Abutalıbov-Həmidova tandeminin Prezidentə qarşı SABOTAJI... - müdhiş faktlar, detallar...
Tarix: 5-05-2021, 08:47 | Çap et
Bir ayağı Fəxri Xiyabanda, bir ayağı Qaraçuxurdakı evində olan Bakının keçmiş meri Hacıbala Abutalıbov vəzifədən gedərayaq elə qanunsuzluğa imza atıb ki, onun əzabını özündən başqa bütün tərəflər çəkir.
Abutalıbovun paytaxtı qarış-qarış satması, pafoslu çıxışlarla özünü yaxşı göstərib “saman altdan su yeridib” hər cür özbaşınalıqları həyata keçirməsi hamıya məlumdur. O, 20 il şəhərin altını üstünə çevirib. Rublika.Az-ın verdiyi xəbərə görə, Abutalıbov postundan gedişi günü də pisliyindən qalmayıb. 2018-ci il aprelin 20-də sonuncu saxtakarlığa qol qoyub, 21-də isə artıq mer deyildi. Amma bəhs edəcəyimiz bu işdə o, tək deyildi. Təqdim edəcəyimiz bütün faktlar, qərarlardan görəcəksiniz ki, qanun B.Əlinin yanında olsa da, Abutalıbov-Həmidova cütlüyü öz bildiyinə - cəngəllik qanunlarına istinad edir. Bu, Prezidentə qarşı təxribatdır, dövlətin məhkəmələrini və qanunlarını ayaqlar altına alıb tapdalamaqdır, vətəndaşlarda hakimiyyətə qarşı inamsızlıq yaratmaqdır.
Biri kişi, biri qadın koloniyasına...
Həmin əməli ilə şəhərin az qala yarısını susuz qalma təhlükəsi ilə üz-üzə qoyan Abutalıbovun əməlinə Bakı Şəhər İcra Hakimiyyətində mühasib işləmiş, hətta əvvəllər məhkum olunmuş Tamara Həmidova şərik çıxıb. İndi bu qanunsuzluğa görə Abutalıbov ahıl dövrünü dörd divar arasında keçirə bilər, eləcə Tamara Həmidova da təkrar qadın koloniyasına göndərilə bilər. Çünki artıq vətəndaş Bahadur Əli həm Abutalıbovun, həm Həmidovanın əməllərinin araşdırılması üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbova məktub yollayıb. İndi qalır işə baxmaq... Məlum olur ki, nə qanun, nə Prezident sayan Abutalıbov-Həmidova tandemi BŞİH-də sənədləri saxtalaşdırıblar. Saxta sənədlər əsasında Tamara Həmidova dövlətin və vətəndaşın mülkiyyətində olan torpaq sahəsini ələ keçirib. “Belə ki, Tamara Həmidovanın qardaşı Cəlal Əli oğlu ilə Həmidovla Bakı Şəhər İcra Hakimiyyəti arasında torpaq sahəsinin icarəyə verilməsinə dair 20 avqust 2010-cu il tarixli, 0912 saylı icarə müqaviləsi bağlanıb. İcarəyə verilən həmin torpaq bizim Çobanzadə küçəsi 45A ünvanında yerləşən torpaq sahəmizə bitişik ərazidə yerləşir. İcarəyə verilmiş torpaq sahəsinin dönmə nöqtələrini yerə köçürərkən aydın olur ki, icarə verilən torpağın bir hissəsi bizim torpaq sahəsini zəbt edir. Qalan hissəsi isə Bakı şəhərinin şərq hissəsini içməli su ilə təmin edən, diametri 1200-1400 mm olan yüksək təzyiqli magistral su kəmərlərinin sanitar mühafizə zonasına düşür”, - deyə B.Əli qeyd edir.
Məhkəmə Abutalıbovla Həmidovanı ifşa etsə də...
Onun sözlərinə görə, həmin icarə müqaviləsi maraqlarımıza toxunduğu üçün BŞİH-ə və Cəlal Həmidova verilən icarə müqaviləsinin, onun əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi, C.Həmidovun həmin torpaq sahəsindən çıxarılması üçün məhkəməyə müraciət edib. Nizami Rayon Məhkəməsində ekspertiza rəyi və toplanmış başqa sübutlarla icarə müqaviləsinin əsasında torpaq sahəsinin zəbt edilməsi tam təsdiq olunub. Vətəndaş yazır ki, qarşı tərəf bundan yayınmaq üçün BŞİH-in 20 avqust 2010-cu il tarixli, 0912 saylı icarə müqaviləsinin ləğv edilməsi barədə 20 aprel 2018-ci il tarixli, 7-183/10q saylı bildirişini məhkəməyə təqdim edib. Bununla da məhkəmənin yekun qərarı ilə müqavilənin artıq ləğv edilməsi əsası ilə iddiamız həmin hissədə təmin edilməyib. Yəni məmur məhkəmədə qanuna güc gəlib. Bütün məhkəmə araşdırmaları dövründə BŞİH rəsmiləri Tamara Həmidovanın alovlu müdafiəsinə qalxıblar. Tamara Həmidova və Hacıbala Abutalıbovun dəstə üzvləri 20 avqust 2010-cu il tarixli, 0912 saylı icarə müqaviləsinin ləğv etdikləri gün Cəlal Həmidovun adına 1460 nömrəli, 20 aprel 2018-ci il tarixli yeni icarə müqaviləsi veriblər. Bu, Azərbaycan məhkəməsinin ələ salınmasıdır. Məhkəmə araşdırması zamanı o da müəyyən edilib ki, Tamara Həmidova zəbt etdiyi ərazi ilə B.Əliyə məxsus olan torpaq sahəsinin üst-üstə düşmədiyini göstərmək üçün icarəyə götürdüyü 826.2 kv.m. torpaq sahəsini Daşınmaz Əmlakın Dövlət Reyestrində qanunsuz olaraq 806.2 kv.m. torpaq sahəsi kimi qeydiyyata alınmasına nail olub. Bununla bağlı ona Dövlət reyestrindən RX seriyalı, 0866879 nömrəli, 25.05.2016 tarixli çıxarış verilib. Lakin iş üzrə keçirilmiş ekspertiza nəticəsində müəyyən edilib ki, 20 avqust 2010-cu il tarixli, 0912 saylı icarə müqaviləsi ilə icarəyə verilən ərazinin 35 kv.m. hissəsi bizim mülkiyyətimizdə olan torpaq sahəsi ilə üst-üstə düşür. Bütün bunlar Abutalıbovla Həmidovanın, o cümlədən BŞİH-də olanların Prezident İlham Əliyevə qarşı hörmətsizliyi, qanunları saymazlığı, vətəndaşı dövlətdən narazı salmağıdır. Məhkumluğu olmuş bir qadının saxtakar əməllərinə şərik çıxan Abutalıbov və meriya bunu özünə necə yaraşdırıb, o da bir başqa məsələdir.
Magistral su kəmərin üzərində tikinti – Özbaşınalıq!
Qeyd edək ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15 yanvar 2015-ci il qərarı ilə “Azərsu” ASC-nin Nizami bələdiyyəsinə, Bakı Şəhər İcra Hakimiyyətinə, Cəlal Əli oğlu Həmidova və digərlərinə qarşı iddiası qismən təmin edilib. Həmin qərarla Nizami rayon bələdiyyəsinin torpağın mülkiyyətə verilməsinə dair 26 sentyabr 2003-cü il tarixli qərar etibarsız hesab edilib. Məhkəmə qərarını onunla əsaslandırıb ki, Cəlal Əli oğlu Həmidova həm 105 kv.m. torpaq sahəsinin ayrılması, həm də 826.2 kv.m. torpaq sahəsinin icarəyə verilməsinə əsas kimi göstərilən Bakı Şəhər İcra Hakimiyyətinin 7 mart 2003-cü il tarixli məktubları inzibati akt olmayıb. Yəni məktublar əsasında hüquq yarana bilməz. Mübahisəli torpaq sahəsi Bakı şəhərinin şərq hissəsini içməli su ilə təchiz edən, diametri 1200-1400 mm olan yüksək təzyiqli magistral su kəmərlərinin üzərində və onun mühafizə zonasında yerləşir. Həmin torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün mülkiyyətə və icarəyə verilməsi Nazirlər Kabinetinin təsdiq edilmiş “Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydalarının” 6.1.2.1-ci bəndi ilə qadağandır. Bir sözlə, Tamara Həmidova və Hacıbala Abutalıbovun əməllərində Cinayət Məcəlləsinin az qala bütün maddələri pozulub.
Tamara Həmidovanın meriyadan oğurluğu
Xatırladaq ki, “Buxar” KM Tamara Həmidovanın qardaşı Cəlal Həmidova qarşı iddia ərizəsi ilə Nizami rayon Məhkəməsinə müraciət etmişdi. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin 26.11.2010-cu il tarixli qətnaməsi ilə “Buxar” KM rəhbərinin iddiası qismən təmin edilib. Bakı şəhəri, Nizami rayonu, B. Çobanzadə küçəsi 45 A ünvanında yerləşən “Buxar” KM-ə məxsus daş hasarın öz yerində bərpa edilməsi vəzifəsi Cəlal Həmidovun üzərinə qoyulub. Sonradan işə baxan məhkəmələr (Nizami rayon Məhkəməsinin hakimləri Zaur Tağıyev, Cahangir Yusifov, Vidadi Məmmədov, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri İlqar Xələfov, Ülvi Mayılov və Xəqani Məmmədov, Ali Məhkəmənin Mülki kollegiyasının hakimləri Əli Rüstəmov, Əsəd mirzəliyev və Aslan Kalbalıyev) qətnamə və qərarlarda, ekspertlər isə rəylərində sübut kimi həmin sənədlərə istinad ediblər. Lakin Nizami rayon İcra şöbəsinin Bakı Apellyasiya Məhkəməsinin 26.11.2010-cu il tarixli qətnaməsinə izah verilməsinə dair ərizəsinə Bakı Apelyasiya Məhkəməsində baxılarkən iş materialları ilə tanış olan “Buxar” KM-nin nümayəndəsi Anar Rüstəmov iş materiallarında olan 4294 saylı işin(əlavə olunmuş materiallarla birlikdə) və 643 saylı inşaat pasportunn notarial qaydada təsdiq olunmuş surətlərinin olmadığını görüb. Bu barədə hakim Toğrul Əliyevə rəsmi ərizə ilə müraciət edərək faktiki olaraq iş materiallarından yoxa çıxan 4294 saylı işi (əlavə edilmiş sənədlərlə birlikdə) və 643 saylı inşaat pasportunun surətlərinin tapılması xahiş olunub. Lakin Bakı Apellyasiya Məhkəməsinin əməkdaşı Habil adlı şəxs şifahi şəkildə bildirib ki, göstərilən sənədlər faktiki olaraq iş materiallarında yoxdur. Qeyd olunan sənədlər Tamara Həmidova tərəfindən Bakı şəhər İcra Hakimiyyətinin arxivindən oğurlanıb, sonradan saxtalaşdırılaraq notarial qaydada təsdiq edilib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Dünən, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Dünən, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Dünən, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Dünən, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Dünən, 08:46 |
|
|
|
|