"Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?" .....                     Doktorantura təhsili birpilləli sistemə keçir .....                     Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI .....                     Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? .....                     Zəngəzur dəhlizinin gələcəyi... .....                     "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" .....                     "Uşaqlara əxlaq dərsi keçirilməlidir" .....                     “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” .....                     “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... .....                     Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: .....                     Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb .....                     Putin 100 yaşlı erməni qadını mükafatlandırdı .....                     Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB .....                     İlyas İsmayılovun partiyası BURAXILIR?.. .....                     Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: .....                     Şəbnəm instaqramdan nə qədər qazanır? .....                     Məktəblərdə telefon qadağan olunur .....                     Papikyan Hindistana getdi .....                     İran sanksiyalardan necə yayınırdı? .....                     "Aqşin Fateh 5 min verib trendə düşür" .....                     Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir .....                     "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" .....                     Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi .....                     "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." .....                     Oğuzda narkotacirlər həbs olundu .....                     ABŞ Ermənistana yerini göstərdi .....                     3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? .....                     BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir .....                     “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...” .....                     Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... .....                     Xankəndidə polis şagirdlərlə görüşüb .....                     Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: .....                     "Rus dili ciddi imtahan qarşısındadır..." .....                     “Bakı Metropoliteni”ndə yeni təyinat .....                     Millət vəkilindən azərbaycanlıları təhqir edən .....                     Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı .....                     “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” .....                     Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb .....                     `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... .....                     Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... .....                 

İLHAM ƏLİYEVƏ TƏXRİBATÇI MƏKTUB GÖNDƏRİLDİ
Tarix: 11-04-2013, 14:40 | Çap et
İLHAM ƏLİYEVƏ TƏXRİBATÇI MƏKTUB GÖNDƏRİLDİ
FARS-MOLLA REJİMİ HƏDDİNİ AŞMAQ ÜZƏRƏDİR

DİA.AZ: - Fars-molla rejimi həddini aşmaq üzərədir. Hər halda İranın Şiçal-qərb universitetlərinin adından Azərbaycan prezidenti İlham Əliyevə ünvanlanan məktubun mətnindəki fikirlər belə deməyə əsas verir.

DİA.AZ bildirir ki, “fars” agentliyinin açıqladığı bu məktubun mətnində Azərbaycan bir dövlət olaraq təhqir olunmaqla yanaşı, Azərbaycanın tarixi keçmişi təhrif olunur, həmçinin İran adından Azərbaycana qarşı ərazi iddiası irəli sürülür ki, bu da enində-sonunda farslarla Azərbaycan türklərinin savaşacağını qaçılmaz etməkdədir.

Prezident İlham Əliyevə ünvanlanan həmin məktubu təqdim edirik:

“Azərbaycan Respublikasının möhtərəm Prezidenti Zati-aliləri cənab İlham Əliyev

Salam!

İslamın əziz peyğəmbəri Məhəmmədin (səlləllahu ələyhi və alihi və səlləm) qızı həzrət Fatimə Zəhranın (salamullahu əleyha) ürəkyandırıcı şəhadəti münasibətilə Sizə və Azərbaycan Respublikasının şərəfli xalqına və əhli-beyt (ə) dostlarına başsağlığı verməklə yanaşı İranın azərilər yaşayan məntəqələrinin fəal tələbələri kimi məktub yazaraq, bu məntəqənin bütün tələbələrinin dünyanın ikinci şiə ölkəsində anti-İslam siyasətlərinin davamından narahat olduqlarını və həmçinin, anti-İran siyasətlərinin davamına o cümlədən Azərbaycan Respublikasının dövlət aparatlarının icazəsi ilə separatçı qruplardan birinin təşkilatçılığı ilə Badkubədə keçirilən “Çağdaş Güney Azərbaycanının sabahı” kimi qərəzli konfranslara etirazımızı bildirməyi, haqqı müdafiə məqsədilə bəzi mövzuları xatırlatmağı, öz sual və istəklərimizi Bakı dövlətinə çatdırmağı münasib bildik.

Azərbaycan Respublikasının sionist dəstəyi alan bəzi dairələrinin, hətta ölkənizin Milli Məclisin bəzi deputatlarının kommunistlər sayağı tarixi təhriflər əsasında İran İslam Respublikasının ərazi bütövlüyü əleyhinə əsassız iddiaları və Azərbaycan Respublikasında islamofobiya siyasətlərinin davamı bir müddətdir ki, İranın şimal-şərq əhalisini, əsasən də bu məntəqənin universitetlərinin tələbələrini cənab-alinizin hökumətindən bərk narazı salmışdır.

Tarixi sənəd və həqiqətlərə, əsasən də İranda müqtədir və şiə Səfəvi hökumətinin iftixarlı dövrünə ötəri nəzər, Gülüstan və Türkmənçay müqavilələrini, həmçinin “Gülüstani-irəm” və Arazın şimalında yaşamış yazıçıların onlarla digər kitablarının mütaliəsi hamılıqla Sizin ölkənizin anti-İran şəxs və dairələrinin iddialarının batil olmasını sübuta yetirir. Əlbəttə, bu arada hökumətinizə qarşı narazılığı daha da artıran budur ki, bu tarixi təhriflər Azərbaycan Respublikasının müstəqillik əldə etməsindən sonra da dövlət siyasətinin əsası kimi qalmış, hətta universitet və məktəblərin rəsmi kitablarında da yer tapmışdır.

İran İslam Respublikası Azərbaycan Respublikasının müstəqilliyinin ilk günlərindən Arazın hər iki tərəfində yaşayan xalqların Gülüstan və Türkmənçay müqavilələrindən qabaqkı vəziyyətə qayıtmağa və Arazın şimal əhalisinin İran İslam Respublikası ağuşuna qayıtmağa aşkar meyilli olmalarına baxmayaraq, Qafqaz ölkələrinin, o cümlədən Azərbaycan Respublikasının ərazi bütövlüyünə dost və qardaşcasına yanaşmış və rəsmi surətdə tanımışdır. Lakin, beynəlxalq diplomasiya və qayda-qanuların əksinə olaraq, etnik, müdaxilə və İran İslam Respublikasına qarşı ərazi iddiaları həmişə Azərbaycan Respublikası dövlətinin birbaşa və ya vasitəylə dəstəklədiyi siyasətlərindən olmuşdur. Şimal-Qərb Universitetləri Tələbələri Cəmiyyəti Zati-alinizin və bəzi dövlət rəsmilərinin diplomatik açıqlamaları ilə aşkar zidd olan bu dəstəkləmələr barədə şərh vermənizi gözləyir.

Zati-aliləri cənab İlham Əliyev

Badkubə dövlətinin İran İslam Respublikasına qarşı yaxşı niyyətdə olmamasından hekayət edən digər bir məsələ, Qarabağ müharibəsi həqiqətlərinin əksinə cilvələndirilməsidir. Özünüz bizdən də yaxşı bilirsniz ki, İran dövləti Badkubə dövlətinin kömək çağırışının cavabında və Azərbaycan Respublikasının məzlum xalqını müdafiə etməkdə heç bir yardımını əsirgəmədi. Müharibə nəticəsində öz yurd-yuvasından qaçqın düşənləri yaşayış vasitələri və imkanları ilə təmin etmək, ölkəyə tibbi yardımlar, az təminatlı ailələri himayət, Badkubə dövlətinə maddi yardımlar, hərbi avadanlıq və hərbi təlimlər, Azərbaycan hərbisini nizama salmaq bu köməklərin bir hissəsidir. Baxmayaraq ki, dövlətin qərbyönümlü və anti-İslam siyasət seçməsi, dövlət rəsmilərinin süstlüyü nəticəsində İslam ölkəsinin torpaqlarının beşdə bir hissəsi işğal olundu. Amma bunun şahidi olmuşuq və hazırda da şahidiyik Badkubə siyasətçiləri və mediası İran İslam Respublikasının bu yardımları aşkar etmək məhdudiyyətlərindən sui-istifadə edərək öz süstlük və nöqsanlarını yalan bəhanələrlə İİR-nın Azərbaycan xalqını himayə etməməsi, hətta Ermənistan dövlətini dəstəkləməsi kimi qələmə verirlər.

Bizim zati-alinizdən sualımız budur ki, 20 ilə yaxındır ki, müzakirə yolunu bəhanə gətirərək düşmənlə müharibə və cihaddan əl çəkmisiniz. Halbuki, bu müzakirələr sizin üçün məhz təbliğat xarakteri daşıyır və bu mövzuda heç bir ciddilik olmadığından islami ölkə üçün zillətdən başqa bir şey qazanmayıb. Diqqəti çəkən məsələ budur ki, həqiqəti gizlədərək müzakirələrin nəticəsiz qalmasının səbəbini bəzən İran, bəzən də Rusiyanının olduğunu deyirsiniz. Həqiqəti tərsinə cilvələndirməkdə və İran İslam Respublikasına rəva olmayan töhmət və böhtanlar atmaqda məqsədiniz nədir? Böhtan və pərdələmənin yerinə möhkəm və münasib üsul iradə edərək əməli surətdə Qarabağın azad edilməsinə çalışmağınızın vaxtı çatmayıbmı?

Biz inanırıq ki, Qarabağ müharibəsinin həlli yolu Badkubə rəsmilərinin islami dəyərlərə qayıtmasında və işğal olunmuş əraziləri azad etmək üçün dindar və xalq qüvvələrinə yol verməkdədir. Bu həmin yoldur ki, ABŞ, SSRİ və digər super-güclərin dəstəyi ilə İraq hökuməti İran əleyhinə müharibəyə başlayanda İran bu yoldan istifadə etməklə islami və şiə ölkəsinin izzətini qoruyub saxladı və biz iranlılar fəxr edirik ki, bu müharibədə ölkəmizin bir qarış torpağını da əlimizdən vermədik.

Azərbaycan Respublikasının Prezidenti

Bəzi dövlət rəsmiləri deyir ki, bu konfranslar qeyri-dövlət təşkilat və müəssisələri tərəfindən təşkil edilir və dövlətin mövqeyini əks etdirmir. Onda belə bir sual ortaya çıxır ki, necə olur ki, zati-alinizin rəhbərlik etdiyi bir ölkədə dini mərasimlərin icrası üçün müxtəlif bəhanələrlə məhdudiyyətlər qoyulur, xalq tarixdə kökü olan və onunla tanınan dini yığıncaqlar keçirilməsi üçün gərək müxtəlif mərhələlərdən keçərək lisenziya almalıdır, amma belə konfransların təşkilinə asanlıqla və heç bir məhdudiyyətlə qarşılaşmadan icazə almaq mümkündür? Nə üçün müsəlman fəalar İran İslam Respublikasına casusluqda ittiham edilir və əsassız ittihamlarla həbs edilir, amma dəqiq sənədlər əsasında müxtəlif xarici ölkələrə o cümlədən ABŞ və qondarma İsrail rejiminin kəşfiyyatına işləmələri məlum olan separatçı millətçilər asanlıqla ölkədə fəaliyyət göstərir və onların işinə heç bir maneçilik olmur?

Sözü gedən toplantının mövzularından biri iranlı etnik xalqların hüquqlarının müdafiəsi olmuşdur. Yaxşı olar ki, Azərbaycan Respublikası dövləti belə toplantıların təşkilini dəstəkləmək əvəzinə öz ölkəsində yaşayan müxtəlif millətlərin və etnik tayfaların hüquqlarının bərpası fikrində olsun.

Bilin və bilin ki, İran İslam Respublikasında hər il türk, ərəb, kürd və s. kimi müxtəlif dil və dialektlərdə yüzlərlə kitab çap olunur və xalqların adət-ənənəsinin, mədəniyyətinin qorunması məqsədilə bu geniş ölkənin bütün əyalətlərində yerli əhalinin dilində gecə-gündüz televiziya və radio kanalları yayımlanır, hatta Azərbaycan Respublikasının əhalisi də bu kanalların proqramlarından istifadə edirlər.

Amma Sizin ölkənizdə etnik azlıqların ən ibtidai hüquqları olan öz dilində mətbuat və televiziya kanalı yoxdur. Azərbaycan dilindən başqa bir dilli kanalın fəaliyyət göstərmək haqqı yoxdur. Ölkədə yaşayan talış, ləzgi, kürd və digər etnik azlıqlar öz ana dillərində kitab çap etməsi üçün bərk məhdudiyyətlərlə qarşılaşırlar.

Heç yaraşırmı ki, zati-alinizin rəhbərlik etdiyi bir ölkədə etnik azlıqların mədəniyyət sahəsinin fəalları təqib edilsin, hətta öldürülsün və siz onların hüquqlarını müdafiə etmək əvəzinə İran xalqlarının hüquqları barədə yalan xəbər yayanları dəstəkləyirsiniz?

Bizim tövsiyəmiz budur ki, dövlətin etnik müdaxilə siyasətinin icrasının və bu barədəki ixtisasi toplantıların qarşısını almaqla müxtəlif sinifdən olan öz xalqınızın hüquqlarının bərpası üçün çarə yolu axtarasınız.

Yuxarıdakı qeydlərə və zati-alilərinizdən qardaş və dost Azərbaycan Respublikasının Prezidenti kimi gözlədiklərimizə diqqət etməklə aşağıda qeyd edəcəklərimizi sizdən istəyirik:

1. Bilin ki, İran-rus müharibələri nəticəsində Qafqaz əyalətlərinin, xüsusilə də Badkubənin İrandan ayrılması İran xalqının, əsasən də Azərbaycan xalqının can və ürəyinə ağırlıq edir. İran İslam Respublikasının dövləti, o cümlədən Azərbaycan Respublikası xalqının İrana asan gediş-gəlişinə şərait yaramaq kimi münasib siyasətlər yürüdərək, həqiqətdə şiə olan hər iki ölkə xalqının daha çox əlaqə və münasibətlər qura bilməsi üçün zəmin yaratmışdır. Badkubə dövlətindən də istəyirik ki, sənədli və inkaredilməz tarixi həqiqətlərə diqqət etməklə özünün də əsrlər boyu üzvü olduğu İran xalqının əleyhinə tarixi saxtalaşdırmaq əvəzinə iki ölkə xalqının vəhdət və yaxınlaşması üçün şərait yaratsın.

İran İslam Respublikası xalqı və dövlətinin hüsnü-niyyətini və xeyirxahlığını nəzərə alaraq Azərbaycan Respublikası dövləti yuxarıda oxşar konfrans və proqramların qarşısını alsın və bu ölkəni ABŞ və sionist rejimə bağlı separatçı qrupların yığıncaq yerinə çevirməsin. Sözsüz, bu səhv millətçi siyasətdən dönüşü və tarixi həqiqətlərin qəbulunu göstərəcək. Qeyd edək ki, İranın universitet və elm dairələri Azərbaycan Respublikasının tarixçiləri ilə tarix xüsusunda debat və müzakirələrə çox maraqlıdır.

2. Mövcud ittihamların aradan qaldırılması istiqamətində Azərbaycan Respublikası dövləti İranın Qarabağ müharibəsində Azərbaycanın dövlət və xalqına yardımlarını aydın surətdə açıqlamalıdır.

3. İran mediasının Azərbaycan Respublikasına müsbət yanaşmasına diqqət etməklə ölkənizin mediasının İran əleyhinə təbliğatına son qoyulsun.

4. Əhalisi İslam məktəbinə və məsum imamlara (ə) məhəbbətli olan şiə camiəsində anti-İslam siyasətləri seçmək təhlükəlidir. Bu onun amillərinin məğlubiyyətini, xalqın oyanmasını və müqavimətini öz ardınca gətirəcək. Belə nəzərə gəlir ki, Badkubə dövlətinin hazırkı siyasət üsulu qərbin vadar etdiyi həmin siyasətdir. Qarabağın azad olunması üçün xalq cihad qruplarının formalaşmasının qarşısının alınması, məscidlərin dağıdılması, dini mərasim və münasibətlərə qarşı məhdudiyyətlərin icrası, məktəblərdə hicabın qadağan edilməsi, dini fəalların həbs edilməsi, dövlətin Eurovision mahnı müsabiqəsi keçirməsi, homoseksualların paradını, onlarla digər utandırıcı və qeyri-insani proqramları təşkil etmək istəməsinin hamısı Badkubə dövlətinin mövqeyini əks etdirir.

Bizim xeyirxahcasına tövsiyəmiz budur ki, belə siyasətlər seçməklə Azərbaycan xalqını və dünya müsəlmanlarını özünüzdən narazı salmayın və özlərinin problemlərini həll etməkdən aciz olan qərb, Amerika və sionistlərin ətəyindən yapışmaqdansa, İslam və şiəliyin insan hazırlayan və azadlıq bağışlayan məktəbinin göstərişlərinə əməl edin ki, özünüzün və xalqınızın dünya və axirət səadəti üçün zəmin yaransın.

İran İslam Respublikasının mədəni, elmi, siyasi, iqtisadi, hərbi və sənaye kimi bir çox sahələrdə nəzərə çarpan inkişafı bu örnəyin müvəffəqiyyətini göstərir.

Sözsüz, həbsdə olan islamçıların azadlığa buraxılması Sizin bu barədə hüsnü-niyyətinizi göstərər və İran və Azərbaycanın dindar xalqını sevindirər.

Sonda bəşəriyyət aləminin tənha nicat verəni həzrət imam Məhdinin (əc) zühurunu dua etməklə İslam və əhli-beyt (ə) məktəbi sayəsində Azərbaycan Respublikasının şərəfli xalqının qürur və iftixarını, İran və Azərbaycan xalqlarının hər gün artan yaxınlaşma və vəhdətini, əziz və məzlum Qarabağın azadlığını arzu edirik.

Vəlaqibətu lilmuttəqin

Vəssəlamu ələykum və rəhmətullahi və bərəkatuh”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?"
Bu gün, 23:35
Doktorantura təhsili birpilləli sistemə keçir – Nələr dəyişəcək?
Bu gün, 23:33
Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI - Yeni mövqelər qurdu
Bu gün, 23:29
Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:20
Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Bu gün, 14:11
"Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Bu gün, 14:10
"Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 14:02
“Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Bu gün, 14:00
“Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Bu gün, 13:58
Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Bu gün, 13:08
Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:05
Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Bu gün, 13:04
Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Bu gün, 12:59
İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Bu gün, 12:56
Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Bu gün, 12:53
Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Bu gün, 12:49
Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Bu gün, 12:48
Papikyan Hindistana getdi
Bu gün, 12:47
İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Bu gün, 12:46
"Aqşin Fateh 5 min verib trendə düşür"
Bu gün, 12:41
Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30
"Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28
Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25
"Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24
Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04
ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59
3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49
“Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45
Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41
Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39
Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20
"Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18
“Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14
Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07
Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04
“Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33
`Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32
Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09
Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04
Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00
Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42
AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38
Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27
QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24
Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23
Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19
AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11
İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru