Paşinyan Vatikana gedib .....                     Abxaziyada gərginlik səngimir .....                     Şahbuz təhsilində `ÜSULİ-CƏDİD`... .....                     “Milli Məkan” layihəsi ilə bağlı narazılıq .....                     Bu məktəblərdə dərslər daha tez başlayacaq .....                     Dövlət qurumu COP29 tədbiri üçün 1,4 milyon vəsait SƏRF EDİB .....                     Xankəndi şəhəri, Ağdərə, Laçın və Zəngilan rayonları xərclərini .....                     Ermənistanın militarizasiya siyasətinə cavab olaraq .....                     Yeniyetmə özünü 13-cü mərtəbədən atdı .....                     Prezident İlham Əliyev Rusiyanın maliyyə naziri və Dövlət Dumasında .....                     Tramp sülh müqaviləsinə vasitəçi olacaq? .....                     Hərbi xidmətdən yayınan gənc həbs edildi .....                     Paşinyan Ermənistanda genişmiqyaslı istefaların səbəbini açıqladı .....                     Amsterdamdakı faciə: ipin ucu İrandan Rusiyayadək uzanır .....                     "Referans Pharmaceuticals" da ölkədən çıxarılan .....                     Bayden gedərayaq TRAMPA QUYU QAZDI... .....                     Bələdiyyə sədri EL YOLUNU SATDI... .....                     “Klon”da rol aldı, müharibədə Azərbaycanı dəstəklədi .....                     Keçmiş məmur 8 il əvvəl boşadığı arvadını BALTALADI .....                     ADAU-da `EGE YEYİNTİSİ`... .....                     ABŞ və Rusiya arasında xüsusi əməliyyat gedir .....                     Paşinyan hökumətini “təmizləyir”: yeni istefalar, yeni adlar və SƏBƏBLƏR .....                     Dünyanın dərdini buraxıb... Azərbaycandan YAPIŞIBLAR! .....                     Ermənistanda Ali Məhkəmə Şurasının sədri istefa verib .....                     Məcnun müəllim bu sahəyə nəzər salmazsa... .....                     Naxçıvanda deputatların maaşı artıb .....                     Cümşüd Nuriyevə "Bir dənə ilişdirərəm, uçarsan ha" deyən Cahandar Bayoğludan açıqlama... .....                     Azərbaycanda pambıq bumu: İxrac niyə kəskin artıb? .....                     “Tərtər işi” ilə bağlı həbs edilən şəxslərdən xəbər var .....                     Naxçıvanda işsizlik TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB... .....                     Amerikalı iqtisadçı İrəvana məsləhət verib .....                     `R.İ.S.K` MTK KÖHNƏ ƏHVALDA: Evi bir neçə nəfərə satırlar... .....                     Paşinyan İrəvanda deyil: nazirləri SMS-lə işdən çıxarıb .....                     Müəllimlər məhkəməyə, həmkarların sədri polisə müraciət etdi .....                     Neft-Kimya Prosesləri İnstitutunda yarım milyon manatlıq təmir işləri aparılacaq .....                     Manana Çaparidzeyə ağır itki .....                     "Qiymətlər menyu ilə uyğun gəlmir..." .....                     Bayden onunla sonuncu görüşdə də nəticə əldə etmədi .....                     İşçilərin əməkhaqqı məsələsi... .....                     İctimaiyyətin hiddətlə qarşıladığı ABŞ konqresmeni Frank Peloni Azərbaycandan qaçıb .....                 

Vəhabilər (sələfilər) ilk dəfə danışır: "Məmurlara təşəkkür edirik" - ŞOK AÇILQLAMALAR
Tarix: 25-01-2014, 09:23 | Çap et
Vəhabilər (sələfilər) ilk dəfə danışır: "Məmurlara təşəkkür edirik"
Sumqayıtda qarşıdurma olmasın deyə şəxsi evini sələfi camaatına ibadət etmək üçün istifadəyə verən Zöhrab Şıxəliyev: "Hökumət daxilində cəmiyyətə xəvaricləri sələfilər kimi təqdim edərək, ictimaiyyət arasında əhli-sünnə və camaata qarşı nifrət oyatmaq istəyən qüvvələr var."

