“Xəzəriaşə” MMC-dən yenə şikayət var - NARAZILIQ!
Tarix: 1-09-2021, 08:35 | Çap et
"28 May” Neft Qaz Çıxarma İdarəsinin” Günəşli” yatağında platformada işləyən neftçilər "Xəzəriaşə” MMC-nin xidmətindən narazıdılar.
Adlarının açıqlanmasından çəkinən neftçilər Meydan TV-yə deyiblər ki, illərdir şikayətlənsələr də, onları dinləyən, tədbir görən yoxdur.
Onların sözlərinə görə, neftçilərə keyfiyyətsiz qida verilir, təmizliyə riayət edilmir.
"Xəzər İaşə” MMC Xəzər rayonu, Pirallahı qəsəbəsində yerləşir.
MMC sovet dönəmində fəaliyyət göstərmiş Fəhlə Təhcizatı İdarəsinin bazasında yaradılıb.
Meydan TV ötən il də neftçilərin bu şirkətlə bağlı şikayətini işıqlandırıb .
"Platformada iaşə xidməti "Xəzəriaşə” MMC tərəfindən həyata keçirilir. Bunun üçün hər işçiyə görə 20 manat vəsait ayrılır. Bunun 15 manatı Nazirlər Kabinetinin qərarına əsasən, 5 manatı isə "Azneft” İstehsalat Birliyi tərəfindən ödənilir. Bunun müqabilində ağır dəniz şəraitində çalışan işçilər normal qidalanmır”,-işdən çıxarılmaq qorxusundan adının çəkilməsini istəməyən neftçi deyib.
Neftçilər deyirlər ki, gündəlik yemək bulqur, makaron, qarabaşaqdan ibarət olur. Menyuda göstərilən ət yeməyi toyuq dərisi və suxarıdan ibarət olan kotletdir.
"Şikayət edəndə "ərzaq gətirməyə nəqliyyat yoxdur” cavabını alırıq. Məsələ bundadır ki, hava sakit olanda da gəmi ilə ərzaq göndərilmir, deyirlər, gəmi daha vacib işlər üçündür. Meyvə, tərəvəz, su, şirə və s. içkilər ümumiyyətlə, sifariş olunmur. Platformaya göndərilən ərzaqlar da keyfiyyətli hazırlanmır. Aşpaza irad tutanda da deyir ki, cəmi 500 manata dəniz şəraitində bu qədər neftçiyə qulluq edirik”, - neftçi söyləyib.
Neftçilər qeyd ediblər ki, evdən yemək, ərzaq gətirilməsi qadağan olunub, hazırda karantin vaxtı dənizdə daha çox qalmalı olduqlarından bu ərzaqları almağa məcburdurlar.
"Xəzəriaşə”nin ərzaqları dəyərindən dəfələrlə baha satıldığı bildirilir. Payız-qış aylarında qiymət daha da artırılır.
Şirkətin neftçilərə verdiyi qidaların içərisindən həşəratların çıxması ilə bağlı faktlar bir neçə dəfə mətbuatda işıqlandırılıb. Şirkətin Dövlət Neft Şirkətinin vitse prezidentlərindən birinə məxsus olduğu deyilir.
Neftçilərin Hüquqlarını Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı da bildirib ki, "Xəzəriaşə” MMC-dən şikayət illərdir davam edir. Şirkətin keyfiyyətsiz yemək verdiyi bildirilir.
"Yemək, içmək, hətta adi sudan belə şikayətlər var. İllərdir yoxlayıb, tədbir görən yoxdur. Xüsusilə dənizdə işləyənlər əziyyət çəkirlər. "28 May” NQÇİ-nin sədrinə də sual ünvanlamışıq. Onlar keyfiyyətli qida ilə təmin edilirlərsə, niyə neftçilərə aşağı səviyyədə xidməti rəva bilirlər?”,- Qəhrəmanlı sual edir.
"Xəzəriaşə”nin internetdə qeyd edilən telefonuna cavab verən şirkət əməkdaşı isə suallara cavab verməkdən imtina edib. Dövlət Neft Şirkətindən isə deyilənlərin həqiqətəuyğun olmadığını söyləyiblər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Bu gün, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Bu gün, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Bu gün, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Bu gün, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Bu gün, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Bu gün, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Bu gün, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Bu gün, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Bu gün, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Bu gün, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
|