Pensiya ilə bağlı qalmaqal: .....                     Tıxaclar aradan qalxar, .....                     Paşinyan Ermənistan konstitusiyasının preambulasının mətnini dəyişdirməyi planlaşdırır .....                     Odlar Yurdu Universitetini bitirən Rəhimə Atəş necə həkim işləyir? .....                     42 milyonun yarısı digər hesaba köçürüldü .....                     Matvienko Bakıya gələcək .....                     7 milyon pul, başı yarılmış FTX zabiti .....                     Bəzi yerlərdə arabir qar yağacağı gözlənilir .....                     "Çoxsaylı müharibələr görmüş Cənubi Qafqazda .....                     Vüqar Qurbanovun işdən çıxardığı baş həkimə yüksək vəzifə verildi .....                     Nərimanovdakı ağacların köçürüləcəyi deyilsə də, kəsildi .....                     “Unibank” ən pis bankdır .....                     Paşinyanın yeni layihəsi: .....                     Azərbaycanı Suriyada bu diplomat təmsil edəcək .....                     Adil Əliyev birinci Qarabag müharibəsi əlilindən Yeni Suraxanıda nə istəyir .....                     “Aztelekom”un 7 kənddə internet kabelləri yoxa çıxıb .....                     Dövlət Agentliyinin sədri özünə müşavir təyin edib .....                     Öcalan terrorçularına tərksilah əmri verdi: ona qulaq asacaqlarmı? .....                     24 minlik alimenti ödəmədi .....                     Abit Əliyevin rəhbərlik etdiyi “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC kimə və nəyə xidmət göstərir .....                     Aybəniz İsmayılovanın ADY-dəki qohumları .....                     “Hökumətin pulunu götürürlər, film çəkirlər, bunun adı…” .....                     Ukrayna F-16-ları daha təhlükəli missiyalara keçir .....                     Naxçıvan Dövlət Nəqliyyat Xidmətində yoxlama aparılır .....                     Qızıl rekordları yeniləyir: qiymət niyə artır? .....                     Gürcüstandakı protestlər İrəvandan maliyyələşdirilib .....                     İranı nə Pezeşkian, nə də Xamanei idarə edir .....                     Molla rejiminin panfarsçı millət vəkilləri qanun layihəsinin qəbulunu əngəllədilər .....                     Şuşada buzlaşan yolların açılması üçün 115 ton duz bəs etməyib? .....                     Rusiyada daşınmaz əmlak bazarının azərbaycanlı “kralları” .....                     "Karvan 2002"nin satış müdiri 71 min mənimsəyib .....                     Paşinyanın mətbuat katibinə 50 min dollar ziyan dəyib .....                     İlhamə xanımın BUFET YEYİNTİSİ... .....                     Xəstəxananın sanitar qovşağında doğub körpəsini öldürmək istəyən qadınla bağlı .....                     "Cənab Prezident, Vidadi İsayevin qohumları bizi qırır" .....                     İdxal olunan velosipedlərin 99,8%-i Çindən gətirilib .....                     Əvvəlcə Zəngəzur, sonra Göyçə məsələsi ortaya çıxa bilər .....                     Qayınata ona “başın üçün deyil” bildirən kürəkənini döydü .....                     İttihamlar təsdiqini tapmır, vəkillərin vəsatətləri isə rədd edilir .....                     Azərbaycanlıları saxta qeydiyyata salan kişiyə cinayət işi açıldı .....                 

İrəvan BMT-ni Azərbaycana qarşı qızışdırır - FAKT BUDUR!
Tarix: Bu gün, 08:38 | Çap et
İrəvan BMT-ni Azərbaycana qarşı qızışdırır
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan BMT İnsan Hüquqları Şurasının Cenevrədə keçirilən sessiyasında çıxış edərkən rəsmi Bakının Ermənistanın ərazi bütövlüyünü tanımaq istəməməsindən də şikayətlənib:

“Bir il əvvəl bəyanatımda Ermənistanın qarşılaşdığı çətinliklərə geniş istinad etmişdim. Təəssüf ki, ölkəmizin böyük səylərinə baxmayaraq, həmin çətinliklərin əksəriyyəti hələ də həll olunmamış qalır. 1991-ci il Almatı Bəyannaməsi əsasında qarşılıqlı olaraq ərazi bütövlüyünün tanınmasına baxmayaraq, şərq qonşumuzdan gələn bəyanatlar Ermənistanın ərazi bütövlüyünü sual altına almaqda davam edir. Bundan əlavə, hazırda 23 erməni şəxsə qarşı saxta məhkəmə prosesləri aparılır. Onlar Azərbaycanda əsassız olaraq saxlanılır və bu məhkəmələr ədalətli hüquqi prosedur standartlarına hörmətsizlik nümayiş etdirir”.

Mirzoyanın sözlərinə görə, bir il əvvəl BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı məlumat vermişdi ki, Qarabağdan olan 115 mindən çox etnik erməninin vəziyyəti ilə bağlı məlumat toplamaq üçün Ermənistana iki qrup göndərəcək: “Biz inanırıq ki, bu missiyanın nəticələri barışıq işinə mühüm töhfə olacaq”. Mirzoyanın Qarabağ ermənilərinin vəziyyətini öyrənmək üçün BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığından Ermənistana iki qrup göndərilməsini istəməsi erməni tərəfin yeni oyunlarından xəbər verir. “Azərbaycan Ermənistanın ərazi bütövlüyünü sual altına almaqda davam edir” iddiasının arxasında hansı plan dayanır? Həm separatçıların, həm Qarabağdan könüllü köçmüş ermənilərin məsələsini BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının gündəminə gətirmək cəhdi nəyə hesablanıb? Halbuki digər platformalarda fərqli bəyanatlar verirlər, Ermənistanın sülhpərvər obrazını yaradırlar. Amma BMT-də Qarabağ erməniləri və xunta rejimi haqda siyasi manipulyasiyalara əl atırlar...

“Yeni Müsavat”a danışan Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə qeyd etdi ki, erməni diplomatın çıxışında üç istiqamət var və hər biri böhtandan ibarətdir: “Mirzoyan ilk növbədə gözünün içinə qədər yalan danışır ki, guya Azərbaycan ərazi iddiası irəli sürür. Ərazi iddiası irəli sürən varsa, Ermənistandır, hələ də konstitusiyası Qarabağı bu ölkəyə birləşdirmək tələbi irəli sürür. Rəsmi Bakı isə Ermənistandan ərazi istəmir, sərhədləri dəqiqləşdirməyə çağırır və qanunvericilik aktlarına dəyişikliyi gözləyir”. Ç.Qənizadə Bakıda 23 hərbi caninin mühakiməsini Azərbaycanın daxili məsələsi adlandırdı: “Ermənistan BMT-də həşir qoparır ki, beynəlxalq aləmin reaksiyasına səbəb olsun. Həmin şəxslər isə Azərbaycan ərazisində cinayət törətdiklərinə görə mühakimə olunurlar. Onlar başqa dövlətin ərazisində qanunsuzluq etməyiblər axı?! Sadəcə, Mirzoyan BMT tribunasını fürsət bilərək Azərbaycana siyasi hücuma keçib. Başqa tribunalarda isə fərqli danışır. Heç rəsmi İrəvan bu canilərlə maraqlanmır, sadəcə, siyasi don geyindirmək lazım gələndə gündəmə gətirirlər və şou hazırlayırlar”.

Hüquq müdafiəçisi sonda əlavə etdi ki, ermənilərin köçü ilə bağlı BMT-dən qrup gözləyən Ermənistan uzaqgedən nəticələr əldə edə bilməyəcək: “BMT Qarabağa missiya yolladı və məlum oldu ki, etnik təmizləmə aparılmayıb. Onlar öz xoşu ilə gediblər və artıq bu mövzunu çeynəməyə başlayıblar. Bundan əlavə, onların mülkləri olduğu kimi qalıb, kilsələri qorunub. Halbuki çoxu işğal dövrünə aiddir, tarixi əhəmiyyəti yoxdur. Bununla belə, Azərbaycan bütün beynəlxalq konvensiyalara riayət edir. Üstəlik, BMT 4 qətnaməni icra etməyib, 30 illik işğala özümüz son qoya bilmişik, bundan danışmaq lazımdır. Mirzoyan kimilər hansı haqla BMT-də bu iddiaları səsləndirirlər. Buna deyərlər ki, oğru elə bağırdı, doğrunun bağrı yarıldı. Ermənistan qabaqdangəlmişlik edir. Lakin biz tutarlı arqumentləri, sübutları dünya ictimaiyyətinə təqdim etmişik. Orada bir dinc erməninin burnu qanamayıb, əks halda, dünyaya car çəkərdilər. Mirzoyanın bu çıxışları ona hesablanıb ki, ermənilər onun beynəlxalq platformada necə çıxış etdiyini görsünlər. Təəssüf ki, onun bəyanatları sülh prosesinə zərər vurur. Çünki erməni rəsmilər "artsax"ın İrəvanda fəaliyyətini təhdid adlandırırlar. Bəs biz nə etməliydik, həmin canilərə göz yummalıydıq?"

Hərbi ekspert Ramil Məmmədli qeyd etdi ki, BMT-dən bu tələblər gərginliyə səbəb olur və Ermənistan sülhə zərər vurmağa davam edir: “Bölgədə sürətlə silahlanan da düşmən ölkədir, ərazi iddiası irəli sürən də. Bu azmış kimi, regiona avropalı kəşfiyyatçılar cəlb edilib və sərhədboyu müşahidələr aparırlar. Bu da istər-istəməz regionda narahatlıq doğurur. Həmçinin erməni müdafiə naziri müxtəlif ölkələrə səfər edir, silah tədarükü ilə bağlı görüşlər keçirir. Ona görə də Azərbaycan hazırlıq görür, təhlükəsizlik tədbirlərini gücləndirir. Çünki düşmən hiyləgərdir və fürsət gözləyir. Mirzoyanın bu çıxışı da göstərir ki, diplomatik cəbhəddə də iş aparırlar. Baxmayaraq ki, həmin açıqlamalar cəfəngiyyatdır”.

Hərbi ekspert bildirdi ki, Ermənistan bu cür siyasi-hərbi provokasiyalarına son qoymasa, gərginlik arta bilər: “Azərbaycan Ordusu 23 sentyabr əməliyyatında mülki erməniləri hədəf almayıb. Onlara əvvəldən vərəqələr paylanıb və xəbərdarlıq edilib ki, evdən çıxmasınlar. Yəni Mirzoyan BMT-də yalan danışıb və xarici işlər naziri saxtakarlıq edirsə, deməli, Ermənistan özü iftira siyasəti yürüdür. Ona görə də BMT Ermənistana köçən Qarabağdan getmiş ermənilərlə bağlı missiya göndərsə belə, nəticə olmayacaq. Sadəcə, siyasi kampaniya qurmaq istəyirlər”.

R.Məmmədli dedi ki, Mirzoyanın Azərbaycanın ərazi iddialarının olması ilə bağlı söylədikləri nağıldır, sərhədlər hələ müəyyən edilməyib: “Onlar inandırmaq istəyir ki, guya ordumuz onlara aid əraziyə daxil olub. Bunu sübut edə bilməzlər. Paşinyan deyir ki, guya 200 kv kilometr ərazi işğal edilib. Bu da absurddur. İlk növbədə sərhəd delimitasiya olunmalıdır, bilinməlidir ki, hansı ərazi kimə aiddir. Buna qədər deyilənlər isə beynəlxalq aləmin diqqətini cəlb etməyə fokuslanıb”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Pensiya ilə bağlı qalmaqal: - “Necə müəyyən olunacaq ki, kişi arvadını işləməyə qoymayıb?”
Bu gün, 13:10
Tıxaclar aradan qalxar, valideynlərin də yükü azalar
Bu gün, 13:05
Paşinyan Ermənistan konstitusiyasının preambulasının mətnini dəyişdirməyi planlaşdırır
Bu gün, 13:04
Odlar Yurdu Universitetini bitirən Rəhimə Atəş necə həkim işləyir? - Qənirə Ataşova sensasion sənədlər yaydı
Bu gün, 13:02
42 milyonun yarısı digər hesaba köçürüldü – “şlyapa Zahid”in MƏHKƏMƏ İŞİ
Bu gün, 12:59
Matvienko Bakıya gələcək
Bu gün, 12:58
7 milyon pul, başı yarılmış FTX zabiti – Bakılı milyonçunun MƏHKƏMƏ İŞİ
Bu gün, 12:55
Bəzi yerlərdə arabir qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:52
"Çoxsaylı müharibələr görmüş Cənubi Qafqazda üçüncü tərəfin iştirakı olmadan sülh əldə edilə bilər"
Bu gün, 12:47
Vüqar Qurbanovun işdən çıxardığı baş həkimə yüksək vəzifə verildi - ƏMR
Bu gün, 12:38
Nərimanovdakı ağacların köçürüləcəyi deyilsə də, kəsildi - VİDEO
Bu gün, 12:33
“Unibank” ən pis bankdır – Müştərilər belə deyir...
Bu gün, 12:30
Paşinyanın yeni layihəsi: - Ermənistanın ərazisi 9 kvadrat km-dir!
Bu gün, 12:21
Azərbaycanı Suriyada bu diplomat təmsil edəcək
Bu gün, 12:05
Adil Əliyev birinci Qarabag müharibəsi əlilindən Yeni Suraxanıda nə istəyir - TƏFƏRRÜAT
Bu gün, 11:52
“Aztelekom”un 7 kənddə internet kabelləri yoxa çıxıb - 37 minlik ziyana görə həbs edilən var
Bu gün, 11:45
Dövlət Agentliyinin sədri özünə müşavir təyin edib - ƏMR
Bu gün, 11:42
Öcalan terrorçularına tərksilah əmri verdi: ona qulaq asacaqlarmı? - AKTUAL
Bu gün, 11:41
24 minlik alimenti ödəmədi - ikinci dəfə həbs edildi
Bu gün, 11:37
Abit Əliyevin rəhbərlik etdiyi “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC kimə və nəyə xidmət göstərir - İLGİNC FAKTLAR...
Bu gün, 11:31
Aybəniz İsmayılovanın ADY-dəki qohumları - SİYAHI
Bu gün, 11:25
“Hökumətin pulunu götürürlər, film çəkirlər, bunun adı…” - Tanınmış rejissordan ciddi tənqid
Bu gün, 11:20
Ukrayna F-16-ları daha təhlükəli missiyalara keçir - "Forbes"
Bu gün, 11:18
Naxçıvan Dövlət Nəqliyyat Xidmətində yoxlama aparılır - AÇIQLAMA
Bu gün, 11:16
Qızıl rekordları yeniləyir: qiymət niyə artır? - ARAŞDIRMA
Bu gün, 11:14
Gürcüstandakı protestlər İrəvandan maliyyələşdirilib - Moskva
Bu gün, 11:03
İranı nə Pezeşkian, nə də Xamanei idarə edir – Əsas sima odur!
Bu gün, 11:01
Molla rejiminin panfarsçı millət vəkilləri qanun layihəsinin qəbulunu əngəllədilər - gözləniləni BU İDİ...
Bu gün, 10:58
Şuşada buzlaşan yolların açılması üçün 115 ton duz bəs etməyib? – Yenə duz alınır
Bu gün, 10:55
Rusiyada daşınmaz əmlak bazarının azərbaycanlı “kralları” - SİYAHI
Bu gün, 10:50
"Karvan 2002"nin satış müdiri 71 min mənimsəyib - Şirkət rəhbəri də dindirildi
Bu gün, 10:48
Paşinyanın mətbuat katibinə 50 min dollar ziyan dəyib - KİV
Bu gün, 10:45
İlhamə xanımın BUFET YEYİNTİSİ... - Dövlətə vergi belə vermir...
Bu gün, 10:44
Xəstəxananın sanitar qovşağında doğub körpəsini öldürmək istəyən qadınla bağlı TƏFƏRRÜAT
Bu gün, 10:32
"Cənab Prezident, Vidadi İsayevin qohumları bizi qırır" - Bərdədən ŞOK MÜRACİƏT
Bu gün, 10:29
İdxal olunan velosipedlərin 99,8%-i Çindən gətirilib – Dəyəri 43 manat olub
Bu gün, 10:17
Əvvəlcə Zəngəzur, sonra Göyçə məsələsi ortaya çıxa bilər - GƏLİŞMƏ
Bu gün, 10:10
Qayınata ona “başın üçün deyil” bildirən kürəkənini döydü - TƏFƏRRÜAT
Bu gün, 10:08
İttihamlar təsdiqini tapmır, vəkillərin vəsatətləri isə rədd edilir – ELDAR HƏSƏNOVUN QIZI
Bu gün, 09:56
Azərbaycanlıları saxta qeydiyyata salan kişiyə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 09:50
Eduard Məmmədova vəzifə verildi - FOTO
Bu gün, 09:48
Əmək qabiliyyətinin müvəqqəti itirilməsi hallarında... - Ekspert danışır...
Bu gün, 09:37
Bank Respublika-nın özbaşınalığından Mərkəzi Bank sədrinə ŞİKAYƏT - vətəndaş ÇARƏSİZ DURUMDA
Bu gün, 09:34
"Bu məsələnin sonuna qədər gedəcəm..." - NARAZILIQ VAR...
Bu gün, 09:22
"Yəni “pəpə yeyəndən məmə yeyənə qədər” hər kəs bu filmi izləməlidir" - Xalq artisti
Bu gün, 09:11
18 illik müştərisi ÜSYAN ETDİ... - GİLEY
Bu gün, 09:08
Azərbaycan- Qvineya-Bisau münasibətlərində iqtisadiyyat və müdafiə sahələri prioritet təşkil edəcək - MƏQALƏ
Bu gün, 09:00
Zatulinin erməni sevgisi hələ bitməyib - NƏ ETMƏLİ?
Bu gün, 08:56
İrəvanın TƏHLÜKƏLİ OYUNU - ABŞ-yə belə deyir... Kremlə belə...
Bu gün, 08:54
Fəlsəfə elmləri doktoru Niyazi Mehdi vəfat edib
Bu gün, 08:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru