Şirvana 'qara maskalılar' hər an görünə bilər .....                     "Terrorsuz Türkiyə" strategiyası: qazanılmış nəticə və Azərbaycanın dəstəyi .....                     Silah buraxıldı, təşkilat bitdimi? .....                     “Silah tapa bilərlər, bizimlə döyüşəcək cəsarət və güc isə əsla!” .....                     Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI .....                     Ana övladlarından imtina etdi, 6 uşaq atası müavinət ala bilmir... .....                     Qiymətlər kəskin artacaq, bundan sonra... .....                     Suraxanı sakinlərinin SU ÇİLƏSİ .....                     Çin dalanı: Kreml üçün çıxılmaz nöqtə .....                     "Siz hardan bilirsiniz ki, həyat yoldaşım burada deyil?" .....                     Lerikdə vəzifə saxtakarlığı: .....                     Gömrük sənədlərini vaxtında bəyan etməyən şirkət cərimələndi .....                     1,2 milyon vergi borcu olan şirkət kimindir? .....                     "Baxdım ki, adam mənim özümü "qara siyahı"ya atıb" .....                     Kollektivdə nalayiq hərəkətlər edən məmur İŞDƏN QOVULDU .....                     Azərbaycanda nazir koronovirusa yoluxdu .....                     Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib .....                     Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb .....                     Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir .....                     Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq .....                     AAYDA-da nə baş verir? .....                     AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? .....                     Hamı Türkiyədə Putinlə görüşə hazırdır .....                     “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib .....                     “Ərimin səhvi də düzdür” .....                     Türkiyənin təklifinin alternativi müharibədir .....                     “Bizdə porno çəkilmir, öpüşə bilmirlər, .....                     Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik .....                     Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... .....                     Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır .....                     Kreml Köçəryanı “qurban verir” .....                     Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır .....                     PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır .....                     Yer kürəsinə ən yaxın planet açıqlandı .....                     Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər .....                     Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? .....                     "Qələt edir" .....                     Azərbaycanın yeni hərbi prokuroru kimdir? .....                     Generalı nazir əvəzlədi .....                     Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb .....                 

Neftçalanın inşaat biznesi maqnatları: Əsədov qardaşları... - İLGİNC FAKTLAR
Tarix: 29-08-2024, 07:00 | Çap et
Neftçalanın inşaat biznesi maqnatları: Əsədov qardaşları...
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi bir neçə gün öncə “Şuşanın Malıbəyli kənd 432 şagird yerlik tam orta məktəb binasının tikintisi, Şuşa şəhər Peşə Təhsili Mərkəzinin əsaslı təmiri, Xocalı şəhər körpələr evi-uşaq bağçasının, Xocalı şəhər tam orta məktəbin, Xankəndi şəhəri, Kərkicahan qəsəbə körpələr evi-uşaq bağçasının və Xankəndi şəhəri, Kərkicahan qəsəbə 624 şagird yerlik tam orta məktəb binasının əsaslı təmiri üzrə layihə-smeta sənədlərinin hazırlanması” üzrə tenderin nəticələrini elan edib.

Satınalma portalının məlumatına görə, bir gündə altı tenderin qalibi “Sosial-İnkişaf Layihə” MMC şirkəti (VÖEN: 1301355021) olub. Qalib şirkətlə ümumilikdə 495 min manat məbləğində müqavilə imzalanıb.

Lakin Təhsil Nazirliyinin nəzdində olan Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi bu barədə tenderi dövlət satınalmaları portalından kənar elan edib. Portalda qeyd olunub ki, bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil). Bu məqam müəyyən şübhələr yaratdığı üçün araşdırma aparmaq zərurəti yarandı.

Şirkət haqqında ətraflı məlumat

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarına əsasən, “Sosial-İnkişaf Layihə” Məhdud Məsuliyyətli Cəmiyyəti 10 AZN nizamnamə kapitalı ilə 2007-ci ilin aprel ayında dövlət qeydiyyatına alınıb. Hərçənd, saytlarında 2016-cı ildən etibarən fəaliyyət göstərdikləri qeyd olunub. Hazırda şirkətin qanuni təmsilçisi Elşad Böyükbala oğlu Əsədov olaraq göstərilir.

Şirkət ölkədəki yaşayış binaları, təhsil müəssisələri, ofis binaları, dövlətin inzibati binaları, ictimai-iaşə obyektlərinin layihələndirilməsi ilə məşğuldur. Məsələn, layihələri arasında Yardımlı İcra Hakimiyyətinin binası, Şəmkirdə Vergi İdarəsi, Lənkəranda Hərbi Prokurorluq, Zaqatalada rayon məhkəmə binası, Qusar Rayon İcra Hakimiyyətinin binası və digər rəsmi qurumların inzibati binaları mövcuddur. Müştəriləri arasında Elm və Təhsil Nazirliyi, Müdafiə Nazirliyi, Baş Prokurorluq kimi dövlət qurumları var. Xidmətlər arasında interyer və dizayn layihələri də yer alıb.

Ümumilikdə sadəcə 2019/2022-ci illər ərzində satınalma portalında müxtəlif metodlarla; istər açıq, istər gizli, istər katirovka və istərsə təkliflər sorğusu metodları ilə keçirilən tenderlər zamanı 3.029.330,10 AZN (3 milyon manatdan çox) vəsait udulub.

2020-ci ildə mətbuatda yazılan “Təhsil Nazirliyinin əksər tenderlərinin qalibi hansı şirkətdir?” başlıqlı məqalənin cavabı əlbəttə ki, “Sosial İnkişaf Layihə” MMC olub.

Şirkət kimə aiddir?

Şirkət ilk açıldığı dövrdə “KONSTRUKTOR-S” MMC kimi fəaliyyət göstərib. 2009-cu ildə isə adını dəyişərək “Sosial-İnkişaf Layihə” MMC olub.

Elşad Əsədov FHN-nin nəzdindəki Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “AzərİnşaatLayihə” Dövlət Baş Layihə Konstruktor Texnoloji İnstitutunun baş direktoru Səxavət Böyükbala oğlu Əsədovun qardaşıdır.

1955-ci il təvəllüdlü Səxavət Əsədov 2014-cü ildə Fövqəladə Hallar Nazirliyində mühəndis fəaliyyəti sahəsində səmərəli xidmətinə görə Prezident İlham Əliyev tərəfindən ”Əməkdar mühəndis” fəxri adına layiq görülüb. 2012-ci ildə isə inşaat sahəsində səmərəli fəaliyyətlərinə görə İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif olunub.

Şirkətin 2007-ci ildə açıldığı zaman adının “Konstruktor-S” olması təsadüfi deyil, məhz Səxavət Əsədovun hazırki gördüyü işlə əlaqəlidir və “S” abviaturası da Səxavət mənasını verir.

Qardaşı, 1957-ci il təvəllüdlü Elşad Əsədovun “Narın” Mənzil-Tikinti Kooperativi, “Dördlər” tikinti şirkəti və “Ervaen” Məhdud Məsuliyyətli Cəmiyyəti adlı şirkətləri də mövcuddur. Elşad Əsədov həmçinin Bakıdakı Gəncə prospektində yerləşən “Fəridə” Şadlıq Sarayının, Haqverdiyev küçəsi 3 ünvanındakı “THE PLACE” pub-restoranı və “377pub” restoranın da sahibidir.

Üçüncü qardaşları, ​1963-cü il təvəllüdlü Elxan Böyükbala oğlu Əsədovun da 7 inşaat şirkəti mövcuddur: “AZƏT İNŞAAT-2018”, “İNŞAAT CLASS”, “İNŞAAT-2018”, “BUTA İNŞAAT-2018”, “İNŞAAT SERVİS-X”, “SERVİS-63” Məhdud Məsuliyyətli Cəmiyyəti və “ŞERON-63” Mənzil-Tikinti Kooperativi.

Bundan əlavə, ən kiçik, dördüncü qardaşları, 1963-cü il təvəllüdlü Rövşən Böyükbala oğlu Əsədovun da iki tikinti şirkəti var: “SƏRXAN-İNŞAAT” MMC və “SƏRXAN-İNŞAAT-X” MMC. Həmçinin onun Neftçala rayonu, H. Əliyev prospektində yerləşən kafesi və Neftçala rayonu, Dördlər kəndindəki “Dördlər” adlı şadlıq sarayı mövcuddur.

Qardaşların dördünün də, həm Bakıda, həm də Neftçala rayonunda xeyli sayda mənzilləri, iaşə obyektləri, müxtəlif biznesləri və malikanələri olduğu iddia olunur.

Azərbaycan qanunvericiliyinə görə

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bildirir ki, dövlət qulluqçusunun maddi faydaları öz qohumuna yönəltməsi ilə bağlı göstərişlərin (əmrlərin) verilməsi və təsdiqlənməsi maraqların toqquşmasına səbəb olur.

“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində göstərilib ki, dövlət qulluqçusu qulluq etdiyi dövrdə maraqların toqquşmasına yol verməməlidir və qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir.

Bundan əlavə, “Dövlət satınalmaları haqqında” Qanunun 44-cü maddəsində qeyd olunur ki, ehtimal olunan qiymət 100 min manat və ondan çox olduqda, satınalmalar açıq tender və ya ikimərhələli tender metodları tətbiq edilməklə keçirilir. Ehtimal olunan qiymət 100 min manatdan az olduqda, satınalmalar kotirovka sorğusu metodu tətbiq edilməklə keçirilə bilər. Bizim araşdırmada bəhsi keçən qalib şirkətlə isə birdəfəyə 180 min manat məbləğində müqavilə imzalanıb. Bu da qanun pozuntusu deməkdir.

Meydan TV əməkdaşı bir ay ərzində Elşad Əsədovla, eləcə də adıkeçən digər qardaşlarla əlaqə saxlamağa çalışsa da, münasibət öyrənə bilməyib. Elşad Əsədov ona ünvanlanmış jurnalist sorğusunu cavablandırmayıb.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şirvana 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
Bu gün, 06:34
"Terrorsuz Türkiyə" strategiyası: qazanılmış nəticə və Azərbaycanın dəstəyi - İNCƏLƏMƏ
Bu gün, 06:21
Silah buraxıldı, təşkilat bitdimi? - Görünəni odur ki...
Bu gün, 06:17
“Silah tapa bilərlər, bizimlə döyüşəcək cəsarət və güc isə əsla!” - deputat
Bu gün, 06:15
Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
Bu gün, 00:53
Ana övladlarından imtina etdi, 6 uşaq atası müavinət ala bilmir... - deputatdan AÇIQLAMA
Bu gün, 00:44
Qiymətlər kəskin artacaq, bundan sonra... - Əhaliyə PİS XƏBƏR
Bu gün, 00:40
Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
Bu gün, 00:38
Çin dalanı: Kreml üçün çıxılmaz nöqtə - GƏLİŞMƏ
Bu gün, 00:31
"Siz hardan bilirsiniz ki, həyat yoldaşım burada deyil?"
Bu gün, 00:28
Lerikdə vəzifə saxtakarlığı: - Kommunal birliyin rəisi və məktəb direktoru cəzalandırıldı
Bu gün, 00:26
Gömrük sənədlərini vaxtında bəyan etməyən şirkət cərimələndi
Dünən, 23:00
1,2 milyon vergi borcu olan şirkət kimindir? - İLGİNC
Dünən, 22:58
"Baxdım ki, adam mənim özümü "qara siyahı"ya atıb" - İŞƏ POLİS QARIŞDI
Dünən, 22:29
Kollektivdə nalayiq hərəkətlər edən məmur İŞDƏN QOVULDU - TƏFƏRRÜAT
Dünən, 22:26
Azərbaycanda nazir koronovirusa yoluxdu - FOTO
Dünən, 22:23
Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib - ƏMR
Dünən, 22:21
Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb - FAKT BUDUR!
Dünən, 19:02
Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq - GƏLİŞMƏ
Dünən, 18:58
AAYDA-da nə baş verir? - Vergi borcu milyonlarla manata çatır
Dünən, 18:11
AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? – Bağlandığı DEYİLMİŞDİ
Dünən, 18:10
Hamı Türkiyədə Putinlə görüşə hazırdır - Zelenski
Dünən, 18:06
“Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib - DÖVLƏTİN GƏRƏKƏN REAKSİYASI...
Dünən, 18:05
“Ərimin səhvi də düzdür” - Ofeliya Şabanova
Dünən, 18:03
Türkiyənin təklifinin alternativi müharibədir - ŞƏRH
Dünən, 18:02
“Bizdə porno çəkilmir, öpüşə bilmirlər, ət tökəndilər, o qədər əcaib səslər çıxarırlar ki...”
Dünən, 18:00
Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik - Paşinyan BELƏ DEYİR...
Dünən, 17:58
Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... - BU NƏDİ BELƏ?..
Dünən, 17:54
Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır - ETİRAZ
Dünən, 17:49
Kreml Köçəryanı “qurban verir” - GƏLİŞMƏ
Dünən, 17:45
Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır – Kremldən gözlənilməz QƏRAR
Dünən, 17:42
PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır - ÇÜNKİ...
Dünən, 17:41
Yer kürəsinə ən yaxın planet açıqlandı – Beş saata çatmaq mümkündür
Dünən, 17:38
Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər
Dünən, 17:34
Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? - İLGİNC FAKT
Dünən, 17:33
"Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
Dünən, 17:29
Azərbaycanın yeni hərbi prokuroru kimdir? - Fotolar
Dünən, 17:27
Generalı nazir əvəzlədi
Dünən, 17:23
Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb - KİV
Dünən, 17:21
Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib - SƏRƏNCAM
Dünən, 17:19
Küçədə döyülərək öldürülən məktəblinin - Fotosu
Dünən, 16:21
Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu - DETALLAR
Dünən, 15:54
“Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” - TƏFƏRRÜAT
Dünən, 15:50
Azərbaycanda daha iki audit şirkətinə yeni, müddətli lisenziyalar verilib
Dünən, 15:48
"Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 15:19
İmişlidəki qalmaqala deputatdan REAKSİYA - DEPUTAT DANIŞDI
Dünən, 15:16
“Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir - İLGİNC FAKTLAR...
Dünən, 15:13
İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
Dünən, 15:08
Bir həftə əvvəl hakimdə heç bir problem aşkarlanmadı, dünən vəfat etdi – Yeni detallar
Dünən, 15:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru