İctimai nəqliyyat kimlər üçün pulsuz olacaq? - ARAŞDIRMA
Tarix: 6-01-2025, 11:16 | Çap et
"Yaxın gələcəkdə müəllimlər üçün də təhsil kartlarının yaradılması istiqamətində müvafiq addımlar atılacaq. İlk olaraq bir neçə ay ərzində geniş araşdırma aparılacaq". Bunu Sputnik Azərbaycan-ın müəllimlər üçün güzəşt kartları ilə bağlı sualına Təhsilin İnkişafı Fondundan bildirilib. Qeyd edək ki, son günlər sosial şəbəkələrdə gələn ildən müəllimlərin ictimai nəqliyyatdan pulsuz istifadə edəcəyinə dair məlumat yayılıb. Həmin xəbərlərdə bildirilir ki, müəllimlər üçün hazırlanacaq təhsil kartları onlara ictimai nəqliyyatdan pulsuz istifadə imkanı verəcək. Müəllimlər üçün hansı güzəştlər olacaq? Təhsilin İnkişafı Fondundan isə Sputnik Azərbaycan-a bildirilib ki, hələki müəllimlər üçün təhsil kartlarında hansı güzəştlərin olacağı barədə dəqiq fikir bildirmək mümkün deyil. "Gələcəkdə təhsilverənlər üçün də "TələbəPlus" kartı kimi güzəştli kartların hazırlanması nəzərdə tutulur. Bunun üçün Təhsilin İnkişafı Fondu, "Kapital Bank" və "Visa" beynəlxalq ödəmə texnologiyaları şirkətləri arasında danışıqlar aparılır. Amma hələki müəllimlər üçün ictimai nəqliyyatın pulsuz olacağı barədə dəqiq qərar yoxdur. İctimai nəqliyyatda müəllimlərə güzəşt üçün hər hansı razılıq əldə olunmayıb", - deyə qurumdan bildirilib.
Qeyd edək ki, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov mətbuata açıqlalamasında müəllimlər üçün müəyyən güzəştləri özündə ehtiva edən təhsil kartlarının gələn ilin ilk rübündə ölkəyə gətiriləcəyini bildirib. O, deyib ki, kartın istifadəsinə 2025-ci ilin ilk yarısından gec olmayaraq başlanılacaq: "Təhsil kart"ların hazırlanması ölkəyə gətirilməsi vaxt aparır. 2025-ci ilin birinci rübündə bu məsələ reallaşacaq". Qurum rəsmisinin daha əvvəl mətbuata verdiyi məlumata görə, hazırda ölkəmizdə ali və orta ixtisas təhsili müəssisələrində, orta məktəblərdə 200 mindən çox təhsilverən çalışır: "Gələn ildən təhsil işçilərinə veriləcək bu kartlar vasitəsilə müəllimlər müxtəlif sahələrdə endirimlərdən, pulsuz xidmətlərdən və digər imtiyazlardan istifadə edə biləcəklər. İlk növbədə, nəqliyyat sahəsində güzəştlərin tətbiqi müəllimlər üçün mühüm bir dəstək ola bilər. Eyni zamanda, bir sıra ölkələrdə olduğu kimi, şəhərlərarası nəqliyyatda da müəyyən güzəştlərin tətbiqi uzaq məsafədən gələn müəllimlərə əlavə imkanlar yarada bilər".
Onun sözlərinə görə, digər bir mühüm sahə səhiyyə və tibbi xidmətlərdir: "Güzəştli kartların tibbi xidmətlərdə endirimləri, bəzi tibbi testlərin pulsuz olması və ya endirimli tibbi sığorta paketlərinin təklif edilməsi ilə əhatə olunması müəllimlər üçün əlavə motivasiya yarada bilər. Mədəniyyət obyektlərinə girişdə endirimlərin tətbiqi, muzeylər, teatrlar, kinoteatrlar və digər mədəniyyət ocaqlarına sərfəli qiymətlərlə giriş imkanı müəllimlərin ictimai-mədəni fəaliyyətlərə daha çox qatılmasına şərait yaradar. Müəllimlərin sosial imkanlarını genişləndirmək üçün xüsusi mağazalarda endirimlərin təklif edilməsi də olduqca effektiv ola bilər. Geyim, gündəlik tələbat malları və digər lazımi əşyalar üzrə endirimlər müəllimlərin həyat keyfiyyətini artırmaqla yanaşı, onların iqtisadi vəziyyətlərinə də müsbət təsir göstərəcək". "TələbəPlus" ın "Təhsil kartı"ndan fərqi nə olacaq? Xatırladaq ki, bundan əvvəl də qurum "TələbəPlus" layihəsini həyata keçirib. Artıq tələbələrin əksəriyyəti "VISA"nın təqdim etdiyi xüsusi keşbek, endirim, promokodlardan yararlana bilirlər. Layihəyə 250-dək yerli və xarici şirkət qoşulub. Kart sahiblərinə restoran, kafe, geyim, kitab, dəftərxana ləvazimatları mağazası, tibb müəssisəsi və s. məkanlarda müəyyən güzəştlər edilir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə əldə olunan ilkin razılaşmaya əsasən, muzeylər, qalereyalar və sərgi salonlarında tələbələr üçün xüsusi güzəştlər nəzərdə tutulur. Layihə çərçivəsində həmçinin Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası ilə əməkdaşlıq müqaviləsi imzalanıb. Kart ölkə üzrə bütün universitetlərin tələbələri üçün nəzərdə tutulub. Bura həm əyani, həm qiyabi, həm ödənişli, həm də ödənişsiz əsaslarla təhsil alan bakalavriat, magistratura və doktorantura pillələrində təhsil alan tələbələr daxildir. Kart eyni anda bir neçə funksiyanı yerinə yetirir. Həm universitetə giriş-çıxışı təmin edir, həm debet bank kartı kimi fəaliyyət göstərir, həm tələbələrin təqaüd kartı, həm də imtiyazlar, endirimlər təqdim edir. Layihəhə başlamazdan öncə tələbələr arasında (500 nəfər) anket sorğusu, və müsahibə keçirilib. Onların istəkləri, fikir və təklifləri nəzərə alınalaraq xüsusi siyahı hazırlanıb. Tələbələrin işini mümkün olduğu qədər asanlaşdırmaq məqsədilə, BirBank mobil tətbiqində "TələbəPlus" bölməsi yaradılacaqdır ki, orada bütün endirimlər haqqında məlumat və proqrama qoşulan şirkətlərin siyahısı yer alacaq. Sözügedən tələbə kartının digər tələbə kartlarından üstünlüyü ondan ibarətdir ki, kart asanlıqla "Apple Pay" və "Google Pay" elektron cüzdanlarına əlavə edilə bilir. Tələbələr mövcud endirimlər, qoşulan şirkətlər haqqında məlumatı linktr.ee/talabaplus linkindən istifadə edərək, sosial şəbəkələrimizdən əldə edə bilərlər. Yaxın zamanda "TələbəPlus"ın öz saytı yaradılacaqdır ki, burada da asanlıqla bütün məlumatlar əlçatan olacaq. Həmçinin ali təhsil müəssisələrində məlumatlandırıcı "rollup"lar yerləşdirilir. Əməkdaşlıq müqaviləsi imzalanmış 20 universitet üzrə bakalavriat, magistratura, doktorantura pillələri üzrə 170000 tələbə "TələbəPlus" kartı ilə təmin edilməkdədir. Onu da bildirmək istərdim ki, irəliləyən mərhələlərdə texniki peşə məktəbləri və orta ixtisas kolleclərinin də bu layihədən yararlanması nəzərdə tutulur. (təxminən 70.000 nəfər). Yaxın gələcəkdə müəllimlər üçün də təhsil kartlarının yaradılması istiqamətində müvafiq addımlar atılacaqdır. İlk olaraq bir neçə ay ərzində geniş araşdırma aparılacaqdır. "TələbəPlus"a qoşulan ali təhsil müəssisələrin siyahısı: 1.Bakı Dövlət Universiteti 2.Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 3.ADNSU-nun nəzdində Azərbaycan-Fransız Universiteti 4.Azərbaycan Texniki Universiteti 5.Azərbaycan Dövlət Pedaqoji Universiteti 6.Azərbaycan Memarlıq və İnşaat Universiteti 7.Bakı Slavyan Universiteti 8.Azərbaycan Dillər Universiteti 9.Bakı Mühəndislik Universiteti 10.Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 11.Sumqayıt Dövlət Universiteti 12.Lənkəran Dövlət Universiteti 13.Gəncə Dövlət Universiteti 14.Azərbaycan Texnologiya Universiteti 15.Mingəçevir Dövlət Universiteti 16.Naxçıvan Dövlət Universiteti 17.Azərbaycan Dövlət Rəssamlıq Akademiyası 18.Naxçıvan Müəllimlər İnstitutu 19.Türkiyə-Azərbaycan Universiteti 20.Azərbaycan Dövlət Aqrar Universiteti
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dövlət qurumu 1 milyon manata yaxın laborator avadanlıqlar aldı - QALİB ŞİRKƏT
Bu gün, 00:05 |
|
|
|
• Xankəndidə 100 manat sərmayə ilə tibb mərkəzi yaradılıb
Bu gün, 00:02 |
|
|
|
• Prezident İlham Əliyevdən İranla bağlı sərt mesajlar - “O molla qovulmalıdır, Azərbaycandan üzr istəməlidir"
Dünən, 22:38 |
|
|
|
• Azərbaycanın 3 gəmisi heyətlə birgə girov götürülüb - VİDEO
Dünən, 22:36 |
|
|
|
• Biri-birini təkzib edən açıqlamalar: - İranda hakimiyyət bir nöqtədən idarə olunmur
Dünən, 19:00 |
|
|
|
• "Nikol Paşinyan Ermənistan ordusuna nəzarəti itirib, sülh müqaviləsini gündəlikdən çıxartmağa çalışır"
Dünən, 18:58 |
|
|
|
• Paşinyanın qadınlarla bağlı qərarı etiraz yaratdı
Dünən, 18:09 |
|
|
|
• Sülh olmasa, müharibə başlaya bilərmi? - ŞƏRH
Dünən, 18:08 |
|
|
|
• Kiyev xaricdəki ukraynalıları geri qaytarmaq istəyir
Dünən, 18:01 |
|
|
|
• Ərini öldürüb, meyitini parçalayan qadınla bağlı ŞOK FAKTLAR - VİDEO
Dünən, 17:56 |
|
|
|
• Azərbaycanda dəhşət: Fəhlə betonqarışdıranın içində öldü - "İş düzgün araşdırılmır"
Dünən, 17:52 |
|
|
|
• İki ölkəni hədəf alan plan Bakıda məhv edildi – Qafqazda yeni təhlükə
Dünən, 17:48 |
|
|
|
• “Premium Bank”a sığorta agenti fəaliyyəti lisenziyası verilib
Dünən, 17:45 |
|
|
|
• Yardımlı sakini ünvanlı sosial yardım ala bilmir - nazirlikdən xahiş edir
Dünən, 17:36 |
|
|
|
• Naxçıvan Dövlət Milli Dram Teatrına direktor təyin edilib - FOTO
Dünən, 17:35 |
|
|
|
• Köçəryanın oğlunun işi üzrə məhkəmə iclası keçirilir
Dünən, 17:23 |
|
|
|
• Nazirin bacanağının şirkəti ilə dövlət qurumu arasında sığorta qalmaqalı - TƏFƏRRÜAT
Dünən, 17:21 |
|
|
|
• Suraxanıda ağacları kəsib yerində obyekt tikirlər - BU DA BU...
Dünən, 17:16 |
|
|
|
• Moskvanın “ölüm səssizliyi”... DAVAM EDİR!
Dünən, 17:10 |
|
|
|
• "Putinin dövlət başçımıza iki dəfə zəng etməsi və üzr istəməsi..." - deputat
Dünən, 17:06 |
|
|
|
• Sankt-Peterburqdan Özbəkistana uçan təyyarə Moskvaya məcburi eniş edib
Dünən, 17:00 |
|
|
|
• İsrail Türkiyə ilə müharibəyə hazır olmalıdır? - AKTUAL
Dünən, 16:45 |
|
|
|
• Türkiyə 2 min km mənzilli raket istehsal edib - Ərdoğan
Dünən, 16:40 |
|
|
|
• Bu şirkət icarə xidmətindən 1,5 milyon manat – QAZANACAQ
Dünən, 16:36 |
|
|
|
• Naxçıvanda camaata NƏ YEDİRİRLƏR: BİLMƏK İSTƏYİR... - "...camaat da məcbur qalıb keyfiyyətsiz çörək alır"
Dünən, 16:30 |
|
|
|
• Saxta həkimlərin qurbanı olanlar: Bu qadınlar ərindən xəbərsiz süni mayalanmaya gedir - BU NƏDİ BELƏ?..
Dünən, 16:26 |
|
|
|
• Qazaxıstan ədalətli araşdırmadan yayınacaqmı? - SUAL BUDUR... BU!
Dünən, 16:17 |
|
|
|
• Şahin Bağırov şöbə rəisini işdən çıxardı: Xidmətə müavin təyin etdi - FOTO
Dünən, 16:13 |
|
|
|
• Gəncədəki Mərkəzi Qan Bankına SU DAMIR... - VİDEO
Dünən, 16:08 |
|
|
|
• Azərbaycanda bir sıra büdcə təşkilatlarında əməkhaqları artırılıb - SİYAHI
Dünən, 16:03 |
|
|
|
• "Mən ailəmin çörəyindən kəsib, odun alıram" - NARAZILIQ VAR...
Dünən, 16:01 |
|
|
|
• “Dedilər ki, bu qədər ödə, sizə “Əməkdar artist” adı verək" - İTTİHAM VAR...
Dünən, 15:55 |
|
|
|
• AYNA-dan qulaqardı YANAŞMA – “Təkliflər versəm də, nəzərə almadılar”
Dünən, 15:52 |
|
|
|
• Sərhəddə atılan güllələrin üzərində hansı paytaxtların adı yazılıb? - Ermənistan hücuma keçdi
Dünən, 15:49 |
|
|
|
• Vüqar Qurbanov onu baş həkim təyin etdi - ƏMR
Dünən, 15:47 |
|
|
|
• ABŞ-dan Bakıya gözlənilən məktub: - Əliyev 13 gün sonra Vaşinqtona gedəcək?
Dünən, 15:28 |
|
|
|
• Lalə Şövkətdən yeni qərar: Əvəz Temirxana qadağa qoydu - AÇIQLAMA
Dünən, 15:26 |
|
|
|
• Azərbaycan niyə İranda bu qədər qıcıq yaradır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:24 |
|
|
|
• “Veysəloğlu”da yeni təyinat - ƏMR
Dünən, 15:22 |
|
|
|
• Pentaqon “WeChat”ın tərtibatçısını Çin ordusu ilə əlaqəli olan şirkətlərin siyahısına saldı - “Reuters”
Dünən, 15:22 |
|
|
|
• Azərbaycanda DƏHŞƏT: - Qollarını doğradı, sonra özünü asdı
Dünən, 15:15 |
|
|
|
• MN-də 143 milyon mənimsəmə faktına görə təqsirləndirilən sabiq vəzifəli şəxslər barələrindəki hökmdən apellyasiya şikayəti veriblər - DETALLAR
Dünən, 15:13 |
|
|
|
• AQTA-da hansı ölkənin qanunları işləyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:08 |
|
|
|
• Ukraynaya Belarusu müharibəyə sürükləmək əmri verilib - Lukaşenko
Dünən, 15:02 |
|
|
|
• BRICS-in Kazan sammiti narahatedici siqnaldır - Fransa XİN
Dünən, 15:01 |
|
|
|
• İran-Azərbaycan münasibətləri niyə gərginləşib? - AKTUAL
Dünən, 14:02 |
|
|
|
• Tehran Zəngəzur dəhlizi problemini Türkiyəyə "aparır" - RƏY
Dünən, 14:00 |
|
|
|
• “Unibank”da səhmdarların növbədənkənar yığıncağı keçiriləcək
Dünən, 13:58 |
|
|
|
• Tehranın Zəngəzur qorxusu: - Pərdə arxasındakı 4 SƏBƏB
Dünən, 13:05 |
|
|
|
• Bakı Tbilsi və İrəvandan daha ucuz şəhərdir - “Numbeo”
Dünən, 13:02 |
|
|
|
|