SAATLI TƏHSİLİNDƏ BAŞ VERƏN ANOMALİYA
Tarix: 17-05-2013, 14:57 | Çap et
Bir müəllimdən qorxan icra başçısı və ya Gomuşçu kənd məktəbinin Ruslan problemi
DİA.AZ: - Bir qədər əvvəl Saatlı təhsilində baş verən bu maraqlı olay mətbuata çıxanda çoxları təəccübləndi. Sən demə, rayonun icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Saatlı rayonunun Azadkənd kənd məktəbinə yeni direktor təyin edib. Rayon təhsil şöbəsinin müdiri Şamil Nuraliyevdən xəbərsiz. Bu kənd məktəbində yeni direktorun niyə və hansı əsasla icra başçısı tərəfindən təyin edilməsinə isə təhsil şöbəsinin müdirinin cavabı belə olur: «Mənlik iş yoxdur, direktoru icra başçısı təyin edib».
DİA.AZ bildirir ki, bir qədər əvvəl bu rayonda baş vermiş korrupsiya hallarını barədə də mətbuatda xeyli yazılar getdi. Məsələn, yazılırdı ki, kənd məktəblərində dərslər yaxın adamların adına yazılır və 50 faiz şərt ilə maaş bölüşdürülür. Hər müəllimim aldığı maaşın 30 faizi Şamil müəllimə çatır. O, isə daha yuxarılara ötürür.
Əslində Saatlıda təhsilin bərbad vəziyyətdə olması Təhsil Nazirliyinin rəhbərliyinə də məlumdur. Bunu hər il rayondan ali məktəblərə qəbul olunan məzunların sayı da təsdiqləyir.
Rayon Təhsil Şöbəsinin nəzdində guya Texniki Yaradıcılıq Mərkəzi fəaliyyət göstərir. Buradan 40 nəfərdən çox adam guya əmək haqqı alır. Əslində isə bu Mərkəzin yalnız adı var. Bütün sənədlər saxtalaşdırılaraq dövlət vəsaiti mənimsənilir. Mərkəzin heç bir fəaliyyəti yoxdur. Burada kimlərin çalışdığını da bilən yoxdur. Əmək haqlarını Şamil müəllim alıb müəyyən adamlar arasında bölür.
Amma bu gün sizə söz açmaq istədiyimiz birbaşa təhsil şöbəsi ilə, icra başçısı Siraqəddin Cabbarovla bağlıdır. Bəlkə də bu olay sizlərə adidən də adi görünəcək. Amma yox. Söhbət adidən də adi bir müəllimin adidən də adi bir orta məktəbdə çıxardığı hoqqalardan…və icra başçısı, təhsil şöbəsinin müdiri tərəfindən hansısa səbəblərə görə müdafiə olunmasından gedir. Uzatmayaq, qısası belədir.
Saatlı rayonunu o qədər də böyük olmayan bir kəndi var. Gomuşçu kəndi. Bu kəndin də bir orta məktəbi. 125 şagirdin təhsil aldığı, 15-20 pedaqoqun dərs dediyi bir məktəb. İlk baxışdan hər şeyin öz qaydasında getdiyi bu məktəbdə bir müddət öncə bir müəllim peyda olur. Kimya müəllimi Ruslan Əhmədov. Öz yerliləridir, cavan kadrdır. Amma Ruslan müəllim dərsə başladığı ilk gündəncə anormal hərəkətləri ilə məktəbdə qalmaqal yaradır. Əvvəlcə bütün qiymətləri “5” olan bir qıza kimyadan iki yazır. Və maraqlıdır ki, səbəbini də izah eləmir. Ən maraqlısı o deyil. Düzdür, sonradan komissiya bu qiyməti düzəldir. Həmin qız 462 balla ali məktəbə daxil olur. Üstəlik kimyadan 23 suala düzgün cavab yazmaqla.
DİA.AZ-a daxil olan məlumata görə, məktəbin müəllimləri fikirləşirlər ki, cavandır, yəqin nəsə anlaşılmazlıq olub. Amma sən saydığını say, gör Ruslan müəllim nə sayır. Bundan sonra həmin məktəbin 10-cu sinif şagirdi ilə –qız olduğu üçün adını yazmırıq-necə deyərlər özünə məxsus prinsip aparmağa başlayır. Həmin qızı gözüm-çıxdıya salır. Hətta iş o yerə çatır ki, qıza elə beləcə də deyir: «Kislota atıb, sənin üzünü yandıraram». Xəbər qızın atasına çatır. Ata əvvəl məktəbə, sonra isə polisə şikayət edir. Ruslan da dinc dayanmır. Kimlərəsə arxalanaraq bu dəfə müəllimləri təhqir etməyə başlayır. Müəllimlər otağında. Hətta məktəbdə dava da salır. Həmin qıza iki qiymət yazır. Komissiya təşkil olunur. Şagirdə isə bütün suallara cavab verdiyi üçün layiq olduğu qiyməti verirlər.
Amma Ruslan yenə dayanmır, . Müəllimlərin günü göy əskiyə bürünür. Hər gün qalmaqal, hər gün söyüş-dava. Məktəbin direktoru işdən gedir. Onun yerinə təhsil şöbəsindən gəlmiş inspektoru təyin edirlər. Və nəhayət müəllim kollektivi belə qərara gəlirlər ki, bu «dəcəl» müəllimin məsələsini pedaqoji Şuraya çıxarsınlar. Çıxarırlar da. Ruslan Əhmədov əmək kitabçasına yazılmaqla xüsusi maddəylə işdən azad olunur.
Bitdimi? Amma tələsməyin, bitmədi. Ruslan adını bildiyimiz, amma çəkmək istəmədiyimiz-həmin adam rayon mərkəzində idman komplekslərindən birinə rəhbərlik edir-,təhrikiylə rayonun icra başçısından, təhsil şöbəsindən Bakıya müxtəlif instansiyalara teleqramlar vurmağa başlayır; təhsildə korrupsiya baş alıb gedir, attestat satırlar, rayonda özbaşınalıqdır. Yuxarılara vurulan teleqramlar rayon rəhbərliyini narahat etməyə başlayır. Onlar isə məhz bu teleqramların əks-sədasından qorxaraq Ruslan Əhmədovu məktəbə bərpa edirlər. Təsəvvür edin, maddəylə, əmək kitabçasına yazılmaqla işdən qovulmuş birisini yenidən həmin kənd məktəbinə müəllim göndərilər. Təhsil ilinin bitməsinə bir ay qalmış, mayın birində. Əhmədov əmrini alan kimi kəndin içində elə beləcə də bəyan edir: «İndi məni məktəbdən qovan müəllimlər sıraya düzülsünlər, onlara ayaqqabılarımı təmizlətdirəcəm”.
İş o yerə çatır ki, onun bu sözləri məktəbdə az qala qana səbəb ola bilərmiş. Amma məktəb müəllimləri səbirlərini basırlar. Fikirləşirlər ki, yəqin bir aylıq gəlib. Məlum olur ki, yox, Ruslan gələn ildən də bu məktəbdə dərs deyəcək, aləm qarışır.
İndi müəllimlərin canına qorxu düşüb. Adının səkilməsin istəməyən müəllimlərdən biri deyir ki, bu adamın ciddi müalicəyə ehtiyacı var. “Gör rayon rəhbərliyinin nə qədər işləkləri var ki, nə qədər qanunsuz əməllər törədiblər ki, Bakıya gedən şikayətlərin qarşısını almaq üçün, bir adamın Bakıya göndərdiyi şikayətdən qorxuya düşüb onu yenidən üstümüzə göndərdi. 20 nəfərlik məktəb müəllimin, bu qədər şagirdi nəzərə almadılar. Öz qorxularından bizi qana çalxalayırlar. Kim zəmanət verə bilər ki, Ruslan Əhmədovun bir anormal hərəkəti dözməyən müəllim və ya valideyn onun cavabını sərt şəkildə verməyəcək. Bəs bundan sonra həmin icra başçısı, ya təhsil şöbəsini müdiri nə cavab verəcək?”
Maraqlı sualdır. İcra başçısı öz canını hayına görə, məsələni bu cür anormal həll edir. Təhsil şöbəsinin müdiri Şamil müəllim də eləcə. Zərərçəkən isə Gomuşçu kənd məktəbinin müəllimləri və şagirdləri olacaq.
İndi məktəb müəllimləri cavab aktına hazırlaşır. Onlar bu başabəla müəllimdən qurtulmaq üçün Təhsil Nazirliyinə və daha yuxarı instansiyalara müraciət hazırlayırlar. İcra başçısından isə bir tələbləri var: bu adam barədə ciddi ölçü götürün. Ya ümumiyyətlə pedaqoji fəaliyyətdən uzaqlaşdırın, ya da başqa məktəbə göndərin. Bu adamın bu məktəbdə dərs deməsi qana gətirib çıxaracaq.
Görəsən başçı və təhsil şöbəsi bunun fərqindədirmi?
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... - Nəfəs ala bilmirəm...
Bu gün, 00:22 |
|
|
|
• Sahil Babayev ilk KİMİ 'VURACAQ'? - ADLAR
Bu gün, 00:19 |
|
|
|
• "Övladlarla maraqlanaq, boş verməyək..." - FOTO
Bu gün, 00:15 |
|
|
|
• 70 milyard dollarlıq qurum ləğv edilir? - Ölkənin nüfuzuna böyük zərbə olar
Bu gün, 00:13 |
|
|
|
• Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... - qeyri-populyar addım atmağa qadir deyil...
Bu gün, 00:10 |
|
|
|
• Rusiya kəşfiyyat gəmisi niyə yanıb? - Türkiyənin Hərbi Dəniz Qüvvələrinin təlimlərini izləyirmiş
Bu gün, 00:07 |
|
|
|
• "Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?"
Dünən, 23:35 |
|
|
|
• Doktorantura təhsili birpilləli sistemə keçir – Nələr dəyişəcək?
Dünən, 23:33 |
|
|
|
• Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI - Yeni mövqelər qurdu
Dünən, 23:29 |
|
|
|
• Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:20 |
|
|
|
• Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Dünən, 14:11 |
|
|
|
• "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Dünən, 14:10 |
|
|
|
• "Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Dünən, 14:02 |
|
|
|
• “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Dünən, 14:00 |
|
|
|
• “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Dünən, 13:58 |
|
|
|
• Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Dünən, 13:08 |
|
|
|
• Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 13:05 |
|
|
|
• Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Dünən, 13:04 |
|
|
|
• Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Dünən, 12:59 |
|
|
|
• İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Dünən, 12:56 |
|
|
|
• Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Dünən, 12:53 |
|
|
|
• Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Dünən, 12:49 |
|
|
|
• Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Dünən, 12:48 |
|
|
|
• Papikyan Hindistana getdi
Dünən, 12:47 |
|
|
|
• İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Dünən, 12:46 |
|
|
|
• "Aqşin Fateh 5 min verib trendə düşür"
Dünən, 12:41 |
|
|
|
• Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:30 |
|
|
|
• "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Dünən, 12:28 |
|
|
|
• Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Dünən, 12:25 |
|
|
|
• "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Dünən, 12:24 |
|
|
|
• Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Dünən, 12:04 |
|
|
|
• ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Dünən, 11:59 |
|
|
|
• 3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:51 |
|
|
|
• BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Dünən, 11:49 |
|
|
|
• “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Dünən, 11:45 |
|
|
|
• Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Dünən, 11:41 |
|
|
|
• Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Dünən, 11:39 |
|
|
|
• Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Dünən, 11:20 |
|
|
|
• "Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Dünən, 11:18 |
|
|
|
• “Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Dünən, 11:14 |
|
|
|
• Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Dünən, 11:07 |
|
|
|
• Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Dünən, 11:04 |
|
|
|
• “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Dünən, 11:00 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Dünən, 10:33 |
|
|
|
• `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Dünən, 10:32 |
|
|
|
• Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Dünən, 10:09 |
|
|
|
• Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Dünən, 10:04 |
|
|
|
• Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Dünən, 10:00 |
|
|
|
• Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Dünən, 09:42 |
|
|
|
• AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Dünən, 09:38 |
|
|
|
|