Hazırda dinlə bağlı mövzular, hadisələr Azərbaycanda, xüsusən Sumqayıtda çox aktualdır. Və ən əsası bu sahədə materiallar hazırlananda çox zaman səthi araşdırmalar aparılır, qarşı tərəflərin mövqeyi nəzərə alınmır. Yəqin razılaşarsınız ki, bu mənada əhli-sünnə tərəfdən sələfilərlə bağlı mətbuatda açıqlamalar nisbətən azlıq təşkil edir. Bunda səbəbkar olaraq hansısa tərəfi göstərmək niyyətindən uzaqıq. Mətbuatda ilk dəfə olaraq sələfi təriqətinin nümayəndəsindən (Sumqayıtda sələfilərin lideri kimi tanınan Zöhrabdan) geniş müsahibə almışıq. Yazıda ötən ilin sonlarında Sumqayıtda “Soltan” kafesində baş verən hadisələr, Suriyada döyüşən azərbaycanlılar, ümumən sələfi təriqəti, onların digər təriqətlərlə münasibəti haqqında bəhs olunur.

Zöhrab Şıxəliyev hələ müsahibəyə başlamamışdan öncə belə söylədi: “Mən Sumqayıtda sələfilərin lideri deyiləm, sadəcə Allah mənə qismət edib, mən də üçmərtəbəli evimi onlara ibadət etmələri üçün istifadəyə verən sadə bir müsəlmanam”

- Siz ilk öncə bizə məlumat verərdiniz, sələfilər kimlərdir?

- Bismilləhir rəhmanir rəhim. Sələfilər peyğəmbərimizin və onun səhabələrinin ardınca gedən tabinlərdir, əttabinlərdir. İndiyədək doğru və düzgün başa düşüb əməl edib fəhmlə, hikmətlə onun ardıcılı olanlar sələfilər adlanır. Sələf sözü deyiləndə Peyğəmbər başa düşülür. Çünki sələf – yəni bizdən qabaqkılardır. Biz özümüzə sələf deyəndə utanırıq. Çünki onların əxlaqı o cür gözəl olub ki, kafir, yəhudi, nəsrani, bütpərəst – hamısı İslamı qəbul edib. Əxlaqı ilə İndoneziya indi ən çox müsəlman olan ölkələrdəndir. Bugünkü gündə elə olur ki, İslamdan xəbəri olmayan, özünü müsəlman adlandıran insan sələfiliyə nisbət edir, amma əslində, o, sələfilikdən uzaq olan radikal qruplardan olur. Bunlar elə bir hərəkət edirlər ki, özünü müsəlman adlandıran cahil insan da gedir ya nəsraniliyi qəbul edir, ya yəhudiliyi, ya da ki gedir nəyəsə itaət edir ki, təki buna müsəlman deməsinlər. Eynilə həmin bu vəziyyət şiələrdə də var. Həqiqi şiələrlə həqiqi sələfilərin heç bir ədavəti yoxdur. Onların içində də radikal rafizilər var. Necə ki, bizdə xəvaricilər özlərini sələfiliyə nisbət eləyir, eləcə də şiəlikdə rafizilər özünü şiəliyə nisbət edib radikallıq edirlər. Cavabını birbaşa deməyəcəyim sual onur: niyə?! Amma sələfilər elə deyil. Sələf qonşusu yəhudi, nəsrani olsa da, onu ziyarət etməlidir. Sələfin qonşusu kafir olsa belə, xəstələnibsə, onu ziyarət etməlidir, acından ölürsə, ona yemək bişirib gətirib verməlidir. Təbii məqsəd odur ki, İslamın gözəlliyin ona göstərəsən. Əsl sələfi onu yaxşı əməllərə, İslama dəvət etməlidir. Hətta valideyni kafir olsa belə, ona “uf” belə deməməli, qayğı göstərməlidir. Qoca vaxtında altını batırıbsa, onu təmizləməlidir. Təkcə Allah və onun rəsuluna asilikdə itaət yoxdur.

- Sizlərdə cihad deyiləndə nə başa düşülür?

- İlk növbədə ən böyük cihad nəfsə qarşı olan cihaddır. Buna qələbə çalan digərlərini də qazanacaq. Döyüşdə sələfilərə geri qaçmaq olmaz. Şəriətdə başqa ibadətlərin qaydaları olduğu kimi döyüşün də, ən fəzilətli əməl olan cihadın da şəriət qaydaları var.
Birinci, hakimin və valideynlərin icazəsi olmalıdır. Hakim, əmr sahibi kimdir Azərbaycanda, o, icazə verəndə döyüşə gedilir. İcazə vermirsə, getməməlisən. Valideyn icazə vermirsə, getməməlisən. Sələfin qaydası – minhəci (vaxtında zamanında edilən əməllər, hərəkətlər başa düşülür) var. O qaydanı peyğəmbərimiz (s.a.s.) qoyub, onun səhabələri və hansı ki, bu vaxta kimi gələn doğru-düzgün olan alimlər. Allah sübhanatəala bizi azmaqdan qorusun.

- Sizi Azərbaycanda daha çox qamətçi, Qamətin (Əbu Bəkr məscidinin imamı Qamət Süleymanov nəzərdə tutulur- red.) ardıcılları hesab edirlər. Elədirmi?

- Qamət bizim qardaşımız, elm tələbəsidir. Biz elmi tək ondan yox, Adil Rəcəbovdan, Ömərdən, Useyid Turabovdan, Elman Qasımovdan, Samindən və sairlərdən öyrənirik. Maşallah o qədər elm tələbəmiz var ki! Hətta onların içindən hansısa Quran və sünnəyə müxalif hərəkət etsə, nəsihət olunacaq, özlərini düzəltməsələr, tərk ediləcəklər. Biz onları ilahiləşdirməmişik. Bizə örnək Peyğəmbərimiz Məhəmməddir (s.a.s.). Əgər Qamət yolunu azsa, ona da nəsihət olunacaq. Özünü düzəltməsə, tərk ediləcək. Bizə örnək peyğəmbər əfəndimiz Məhəmməddir (s.a.s.)!

- Belə çıxır ki, siz hakim dedikdə ölkə rəhbərini – prezidenti nəzərdə tutursunuz…

- Bəli, əmr sahibi prezidentimizdir. Ərəbistanda əmr sahibi deyirlər. Misirdə başq cür deyilir, Avropada başqa cür. Azərbaycanda prezident deyilir. Ümumiyyətlə hakim. Ölkənin hakimi bu dəqiqə hansısa bir məsələ ilə bağlı göstəriş versə, həmin iş yerinə yetirməlidir. Təbii ki, burada Quran və sünnəyə asilik istisnadır. Əgər hakim bizi Quran və sünnəyə asiliyə məcbur etsə, itaət etmirsən, amma ona qarşı da qalxmırsan. Mən Corat qəsəbəsində yaşayan bir əhli-sünnə və cəmaatdən olan əqidədə, minhəcdə sələfi olan adi bir müsəlmanam. Azərbaycanda başçı, hakim, əmiri ALLAH sübhanatəalanın təyin etdiyi İlham Heydər oğlu Əliyevdir. Hətta Qurani-Kərimdə Nisa surəsi 59-cu ayədə buyurulur: “Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və Qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin. Bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır.”. Təfsiri belədir ki, Allah əmr edir: içinizdən olan əmr sahiblərinə itaət edin.

- Bəs dini lider saydığınız birisi, yaxud sizin dillə desək, çox hörmətli elm tələbələrindən biri hakimə itaət etməmə göstərişi verərsə, onda necə? Yaxud Azərbaycanda deyil, başqa bir ölkədə döyüşməyə getməyi tövsiyə etsə necə?

- Allah və rəsulu müsəlman hakimə qarşı qalxmağı haram edib, itaət etməyi əmr edib. Şeyx məsum deyil, hər bir insan xəta edəndir. Sabah şeyx desə ki, tutalım, belədir, amma bu, Allahın rəsulunun dediyinə ziddirsə, biz bunu etməməliyik. Şeyx desə ki, hakimə qarşı qalx. Şeyxin sözü rədd edilir. Sən deyirsən ki, şeyx, əmr sahibi Allah sübhanatəala onu hakim təyin edib. Peyğəmbər deyir ki, əmr sahibləri kürəyinizdən vurub əlinizdəkiləri alsa belə, eşidin və itaət edin. Səhabə deyir ki, ya rəsul, biz nə edək, ona qarşı qalxaq? Deyir ki, qalxan bizdən deyil. Əmr etdiklərinə tabe ol. Yenə təkrar edirəm, Quran və sünnə istisnadır. Amma öz haqqını Allahdan istə. Bizə bugünkü gündə əmin-amanlığı verən Allaha həmd olsun. Azərbaycan ölkəsi əmin-aman ölkələr içərisində demək olar ki, birincilərdəndir. Allah sübhanatəala buranı qorusun. Yenə deyirəm, hakim deyəndə ancaq əmr sahibi götürülür. Şeyxlərdir, mollalardır, imamlardır - bunlar sadəcə olaraq elmli insanlardır. Bugünkü gündə bizim içərimizdə - əhli-sünnədə elə elmli tələbələrimiz var ki, sələf minhəcində deyillər. Elmli adamlardan yaxşı əməlləri, yaxşı şeyləri götürmək lazımdır. Quranı və sünnəni öyrənmək lazımdır. Dinimiz nəsihətdir. Yəni şeyxləri şişirtmək, ilahiləşdirmək məsələsi bidətçilərdədir. Misalçün, Xomeyni ağa belə dedi, belə olmalıdır. Bizdə elə şey yoxdur. Azərbaycan Respublikasında bir hakim var.

- Cəmiyyətimizdə belə bir fikir formalaşıb ki, uzun saqqal saxlayan, qısa şalvar geyinən vəhhabilərdir. Ümumiyyətlə vəhhabilər kimlərdir? Hər saqqal saxlayanı vəhhabi, radikal adlandırmaq olarmı?

- Bu, düzgün fikir deyil. Üzü qırxılı o qədər əxlaqsız kişilər var ki, pis əməllərlə məşğuldurlar. Demək olarmı ki, bütün üzü qırxılı kişilər əxlaqsızdırlar? Demək olmaz, düzdürmü? Saqqallı terorçu da var, saqqallı dələduz da. İbrət kimdir? Peyğəmbərimiz, İmam Əli, İmam Hüseyn - biz onları ibrət götütürük. Peyğəmbərin (s.a.s.) sünnəsinə uyğun olaraq bütün kişilərə topuqdan yuxarı geyinmək həvalə olunub, mən də ona əməl edirəm. Əlhəmdülillah! Bütün dini kitablarda da var. İstər şiəsi olsun, istər sünnisi olsun. Mən bu sünnəyə itaət etdiyimə görə, mənə belə deyilir. Bunu Mühammed ibn Abdulvahab deməyib. Onun heç bir kitabında yoxdur ki, saqqal saxlamalısan, topuqdan yuxarı geyinməlisən. Arayın, axtarın, onun kitabında belə şeylər yoxdur. Əgər kimlərsə bunu bilmək istəyirsə, Peyğəmbərdən (s.a.s.) gələn səhih hədislərə baxsın, Buxaridə də var, Müslümdə də. Bunlar əhli-sünnənin mötəbər alimləridir. Onlar da kimdən deyir. Allah rəsulundan - peyğəmbərimizdən deyir. Bu, şiə məzhəbində də var. Saqqal saxlamaq, topuqdan yuxarı geyinmək. Üzr istəyirəm, qadınlara topuqdan aşağı geyinmək, kişilərə topuqdan yuxarı geyinmək. Allahın Peyğəmbərinin (s.a.s.) əmridir.

- Bildiyimiz kimi, ötən il Sumqayıtda, 6-cı mkr.-dakı məsciddə əhli-sünnə ilə şiələr arasında anlaşılmazlıq olmuşdu. Bu nə ilə bağlı idi?

- Bəli, cənab prezidentin sərəncamı ilə təmir etdirdiyi Sumqayıt Cümə Məscidində təmirdən sonra ibadətə getmişdik. Özünü sələfiliyə nisbət edən ancaq xəvaric fikirli insanlar olan kimi özünü şiə adlandırıb onlardan uzaq olan radikal rafizilər bizim orada ibadət etməməyimiz üçün hər cür yola əl atdılar. Biz də fitnəyə getməmək üçün geri çəkildik. Məscidlə bağlı aiddiyyəti qurumlara müraciət etmişik. Dini Qurumlar üzrə Dövlət Komitəsinə müraciət olunmasına baxmayaraq, hələ də Sumqayıtda əhli-sünnə məscidi yoxdur. Biz də fitnə-fəsadın olmaması üçün mənə məxsus olan Corat qəsəbəsindəki evimdə sələfilərin ibadət etməsinə icazə vermişəm. Təki ölkəmizdə qarşıdurma yaranmasın, əmin-amanlıq olsun. Buna baxmayaraq, bəzi müxaliflər bizim orda da ibadətimizə birmənalı baxmır, məktubumuz cavab verməyərək, başqa elektron portalların vasitəsilə - misalçün, islamaz.com - böhtan ataraq ləkələməyə çalışırlar. Cənab prezidentə çatan bütün məktublardan müsbət cavablar gəlib. Dini Qurumlar üzrə Dövlət Komitəsinə gedən məktubların isə heç birinə cavab gəlməyib. Ancaq komitəyə gedən məktubumuzun islamaz.com-a məzmunu ötürülüb.
Bəli, o zaman bizə mane oldular məsciddə namaz qılmağa. Fitnəyə getmədik, geri çəkildik. Məscidlə bağlı aidiyyəti qurumlara müraciət etmişik.
Düzgün maarifləndirilmə işlərinin aparılmaması bu kimi problemlərə gətirib çıxarır. Bu yaxınlarda “islamaz.com” saytında yazılıb ki, qonşularım məndən şikayət ediblər. Sual edirəm ki, hansı qonşu? Gəlib qonşularımdan soruşa bilərsiniz.

- Ötən ilin sonlarında Sumqayıtda 10-cu mikrorayonunda baş verən atışmada sələfi və xəvariclərin adları hallandı. Buna münasibətiniz?

- Bunlar bizə aid deyil. Mən sizə tam məsuliyyətimlə deyirəm, orda sələfi olmayıb.

- Suriyada döyüşən azərbaycanılara münasibətiniz necədir?

- Yuxarıda dediyimiz kimi, biz özümüzü sələfiyə nisbət edirik. Müvafiq orqanlar bilir ki, sələfilər Coratda Zöhrabgildə yığışır. Orada vuruşan dəstələrin arasında sələfilərin adının hallanması doğru deyil. Suriyada vuruşanların bizə heç bir aidiyyəti yoxdur. Bizə şərait yaradan və ibadətimizə imkan yaradan məmurlara təşəkkür edirik. Suriyada olan müsəlmanlara isə Allah kömək olsun. Qarabağ kimi böyük problemimiz var. Ermənilərin də kafir olmasında ixtilaf yoxdur. Lazım gələrsə, ali baş komandan cənab İlham Əliyevin əmri ilə nəinki Qarabağı, elə Göyçə mahalını da alıb orada Heydər məscidi tikdirməyə hazırıq. Dini qurumlar komitəsi icazə versə əgər..? Verməsələr, orda da inşallah bir üçmərtəbə ev tikdirib Heydər məscidi edib Allaha ibadət etmək üçün sələfilərə hədiyyə etməyə hazıram. Yenə deyirəm, əmr veriləndə gedib Qarabağda döyüşmək lazımdır.
\ xeberle.com \\\








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan Vatikana gedib
Bu gün, 11:27
Abxaziyada gərginlik səngimir - “Dövlət televiziyası”na hücum edildi
Bu gün, 11:25
Şahbuz təhsilində `ÜSULİ-CƏDİD`... - NARAZILIQ VAR...
Bu gün, 11:23
“Milli Məkan” layihəsi ilə bağlı narazılıq – Milyonluq tender prosesində nə baş verir?
Bu gün, 11:19
Bu məktəblərdə dərslər daha tez başlayacaq - DİQQƏT
Bu gün, 11:15
Dövlət qurumu COP29 tədbiri üçün 1,4 milyon vəsait SƏRF EDİB - DETALLAR
Bu gün, 11:10
Xankəndi şəhəri, Ağdərə, Laçın və Zəngilan rayonları xərclərini büdcədən dotasiya almadan təmin edəcək
Bu gün, 11:07
Ermənistanın militarizasiya siyasətinə cavab olaraq Azərbaycan müdafiə xərclərini artırır
Bu gün, 11:04
Yeniyetmə özünü 13-cü mərtəbədən atdı - Bakıda DƏHŞƏT
Bu gün, 11:03
Prezident İlham Əliyev Rusiyanın maliyyə naziri və Dövlət Dumasında fraksiya rəhbəri ilə görüşüb
Bu gün, 11:00
Tramp sülh müqaviləsinə vasitəçi olacaq? - Metyu Brayza: “O, bir qədər təriflənməyi sevir”
Bu gün, 10:59
Hərbi xidmətdən yayınan gənc həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:57
Paşinyan Ermənistanda genişmiqyaslı istefaların səbəbini açıqladı
Bu gün, 10:51
Amsterdamdakı faciə: ipin ucu İrandan Rusiyayadək uzanır - bu, müasir Avropada tendensiyadırmı?
Bu gün, 10:50
"Referans Pharmaceuticals" da ölkədən çıxarılan valyuta vəsatini qaytarmayıb
Bu gün, 10:36
Bayden gedərayaq TRAMPA QUYU QAZDI... - FAKT BUDUR!
Bu gün, 10:35
Bələdiyyə sədri EL YOLUNU SATDI... - ÖZBAŞINALIQ!
Bu gün, 10:31
“Klon”da rol aldı, müharibədə Azərbaycanı dəstəklədi – Ronaldinyo haqqında bilmədikləriniz
Bu gün, 10:23
Keçmiş məmur 8 il əvvəl boşadığı arvadını BALTALADI - TƏFƏRRÜAT
Bu gün, 10:19
ADAU-da `EGE YEYİNTİSİ`... - İTTİHAM VAR...
Bu gün, 10:10
ABŞ və Rusiya arasında xüsusi əməliyyat gedir - Fitso
Bu gün, 10:04
Paşinyan hökumətini “təmizləyir”: yeni istefalar, yeni adlar və SƏBƏBLƏR - NƏ BAŞ VERİR?
Bu gün, 09:57
Dünyanın dərdini buraxıb... Azərbaycandan YAPIŞIBLAR! - AXI NİYƏ?..
Bu gün, 09:55
Ermənistanda Ali Məhkəmə Şurasının sədri istefa verib - KİV
Bu gün, 09:50
Məcnun müəllim bu sahəyə nəzər salmazsa... - fermerlər DAD DEYİR...
Bu gün, 09:49
Naxçıvanda deputatların maaşı artıb - SİYAHI
Bu gün, 09:43
Cümşüd Nuriyevə "Bir dənə ilişdirərəm, uçarsan ha" deyən Cahandar Bayoğludan açıqlama... - "Barışmışıq..."
Bu gün, 09:40
Azərbaycanda pambıq bumu: İxrac niyə kəskin artıb? - ARAŞDIRMA
Bu gün, 09:38
“Tərtər işi” ilə bağlı həbs edilən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 09:35
Naxçıvanda işsizlik TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB... - "Belə davam edərsə, Naxçıvan tam boşalacaq..."
Bu gün, 09:32
Amerikalı iqtisadçı İrəvana məsləhət verib
Bu gün, 09:21
`R.İ.S.K` MTK KÖHNƏ ƏHVALDA: Evi bir neçə nəfərə satırlar... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:18
Paşinyan İrəvanda deyil: nazirləri SMS-lə işdən çıxarıb - “Hraparak”
Bu gün, 09:14
Müəllimlər məhkəməyə, həmkarların sədri polisə müraciət etdi - Kollecdə qalmaqal
Bu gün, 09:00
Neft-Kimya Prosesləri İnstitutunda yarım milyon manatlıq təmir işləri aparılacaq
Bu gün, 08:58
Manana Çaparidzeyə ağır itki
Bu gün, 08:56
"Qiymətlər menyu ilə uyğun gəlmir..." - GİLEY
Bu gün, 08:54
Bayden onunla sonuncu görüşdə də nəticə əldə etmədi - İNCƏLƏMƏ
Bu gün, 08:43
İşçilərin əməkhaqqı məsələsi... - Ekspert danışır...
Bu gün, 08:41
İctimaiyyətin hiddətlə qarşıladığı ABŞ konqresmeni Frank Peloni Azərbaycandan qaçıb - SƏHƏRƏ YAXIN...
Bu gün, 08:37
Azərbaycandan qaçaq düşən FRANSA ƏLALTISI: Eldar Qəribov və yaxın çevrəsi... - İLGİNC FAKTLAR...
Bu gün, 08:35
ABŞ “gedən qoca”nın əli ilə III Dünya savaşı başladır - GƏLİŞMƏ
Bu gün, 07:36
30 il uşaq bağçasında yaşayan Laçın sakini kömək istəyir - GİLEY
Bu gün, 06:47
Yediyimizə necə haram qatırlar... - NƏ ETMƏLİ?
Bu gün, 06:36
Mən onun kimi Putinə zəng etməyəcəyəm - Böyük Britaniyanın Baş naziri
Bu gün, 06:25
Onu Bakıya gəlməyə qoymayan səbəb – Gözlənilməz qərarın pərdəarxası
Bu gün, 06:23
Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24
Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19
Ermənistanda yüksək vəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18
Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru