏKİ QULDURLARI
Tarix: 29-08-2012, 13:41 | Çap et
“QUBA-NƏQLİYYAT” ASC-Nİ KİMLƏR TALAYIR?
«Quba-Nəqliyyat» ASC-nin üzvləri «Qaynar xətt»ə Cəmiyyətin sədrindən şikayət ediblər. Onlar deyirlər ki, səhmdar hüquqları Arif Əliyev tərəfindən pozulur.
«MAŞINLARI SATDI, İNDİ DƏ BİNANI SATMAQLA MƏŞĞULDUR»
Səhmdar Sadıq Mehdiyev: «3 il idi ki, icarəçi kimi çayxana-kafe işlədirdim. Obyekti də öz vəsaitimlə təmir etdirmişdim. Bu ilin əvvəlində icarə haqqı ödəyəndə məndən almadı. Apardım banka ödədim. İkinci ay banka tapşırdı bank da məndən icarə haqqını götürmədi. Obyektin işığını, qazını kəsdi, iş yerimi öz müavininin adına sənədləşdirdi, mənim avadanlığımı da tökdü çölə. Cəmiyyətin 124 üzvü var, hamısı bizim günümüzdədir. Sürücüləri işdən çıxartdı, avtobusların mühərriklərini çıxardıb satdı, özlərini də tulladı «metalloma». İndi də binanı hissə-hissə satmaqla məşğuldur. Halbuki bu məsələlərdə səhmdar kimi bizim də razılığımız olmalıdır.
Sadıq Mehdiyev deyir ki, Arif Əliyev 5 ildə keçirdiyi iclaslarda bircə dəfə də onların səhmdar kimi iştiraklarını təmin etməyib:
«Özü bir-iki səhmdarla iclas keçirir, istədikləri sənədi, protokolu bizim adımızdan imzalayırlar, işlərini görürlər. Müəssisəyə yaxın düşə bilmirik, orda bir mühasib qadın var, gedən kimi bizi söyür, şərləyir, neçə dəfə polisə düşmüşük».
«100-DƏN ARTIQ SƏHMDARI AC QOYUB»
Cəmiyyətin başqa səhmdarı Xankişi Hacıverdiyev deyir ki, işdən çıxarılması bir tərəfə, sədr onun borc-xərclə aldığı maşınını da əlindən alıb:
«Tək mən deyiləm ki, 100-dən artıq səhmdarı işsiz, ailəsini isə ac qoyub. Hamını işdən çıxarıb, iş yerlərini başqalarına satıb. Şəxsən mən evimi girov qoyub pul götürüb avtobus almışdım, əlimdən aldı, satdı başqasına, özümü də işdən çıxartdı. Ora-bura şikayət elədim, pulun az hissəsini ala bildim. Banka borcumu qaytarmaq lazım idi deyə, verdiyi 1150 manatla razılaşmalı oldum. Ancaq maşını qaytarmadı, indi başqası sürür».
Cəmiyyətin keçmiş sədri Tahir Məmmədov isə deyir ki, 2006-cı ildə xəstəliyi ilə əlaqədar səhmdarların ümumi yığıncağında onun və səhmdarların çıxardığı qərarla vəzifəsinin icrası Arif Əliyevə keçib. Bundan sonra Arif Əliyev Əmlak Komitəsində cəmiyyətə məxsus olan 30 faiz səhmi də alıb. Üstəlik, Tahir Məmmədovun 19, həyat yoldaşının isə 16 faiz səhmini alıb. 19 faiz səhmini geri ala bilsə də, 16 faizi geri ala bilməyib:
«Biz yığışıb onu özümüzə sədr seçdik, o isə etimadımıza belə yanaşdı. 6 ildir nə bir iclas çağırır, nə bir səhmdarla hesablaşır. Öz 3-5 səhmdar dostu ilə keçirdiyi iclaslardakı bütün protokollarda imzalarım saxtadır, eləcə də başqa səhmdarların da imzaları saxtadır. Bu saxta imzalarla cəmiyyətin bütün əmlakını satıb, talayıb. Hər yerə şikayət göndərmişik, yalvarıb-yaxarırıq ki, bu adama bir dayan, dur deyən olsun, bizi eşidən yoxdur».
CƏMİYYƏTİN SƏDRİ SƏHMDARLARLA RAZILAŞMIR
«Quba-Nəqliyyat» Açıq Səhmdar Cəmiyyətin sədri Arif Əliyev isə səhmdarların dediklərini təkzib edir:
«Tahir Məmmədov 5 il əvvəl öz ərizəsi ilə sədrlikdən istefa verib. Xankişi Hacıverdiyevin 71 yaşı var, sürücü idi, maşın idarə etmək qabiliyyətini itirdiyinə görə işdən çıxarılıb. Sadıq Mehdiyev mənim sürücüm idi. Cəmiyyətin fəaliyyəti Nəqliyyat Nazirliyi tərəfindən dayandırıldığı üçün 1 ildən artıqdır ki, nəqliyyat fəaliyyəti göstərmirik. Ona görə də bütün işçilər ixtisara salınaraq Ziya Məmmədovun oğlu Anar Məmmədovun «Uğurlu yol» şirkətinin sərəncamına göndərmişik. Biz ümumiyyətlə, hazırda heç bir xidmət göstərmirik. Avtomaşınlara gəlincə, Bakı-Quba nəqliyyatını təzələyiblər. Köhnə maşınları xətdən çıxarıb xəttə yeni avtomaşınlar buraxıblar».
Arif Əliyev deyir ki, səhmdarlar Əmək Müfəttişliyinə, Baş Prokurorluğun Korrupsiya ilə Mübarizə İdarəsinə də müraciət ediblər, fəaliyyəti 15 aya yaxın araşdırılıb. Məhkəmə Səhmdar Cəmiyyəti 1500 manat cərimələyib, başqa iddialar isə təsdiqini tapmayıb. Onun sözlərinə görə, 5 ildə çoxsaylı iclaslar keçirib və səhmdarların iclaslardakı iştiraklarını təsdiqləyən video görüntülər var.
Səhmdarlar isə cəmiyyətin sədri ilə bağlı şikayətlərini davam etdirirlər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Dünən, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Dünən, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Dünən, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Dünən, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Dünən, 08:46 |
|
|
|
|