![PA-DA ŞÖBƏ MÜDİRİ VƏZİFƏSİNDƏN AZAD EDİLƏCƏK PA-DA ŞÖBƏ MÜDİRİ VƏZİFƏSİNDƏN AZAD EDİLƏCƏK](/uploads/posts/2013-03/1362480624_0001.jpg)
ELNUR ASLANOV ƏLİ HƏSƏNOVDAN QABAĞA SALINIR
DİA.AZ: - Redaksiyamıza daha bir neçə vəzifəli şəxsin işdən azad ediləcəyilə bağlı xəbərlər daxil olub. Nazirlər Kabinetindəki bilgili qaynağın DİA.AZ-a ötürdüyü məlumatlardan aydın olur ki, bu gün icra başçıları ilə bağlı həyata keçirilən islahatların yaxın günlərdə bir neçə nazirliyi və Prezident Administrasiyasını əhatə edəcəyi şübhəsizdir.
Mənbənin söylədikləri: «Əsas olaraq Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə yaxın vəzifələrin işdən azad olunması gözlənilir. Onların arasında xüsusi olaraq diqqətçəkəni PA-nın şöbə müdiri Elnur Aslanovun gedişi ilə bağlı planlamalardır».
Mənbəmiz bildirir ki, YAP-çı deputat Rəbiyyət Aslanovanın oğlu Elnur Aslanov birbaşa olaraq Ramiz Mehdiyevin himayəsi altındadır, eyni zamanda Rusiya xəttində təmsil olunmaqdadır: «Təbii ki, son zamanlar Rusiya xətti ilə bağlı həyata keçirilən dəst-xətt də Elnur Aslanovun gedişini diqtə etməkdə idi. Və belə görünür ki, Elnur Aslanov, digər şöbə müdiri - Əli Həsənovdan daha erkən yola salınacaq».