Naxçıvanda deputatların maaşı artıb .....                     Cümşüd Nuriyevə "Bir dənə ilişdirərəm, uçarsan ha" deyən Cahandar Bayoğludan açıqlama... .....                     Azərbaycanda pambıq bumu: İxrac niyə kəskin artıb? .....                     “Tərtər işi” ilə bağlı həbs edilən şəxslərdən xəbər var .....                     Naxçıvanda işsizlik TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB... .....                     Amerikalı iqtisadçı İrəvana məsləhət verib .....                     `R.İ.S.K` MTK KÖHNƏ ƏHVALDA: Evi bir neçə nəfərə satırlar... .....                     Paşinyan İrəvanda deyil: nazirləri SMS-lə işdən çıxarıb .....                     Müəllimlər məhkəməyə, həmkarların sədri polisə müraciət etdi .....                     Neft-Kimya Prosesləri İnstitutunda yarım milyon manatlıq təmir işləri aparılacaq .....                     Manana Çaparidzeyə ağır itki .....                     "Qiymətlər menyu ilə uyğun gəlmir..." .....                     Bayden onunla sonuncu görüşdə də nəticə əldə etmədi .....                     İşçilərin əməkhaqqı məsələsi... .....                     İctimaiyyətin hiddətlə qarşıladığı ABŞ konqresmeni Frank Peloni Azərbaycandan qaçıb .....                     Azərbaycandan qaçaq düşən FRANSA ƏLALTISI: Eldar Qəribov və yaxın çevrəsi... .....                     ABŞ “gedən qoca”nın əli ilə III Dünya savaşı başladır .....                     30 il uşaq bağçasında yaşayan Laçın sakini kömək istəyir .....                     Yediyimizə necə haram qatırlar... .....                     Mən onun kimi Putinə zəng etməyəcəyəm .....                     Onu Bakıya gəlməyə qoymayan səbəb .....                     Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi .....                     Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi .....                     Ermənistanda yüksək vəzifəli məmurlar istefa verdi .....                     Əgər İran dağılarsa... .....                     Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək .....                     Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək .....                     "Özü kimi sadə bir də özüdür..." .....                     Ermənistanın COP29-da deməyə sözü yoxdur .....                     Sülhə doğru addım Zəngəzurdan keçir .....                     Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək .....                     "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" .....                     Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq .....                     ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır .....                     "Kainat gözəli" seçildi .....                     Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox .....                     Abxaziya gərginliyində erməni izi .....                     Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? .....                     36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır .....                     Bu da Ranın son ünvanı... .....                 

Elnur Allahverdiyevin mandatı ləğv olunacaqmı? - FAKT ortadadır, amma...
Tarix: 2-02-2021, 09:23 | Çap et
Elnur Allahverdiyevin mandatı ləğv olunacaqmı?
Vətən müharibəsinin Bakının Yasamal rayonundan olan şəhidlərinin Qaradağdakı bir bataqlıqda dəfn olunması cəmiyyətdə qəzəb doğurub. Şəhidlərin çöllük-biyabanlıqda, qəbirlərin su damdığı yerdə torpağa tapşırılması həm ailələri tərəfindən etirazla qarşılanıb, həm xalq tərəfindən hörmətsizlik kimi qiymətləndirilib. Reportyor.info xəbər verir ki, ailələri onların nəşinin şəhərin II Fəxri Xiyabana köçürülməsini tələb etsə də, yekunda həmin qəbiristanlığın memorual kompleksə çevrilməsi qərarına gəlinib. Ağcabədinin deputatı Aqil Abbas belə şəhidlərə qarşı hörmətsizliyə səsini qaldırıb, amma Yasamalın deputatları şəhidlər haqda susdu.Rayonun hazırda 4 deputatı millət vəkili mandatı üzərində daşıyır. Amma onların bu hadisəyə görə tükü də tərpənmədi. Görəsən şəhidlərə qarşı bu laqeydlik haradandır? Bəlkə mandatı onlara verənlərdən qorxurlar? Əgər deputat şəhidə olan haqsızlığa belə göz yumursa, onun parlamentdəki fəaliyyəti nədən ibarətdir? Cumhuriyyet.az olaraq bildirək ki, Yasamalın deputatları – Erkin Qədirli, Elnur Allahverdiyev, Ülvi Quliyev və Səbinə Xasayevadır. Elnur Allahverdiyevin başı “Kontakte home” mağazalar şəbəkəsi ilə “qaz vurub, qazan doldurur”, Erkin Qədirli Avropa Şurasında moizə ilə çıxış edir, onun partiyasından Natiq Cəfərlini “udan” Səbinə Xasayevanı isə deputat kimi Yasamalda tanıyan belə yoxdur. Bələdiyyə üzvü olan xanımı “sehirli əllər” deputat təyin etdi və indiyə qədər səsini eşidən olmayıb. Üstəlik, 12 saylı Qaradağ-Binəqədi-Yasamal dairəsindən deputatdır. O, Qaradağda dəfn edilən Yasamal şəhidləri üçün daha çox fəal olmalıydı. E.Allahverdiyev dediyimiz kimi, biznesmen olaraq daha yaxşı tanınırlar.
Bildirək ki, Elnur Allahverdiyev haqqında Azərbaycan mediasında ilginc iddialar səslənib. Bu iddiaları cumhuriyyet.az olaraq “Kontakt Home və deputat Elnur Allahverdiyev haqda şok gizlinlər: fırıldaq, erməni izi, antiəliyevçilik…” başlıqlı yazmızda təqdim etmişdik. Amma yeni ortaya çıxan bir fakt E.Allahverdiyevi mandatdan məhrum edə bilər. Milli Məclisin deputatı, “Kontakt Home”nin sahibi Elnur Allahverdiyevin vaxtlə Sloveniyanın fəxri konsulu olduğu heç kimə sirr deyil. Hələ ötən il parlament seçkiləri ərəfəsində bu məsələ xarici ölkə qarşısında öhdəlik yaradan fakt kimi gündəmə gəlmişdi və MSK 27 yanvar 2020-ci il tarixində bununla bağlı rəsmi açıqlama verməyə məcbur olmuşdu. MSK o zaman XİN-in Dövlət Protokol İdarəsinin arayışı əsasında Elnur Allahverdiyevin Sloveniyanın fəxri konsul vəzifəsindəki fəaliyyətinin 29 dekabr 2019-cu ildə başa çatdığını bəyan etmişdi. Elnur Allahverdiyev də o zaman mətbuata açıqlama verərək məsələni bununla bitmiş saymışdı. Amma… Üstündən 1 il keçsə də ortada bunu təkzib edən fakt var və bu fakta XİN-in Dövlət Protokol İdarəsi cavab verməli, Mərkəzi Seçki Komissiyası Elnur Allahverdiyevin mandatının taleyi ilə bağlı aydınlıq gətirməlidir. Aşağıda Sloveniyanın rəsmi qəzetindən (Uradni list Republike Slovenije) Elnur Allahverdiyevin bu ölkənin fəxri konsulu vəzifəsindən azad edilməsi ilə bağlı arayışın saxta olduğunu, əslində namizədin parlament seçkilərində xarici ölkə qarşısında öhdəlik daşıyaraq qatıldığını sübut edir. Rəsmi qəzetin 12 iyul 2020-ci il tarixli buraxılışında Sloveniyanın baş naziri Yanez Yanşanın Elnur Allahverdiyev fəxri konsul vəzifəsindən azad olunması ilə bağlı qərarı dərc olunub. Qərarın altındakı tarix 4 iyun 2020-ci il kimi qeyd olunub. (https://www.uradni-list.si/glasilo-uradni-list-rs/vsebina/2020-01-1406/sklep-o-razresitvi-castnega-konzula-republike-slovenije-v-bakuju-v-republiki-azerbajdzan?h=zakon%20o%20dedovanju). Yəni belə çıxır ki, Elnur Allahverdiyevin seçkidən əvvəl fəxri konsulu vəzifəsinə xitam verilməsi ilə bağlı MSK-nın XİN-in Dövlət Protokol İdarəsinə istinad etdiyi arayış saxta olub, namizədin özünün hər hansı xarici ölkə qarşısında öhdəliyinin olmadığı barədə verdiyi məlumat həqiqəti əks etdirməyib. Elnur Allahverdiyevin parlament seçkisindən düz 4 ay sonra, yəni mandatı bir neçə ay cibində daşıdıqları sonra Sloveniya dövləti qarşısında öhdəliyinə son verilib. İndi isə Elnur Allahverdiyev deyir ki, MSK-ya təqdim olunmuş arayış XİN-in Dövlət Protokol İdarəsi tərəfindən yox, Sloveniya Respublikasının Azərbaycan Respublikasında yerləşən Konsulluğu və Türkiyədəki səfirliyi tərəfindən verilib və orada onun Fəxri Konsul vəsiqəsinin etibarlılıq müddətinin 29 dekabr 2019-cu il tarixdə bitdiyi, bu ölkə qarşısında heç bir öhdəliyinin olmadığı qeyd olunub. Deputat Elnur Allahverdiyevin özünün göndərdiyi cavabı təqdim edirəm: “Cavab olaraq bildirmək istəyirəm ki, Sloveniya Respublikasının Azərbaycan Respublikasında yerləşən Konsulluğunun məktubuna əsasən, Fəxri Konsul Vəsiqəmin etibarlılıq müddətinin 29.12.2019-cu il tarixdə bitdiyi qeyd olunmuşdur. 29 dekabr 2019-cu il tarixindən konsulluq fəaliyyətim dayandırılmışdır. Eyni zamanda, Türkiyə Respublikasında yerləşən Sloveniya Respublikasının Səfirliyi tərəfindən də Fəxri Konsul kimi Sloveniya Respublikası qarşısında hər hansı öhdəliyimin olmadığı göstərilmişdir”. Əsas sualın cavabı isə açıq qalır, Sloveniyanın baş naziri 2019-cu ilin dekabrında fəaliyyətinə xitam verilmiş fəxri konsulu vəzifəsindən necə azad edib? Yəqin ki, MSK və onun məsuliyyəti üzərinə yönəltdiyi XİN-in Dövlət Protokol İdarəsi aydınlıq gətirər, Sloveniya dövləti adından kim çıxış edib?
//Cumhuriyyet.az//








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Naxçıvanda deputatların maaşı artıb - SİYAHI
Bu gün, 09:43
Cümşüd Nuriyevə "Bir dənə ilişdirərəm, uçarsan ha" deyən Cahandar Bayoğludan açıqlama... - "Barışmışıq..."
Bu gün, 09:40
Azərbaycanda pambıq bumu: İxrac niyə kəskin artıb? - ARAŞDIRMA
Bu gün, 09:38
“Tərtər işi” ilə bağlı həbs edilən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 09:35
Naxçıvanda işsizlik TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB... - "Belə davam edərsə, Naxçıvan tam boşalacaq..."
Bu gün, 09:32
Amerikalı iqtisadçı İrəvana məsləhət verib
Bu gün, 09:21
`R.İ.S.K` MTK KÖHNƏ ƏHVALDA: Evi bir neçə nəfərə satırlar... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:18
Paşinyan İrəvanda deyil: nazirləri SMS-lə işdən çıxarıb - “Hraparak”
Bu gün, 09:14
Müəllimlər məhkəməyə, həmkarların sədri polisə müraciət etdi - Kollecdə qalmaqal
Bu gün, 09:00
Neft-Kimya Prosesləri İnstitutunda yarım milyon manatlıq təmir işləri aparılacaq
Bu gün, 08:58
Manana Çaparidzeyə ağır itki
Bu gün, 08:56
"Qiymətlər menyu ilə uyğun gəlmir..." - GİLEY
Bu gün, 08:54
Bayden onunla sonuncu görüşdə də nəticə əldə etmədi - İNCƏLƏMƏ
Bu gün, 08:43
İşçilərin əməkhaqqı məsələsi... - Ekspert danışır...
Bu gün, 08:41
İctimaiyyətin hiddətlə qarşıladığı ABŞ konqresmeni Frank Peloni Azərbaycandan qaçıb - SƏHƏRƏ YAXIN...
Bu gün, 08:37
Azərbaycandan qaçaq düşən FRANSA ƏLALTISI: Eldar Qəribov və yaxın çevrəsi... - İLGİNC FAKTLAR...
Bu gün, 08:35
ABŞ “gedən qoca”nın əli ilə III Dünya savaşı başladır - GƏLİŞMƏ
Bu gün, 07:36
30 il uşaq bağçasında yaşayan Laçın sakini kömək istəyir - GİLEY
Bu gün, 06:47
Yediyimizə necə haram qatırlar... - NƏ ETMƏLİ?
Bu gün, 06:36
Mən onun kimi Putinə zəng etməyəcəyəm - Böyük Britaniyanın Baş naziri
Bu gün, 06:25
Onu Bakıya gəlməyə qoymayan səbəb – Gözlənilməz qərarın pərdəarxası
Bu gün, 06:23
Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24
Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19
Ermənistanda yüksək vəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18
Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50
Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45
Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43
"Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42
Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00
Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57
Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53
"İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49
Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46
ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43
"Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18
Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15
Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40
Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22
36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12
Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10
“Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55
"Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52
Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48
İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43
Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25
Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22
Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19
Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16
Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14
Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru