"Rusiya öz ərazisində bu cür təxribatın həyata keçirilməsinə imkan verməz" .....                     Ən çox İT OVÇULARI Avropa və ABŞ-də olsa da... .....                     “Turan Bank” vətəndaşı rəsmən QURU YURDDA QOYDU .....                     Gədəbəydə İBTİDAİ-İCMA ŞƏRTLƏRİ... .....                     Şəhər Gününüz mübarək, əziz Ağdamlılar! .....                     Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir .....                     “Onlar 2020-ci ildə məcbur qalıb saziş imzaladılar” .....                     Bakıdakı bu çıxış Avropanı silkələdi: Fransa hansı silaha əl atacaq? .....                     Şoltsun zəngi: “Qızıl milyard” Rusiyaya uduzur .....                     Ermənistan real addımlar atmalı və Zəngəzur dəhlizini açmalıdır .....                     Azərbaycanlı nazirin oğlu ilə sevgili olan müğənni "Tramp"dan görün nə istədi .....                     "Wolt"un velosipedçisi "Dihaj"ın anasını vurub .....                     TAKSİ DƏLƏDUZLUĞU... .....                     Erməni aktrisanın qardaşı dəlixanada öldürüldü .....                     "Kişilər sanki sosial şəbəkədə ov axtarışına çıxıblar" .....                     Ali nümayəndədən ibtidai fikirlər .....                     Mərkəzi Xəstəxananın direktor müavini işdən çıxarıldı .....                     "Naxçıvanda əməlli-başlı dərəbəylikdir, kim nə istəyir edir..." .....                     “Bəli, küsmüşəm, incimişəm, rollar oynamaq istəyirəm, amma ortada heç nə yoxdur” .....                     Biznesmenlər bürokratiyaya qarşı: “Tramp Maska vəzifə verməklə...” .....                     Eyni şirkət dövlət qurumunun 4 tenderini uddu .....                     Paşinyan sülh müqaviləsinin bir hissəsini açdı .....                     Paşinyan xarici auditoriyaya hansı siqnallar ötürür? .....                     Gənc şair faciəvi şəkildə öldü .....                     Parisin SAXTA MAHİYYƏTİ... .....                     Azərbaycanda artan varlı görünmək xəstəliyi: Psixoloji problem imiş .....                     ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə 36 trilyon dolları keçdi .....                     Məktəbdə qızı döyən azərbaycanlı şagirdə cinayət işi açıldı .....                     Paşinyanın sözləri havaya atılan güllələr kimidir .....                     Qanunların himayəsində .....                     "Zelenskinin alternativi yoxdur" .....                     Tehran Vaşinqtona məxfi mesaj göndərib .....                     Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir .....                     MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə istintaqı yekunlaşıb .....                     “Araz” Supermarketlər Şəbəkəsindən kənd təsərrüfatının inkişafına dəstək .....                     “Elmanado” şirkətinin dövlətə 703 min manat vergi borcu var .....                     Zakir Fərəcov səyyar qəbul keçirdi .....                     Aşıq Namiq atasının ölümündə həkimi ittiham etdi .....                     Anasının il mərasiminə getmişdi, özünü güllələdi .....                     Həbs edilən məmurun ailəsində insident: Atası anasını bıçaqlayıb .....                 

Bu abidə Göyçayın pasportudur... AMMA NƏ OLSUN... - DAĞILIR...
Tarix: 17-01-2024, 08:15 | Çap et
Bu abidə Göyçayın pasportudur... AMMA NƏ OLSUN...
Göyçay rayon sakinləri rayonun məşhur “Yeraltı hamam” kompleksinin dağılmasından gileylənirlər.

Rayon sakini Kəmalə Əliyeva Meydan TV-yə deyib ki, unikal memarlıq abidəsi olan hamam kompleksi dağılmaq üzrədir.

O hətta hamamın fəaliyyət göstərdiyi illəri də xatırlayır:

“O illər yadımdadır. Orta məktəb və sonrakı illərdə kənddən xalamgilə gedirdik. Rayonun mərkəzində yerin altında hamam vardı. Xalam uşaqlarını da götürüb hamama gedərdik. Girişi 20 qəpik idi, geyimlər üçün isə bağlı rəf vardı. Biz uşaqlar parda qadın salonunda çimirdik. O dövrdə evlərdə, xüsusən də kəndlərdə hamam yox idi. Həmin hamam təmizlik məkanı, hamının kollektiv üz tutduğu hamam idi. Sonradan dövr dəyişdi, hamı ayıldı, evlərdə hamam tikildi, getmədik”.

Kəmalə Əliyevnın sözlərinə görə, hamam 19-cu əsrdə tikilib və indiyə qədər varlığını qoruyub saxlayıb. Amma abidə illərdir ki, əsaslı təmir olunmur

40 ildir ki, qapısı bağlı yeraltı hamam kompleksi nadir memarlıq abidəsi kimi getdikcə öz varlığını itirməkdədir.

Rayon ziyalısı Əkbər Əliyev deyir ki, abidə mülkədar Həzrət bəy Ağazadə tərəfindən qızına cehiz olaraq tikilib.

Geniş, düzbucaq formasında olan hamam 3 oval formalı salondan, 4 tək otaqdan ibarətdir.

Memarı bilinməyən hamam kompleksinin üç fərqli özəlliyi var ki, hələ də sirri müəmmalıdır.

“Bu hamamın 4 unikal özəlliyi var”

Əkbər Əliyev bildirir ki, məhz bu özəlliyinə görə hamam öz təyinatı üzrə istifadə edilməsə də, sıradan çıxmasına da imkan verilməməlidir.

“Ağabəyovlar rayonda məşhur nəsil olub. Nəslin ən tanınmış üzvü Məmməd Sadıq bəy Ağabəyov general, pedaqoq, şərqşünas alim olub. Həzrət bəy isə böyük mülkədar, indiki dillə desək, sahibkar olub. Ötən əsrin 30-cu illərində Bakıda yaşayıb və vəfat edib. Düşünürəm ki, unikal olan bu abidə məhz 20-ci əsrin əvvəlində də tikilə bilər. Bir özəlliyi odur ki, hamam yer səthindən iki metrə qədər yerin altında yerləşir. Bir o qədər hündürlükdə isə yerin üstündədir. Yerin üstündə olan hissədə çölə pəncərələri var. Bu da otaq və salonları işıqlandırmaq üçündür. Üç salondan ikisi qadınların olub ki, o otaqlar tərəfdə pəncərə yoxdur. Salonlarda eyni anda 70-80 şəxs istifadə edə bilib”.

“Bir özəlliyi isə istilik sistemi idi ki, su və odunla isidilirdi, ancaq döşəmə həmişə isti qalırdı. Bilinmirdi ki, istiliyi necə qalır. Digər maraqlı məqam isə kanalizasiya xəttinin müəyyən edilməməsidir. Hamamdan axıdılan su hara gedir, bilinmirdi. Hətta deyilirdi ki, 400 metrəyə qədər axıdılır, ancaq yenə bilinmədi. Hətta alt hissədə iri hovuzu var. Bu da 6-7 metr dərinlikdədir. Suyu da o vaxt 100 metr uzaqlıqdan – Ərvan çayından götürülüb. Hamam kompleksi rayon əhalisinin təmizlik və dinclik məkanı olub. Düzdür, sonradan iki hamam da tikilib, ancaq bu hamam kompleksi unikal memarlıq abidəsidir, qorunması vacibdir”, – deyə o qeyd edir.

“Hamam əsaslı təmir olunmalı və ilkin vəziyyətə qaytarılmalıdır”

Onun sözlərinə görə, hamam həmişə təyinatı üzrə istifadə edilməyib:

“Zamanla həbsxana, sahibkarlıq, tibb obyekti kimi istifadə olunub. Hətta bu istifadələr kompleksin daxili dizayn və interyerinə də mənfi təsir edib, kənar müdaxilələr olub. Odur ki, əsaslı təmirdə hamamın ilkin vəziyyəti nəzərə alınmalıdır. Repressiya illərində hamamdan həbsxana kimi istifadə olunub. İkinci Dünya müharibəsi illərində isə pendir sexi kimi istifadə olundu. Aclıq idi o dövrlərdə, buna fikir verilmirdi. 1958-ci ildə bina yüngül təmir olunub təyinatı üzrə işləyib. Müstəqillik illərində isə bir nəfər oranı tibb müəssisəsi kimi istifadə etdi, narazılıq oldu deyə fəaliyyəti dayandırıldı. O adam interyerə, daxili dizayna dəyişiklik etmişdi. Sonradan dövlət abidəsi elan edib qorunduğuna dair yazı qeyd olundu, ancaq abidə əsaslı restavrasiya (köhnəlmiş memarlıq abidəsinin ilkin formasına uyğun yenilənməsi. red) olunmadı”.

Rayon sakini bildirib ki, yalnız çöl hissədən divarlara yüngül əl gəzdirilib:

“Buna da təmir demək olmaz. Hələ 15 il öncə hamamın içərisinə daxil oldum, çox bərbad və töküntülü bir vəziyyətdə idi. İndi bilmirəm içərini təmizləyirlər və necədir? Ancaq hələ o vaxt bərbad idi. O abidənin içərisi çox maraqlı üslubda qurulmuşdu, naxışları, ornamentləri, oymaları fərqli idi. Yenidən hamam əsaslı təmir olunmalı və ilkin vəziyyətə qaytarılmalıdır”.

O deyir ki, abidə kompleksi yaşı bir əsrə yaxın çinar ağacının yaxınlığında yerləşir. Küləkli havalarda çinar ağacı da aşıb abidəyə təhlükə yarada bilər.

Rayon sakinləri də düşünür ki, abidə kompleksinə çox olmasa da, ildə 2-3 dəfə turist gəlişi belə təmirini qaçılmaz edir.

Onlar deyirlər ki, hamama giriş olmasa da, qapısı kənar müdaxilədən qorunmaq üçün bağlı olsa da, ancaq kompleksin gümbəz və çöl divarlarında iri çatlar, dağıntılar tezləşdirilməyən təmir üzündən zamanla məhv olacağından xəbər verir.

“Aidiyyəti qurumlar təmir vədi verir, ancaq əməli fəaliyyət yoxdur”

“Maraqlısı odur ki, hamam həm də rayonun tarixindən xəbər verən unikal memarlıq abidəsidir. Yerli əhəmiyyətli abidə kimi niyə məhv olsun? Təmir etsinlər ki, yaşasın. 10 ildən çoxdur ki, aidiyyəti qurumlar təmir vədi verir, ancaq əməli fəaliyyət yoxdur. Rayonda festival olur, gələnlər çox olur. Turistlər üçün maraqlı məkan ola bilər. Təmir olunsun, ətrafı hasarlansın, qorunsun. Rəngləri solur, divarlar çat verib tökülür, pəncərələr, girişi təmirsiz, ətrafı isə tullantı ilə dolu olur. Vaxtaşırı içərisində təmizlik aparılsa, abidə tarixə qovuşmaz, yaşayar”, – deyə rayon sakini Arzu Məmmədova vurğulayır.

Yenə də vəd…

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərbası Üzrə Dövlət Xidməti Meydan TV-nin abidə ilə bağlı sorğusuna cavab verib.

Amma qurum abidənin nə vaxt təmir ediləcəyini konkret deməyib:

“Göyçay rayonunda yerləşən “Yeraltı hamam” yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi dövlət qeydiyyatındadır. Həmin hamam uzun illər sakinlərin istifadəsində olub. Hazırda Dövlət Xidməti tərəfindən həmin hamamın bərpa olunaraq yenidən istifadə olunması istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulur. Bu məqsədlə tarixi hamamın bərpa olunması üçün investisiya planına salınıb”.

Sakinlər isə hələ də ümid edirlər ki, abidə tarixə qovuşana qədər aidiyyəti qurumlar verdikləri vədi yerinə yetirəcəklər.

Bu abidə Göyçayın pasportudur... AMMA NƏ OLSUN...
Bu abidə Göyçayın pasportudur... AMMA NƏ OLSUN...
Bu abidə Göyçayın pasportudur... AMMA NƏ OLSUN...
Bu abidə Göyçayın pasportudur... AMMA NƏ OLSUN...
Bu abidə Göyçayın pasportudur... AMMA NƏ OLSUN...
Bu abidə Göyçayın pasportudur... AMMA NƏ OLSUN...
Bu abidə Göyçayın pasportudur... AMMA NƏ OLSUN...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Rusiya öz ərazisində bu cür təxribatın həyata keçirilməsinə imkan verməz" - Çingiz Qənizadə
Bu gün, 09:02
Ən çox İT OVÇULARI Avropa və ABŞ-də olsa da... - Bizə qarşı bir bəhanədir...
Bu gün, 08:59
“Turan Bank” vətəndaşı rəsmən QURU YURDDA QOYDU - ÖZBAŞINALIQ!
Bu gün, 08:55
Gədəbəydə İBTİDAİ-İCMA ŞƏRTLƏRİ... - Dİ GƏL YAŞA...
Bu gün, 08:52
Şəhər Gününüz mübarək, əziz Ağdamlılar! - MƏQALƏ
Bu gün, 08:49
Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
Bu gün, 08:48
“Onlar 2020-ci ildə məcbur qalıb saziş imzaladılar” - NƏ ETMƏLİ?
Bu gün, 07:35
Bakıdakı bu çıxış Avropanı silkələdi: Fransa hansı silaha əl atacaq? - Görünəni odur ki...
Bu gün, 07:22
Şoltsun zəngi: “Qızıl milyard” Rusiyaya uduzur - İNCƏLƏMƏ
Bu gün, 07:19
Ermənistan real addımlar atmalı və Zəngəzur dəhlizini açmalıdır - ÇAĞIRIŞ
Bu gün, 02:00
Azərbaycanlı nazirin oğlu ilə sevgili olan müğənni "Tramp"dan görün nə istədi
Bu gün, 01:54
"Wolt"un velosipedçisi "Dihaj"ın anasını vurub - TƏFƏRRÜAT
Bu gün, 01:29
TAKSİ DƏLƏDUZLUĞU... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 01:26
Erməni aktrisanın qardaşı dəlixanada öldürüldü
Bu gün, 01:24
"Kişilər sanki sosial şəbəkədə ov axtarışına çıxıblar" - PSİXOLOQDAN SENSASİON AÇIQLAMA
Bu gün, 01:22
Ali nümayəndədən ibtidai fikirlər - FAKT BUDUR!
Bu gün, 00:26
Mərkəzi Xəstəxananın direktor müavini işdən çıxarıldı - ƏMR
Bu gün, 00:23
"Naxçıvanda əməlli-başlı dərəbəylikdir, kim nə istəyir edir..." - NARAZILIQ VAR
Bu gün, 00:17
“Bəli, küsmüşəm, incimişəm, rollar oynamaq istəyirəm, amma ortada heç nə yoxdur” - GİLEY
Bu gün, 00:09
Biznesmenlər bürokratiyaya qarşı: “Tramp Maska vəzifə verməklə...” - GƏLİŞMƏ
Bu gün, 00:06
Eyni şirkət dövlət qurumunun 4 tenderini uddu - 5 MİLYON MANAT QAZANDI
Bu gün, 00:02
Paşinyan sülh müqaviləsinin bir hissəsini açdı - NƏ BAŞ VERİR?
Dünən, 23:14
Paşinyan xarici auditoriyaya hansı siqnallar ötürür? - Ovannisyan sirləri açdı
Dünən, 23:11
Gənc şair faciəvi şəkildə öldü
Dünən, 23:07
Parisin SAXTA MAHİYYƏTİ... - ŞƏRH
Dünən, 21:36
Azərbaycanda artan varlı görünmək xəstəliyi: Psixoloji problem imiş - AXI NİYƏ?..
Dünən, 21:33
ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə 36 trilyon dolları keçdi
Dünən, 19:52
Məktəbdə qızı döyən azərbaycanlı şagirdə cinayət işi açıldı - FOTO
Dünən, 19:45
Paşinyanın sözləri havaya atılan güllələr kimidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Qanunların himayəsində - “Avropa yaşlanır, amma qocalmır”
Dünən, 18:58
"Zelenskinin alternativi yoxdur" - Zərdüşt Əlizadə
Dünən, 18:37
Tehran Vaşinqtona məxfi mesaj göndərib - KİV
Dünən, 18:32
Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir - MƏQALƏ
Dünən, 18:30
MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə istintaqı yekunlaşıb - DETALLAR
Dünən, 18:21
“Araz” Supermarketlər Şəbəkəsindən kənd təsərrüfatının inkişafına dəstək - Asiya İnkişaf Bankı ilə 10,5 milyon dollarlıq saziş imzalandı
Dünən, 18:14
“Elmanado” şirkətinin dövlətə 703 min manat vergi borcu var - DETALLAR
Dünən, 18:11
Zakir Fərəcov səyyar qəbul keçirdi - FOTOLAR
Dünən, 18:07
Aşıq Namiq atasının ölümündə həkimi ittiham etdi - Şok AÇIQLAMA
Dünən, 18:05
Anasının il mərasiminə getmişdi, özünü güllələdi
Dünən, 17:59
Həbs edilən məmurun ailəsində insident: Atası anasını bıçaqlayıb - TƏFƏRRÜAT
Dünən, 17:58
Ermənistan COP29-a GƏLƏCƏK? – “Azərbaycanın tələbi hələ də qüvvədədir”
Dünən, 17:55
Vəzifəli şəxslərə rüşvət verməklə cinayət məsuliyyətindən azad etdirəcəyini vəd verib – HÖKM
Dünən, 17:51
Hamı bura üz tutur: Naxçıvandan axırıncı çıxan QAPINI ÖRTSÜN... - ACINACAQLI MƏNZƏRƏ...
Dünən, 17:48
"3 il ərzində boşanma qərarını verən evli cütlüklərə yüksək cərimə tətbiq olunsa... evliliyə və boşanmağa daha ciddi yanaşma olacaq"
Dünən, 17:44
Tiflisin vasitəçilik təklifi nəyə xidmət edir?
Dünən, 17:40
Paşinyan niyə Azərbaycanla strateji sövdələşməyə ehtiyac duyur? - İNCƏLƏMƏ
Dünən, 17:35
Gürcüstandan vasitəçilik təklifi: Azərbaycan razı, bəs İrəvan? - AKTUAL
Dünən, 17:31
Sabiq erməni prezident məhkəmədən qaça BİLMƏDİ - erməni KİV
Dünən, 17:24
Fransa COP29-a qatılmamaqla qlobal iqlim problemlərində maraqlı olmadığını göstərdi - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:22
Azərbaycan üçün sevindirici proqnoz – “Güc onlardadır, gəlirlər, qərar dəyişəcək”
Dünən, 17:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru