SƏRDAR CƏLALOĞLU PREZİDENTLİYƏ İDDİALIDIR
Tarix: 13-07-2013, 12:29 | Çap et
FaktXəbər-in məlumatına görə, Azərbaycan Demokrat Partiyası sədrinin birinci müavini Həsrət Rüstəmov partiyanın prezident seçkiləri ilə əlaqədar hazırkı mövqeyinə dair fikirlərini bildirib: “ADP-nin prezident seçikləri ilə əlaqədar mövqeyi həmişə birmənalı olub. Biz hesab edirdik ki, müxalifət partiyaları vahid siyasi koalisiyada və vahid komanda şəklində seçkilərdə iştirak etməlidir və yalnız bu halda ölkədə seçki yolu ilə hakimiyyətin demokratik qüvvələrin əlinə keçməsinin mükünlüyünə inandığımızı söyləmişik. Hazırda da bu fikirdəyik ki, müxalifət cəbhəsində yekdillik olmasa hər hansı dəyişiklikdən söhbət gedə bilməz. Təəssüf ki, bizim iradəmizdən kənarda müxalifətin bir hissəsi koalisiya yaratmağa cəhd etməkdədir və seçkilərə az bir müddət qalmasına baxmayaraq bu cəhdin belə uğurla başa çatacağı sual altındadır. Ən başlıcası isə Milli Şura adı altında toplanan bu siyasi qurumlar Azərbaycan müxalifətinin heç də hamısını təmsil etmirlər və faktiki olaraq müxalifətin birləşməsi şüarı altında ölkənin istiqlaliyyət əldə etməsi və demokratiya uğrunda uzunmüddətli mübarizə aparan siyasi partiyaların arasındakı konfliktin daha da dərinləşməsi prosesi başlayıb. Ölkədə demokratiya uğrunda son illərin ən kəskin və ardıcıl mübarizə tarixinə, demokratiya naminə digər siyasi təşkilatlarla pozitiv əməkdaşlıq təcrübəsinə malik siyasi partiya kimi ADP-nin və ölkədəki siyasi liderlər arasında intellektinə və siyasi cəsarətinə görə həmişə fərqlənən ADP sədri Sərdar Cəlaloğlunun Milli Şuradan ciddi cəhdlə kənarda saxlanması isə lahiyyə müəlliflərinin ölkəmizə faydalı olmayan niyyətlərindən xəbər verir. Bütün bunlara rəğmən ADP-nin iki yolu qalır: ya seçkilərdə təkbaşına, öz namizədi ilə iştirak etmək, ya da yeni bir koalisiya quruculuğuna baş vurmaq. İkinci yol partiyadakı uzun müzakirələrdən sonra məqbul hesab edilmir. ADP yetkililəri belə düşünür ki, bütün qüsurlarına baxmayaraq Milli Şuraya alternativ kimi qəbul oluna biləcək yeni koalisiya ictimai rəydə daha ciddi pərakəndəlik görüntüsü yaradar və gözlənilən məğlubiyyətin “günah keçisi”nə çevrilə bilər. Hazırkı situasiyada ən doğru yolu isə partiyanın İdarə heyətinin əksər üzvləri kimi mən də, ADP-nin öz namizədi ilə seçkilərə qatılmasında görürəm. Belə ki, partiyanın təşkilati strukturlarının canlandırılması, üzv və tərəfdarlarımızda partiyanın siyasi gələcəyinə inamının möhkəmləndirilməsi, habelə seçki prosesində rəsmi siyasi oyunçu statusu ilə Azərbaycanı gözləyə bilən təhlükələrə qarşı mübarizə imkanları və prosesin gedişində mümkün yeni koalisiya ehtimalları baxımından seçkilərə girmək olduqca vacibdir. Partiyanın namizədi kimi Sərdar Cəlaloğlunun Azərbaycanın istiqlalı uğrunda gedən mübarizədə parlaq keçmişi, demokratik dəyişikliklər uğrunda ardıcıl, cəsur və fədakar əməyi, siyasi təcrübəsi, intellekti, populyarlığı və digər pozitiv keyfiyyətləri partiyanın seçki kompaniyasının cəlbediciliyini təmin etmək üçün yetərlidir. İnsan resursu və seçkilərdə iştirak təcrübəsinə gəldikdə isə partiyanın təcrübəli və gənc, çevik komandası, habelə yetərincə ciddi və işlək regional strukturları vardır. Orijinal seçki mesajları və prosesə demokratiya və istiqlalımızı sevən könüllülərin qatılması bizim seçki kompaniyamızı ictimai rəyin tam diqqət mərkəzinə gətirə bilər. Bir daha ölkədəki bütün demokrat dostlarıma, ADP-nin üzv və tərəfdarlarına səslənmək istəyirəm: Bu ilki seçkilər elə bir gərgin siyasi şəraitdə keçirilir ki, ölkənin istiqlal və demokratiya tərəfdarı olan bütün siyasi qüvvələri, habelə cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq ölkəsini düşünən bütün vətəndaşlarından siyasi sayıqlıq, fəallıq tələb olunur. Belə vəzyyətlərdə kənarda durmağa, hamımızı təhdid edən meyillərə qarşı susqun davranmağa heç birimizin haqqı yoxdur.”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Klon”da rol aldı, müharibədə Azərbaycanı dəstəklədi – Ronaldinyo haqqında bilmədikləriniz
Bu gün, 10:23 |
|
|
|
• Keçmiş məmur 8 il əvvəl boşadığı arvadını BALTALADI - TƏFƏRRÜAT
Bu gün, 10:19 |
|
|
|
• ADAU-da `EGE YEYİNTİSİ`... - İTTİHAM VAR...
Bu gün, 10:10 |
|
|
|
• ABŞ və Rusiya arasında xüsusi əməliyyat gedir - Fitso
Bu gün, 10:04 |
|
|
|
• Paşinyan hökumətini “təmizləyir”: yeni istefalar, yeni adlar və SƏBƏBLƏR - NƏ BAŞ VERİR?
Bu gün, 09:57 |
|
|
|
• Dünyanın dərdini buraxıb... Azərbaycandan YAPIŞIBLAR! - AXI NİYƏ?..
Bu gün, 09:55 |
|
|
|
• Ermənistanda Ali Məhkəmə Şurasının sədri istefa verib - KİV
Bu gün, 09:50 |
|
|
|
• Məcnun müəllim bu sahəyə nəzər salmazsa... - fermerlər DAD DEYİR...
Bu gün, 09:49 |
|
|
|
• Naxçıvanda deputatların maaşı artıb - SİYAHI
Bu gün, 09:43 |
|
|
|
• Cümşüd Nuriyevə "Bir dənə ilişdirərəm, uçarsan ha" deyən Cahandar Bayoğludan açıqlama... - "Barışmışıq..."
Bu gün, 09:40 |
|
|
|
• Azərbaycanda pambıq bumu: İxrac niyə kəskin artıb? - ARAŞDIRMA
Bu gün, 09:38 |
|
|
|
• “Tərtər işi” ilə bağlı həbs edilən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 09:35 |
|
|
|
• Naxçıvanda işsizlik TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB... - "Belə davam edərsə, Naxçıvan tam boşalacaq..."
Bu gün, 09:32 |
|
|
|
• Amerikalı iqtisadçı İrəvana məsləhət verib
Bu gün, 09:21 |
|
|
|
• `R.İ.S.K` MTK KÖHNƏ ƏHVALDA: Evi bir neçə nəfərə satırlar... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:18 |
|
|
|
• Paşinyan İrəvanda deyil: nazirləri SMS-lə işdən çıxarıb - “Hraparak”
Bu gün, 09:14 |
|
|
|
• Müəllimlər məhkəməyə, həmkarların sədri polisə müraciət etdi - Kollecdə qalmaqal
Bu gün, 09:00 |
|
|
|
• Neft-Kimya Prosesləri İnstitutunda yarım milyon manatlıq təmir işləri aparılacaq
Bu gün, 08:58 |
|
|
|
• Manana Çaparidzeyə ağır itki
Bu gün, 08:56 |
|
|
|
• "Qiymətlər menyu ilə uyğun gəlmir..." - GİLEY
Bu gün, 08:54 |
|
|
|
• Bayden onunla sonuncu görüşdə də nəticə əldə etmədi - İNCƏLƏMƏ
Bu gün, 08:43 |
|
|
|
• İşçilərin əməkhaqqı məsələsi... - Ekspert danışır...
Bu gün, 08:41 |
|
|
|
• İctimaiyyətin hiddətlə qarşıladığı ABŞ konqresmeni Frank Peloni Azərbaycandan qaçıb - SƏHƏRƏ YAXIN...
Bu gün, 08:37 |
|
|
|
• Azərbaycandan qaçaq düşən FRANSA ƏLALTISI: Eldar Qəribov və yaxın çevrəsi... - İLGİNC FAKTLAR...
Bu gün, 08:35 |
|
|
|
• ABŞ “gedən qoca”nın əli ilə III Dünya savaşı başladır - GƏLİŞMƏ
Bu gün, 07:36 |
|
|
|
• 30 il uşaq bağçasında yaşayan Laçın sakini kömək istəyir - GİLEY
Bu gün, 06:47 |
|
|
|
• Yediyimizə necə haram qatırlar... - NƏ ETMƏLİ?
Bu gün, 06:36 |
|
|
|
• Mən onun kimi Putinə zəng etməyəcəyəm - Böyük Britaniyanın Baş naziri
Bu gün, 06:25 |
|
|
|
• Onu Bakıya gəlməyə qoymayan səbəb – Gözlənilməz qərarın pərdəarxası
Bu gün, 06:23 |
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksək vəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52 |
|
|
|
|