“O HİSSƏLƏRİ BAŞDAN-AYAĞA UYDURMUŞAM”
Tarix: 30-10-2011, 14:31 | Çap et
“ELƏ YAZIÇILAR VAR Kİ, BÜTÜN FAKTURASI HƏYATDAN GÖTÜRÜLÜB”
Bu günlərdə Kulis.az saytının baş redaktoru Qan Turalı “Mustafa” romanı çapdan cıxıb. Onununla söhbətimizdə həm “Mustafa”dan, həm də ədəbi gündəmin mövzularından danışdıq.
- Musatafa adı Azərbaycanda o qədər də məşhur deyil. Biz Musatafa adında türk ədəbi nümunələrində, filmlərində daha cox rast gəlirik. Bu baxımdan bizim üçün maraqlıdır, niyə məhz “Mustafa”?
- Musatafa ərəbcə bir addır, bizim dilimizə seçilmiş kimi tərcümə olunur. Məhəmədün Mustafa seçilmiş Məhəmməd deməkdir. Doğrudan da bizdə Musatafa adına cox az rast gəlinir. Yeri gəlmişkən, Murad Köhnəqalanın oğlununun adı da Musatafadır. Kiçik İsgəndərin “Musatafa” şeiri vardı, o şeiri çox sevirəm, bir gəncin faciəsini əks etdirir. Ümumiyyətlə Türkiydə Mustafa adının bir şolçu kimliyi var. Bilirsiniz ki, solçuluğun böyük lideri Musatafa Sübhi 1920-ci ildə Azərbaycanda Türkiyə Kommunist Partiyası yaratmışdı. Həm solçu kimliyinə, həm də islamla, Məhəmməd peyğəmbərlə bağlı bir ad olduğuna görə Musatafa üzərində dayandım. Romanda da Musatafa ilk vaxtlar dindar olur, sonra solçu. Bir sözlə Mustafa bu ik adı birləşdirən addır.
- Mən romanın uğurlu alındığını düşünürəm. Amma mənə elə gəlir ki, bir balaca tənbəllik etmisiniz. Ola bilməz ki, bir yerdə mübarizə aparan solçular getdikləri yol, mübarizənin fəlsəfəsi, nəticənin necə olacağı barədə uzun-uzadı müzakirələr aparmasınlar.
- Əlbəttə solçuların saatlarla sürən uzun polemikaları olub. Mübarizə necə olmalıdır, mübarizənin avanqardı nədir, mübarizə kimə qarşıdır, bizim liderimiz kimidir: Mao, yoxsa Lenin. Solçuluğun nəzəri olaraq xeyli problemləri var. Bu cür polemikalara adətən sol romanlarda yer verilir. Məsələn, Steynbekin “Qəzəb salxımları” adlı bir romanı var, o romanda solçuluğun strategiyası ilə bağlı faktura və bədii material var. Maksim Qorkinin əsərlərində də faktura var. Mirzə İbrahimovun əsərlərində kəndlilərin inqilabda rolunun necə olması ilə bağlı uzun polemikalara rast gəlirik. Bu tipli polemikaları romana salmaqla bəlkə də “Musatafa”nı daha maraqlı etmək olardı. Amma mənim məqsədim solçuluğun romanını yazmaq deyildi. Əsas məqsədim bir insanın faciəsini yazmaq idi. Düşünürəm ki, faciəni lazım olan dozada verə bilmişəm. Yəqin bilirsiniz ki, Azərbaycanda solçuluğun cox ciddi metodoloji, strateji problemləri var. Bundan da yazmaq olardı. Əgər “Musatafa” xüsusi bir sol romanı olsaydı, siz deyən şeylər geniş, əhatəli, indikindən bir neçə dəfə artıq şəkildə burada öz əksini tapardı.
- Biz romanda son fəsilə qədər Qan Turalı və dostlarını görürük, ama son fəsili elə bil sən yox, bir başqası yazıb. Maraqlıdır ki, bu məqam əsərin özündə də vurğulanır. Qeyd edilir ki, son fəsili Musatafa yox, Dəniz yazıb.
- Əgər romanı üslub ustaları oxusalar, onlar romanın əvvəlki fəsilləri ilə son fəslinin üslubu arasındakı fərqi görəcəklər. Fərq əslində açıq şəkildə hiss olunur, amma bu mənim peşəkarlığıma bağlı bir şey deyil. Sadəcə romanın ən son yazılan fəsli əvvəlki fəsillərdən zaman etibarı ilə xeyli sonra yazıldığına görə üslub əvvəlkindən fərqlidir. Məsələn, mən “Şairin ölümü və əksinqilabi iş” fəsilini 2010-cu ilin aprel ayında bitirmişdim. Amma sonuncu fəsili necə yazacağımı bilmirdim. Deyirdim ki, romanı bitirmişəm, bir fəsil qalıb, amma romanın axırının necə qurtardığını bilmirdim. Uzun müddət fasilə verdim, son fəsil məhz bu cür alındı. Əvvəlcədən planlaşdırılan bir şey olmayıb. Konkert situasiyada bu fəsili yazmışam və yaza-yaza ağlamışam. Sonra oxumuşam və görmüşəm ki, başqa bir şey alınıb. Əvvəlkindən cox fərqli mətn, məzmun üzə cıxıb. O ki qaldı reallığa, düz deyirsiz, mənim dinçi bir keçmişim var. İndi ateist deyiləm, amma olanları əvvəlki kimi islami meyarlarla da qiymətləndirmirəm. Daha doğrusu islamın özündən başqa heç nəyi islamı meyarlarla qiymətləndirmirəm. Sosialist olduğumu isə məni tanıyan hər kəs bilir. Amma romanını son fəsilinə qədər yazdıqlarımın da bir hissəsi reallığa uyğun deyil. Nə elə bir təşkilat olub, nə belə bir hərəkat olub. Heç bu istiqamətdə polemikalar da olmayıb. Ümumiyyətlə, mənə elə gəlir ki, yazıçı həm də uydurmağı bir az yaxşı bacaran adamdır. O hissələri də mən başdan-ayağa uydurmuşam. Elə yazıçılar var ki, bütün fakturası həyatdan götürülüb. Mən bunu o qədər də qəbul eləmirəm. Faktura əlbəttə ki həyatdan götürülməlidir, həyat ən böyük müəllimdir. Ədəbiyyat da bu məqama həsas yanaşır. Amma bu o demək deyil, təxəyyülündən nəyisə yaratmaq olmaz. Yazıçı heç də hər şeyi yazan deyil, həm də bir az quraşdırandır. Qurama deyil, amma quraşdırandır.
- Romanının sonu sanki Pərvizin “Yad dildə”si ilə oxşardır və maraqlıdır ki, hər iki romanda bu günə ümid yoxdur, gözlər gələcəyə dikilib.
- Mən bilmirəm, ədəbi tənqidçilər bu əsəri necə dəyəndirəcəklər-əslində onların necə dəyərləndirmələri mənim üçün önəmli deyil- amma məncə “Mustafa”ya siyasi roman demək olar. Ümumiyyətlə ədəbi nümunələr həyatın güzgüsüdür. Mən də siyasi mühitdə olan depressiyanı, fərdi həyatda olan ümidsizliyi romanda təsvir etməyə çalışmışam. Ümidin harada olacağını isə bilmirəm. Hətta romanı yazanda da hər şeyin öldüyünü hiss edirdim. Ümid gələcəyə bağlansaydıı, əsərin sonunda hər hansı işıq, gələcəyə bir göndərmə olardı, məsələn, Musatafa deyərdi ki, çox gözəl günlər görəcəksiniz, filan.
- Qan Turalının solçu yazar kimi Azərbaycan ədəbiyyatında qalmaq iddiası varmı?
- 19-cu əsrin sonlarına nəzər salsaq görərik ki, Azərbaycanda solçu olmayan yazıçı yoxdur. Mirzə Cəlil sol düşüncəyə yaxınıydı, Ömər Faiq ümumiyyətlə sosialist idi. Sabir dindar olsa da əsərlərində solçuluğun ideyalarını ifadə edib, maarifciliyi təbliğ edib, dinin insanları əzməsindən danışıb. Nərimanov isə Kommunist Partiyasının rəhbərlərindən biri olub. Bu baxımdan Azərbaycan ədəbiyyatında solçu yazar kimi qalmaq müşkül məsələdir. Yeri gəlmişkən, bir maraqlı məqamı qeyd edim, çox maraqlıdır ki, bizim dinçi, yaxud həyatı boyu islama səmimi qəlbdən inanmış yazarımız yoxdur. Məncə bu ciddi bir problemdir və belə bir yazar olmalıdır. Mən isə yaddaşlarda yazıçı kimi qalmaq istəyirəm. Yaddaşlarda solçu kimi yox, yazıçı kimi qalmaq daha yaxşıdır.
- Belə fikirlər var ki, siyasi romanlar uzunömürlü olmur. Siz necə düşünürsünüz?
- 19-cu əsri roman əsri adlandırırlar. Ən möhtəşəm romanlar 19-cu əsrdə yazılıb və roman özünü ədəbiyyatın əsas janrı kimi o vaxt təsdiqləyib. O dövrdə də çoxlu siyasi romanlar yazılmışdı. Viktor Hüqonun “Səfillər” romanında görün nə qədər siyasi məqamlar var. Bir az bəri gələndə görürük ki Maksim Qorkinin “Ana” romanı tam siyasi bir romandır. Steynbekin siyasi romanları var. Əsilndə siyasi romanların sayı az deyil. Siyasi romanlar o vaxt ədəbiyyat tarixində qalır ki, həqiqətən də roman olsun. Birtərəfli, tam ideloji roman olmasın. Azərbaycan ədəbiiyatında isə həddindən artıq çox ideoloji roman var. Ümumiyyətlə, birmənalı şəkildə bir ideyanı dəstəkləyən, başqa bir ideyaya qarşı kin, nifrət aşılayan, əks düşüncədə onları aşağılayan çoxlu romanlar görmüşük. Hətta məşhur yazıçı Orxan Pamuk “Qar” romanında siyasi obyektivliyi tamamilə itirərək liberal düşüncə ilə Atatürkü, kamalizmi, ordunu tənqid edib və düşünməyib ki, iki tərəf var və ikisi də haqlı ola bilər. Orxan Pamuk başqa romanlardakı peşakarlığı burada göstərə bilməyib. İndi bizdə həm hökuməti tərifləyən, həm müxalifətin tərəfində olan siyasi romanlar var. Bunların heç biri roman deyil. Siyasi hesab edilə biləcək romanlardan yalnız müsbət mənada yalnız bir-ikisinin adını çəkmək olar, məsələn Pərvizin “Yad dildə” əsəri. Ümumiyyətlə, yazıçı hadisələrin fövqündə olmalıdır. Dostoyevski ədəbiyyata yeni bir roman nəzəriyyəsi gətirdi, polifonik roman nəzəriyyəsi. Polifonik romanda çox xətlilik olmalıdır, hər kəs öz mövqeyini bildirməlidir. Dostoyevskinin əsərlərinə fikir verin. Tutaq ki, ateist də danışır, dindar da, hər ik tərəf arqumentlərini deyir. Dindar ateistə güzəştə getmir və yaxud əksinə. Bu cür həqiqəti yazan romanlar olsa, onlar tarixdə qalacaq. Konkret bir tərəfin siyasi mövqeyini ifadə edən, qarşısındakını anlamaq istəməyən, özünü qarşıdakının yerinə qoymayan, onu düşünməyən adam romançı ola bilməz. Müstəqillik, tərəfsizlik, obyektiv prinsiplərinə söykənərək yazılan siyasi romanlar ədəbiyyat tarixində qalacaq.
- Sosial şəbəkələr vasitəsilə elan etmişdiniz ki, “Bizə yalan söylədilər” adlı kitab yazırsınız. Bu kitabla bağlı işlər nə yerdədir?
- Oxuduqca Azərbaycanda ədəbiyyat dərsliklərinin nə qədər yalan olduğunu görmüşəm. Keçən əsrin klassiklərini düzgün qavraya, anlaya bilməmişik. Çünki təqdimat yanlış olub. Sovet hökuməti dünyanın ən ideoloji dövləti olub. Qiymətləndirmələr də ideoloji prizmadan olub. Sovet hökuməti Cəlil Məmmədquluzadənin başına çox oyun açdı. 1937-ci ildə isə Hənəfi Zeynallıya ittiham verildi ki, niyə Cəlil Məmədquluzadəni, Sabiri və Axundovu düzgün təbliğ etməmisiz. Bu cür ittihamlarla kimlərisə güllələyirdilər. Amma çox maraqlıdır ki, Cəlil Məmmədquluzadənin ən yaxın silahdaşı Ömər Faiq Nemanzadə də güllələnmişdi. Sovet hökuməti Sabir yaradıcılığını bütövlükdə dinə qarşı kimi təbliğ edib. Halbuki tam elə də deyildi. Cəlil Məmmədquluzadə çar hökumətinin qatı düşməni kimi təqdim olunub, amma onun özü açıq-aşkar yazırdı ki, biz siyasətin “s” hərfini yazmağa qorxurduq. Mən hesab edirəm ki, həqiqətin olduğu kimi üzə çıxarılmasına ehyiyac var. Onu da deyim ki, 100 il əvvəlin ictimai düşüncə mexanizmi ilə indiki düşüncə mexanizmləri eynidir. Ona görə də ötən əsrin klassiklərini tanıtdırmaq məsələsi aktualdır ki, indi necə olmalıdır. Mən bu məqamı nəzərə alaraq müəyyən araşdırmalar aparmışam, 7-8 müəllif haqqında böyük esselər yazmışam. “Bizə yalan söylədilər” Cəlil Məmmədquluzadə, Nərimanov, Sabir, Ömər Faiq Nemanzadə, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlunun həqiqətdə kim olduqlarını insanlara göstərən bir əsər olacaq. Kitabın üç fəsilini yazmışam, qalan fəsilləri yazmaq üçün isə kitablar oxuyur, təhlil edirəm.
- Anarla barışmaq ideyası necə yarandı?
- Bunu əslində mətbuat barışmaq kimi təqdim edir. Mən sadəcə öz fikirlərimi səsləndirmişəm ki, dava elədik, eyni tezislərlə yazılar yazdıq, amma bu nə vaxta qədər davam edəcək, bir dəfə də çay süfrəsi arxasında oturub ədbiyyatla bağlı geniş müzakirələr aparaq. Mətbuat isə bunu bur az fərqli formada təqdim edir, bəzən yanlış qənaətlər ortaya qoyulur. Mən bu davanın bitməsi tərəfdarıyam. Açığını deyək ki, bu dava zatən bitib. Axırıncı dəfə Anarın əleyhinə yazdığım yazını nə vaxt oxumusuz? Və yaxud Seymur, Elnur, Aqşin Anardan axırıncı dəfə nə vaxt yazıblar? Dava qurtarıb, mən də deyirəm, oturaq bir dəfə ədəbiyyat haqqında söhbət edək. Keçən dəfə Vaqif Səmədoğludan müsahibə aldıq, xeyil söhbət elədik və bu, mənim üçün həddindən artıq xoş oldu. Vaqif Səmədoğlu Nazim Hikmətlə bağlı xatirələrini danışdı, mənin üçün çox maraqlı idi bu söhbətlər. Axı nəyə görə bir yerdə oturub söhbət etməyək, nə vaxta qədər təftişçilik mövqeyində duracağıq. Türkiyə hökuməti PKK terrror təşkilatı ilə görüşür. Biz Anarla bir masa arxasında oturub söhbət edə bilməyəcəyik? Mən demirəm ki, biz səhv etmişik, Anar da, Rəsul Rza da dahidir. Sadəcə deyirəm ki, dava bitib və oturaq ədəbiyyat haqqında danışaq.
- Belə fikirlər var ki, siz daha çox sosial problemlərinizi həll etmək, özünüzə ev-eşik düzəltmək məqsədilə bu kampaniyaya başlamısız.
- Yazıçılar Birliyinin öz üzvləri 30-40 ildir ki, ev ala bilmirlər, sosail problemlərin məngənəsində sıxılırlar. Yazıçılar Birliyinin hansı sosial təminatı var ki, insanlar problemlərini həll etmək məqsədilə ora üzv olsunlar. Şəxsən mən işlədiyim yerdən çox razıyam və “Ulduz” jurnalının baş redaktorundan daha çox maaş alıram. Dostum, “Mustafa” romanının redaktoru Şərif Ağayar Yazıcılar Birlyinin üzvüdür, ona hansı şəraiti yaratdılar ki, bizə də yaratsınlar. Və yaxud başqa dostlarımızı götürək, İlqar Fəhminin, Etimad Başkeçidin hansı şəraiti var ki, biz də şirniklənək.
- Ümumiyyətlə Qan Turalının Yazıçılar Birliyinə üzv olmaq prespektivi varmı?
- Yaxşı sualdır. Mən də bu suala yaxşı bir cavab verim: belə bir prespektiv heç bir halda yoxdur. Yazıçının, şairin bir çatı altında birləşməsinə yaxşı baxmıram. Deyə bilərsiz ki, axı siz AYO-nun üzvüsüz. Amma AYO əslində bir təşkilat deyil, daha çox yaxın dostların bir araya gəldiyi bir yerdir. Seçkilər də ildə bir dəfə kecirilir. Yəni heç bir halda Yazıçılar Birliyi ilə eyniləşdirilə bilməz.
- Belə iddialar da var ki, Qan Turalı ümumilikdə ziyalı mövqeyindən geri çəkilib. Bu ittihamla bağlı nə deyə bilərsiniz?
- Hesab edirəm ki, yazıçı heç bir halda siyasətə qoşulmamalıdır. Ziyalının özü əslində siyasətdir, partiyadır, onun özü ayrıca bir fikirdir, düşüncədir. Ziyalının konsepsiyası maarifçilikdir. Ziaylı daha çox insanın savadlanması, daha çox insanın kitab oxuması, siyasi mədəniyyətin inkişafı üçün səy göstərməlidir. Yazıçı maarifçiliyi, azadlığı tərənnüm etməlidir, nəinki hansısa siyasi qüvvəni.
- Axı siz özünüz vaxtilə ziyalıları mövqesizlikdə ittiham edirdiniz.
- Mövqesizlik odur ki, ziyalı daha çox özü üçün vacib bildiyi məsələdən danışsın. Mən Nizami Cəfərovu Yeni Azərbaycan Partiyasının üzvü olduğuna görə ittiham etmirəm. Bu, Konstitusiyanın ona verdiyi müstəsna hüqudur. Mən Nizami Cəfərovu ona görə ittiham edirəm ki, niyə ədəbiyyat dərsliklərini bu cür zəif yazırsan? Niyə Azərbaycan dərsliklərində Dostoyevski, Tolstoy, Çexov, Balzak, Stendal, Drayzer, Cek London yoxdur? Hüseynbala Mirələmovu dərsliyə salmağın mahiyyəti nədir, Nizami Cəfərov buny mənə başa salsın. Mehdi Hüseyn niyə dərsliyə salınıb, qazaxlı olduğuma görəmi? Yazıçını bu məsələlər maraqlandırmalıdır, nəinki seçki komissiyalarının paritet əsaslarla formalaşması. Halbuki, nə Anar, nə də o biriləri heç vaxt bu məsələlərlə məşğul olmayıblar. Amma başqa bir nümunə də var. Kamal Abdulla yaradıcılıq fakültəsi açıb, nə qədər kitablar çap etdirib. Bir sözlə, bizim ittihamlarımız sırf ədəbiyyatla bağlıdır. Bizim yazıçılar bir tərəfdə hər şey haqqında danışırlar, o biri tərəfə keçəndə heç nə haqqında danışmırlar.
Ağa Cəfərli
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistan real addımlar atmalı və Zəngəzur dəhlizini açmalıdır - ÇAĞIRIŞ
Bu gün, 02:00 |
|
|
|
• Azərbaycanlı nazirin oğlu ilə sevgili olan müğənni "Tramp"dan görün nə istədi
Bu gün, 01:54 |
|
|
|
• "Wolt"un velosipedçisi "Dihaj"ın anasını vurub - TƏFƏRRÜAT
Bu gün, 01:29 |
|
|
|
• TAKSİ DƏLƏDUZLUĞU... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 01:26 |
|
|
|
• Erməni aktrisanın qardaşı dəlixanada öldürüldü
Bu gün, 01:24 |
|
|
|
• "Kişilər sanki sosial şəbəkədə ov axtarışına çıxıblar" - PSİXOLOQDAN SENSASİON AÇIQLAMA
Bu gün, 01:22 |
|
|
|
• Ali nümayəndədən ibtidai fikirlər - FAKT BUDUR!
Bu gün, 00:26 |
|
|
|
• Mərkəzi Xəstəxananın direktor müavini işdən çıxarıldı - ƏMR
Bu gün, 00:23 |
|
|
|
• "Naxçıvanda əməlli-başlı dərəbəylikdir, kim nə istəyir edir..." - NARAZILIQ VAR
Bu gün, 00:17 |
|
|
|
• “Bəli, küsmüşəm, incimişəm, rollar oynamaq istəyirəm, amma ortada heç nə yoxdur” - GİLEY
Bu gün, 00:09 |
|
|
|
• Biznesmenlər bürokratiyaya qarşı: “Tramp Maska vəzifə verməklə...” - GƏLİŞMƏ
Bu gün, 00:06 |
|
|
|
• Eyni şirkət dövlət qurumunun 4 tenderini uddu - 5 MİLYON MANAT QAZANDI
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan sülh müqaviləsinin bir hissəsini açdı - NƏ BAŞ VERİR?
Dünən, 23:14 |
|
|
|
• Paşinyan xarici auditoriyaya hansı siqnallar ötürür? - Ovannisyan sirləri açdı
Dünən, 23:11 |
|
|
|
• Gənc şair faciəvi şəkildə öldü
Dünən, 23:07 |
|
|
|
• Parisin SAXTA MAHİYYƏTİ... - ŞƏRH
Dünən, 21:36 |
|
|
|
• Azərbaycanda artan varlı görünmək xəstəliyi: Psixoloji problem imiş - AXI NİYƏ?..
Dünən, 21:33 |
|
|
|
• ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə 36 trilyon dolları keçdi
Dünən, 19:52 |
|
|
|
• Məktəbdə qızı döyən azərbaycanlı şagirdə cinayət işi açıldı - FOTO
Dünən, 19:45 |
|
|
|
• Paşinyanın sözləri havaya atılan güllələr kimidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00 |
|
|
|
• Qanunların himayəsində - “Avropa yaşlanır, amma qocalmır”
Dünən, 18:58 |
|
|
|
• "Zelenskinin alternativi yoxdur" - Zərdüşt Əlizadə
Dünən, 18:37 |
|
|
|
• Tehran Vaşinqtona məxfi mesaj göndərib - KİV
Dünən, 18:32 |
|
|
|
• Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir - MƏQALƏ
Dünən, 18:30 |
|
|
|
• MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə istintaqı yekunlaşıb - DETALLAR
Dünən, 18:21 |
|
|
|
• “Araz” Supermarketlər Şəbəkəsindən kənd təsərrüfatının inkişafına dəstək - Asiya İnkişaf Bankı ilə 10,5 milyon dollarlıq saziş imzalandı
Dünən, 18:14 |
|
|
|
• “Elmanado” şirkətinin dövlətə 703 min manat vergi borcu var - DETALLAR
Dünən, 18:11 |
|
|
|
• Zakir Fərəcov səyyar qəbul keçirdi - FOTOLAR
Dünən, 18:07 |
|
|
|
• Aşıq Namiq atasının ölümündə həkimi ittiham etdi - Şok AÇIQLAMA
Dünən, 18:05 |
|
|
|
• Anasının il mərasiminə getmişdi, özünü güllələdi
Dünən, 17:59 |
|
|
|
• Həbs edilən məmurun ailəsində insident: Atası anasını bıçaqlayıb - TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• Ermənistan COP29-a GƏLƏCƏK? – “Azərbaycanın tələbi hələ də qüvvədədir”
Dünən, 17:55 |
|
|
|
• Vəzifəli şəxslərə rüşvət verməklə cinayət məsuliyyətindən azad etdirəcəyini vəd verib – HÖKM
Dünən, 17:51 |
|
|
|
• Hamı bura üz tutur: Naxçıvandan axırıncı çıxan QAPINI ÖRTSÜN... - ACINACAQLI MƏNZƏRƏ...
Dünən, 17:48 |
|
|
|
• "3 il ərzində boşanma qərarını verən evli cütlüklərə yüksək cərimə tətbiq olunsa... evliliyə və boşanmağa daha ciddi yanaşma olacaq"
Dünən, 17:44 |
|
|
|
• Tiflisin vasitəçilik təklifi nəyə xidmət edir?
Dünən, 17:40 |
|
|
|
• Paşinyan niyə Azərbaycanla strateji sövdələşməyə ehtiyac duyur? - İNCƏLƏMƏ
Dünən, 17:35 |
|
|
|
• Gürcüstandan vasitəçilik təklifi: Azərbaycan razı, bəs İrəvan? - AKTUAL
Dünən, 17:31 |
|
|
|
• Sabiq erməni prezident məhkəmədən qaça BİLMƏDİ - erməni KİV
Dünən, 17:24 |
|
|
|
• Fransa COP29-a qatılmamaqla qlobal iqlim problemlərində maraqlı olmadığını göstərdi - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:22 |
|
|
|
• Azərbaycan üçün sevindirici proqnoz – “Güc onlardadır, gəlirlər, qərar dəyişəcək”
Dünən, 17:19 |
|
|
|
• Murad Adıgözəlzadənin köməkçisi barəsindəki cinayət işinə xitam verilib - TƏFƏRRÜAT
Dünən, 17:17 |
|
|
|
• Ermənistanda tarixi dəyişiklik: Paşinyan anonsunu verdi - KİV
Dünən, 17:11 |
|
|
|
• Başçı təzə olsa da... - NARAHATÇILIQ VAR...
Dünən, 17:07 |
|
|
|
• İngiltərə şirkəti Azərbaycanda ləğv edilir
Dünən, 17:03 |
|
|
|
• Müştərilər ən çox bu banklardan şikayət edirlər - SİYAHI
Dünən, 17:00 |
|
|
|
• “Azərbaycan Duz İstehsalat Birliyi” MMC-yə çevrilir
Dünən, 16:56 |
|
|
|
• Əlində Quran gəldi, bağışladım - Aşıq Namiq
Dünən, 16:53 |
|
|
|
• Tramp elektromobil bazarına “zərbə” vurmağa hazırlaşır – “Tesla” bundan faydalana bilər
Dünən, 16:52 |
|
|
|
• Valeh Allahverdiyev Bakı həbsxanasında ÖLDÜ
Dünən, 16:51 |
|
|
|
|