Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... .....                     Sahil Babayev ilk KİMİ 'VURACAQ'? .....                     "Övladlarla maraqlanaq, boş verməyək..." .....                     70 milyard dollarlıq qurum ləğv edilir? .....                     Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... .....                     Rusiya kəşfiyyat gəmisi niyə yanıb? .....                     "Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?" .....                     Doktorantura təhsili birpilləli sistemə keçir .....                     Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI .....                     Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? .....                     Zəngəzur dəhlizinin gələcəyi... .....                     "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" .....                     "Uşaqlara əxlaq dərsi keçirilməlidir" .....                     “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” .....                     “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... .....                     Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: .....                     Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb .....                     Putin 100 yaşlı erməni qadını mükafatlandırdı .....                     Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB .....                     İlyas İsmayılovun partiyası BURAXILIR?.. .....                     Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: .....                     Şəbnəm instaqramdan nə qədər qazanır? .....                     Məktəblərdə telefon qadağan olunur .....                     Papikyan Hindistana getdi .....                     İran sanksiyalardan necə yayınırdı? .....                     "Aqşin Fateh 5 min verib trendə düşür" .....                     Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir .....                     "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" .....                     Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi .....                     "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." .....                     Oğuzda narkotacirlər həbs olundu .....                     ABŞ Ermənistana yerini göstərdi .....                     3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? .....                     BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir .....                     “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...” .....                     Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... .....                     Xankəndidə polis şagirdlərlə görüşüb .....                     Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: .....                     "Rus dili ciddi imtahan qarşısındadır..." .....                     “Bakı Metropoliteni”ndə yeni təyinat .....                 

ŞOK: AZƏRBAYCAN TARİXÇİLƏRİNƏ MEYDAN OXUNDU
Tarix: 24-04-2013, 14:54 | Çap et
ŞOK: AZƏRBAYCAN TARİXÇİLƏRİNƏ MEYDAN OXUNDU
DİA.AZ: - Fars-molla rejimi Azərbaycana qarşı təbliğatını davam etdirir və bu dəfə də tarixi müstəvidə fars millətçilərinin saxtakarlıqlarını müşahidə etməkdəyik. Əslində bu məqama Azərbaycan tarixçilərinin mütləq şəkildə reaksiya verməsinə ehtiyac var.

DİA.AZ olaraq elə tarixçilrəiimizə meydan oxuyaraq onların ünvanına çağırışn da olduğu «AranNews» portalında yer almış materialı olduğu kimi diqqətinizə təqdim edirik:

«Tabriz Universitetinin tarix müəllimi və bu universitetinin Tarix və Mədəniyyət İnstitutunun müdiri doktor Məhəmməd Əli Pərğu “İranın qədim tarixinə baxış” elmi konfransındakı çıxışında Azərbaycan Respublikasında keçirilən bəzi anti-İran toplantılara və orada səslənən bəzi əsassız iddialara işarə edərək deyib: “Adətən, sionistlərin sifarişi ilə keçirilən belə toplantıların elmi mahiyyət daşımadığından diqqət etməyə dəyməsə də Azərbaycan Respublikasının tarix müəllimlərindən gözlənilən budur ki, belə ləğv və boş iddialara münasibət bildirsinlər və bəzi qərəzli, İran və Azərbaycan Respublikasının ortaq tarixindən məlumatsız şəxslərin bu barədə şübhə yaratmasına icazə verməsinlər”.

Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycanın şimal və cənuba bölünməsi, bundan da gülünc Rzaxanın hökumət başına gəlməsinə qədər İran adının olmaması kimi bəzi tarix təhrifçilərinin əsassız iddialarına toxunan Doktor Pərğu deyib: “Azərbaycan Respublikasında tarix özbaşınalığının şahidiyik və bu da ölkədə hər kəsin öz siyasi və maddi maraqlarına uyğun olaraq tarixi saxtalaşdırmasına səbəb olub. Təəssüf ki, bu arada hazırkı duruma etiraz edən mərhum İrqar Əliyev kimi bəzi insaflı alimlər baykot olunur.

Elm dilini xalqlar arasında dialoq üçün ən gözəl dil adlandıran Tarix və Mədəniyyət İnstitutunun müdiri vurğulayıb: “Ümumi fikri işıqlandırmaq üçün tarixi həqiqətlər barədə İran və Azərbaycan Respublikasının universitet müəllimləri arasında elmi debatların keçirilməsinə hazırıq”.

O artırıb: “Azərbaycan Respublikasındakı həmkarlarıma tarixi həqiqətləri xatırlatmaq üçün İranın üç min illik tarixi barədə materialları onlara açıqlamağı lazım bilirəm”.

Tarix müəllimi “İran tarixi və ədəbi sənədlərdə” elmi məqalə təqdim edərək deyib: “İranın adı e.ə. ll-l minilliklərdə İran Yaylasına (İran Fəlatına) Ariya tayfalarından götürülmüşdür. Bu ad Avestada “İran-viç” adlandırılır. İran sözü Həxamənişilər dövründə “Ai Riya”,kimi işlənirdi. Əşkanilər və Sasanilər dövründə “İran” və ən çox “Şətr” sözü ilə birlikdə işlənirdi. “İran Şətr” təqribən indiki “İran Şəhr” mənasını verirdi”.

Sasanilər imperiyasının süqutundan və İranın İslam dairəsinə birləşməsindən sonra İran adının xüsusi bir coğrafiyaya işlədilməsi unuduldu. Bununla belə yenə də müsəlman coğrafiyaşünas və tarixçi və ədəbiyyatçılarının əsərlərində İslamdan qabaqkı hadisələrə işarə edilərkən İran sözündən istifadə edilmişdir.

Firdosi “Şahnamə”də yazır: “Be iraniyan zar o giryan şudəm, zi sasaniyan niz buryan şudəm”.

Həmçinin, Məsudinin (283-349 h.q və 896-957 m.) “Murucuz-zəhəb” (səh. 232-238), “Əl-tənbih vəl-işraf” (səh. 38 və 341) kitablarında İslamdan öncəki tarixə işarə edərkən İran və iranlı sözlərindən istifadə edilmişdir.

İstəxrinin (vəfatı 346 h.q və 957 m.) “Məsalik və məmalik” (səh. 5 və 11), İbn Rüstənin (vəfatı 290 h.q və 903 m.) “Əl-ilaqul nəfsiyyə” (səh. 119, 121 və 193) kitabınlarda İran, İranşəhr kimi işlədilmişdir.

Qəznəvilər dövründə Bu Hənifə İskafi Sultan İbrahim Qəznəviyə həsr etdiyi qəsidədə yazır:

“Və İran miri ərəb və şahi əcəm

Qisseyi mociz be Sultani cahan İbrahim

Xosrovi İran toyi və bodi və baş

Gərçe furudəst ğərre gəşt be üsyan”

Nizami Gəncəvi (535-607h.q və 1141-1210 m.) yazır:

“Nə bər cəng əz İran zəmin amədim

Be mehmani Xaqani-Çin amədim

Cəhandar dara dər an davəri

Tələb kərd əz iraniyan davəri”

Nurəddin Məhəmməd Zeydəri Nəsəvinin (vəfatı 647 h.q və 1249 m.) Sultan Cəlaləddin Xarəzmşahın həyatı barədə yazdığı “Sireyi Cəlaləddin, ya tarixi Cəlali” kitabında da İslamdan qabaqkı tarixi hadisələrdə İran adı çəkilmişdir.

Elxanilər dövründə Abbasilər xilafətinin süqutu və Elxanilər hökuməti altında siyasi vəhdətin yaranması ilə İran sözündən Elxanilər hökumətinin coğrafi ərazilərinə işarə etmək üçün istifadə edilir, İran və iranlı adı siyasi və coğrafi məfhum kimi yenidən canlanır.

Rəşidəddin Fəzlullahın (648-717 h.q və 1250-1317 m.) “Camiut-təvarix” kitabında çoxlu sayda “Mulki-İran”, “İran zəmin” və “İran” terminlərinə rast gəlirik.

Səyyah Marku Pulu öz səyahətnaməsində yazır: “İran olduqca geniş əraziləri olan bir ölkədir, qədim zamanlarda mötəbər və əhəmiyyətli olmuşdur. Amma indi tatarlar onu viran ediblər.”

Elxanilər dövründən sonra İran coğrafiyasını tanıdan İran adının işlənməsi də sona yetdi, baxmayaraq ki, bəzi vaxtlar “Məmaliki Məhrusə” terminindən istifadə edilirdi və aydındır ki, burada məqsəd “Məmaliki Məhruseyi İran” olub.

Mirxand (837-903 h.q və 1433-1497 m.) “Rozətus-səfa” (səh. 3956), Xandmir (880-948 h.q və 1475-1540 m) “Həbibus-seyr” (səh. 367, 391, 568, 641) kitablarında İran və onun bu hazırkı coğrafi və siyasi adlarını işlətmişlər.

Seyid İmadəddin Nəsiminin (747-796 h.q və 1346-1394 m.) Teymurilər dövrünün əvvəllərinə aid olan türkcə şerlərində gəlib:

“Mülki-İran, mülki-Turan, mülki-Hind və mülki-Send

Mülki-Şaməm, mülki-qeysəri rumiyəm, Təkfuruyam.

Həm mənəm Bağdad ilə Şət, həm xəlifə, həm zaman

Həm ənəl-həqq söylərəm, həm dar, həm Mənsuruyam.”

Molla Pənah Vaqif (1129-1193 h.q və 1717-1779 m.) yazır:

“Hindistanım, Rumum, İranım mənim

İran ilə Turan, Hələb, Məkkə-Mədinə”.

Qafqazın İranın əlindən alınmasına səbəb olmuş 19-cu əsrin əvvəllərindəki İran-Rus müharibələrinin ardınca bağlanan Türkmənçay müqaviləsində Fətəli şah Qacar “İran məmləkətini qüdrətli və əzəmətli şahı” kimi təqdim edilir.

Hətta, Qafqazın İrandan ayrılmasından sonra da orada yaşayan yazıçı və ədəbiyyatçılar bir an da olsun İranı unutmadılar, həmişə İran və iranlının məhəbbətini xatırladılar. Nümunə üçün Mirzə Əliəkbər Sabiri bu haqda çoxlu şerlərini misal çəkmək olar:

“Səd şükür ki, oldu nur-baran

Məşrut ilə bu xaki-İran

Zülmün, sitəmin çırağı söndü

İran yenə bir behiştə döndü”.

Cəlil Məmmədquluzadə də yazılarının çoxunun mövzusunu İrana və onun məsələlərinə aid etmişdir, hətta bir il müddətində (1921-ci il) “Molla Nəsrəddin” qəzetini Təbrizdə nəşr etmişdir.

Bu əsaslarla demək olar ki, İran termini təqribən 3 min il öncə bir ölkəni adlandırmaq üçün işlədilmişdir, İslamdan sonrakı dövrdə də coğrafi və siyasi vəhdəti qorumaq məqsədilər İran sözünün işlədilməsi bir ara dayansa da İran adı yaşadı, coğrafi, tarixi və ədəbi kitablarda özünə yer tutdu. Elxanilər dövründə bu ad siyasi və coğrafi termin kimi bu ərazilərdə yenidən canlandı və əsasən, monqollardan sonra bu ad heç bir zaman dəyişilmədi. Bu ərazilərin hökumətini ələ alan hər bir kəs də, İranın sərhədləri xaricindən də gəlmiş olsa, özünü İranın şahı adlandırırdı və başqalarının onu bu adla tanımasına çalışırdı.

Doktor Məhəmməd Əli Pərğu öz elmi çıxışının sonunda Azərbaycan Respublikasının əlifbasının dəfələrlə dəyişməsinə və əksərən bu ölkə əhalisinin öz keçmiş iftixarlı tarixini əsas tarixi qaynaqlardan oxumaları imkanının olmamasından təəssüfləndiyini bildirərək azərbaycanlı müəllim və elita üçün bir sıra qaynaqlar təqdim etdi:

- “Camiut-təvarix”; Rəşidəddin Fəzlullah, A. A. Romaskoviç və L. A. Xataqurov və E. E. Əlizadə, Daniş çapxanası, Moskva, 1965.

- “Sireyi Cəlaləddin, ya tarixi Cəlali”; Nurəddin Məhəmməd Zeydəri Nəsəvi, tərcümə: Məhəmməd Əli Nasih Sədi, Tehran, 1366.

- “Tarixi Beyhəqi”; Əbulfəzl Məhəmməd Beyhəqi, redaktə: Əzizullah Əlizadə Firdosi, Tehran, 1387.

- “Divani əşari turki”; Seyid İmadəddin Nəsimi, redaktə: Hüseyn Məhəmmədzadə Sədiq Əxtər, Təbriz, 1387.

- “Divani əşari turki”; Molla Pənah Vaqif, redaktə: H. M. Sədiq Əxtər, Təbriz, 1388.

- “Hop-hopnamə”; Mirzə Əliəkbər Tahirzadə Sabir, Tehran, 1349.

- “Cəlil Məmmədquluzadənin seçilmiş əsərləri”; Azərbaycan dövlət nəşriyyatı, Bakı, 1967.

- Nizami Gəncəvinin külliyyatı; redaktə: Vəhid Dəstgerdi Peyman, Tehran, Bi Ta.

- “Səfərnamə”; Marku Pulu, tərcümə: Mənsur Səcayi Buəli, Tehran, 1390.

- “Tarixi Rövzətus-səfa”; Mirxand, Tehran Mərkəzi Kitabxanası, c. 6, 1339.

- “Həbibul-seyr”; Xandmir, redaktə: Məhəmməd Əli Cərrahi, Tehran, 1370.

- “Murəvvicuz-zəhəb”; Əliyyibni Hüseyn Məsudi, Kitab tərcüməsi və çapı mərkəzi, Tehran, 1344.

- “Əlbəyyinətu vəl-işraf”; Əliyyibni Hüseyn Məsudi, Kitab tərcüməsi və çapı mərkəzi, Tehran, 1349.

- “Əl-ilaqun-nəfsiyyə”; İbn Rustə, Əmir Kəbir, Tehran, 1365.

- “Məsalik və məmalik”;İbrahim ibn Məhəmməd İstəxri, Kitab tərcüməsi və çapı mərkəzi, Tehran, 1347.

- “Lüğətnameyi Dehxuda”.

- “Böyük İslam Ensiklopediyası”.

Universitet müəllimi çıxışının sonunda xatırlatdı ki, yuxarıda deyilənlər və adı çəkilən kitablar Azərbaycan Respublikasında tarixi təhrif etmək istəyənlərin əsassız iddialarını üzə çıxaran qaynaq və materiallardan yalnız bir damladır».









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... - Nəfəs ala bilmirəm...
Bu gün, 00:22
Sahil Babayev ilk KİMİ 'VURACAQ'? - ADLAR
Bu gün, 00:19
"Övladlarla maraqlanaq, boş verməyək..." - FOTO
Bu gün, 00:15
70 milyard dollarlıq qurum ləğv edilir? - Ölkənin nüfuzuna böyük zərbə olar
Bu gün, 00:13
Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... - qeyri-populyar addım atmağa qadir deyil...
Bu gün, 00:10
Rusiya kəşfiyyat gəmisi niyə yanıb? - Türkiyənin Hərbi Dəniz Qüvvələrinin təlimlərini izləyirmiş
Bu gün, 00:07
"Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?"
Dünən, 23:35
Doktorantura təhsili birpilləli sistemə keçir – Nələr dəyişəcək?
Dünən, 23:33
Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI - Yeni mövqelər qurdu
Dünən, 23:29
Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:20
Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Dünən, 14:11
"Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Dünən, 14:10
"Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Dünən, 14:02
“Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Dünən, 14:00
“Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Dünən, 13:58
Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Dünən, 13:08
Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 13:05
Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Dünən, 13:04
Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Dünən, 12:59
İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Dünən, 12:56
Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Dünən, 12:53
Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Dünən, 12:49
Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Dünən, 12:48
Papikyan Hindistana getdi
Dünən, 12:47
İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Dünən, 12:46
"Aqşin Fateh 5 min verib trendə düşür"
Dünən, 12:41
Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:30
"Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Dünən, 12:28
Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Dünən, 12:25
"Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Dünən, 12:24
Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Dünən, 12:04
ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Dünən, 11:59
3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:51
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Dünən, 11:49
“Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Dünən, 11:45
Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Dünən, 11:41
Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Dünən, 11:39
Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Dünən, 11:20
"Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Dünən, 11:18
“Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Dünən, 11:14
Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Dünən, 11:07
Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Dünən, 11:04
“Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Dünən, 11:00
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Dünən, 10:33
`Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Dünən, 10:32
Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Dünən, 10:09
Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Dünən, 10:04
Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Dünən, 10:00
Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Dünən, 09:42
AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Dünən, 09:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru