Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? .....                     Zəngəzur dəhlizinin gələcəyi... .....                     "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" .....                     "Uşaqlara əxlaq dərsi keçirilməlidir" .....                     “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” .....                     “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... .....                     Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: .....                     Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb .....                     Putin 100 yaşlı erməni qadını mükafatlandırdı .....                     Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB .....                     İlyas İsmayılovun partiyası BURAXILIR?.. .....                     Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: .....                     Şəbnəm instaqramdan nə qədər qazanır? .....                     Məktəblərdə telefon qadağan olunur .....                     Papikyan Hindistana getdi .....                     İran sanksiyalardan necə yayınırdı? .....                     "Aqşin Fateh 5 min verib trendə düşür" .....                     Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir .....                     "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" .....                     Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi .....                     "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." .....                     Oğuzda narkotacirlər həbs olundu .....                     ABŞ Ermənistana yerini göstərdi .....                     3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? .....                     BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir .....                     “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...” .....                     Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... .....                     Xankəndidə polis şagirdlərlə görüşüb .....                     Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: .....                     "Rus dili ciddi imtahan qarşısındadır..." .....                     “Bakı Metropoliteni”ndə yeni təyinat .....                     Millət vəkilindən azərbaycanlıları təhqir edən .....                     Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı .....                     “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” .....                     Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb .....                     `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... .....                     Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... .....                     Ermənilərin katalikosu Trampa yalvardı .....                     Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... .....                     Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu .....                 

NAZİM İBRAHİMOVA QARŞI ŞOK İTTİHAM YAĞIŞI
Tarix: 12-02-2013, 13:19 | Çap et
NAZİM İBRAHİMOVA QARŞI ŞOK İTTİHAM YAĞIŞI
KOMİTƏ SƏDRİ HƏTTA ERMƏNİLƏRLƏ ƏLAQƏDƏ DƏ SUÇLANDI

DİA.AZ: - 26 yanvar 2013­cü il tarixindә Azәrbaycan Respublikası Diasporla iş üzrә Dövlәt Komitәsinin sәdri Nazim İbrahimovun Ukrayna Azәrbaycanlıları Konqresi ilә bağlı APA­ya verdiyi açıqlamaya Ukrayna azәrbaycanlıları adından redaksiyamıza münasibәt daxil olub. DİA.AZ-a göndərilən həmin müraciəti olduğu kimi diqqətinizə təqdim edirik:

“Hәmvәtәnlәrimizin kompakt şәkildә yaşadığı dünyanın bütün ölkәlәrindә azәrbaycanlıların diaspor hәrәkatı Azәrbaycan Respublikası Diasporla iş üzrә Dövlәt Komitәsinin dәstәyi vә planı üzrә Komitәnin xüsusi adamları tәrәfindәn konqreslәrlә inhisarlaşaraq demәk olar ki, tam iflic vәziyyәtә salınmışdır. Buna misal olaraq әn böyük diasporumuzun tәşәkkül tapdığı Rusiya vә Ukraynada gedәn dağıdıcı diaspor siyasәtinә nәzәr salaraq analiz aparmaq kifayәtdir ki, bu prosesә siyasi vә ictimai qiymәt verәrәk hәyata keçirilәn qeyrimilli siyasi oyunun mahiyyәtini dәrk edәk. Belә ki, artıq neçә ildir bu biabırçı oyunların arzuolunmaz nәticәsi özünün real tәzahürünü dağınıq, yarımcan diaspor hәrәkatında göstәrmәkdәdir.

Ukraynada yaşadığımızdan vә burada gerçәklәşәn neqativ diaspor siyasәtinin canlı şahidi olmaqla bir azәrbaycanlı kimi zәrәrçәkmiş qismindә yazı yazaraq utancverici olsa da, hәqiqәtlәrin mәhz bizdәn uğurlu fәaliyyәt gözlәyәn Vәtәnimizdәki hәmvәtәnlәrimizә çatdırılmasını çox vacib sayaraq qeyd etmәliyik ki, milli dәyәrlәrimizi, dövlәtçilik uğrunda mücadilәmizi heçә sayan antidövlәt mәmurumuzun bağışlanmaz xәyanәtini açıqlamalıyıq.

Açıqlamamız Ukraynada tәmәli hәlә 1999­cu ildә qoyulan Ukrayna Azәrbaycanlıları Koqresinin tarixi ilә bağlı olacaq. Qeyri qanuni, süni konfliktlәrlә elә yarandığı gündәn imitasiya fәaliyyәti ilә tarixә çevrilәn bu tәşkilat azәrbaycanlıları bir­birinә düşmәn etmәklә yanaşı vәtәninә, xalqına, tarixinә sonsuz sevgi vә ehtiram bәslәdiklәrinә baxmayaraq özlәrinin bu proseslәrdә lәkәlәnmәk riski altına alınmamaları üçün böyük potensialı olan azәrbaycanlı elitasını Ukraynada diaspor hәrәkatından didәrgin salmağa müfәffәq oldu.

Ziyalılar dövlәtinә tәmәnnasız xidmәt etmәk üçün aktivlәşәn kimi prosesә nәzarәt edәn şәxs vә onun rәhbәrlik etdiyi qurum tәrәfindәn süni olaraq hökumәtә, hakim partiyaya, ölkә Prezidentinә qarşı hәrәkәtlәrin hәyata keçirilmәsindә qәrәzli mövqe tutan bir şәxs kimi qәlәmә verilәrәk, Azәrbaycanda olan sabit vәziyyәtin düşmәninә çevrilir, ictimai qınaq hәdәfinә dönür. Nazim İbrahimovun apardığı bu siyasәt bugünki gün dә hәmin minvalla gedir. İbrahimovun oyunu o qәdәr dә qәliz deyil. Bәlkә dә qәliz oyun üçün qabiliyyәti olan peşәkar olsaydı, haradasa azәrbaycançılıq üçün dә bir gediş etmiş olardı. ?fsuslar olsun ki, cәnab sәdr oyuna diasporun gәlәcәyini qoymuş vә bu oyunu öz şәxsi maraqları naminә düşmәnlәrimizә çoxdan tәslim etmişdir.

Bunu da qeyd etmәliyik ki, dünyada mövcud olan diasporumuzun sayına görә ikinci әn böyük diaspor tәşkilatı sayılan UAK­a bugünә qәdәr Azәrbaycan Respublikası Diasporla iş üzrә Dövlәt Komitәsinә Dövlәt Büdcәsindәn ayrılmış mәvacibdәn heç bir maliyyә dәstәyi verilmәmişdir. Tәşkilatın nәinki vilayәtlәrdә mövcud olan nümayәndәliklәrinin, hәtta, mәrkәzi ofisinin kirayә haqqını ödәmәkdә; milli maraqlarımıza xidmәt edәn sosial layihәlәrin, çap orqanı olan qәzetin maliyyәlәşmәsindә; veb saytın normal fәaliyyәti üçün çәkilәn xәrclәrdә; gündәlik tәşkilati işlәri aparan ofis işçilәrinin, jurnalistlәrin maaşlarını ödәmәkdә; müxtәlif tәdbirlәrin, ziyafәt mәclislәrinin tәşkili üçün lazımi pulların ayrılmasında;qurumun nәqliyyat vasitәlәri ilә tәmin olunmasında belә özünü kәnara çәkәn Komitә rәhbәrliyi nәdәnsә bütün rәsmi Dövlәt tәdbirlәrindә diaspor tәşkilatlarına göstәrilәn qayğıdan, ayrılan Dövlәt maliyyәsindәn danışır vә hәr yeni görüşdәki çıxıışlarında da çәkilәn xәrclәrin mәblәğini çoxaltmağa müvәffәq olur. Görünür, Azәrbaycan Respublikasının Prezidenti cәnab İlham ?liyev dә xaricdә yaşayan soydaşlarımızla bağlı çıxışlarında Komitә sәdrinin mәruzәlәrinә istinadәn qürur hissi ilә diaspor tәşkilatlarına, tarixi vәtәnimizin hüdudlarından uzaqlarda yaşayan azәrbaycanlılara olunan Dövlәt yardımından bәhz edir.

Tәәssüf ki, dәstәk vә yardımlar hәlәki, ancaq sözlәrdә özünü göstәrmәkdәdir. Diaspor nümayәndәlәri isә hәr zaman dövlәtçilik mövqeyindәn çıxış edәrәk bu mәsәlәlәrә loyal münasibәt bәslәyirlәr. Bu sәbәbdәn dә diaspor tәşkilatlarımızın seçki konfranslarında irәli sürülәn namizәdlәr ictimaiyyәtçilәr, elm xadimlәri, politoloqlar deyil, әsasәn maddi imkanı ilә yuxarıda qeyd edilәn xәrclәri öz üzәrinә götürә bilәcәk iş adamları olurlar. Bu iş adamlarından biri sәdr vәzifәsinә seçilәn kimi әksәr hallarda digәr namizәdlәr tam geri çәkilәrәk heç bir işә kömәk etmәk istәmirlәr. Diaspor tәşkilatını tәk maliyyәlәşdirmәyә qadir sәdrin gәliri vә biznesi dә böyük olduğundan o, daha çox şәxsi biznesinә vaxt ayırmalı olur. Bu minvalla da diaspor lideri hәmişә mәşğul, ancaq bayramdan­bayrama aktivlәşәn ictimaiyyәtçi olur.

Sadalananlardan çıxarılan tam obyektiv nәticә aksiomaya çevrilir. Azәrbaycan Respublikası Diasporla iş üzrә Dövlәt Komitәsinin Ukraynada fәaliyyәt göstәrәn diaspor tәşkilatlarından nә isә tәlәb etmәyә, onun işlәrinә qarışmağa vә ümumiyyәtcә onların fәaliyyәtinә mövqe bildirmәyә heç bir haqqı yoxdur.

Bununla belә, Komitәmiz diaspor tәşkilatlarına seçkilәrdә öz siyasәtini yürütmәkdәn dә çәkinmir. Obyektiv nәticә almaq üçün “konfransın işlәrinә qarışmadan” diaspor nümayәndәlәrinә demokratik seçki keçirmәkdә kömәk etmәk mәqsәdilә ölkә Prezidenti tәrәfindәn tәyin olunmuş Sәfirlәrә diaspor nümayәndәlәri üçün normal, obyektiv seçim şәraiti yaratmaq “fürsәti” verәn Komitә sәdri özü bu prosesi artıq uğurlu adәtә çevrilmiş siyasәti üzrә yerlәrdәki sadiq adamları vasitәsilә pozaraq Sәfirlәrin diaspor işindә yarıtmazlığını nümayiş etdirir, sonradan Dövlәt qarşısında öz lazımlılığını ortaya qoyur, artıq nәzarәtdәn çıxmış prosesi guya ki, neytrallaşdırmağa çalışır. Çalışarkәn isә şәxsi maraqlarını işә salaraq prosesi istәdiyi mәcraya yönәldir, dövlәt siyasәtinin uğuru üçün tәşkilat qurmaq deyil, sәdr olmaq uğrunda mübarizәdә öz mәnfәәtinә uyğun istәnilәn oyunu qurur. Heç dә qәliz olmayan bu siyasi formul әksәr ziyalılarımızı xәyal düşkünlüyünә salaraq bu proseslәrdәn uzaqlaşdırır. Belәliklә, dövlәtin, dövlәtçiliyin, milli marağın vә qürurun nә olduğunu bilmәyәn, sadәcә Komitәnin tapşırığı üzrә hәrәkәt edәcәk şәxslәr Komitәnin dәstәyi ilә hәrәkәtә keçәrәk liderlәrә çevrilir, dәvәti ilә qurultaylara gedir, televiziyada çıxışlar edir, diaspor gәlәcәyinә “ümüdverici” yollar açırlar.

Elәcә dә, Azәrbaycan Dövlәt Televiziyasının Ukraynadakı nümayәndәsi, M.Qәdiroğlunun әvvәlki illәrdәki kimi qәrәzli mövqe tutması televiziyada yayımlanan Ukrayna azәrbaycanlıları diasporunun fәaliyyәti haqda sujetlәr vasitәsilә Azәrbaycan Dövlәtrәhbәrliyini vә ictimaiyyәtini aldatmağa, diasporumuzun daxilindә çaşqınlıq yaratmağa xidmәt etmәkdәdir. Buna misal olaraq 2006­cı ildәn 2010­cu ilәdәk UAK­n legitim sәdri ola­ola qeyri­qanuni özünü sәdr elan etmiş Akif Gülmәmmәdov haqqında şәxsi maraqlarına görә sujetlәr hazırlamış, hәm Azәrbaycan Dövlәtini, hәm dә, Azәrbaycan xalqını aldatmışdır vә bugün dә digәr legitim olmayan sәdri yayımlamaqla aldatmaqdadır. Bu şәxs daspor fәaliyyәtini çalışdığı televiziya kanalı vasitәsilә öz şәxsi biznesinә çevirmişdir. Bundan başqa onun diaspor mәsәlәlәrinә qarışması, UAK­ın rәsmi yığıncaqlarında idarә heyyәtinin üzvlәri ilә dava hәddinә çatan mübahisәlәri bir neçә dәfә Sәfirin vә tәşkilat sәdrlәrinin AZTV­nin rәhbәrliyinә yazdıqları mәktublarla nәticәlәnmişdir. Ukraynanın bütün ali tәhsil ocaqlarına tәlәbә qәbulu xarici vәtәndaşlar üçün müqavilә әsasında, pulsuz olduğu halda Azәrbaycanda dәlәduzluq edәrәk abituriyentlәrin valideynlәrindәn qәbul üçün külli miqdarda pul alan Qәdiroğlu haqda Azәrbaycan Respublikası Prokrorluğuna da valideynlәr tәrәfindәn şikayәt әrizәlәri daxil olmuşdur.

Bәlkә bu proseslәri yürüdәnlәr düşmәnlә sıx әlaqәdәdir, düşmәnin dostudur, Azәrbaycanın düşmәnidir? Faktlara yaxınlaşdıqdan sonra bundan öncәki cümlәnin әvvәlindә işlәtdiyimiz bәlkә sözünә, sonunda isә sual işarәsinә dә ehtiyac qalmır. Bunlarla bәrabәr bu hadisәlәrin fonunda baş verәn olduqca acınacaqlı başqa halları da qeyd etmәliyik. Donesk vilayәtindә yüzlәrlә azәrbaycanlı iş axtarışında olduğu halda diaspor fәallarının bir neçәsinin restoranlarında adinistrator, aşbaz, ofisant vәzifәlәrindә ermәnilәr çalışır, әksәriyyәtin yerli mebel istehsalçısı kimi tanıdığı, Gürcüstanda vә Ukraynada böyük nümayәndәliklәri olan, Embavud şirkәti Rüstәm Almәmmәdovun rәhbәrliyi altında Ukraynada Sarzsyan Artur adlı ermәnilә iş birliyi qurur.

Bir neçә ay әvvәl mәtbuatda Ukrayna azәrbaycanlıları gәnclәr birliyinin (UAGB) Nikolayev vilayәtindәki nümayәndәsi Anar Axundovun dalbadal, bir neçә il “qolos armenii” layihәsinә hamilik etmәsi, ermәni tәşkilat rәhbәrlәri ilә ailәvi dostluq münasibәti qurması ilә bağlı tam sübuta yetirilmiş materiallardan ibarәt xәbәrlәr yayıldı. Bu biabırçılığa münasibәt belә bildirmәyәn, artıq neçә ildir ki, Ukraynada yaşayan aktiv, savadlı, bacarıqlı azәrbaycanlı gәnclәri kәnarda qoymaq, gәnclәr tәşkilatı mәsәlәlәrindә dә inhisarçılıq yaratmaq mәqsәdilә nepropetrovsk vilayәtindә yaşayan azәrbaycanlı gәnclәrlә görüş adı ilә planlı şәkildә maskalanmış, gizlin yığıncaqda Ukrayna azәrbaycanlıları gәnclәr birliyini elan edәn, Ukraynada tәhsil alan azәrbaycanlı tәlәbәlәrdәn müxtәlif yollarla rüşvәt yığan UAGB­nin sәdri, AZTV­nin Ukrayna nümayәdәliyindәki operatoru Anar Tahirov düşmәnlәrә xidmәt edәn, ermәni mәdәniyyәtini Ukraynada tanıdan layihәlәri maliyyәlәşdirәn “vәtәnpәrvәri” digәr gәnclәrimizә nümunә göstәrir, tәşkilatın әn aktiv üzvü kimi Bakıda keçirilәn dövlәt tәdbirlәrinә aparır. Yәqin çalışdığı televiziya kanalında Ermәnistanın vә ermәni xalqının iqtisadi cәhәtdәn hәddindәn artıq pis yaşaması ilә bağlı tez­tez gedәn video materiallar operatoru yaman tәsirlәndirir ki, o, da tәşkilatının ermәnilәrә kömәk etmәsinә şәrait yaradır. Bu cür "humanizmә" yol açan adı çәkilәn tәşkilatı maliyyәlәşdirәn “Socar” şirkәtinin vә Azәrbaycan Respublikası Diasporla iş üzrә Dövlәt Komitәsinin maliyyә imkanlarıermәnilәrә dә fayda verirsә, demәli, diaspor hәrәkatımız “inkişaf xәttinin pikinә” yaxınlaşmaqdadır.

Maraqlısı odur ki, KAU­nun qondarma sәdri Rövşәn Tağıyev dә yuxarıda adları qeyd olunan Gülmәmmәdovun, Qәdiroğlunun, Tahirovun dәstәyi ilә öz debyütünü ermәnipәrәst Anar Axundovun tәşkil etdiyi tәdbirdә reallaşdırdı, hal­hazırda isә Ukraynada ermәni siyasәtinә cavabdeh olan ermәnilәrin aparıcı şәxslәrindәn biri, Ukrayna ermәnilәri ittifaqının sәdr müavini Aşot Avanesyanla yaxınlıq edir, onun dәvәtilә tәşkil etdiyi tәdbirlәrә gedәrәk diasporumuzu biabır etmәklә mәşğul olur. Yuxarıda qeyd olunan qüvvәlәr isә ondan bu işlәrindә bacardıqları dәstәyi әsirgәmirlәr. Tağıyev hәr yerdә hörmәtli Komitә sәdrinin qardaşı Sahib İbrahimovdan yaxın dostluq münasibәtlәrinә görә güclü dәstәk aldığını qeyd edәrәk bir çox tәşkilat rәhbәrlәrini dә yalançı vәdlәrlә әlә almağa çalışır. Komitәdәn vәziyyәti tәnzimlәmәk adı altında Kiyevә göndәrilәn Surәddin Hümbәtovun (Akif Gülmәmmәdovun dostu) işlәrә qeyri­peşәkar yanaşması vә birtәrәfli mövqe tutması vәziyyәti daha da gәrginlәşdirdi. ?lbәttә, bu proseslәri yaxından izlәyәnlәr 2012­ci ildә keçirilәn Bodrum görüşünә Komitә tәrәfindәn dәvәt alan diaspor nümayәndәlәrin siyahısını yada salaraq bu qurumun mәsәlәdә obyektiv mövqe nümayiş etdirәcәyini gözlәmirdilәr dә.

Bu da azmış kimi, lap bu yaxınlarda ağlasığmaz, tәfәkkürdәnkәnar metodlarla, әlbәttә ki, öz әnәnәlәrini pozmamaq şәrtilә ­ tam gizlin vә bir neçә saatın içindә yaradılmış ağsaqqalar şurasına sәdr seçilmiş, heç bir nüfuza malik olmayan Firudin Mamedov bu mәsәlәlәrdә aktivlivlәşdirilirsә vә bütün Ukrayna azәrbaycanlıları qarşısında bu müasir “ağsaqqal” hәr gün yeni bir fikrә gәlib ağlına gәlmәmiş ağzına gәlәni danışırsa, başda belә sәdri olan şuranın da perspektivsizliyi göz qabağındadır.

?gәr hörmәtli Nazim İbrahimov UAK­da konfraslar öncәsi tәşkilat üzvlәrinin öncәdәn gözlәnildiyi kimi yığıncaqları baykot etmәk üçün qruplaşaraq konfrans zalını tәrk etmәsinә diasporun bölünmәsi adını verirsә, o halda cәnab Sәdr 1999­cu ildә bu ölkәdә Azәrbaycan Respublikasının Ukraynada Fövqәladә vә Sәlahiyyәtli Sәfiri vәzifәsindә çalışdığı zaman vә özünün dә iştirak etdiyi (prezidiumda әylәşdiyi) UAK­ın tәsis konfransında diaspor ziyalılarının nümayişyanә etiraz bildirәrәk zaldan getmәsini, 2006­cı ildә UAK­ın digәr seçki – hesabat konfransı әvvәlki plan üzrә baykot edilәrәk nümayәndәlәrin bir hissәsinin Akif Gülmәmmәdovun (hәmin dövrdә Azәrbaycan Respublikasının Ukraynada Fövqәladә vә Sәlahiyyәtli Sәfiri vәzifәsindә çalışan Tәlәt ?liyev dәstәyilә) çağırışı ilә başqa zalda, yeni tәrkibdә, qeyri­qanuni ikinci yığıncağın keçirildiyini (bunlara baxmayaraq N.İbrahimov başqa tәşkilat sәdrlәrini mәharәtlә aldadaraq öz çirkin, dağıdıcı әmәllәrindә iştirak etmәyә sövq edәn, UAK­ın saxta möhürünü düzәltdirәrәk istifadә edәn Akif Gülmәmmәdovu başa çәkib medalla tәltif etdi, diaaspor hәrәkatına zәrbә vurdu), 2010­cu ildә keçirilәn seçki­hesabat konfransında olan qarşıdurma nәticәsindә Akif Gülmәmmәdovun zaldan biabırcasına qovulduğunu, 2011­ci ildә keçirilәn hesabat konfransında tәrәflәr arasında olan silahlı münaqişәni bilmәsәydi, İlqar Abbasovun istefasından sonra 2012­ci ildә dә yuxarıda qeyd edilәn insanlar tәrәfindәn eyni senari üzrә konfransın dağılmasına cәhdlәrolacağını öncәdәn görmәsәydi tәıkilatın (UAK) elә yarandığı gündәn bölündüyünü, parçalandığını dәqiq bilmәzdi, biz dә bu yazını yazmaqdan vә artıq bu proseslәri araşdırmaqdan tәngә gәlmiş insanları bir daha bu problemlәrlә üzlәşdirmәkdәn imtina edәrdik. Ancaq, Sәdrin toxumunu özü sәpdiyi vә böyük mәharәtlә becәrdiyi diaspor parçalanması prosesini sonda iki tәşkilat adlandıraraq ürәklәri Azәrbaycanla döyünәn Ukraynada yaşayan vәtәnpәrvәr soydaşlarımızın üzәrinә yazmaq planı milli ruhla yaşayan, milli dәyәrlәri hәr bir varlıqdan üstün tutan, dövlәtini, xalqını hәr şeydәn çox sevәn
azәrbaycanlılara tәhqirdir.

Bugün, UAK­ın bu xoşagәlmәz vәziyyәtinin mәntiqi nәticәlәrindәn biridir ki, bu tәşkilatın işlәrindә әvvәllәr adı heç bir zaman çәkilmәyәn, UAK­ın üzvü belә olmayan, "Demokratiyanın nәbzi" Beynәlxalq İctimai Tәşkilatının 30 yaşlı rәhbәri Hikmәt Cavadov birdәn­birә UAK­a sәdr seçilir, yuxarıda adı çәkilәn tәşkilatın heyyәtilә diasporumuzu yeni üsullarla idarә etmәyә çalışsa da uğur әldә edә bilmәyir hәtta, yaranmış konfliktin tәrәflәrindәn birinә çevrilir.

Bizim bu yazımıza da hansı rәngdә, hansı siyasi donun geyindirilәcәyini, hansı adın verilәcәyini yәqin etsәk dә, sizi dövlәtçilik yoluna sәslәyirik.

Yuxarıda qeyd olunmuş arqumentlәri tәsdiq edәn faktlarla tanış olan hәr bir şәxsi, bu ümdә vә müqәddәs fәaliyyәtdә, milli identifikasıyamızın vә dövlәt irsimizin naminә aktiv olmağa çağırırıq.

Ukraynada yaşayan azәrbaycanlı ziyalılar.
04.02.2013
Ukrayna, Kiyev şәhәri”.

Qarşı tərəfin də mövqey8ini işıqlandırmağa hazırıq...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:20
Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Bu gün, 14:11
"Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Bu gün, 14:10
"Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 14:02
“Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Bu gün, 14:00
“Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Bu gün, 13:58
Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Bu gün, 13:08
Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:05
Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Bu gün, 13:04
Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Bu gün, 12:59
İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Bu gün, 12:56
Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Bu gün, 12:53
Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Bu gün, 12:49
Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Bu gün, 12:48
Papikyan Hindistana getdi
Bu gün, 12:47
İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Bu gün, 12:46
"Aqşin Fateh 5 min verib trendə düşür"
Bu gün, 12:41
Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30
"Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28
Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25
"Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24
Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04
ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59
3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49
“Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45
Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41
Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39
Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20
"Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18
“Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14
Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07
Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04
“Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33
`Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32
Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09
Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04
Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00
Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42
AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38
Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27
QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24
Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23
Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19
AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11
İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05
Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01
Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53
SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru