PİRVERDİYEVİN ADAMLARI SAHİBKARI ALDADIB
Tarix: 27-08-2013, 17:59 | Çap et
DİA.AZ: - Bakı şəhəri, Yasamal rayon sakini Əhmədov Elxan Şərif oğlu dünən şikayət ərizəsi ilə redaksiyamıza müraciət edib. Müxtəlif texnikaların ehtiyat hissələrinin satışı ilə məşğul olan iş adamının şikayəti isə «Azərenerji» Açıq Səmdar Cəmiyyətinin (ASC) prezidenti Etibar Pirverdiyevin nəzarəti altında olan «Azenco» ASC-dəndir. Vətəndaş deyir ki, 2009-2010-cu illər arasında sözügedən şirkətlə əməkdaşlıq edib, onlara xüsusi avtomobillərin ehtiyat hissələrini satıb. DİA.AZ-a daxil olan məlumatda deyilir ki, lakin bir müddətdən sonra rəhbərlik etdiyi firma fəaliyyətini dayandırıb:
«Azenco» ilə işləməyə başlayanda özüm şəxsi firma açmışdım. Bir müddət onlara mal satdım. Malı verib daha sonra pulunu alırdım. Yəni pul ödənişində heç bir problem baş vermirdi. Bundan sonra firmanın fəaliyyətini dayandırdım. Bu vaxt ASC-nin Sumqayıt Texnologiyaları Parkı (STP) işə başladı. Məni də bura - təchizat şöbəsinə çağırdılar. «Azenco«nun maliyyə şöbəsinin rəisi Zəkəriyyə müəllim və STP-nin təchizat rəisi Mübariz müəllim dedilər ki, bizimlə işlə, mal ver, hər şey yaxşı olacaq. Bu vaxt onlar belə bir şərt irəli sürdülər ki, mənim verdiyim malların qiymətləri bazar qiymətindən baha olsa, ödədikləri pulları geri alacaqlar. Yəni bir növ məni sınamaq istəyirdilər. Onlarla razılaşdım, özümə arxayın idim, ki ucuz mal tapıb satacam. Beləcə şirkətlə əməkdaşlığa başladım. Malı verəndə qaimə yazırdım, anbardar isə imza çəkirdi ki, malıqəbul etdim. Həmin qaimələrin surəti indi də qalır. Malları anbardara təhvil verəndən sonra Mübariz müəllimin yanına gedib məlumatlandırırdım. Bu minvalla bir müddət işlədik. Bir dəfə onlara satdığım malı başqa yerdə ucuz qiymətə tapdılar. Və buna görə 9 min manat pulumu kəsdilər. Onlara etiraz etmədim. Bu məsələyə görə Mübariz müəllimlə aramızda söhbət oldu və mənə verdiyi puldan 15 min alıb öz seyfinə qoydu. Bildirdi ki, bu pulu səndən depozit kimi saxlayıram. Ona görə belə etdi ki, nə vaxtsa eyni hal təkrarlansa, həmin depozitdən götürə bilsin. Bir dəfə də onlara yağ satmışdım. Amma yağ şirkət rəsmilərini qane etmədiyi üçün 5 min manat cərimə olundum». Elxan Əhmədov deyir ki, arada yaşanan bu söz-söhbətlərə və kəsilən cəzalara baxmayaraq, şirkətlə işbirliyini davam etdirib: «Onlara çoxlu mal satdım. Bu günə qədər mənə 56 693 manat borcları var. Lakin ödəmək istəmirlər. Elə oldu ki, Mübarizi işdən çıxardılar. Onun yanına gedib pulumu tələb etdim. Qayıtdı ki, məni işdən çıxarıblar, nə edə bilərəm ki? Dedim heç olmasa depozit kimi götürdüyün 15 mini qaytar. Bildirdi ki, həmin pul məndə deyil və işdən çıxanda pulları götürdülər. Vəziyyətin belə olduğunu görüb «Azenco»ya Zəkəriyyə müəllimin yanına getdim. O isə dedi ki, şirkətdə yoxlama gedir, sona çatan kimi sənin pulun ödəniləcək. 2012-ci ilin fevral ayından indiyə kimi guya yoxlama gedir. Bir müddət keçəndən sonra isə Zəkəriyyə müəllim bildirdi ki, sənin pulun qaytarılmayacaq. ASC-nin rəhbəri Xazin müəllimlə görüşmək istəsəm də, məni qəbul etmədi. Pulumu ala bilmirəm. Məhkəməyə iddia ərizəsi ilə müraciət etmişəm. Çox pis vəziyyətdə qalmışam. Hazırda evimi banka qoyub pul götürmək istəyirəm. Bütün fəaliyyətim dayanıb. Qəzet vasitəsilə lazımi orqanlardan kömək istəyirəm. Onlardan xahiş edirəm ki, «Azenco»nun mənə borclu olduğu 56 693 manatı almaqda yardımçı olsunlar».
Mövzu ilə bağlı qarşı tərəflərin də münasibətini dərc etməyə hazırıq.
![](http://dia-az.space/templates/AzDia/css/510.png)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Trampın Kanadanı işğal etmək planı yoxdur - Uolts
Bu gün, 02:31 |
|
|
|
• Əmrullayev Tovuzda NİYƏ VƏ NECƏ İLİŞDİ? - İLGİNC
Bu gün, 02:25 |
|
|
|
• “Neftqaztikinti” tresti QANUNLARA BOYUN ƏYMİR... - DETALLAR
Bu gün, 02:18 |
|
|
|
• Ermənilər "soyqırımı" iddialarından əl çəkəcək? - Paşinyanın bu addımı...
Bu gün, 02:08 |
|
|
|
• Günay özəl günündə "Səndən sonra" təqdim etdi - VİDEO
Bu gün, 02:06 |
|
|
|
• SEPAH Xameneidən nüvə silahından istifadəni qadağan edən fətvanın ləğvini istəyib - "The Telegraph"
Bu gün, 02:04 |
|
|
|
• AzTV-nin efirində Rusiyaya LAYİQLİ CAVAB - "Deməli, bu yekəpər deyir ki..."
Bu gün, 00:17 |
|
|
|
• “Ayaqlarımda problem var, yeriyə bilmirəm” - Əməkdar artist
Bu gün, 00:10 |
|
|
|
• Rus səfir açıqladı: Bakı və İrəvana kömək… - GƏLİŞMƏ
Bu gün, 00:07 |
|
|
|
• Ukrayna böhranının həllində “intensiv diplomatiya” - Vaşinqton hərəkətə keçir
Bu gün, 00:01 |
|
|
|
• "Xameneyinin qanlı maraqlarına xidmət edən kuklalar..." - Tehran sərt mesajı aldı
Dünən, 23:56 |
|
|
|
• “Atamın mahnılarının müəlliflik hüququ məndədir, əgər o biyabırçı oxuyubsa..”
Dünən, 23:53 |
|
|
|
• "Gəlib Azərbaycana, zəhmət çəksin öyrənsin, internetdə tərcümə etsin" - ETİRAZ
Dünən, 23:50 |
|
|
|
• USAID “Əl-Qaidə” liderinin təhsil xərclərini ödəyib - KİV
Dünən, 23:48 |
|
|
|
• Ermənistan sərhəd dirəklərinin yerini gizlədir: NİYƏ? - İLGİNC
Dünən, 15:02 |
|
|
|
• Putin işğal olunmuş əraziləri Ukraynaya qaytarmalı olacaq - Şərtlər AÇIQLANDI
Dünən, 14:59 |
|
|
|
• Sahil Babayev karateçi olub - Nadir FOTOLAR ortaya çıxdı
Dünən, 14:54 |
|
|
|
• Bu siyahıda Ermənistanla Türkiyə var, Azərbaycan yoxdur
Dünən, 13:34 |
|
|
|
• Ağ Evdə Ermənistan qərarı verilib, Paşinyana məxfi mesaj da çatdırılıb: - İrəvan tezliklə Bakının qapısını döyəcək
Dünən, 13:32 |
|
|
|
• Məktəblərdə din tədrisinə ehtiyac varmı? - ŞƏRH
Dünən, 12:38 |
|
|
|
• Azərbaycanda güclü zəlzələ gözlənir? - AÇIQLAMA
Dünən, 12:34 |
|
|
|
• “PEYK” zavodunun 19 milyon vergi borcu var - DETALLAR
Dünən, 12:32 |
|
|
|
• Rus ordusu Xarkovda: Ukraynanın hücum qrupu zərərsizləşdirildi - TASS
Dünən, 11:49 |
|
|
|
• İş riskli, maaş az: yol təmizləyiciləri özlərini təhlükəyə məruz qoyurlar - MALƏSƏF...
Dünən, 11:47 |
|
|
|
• Ötən ilin ən çox şikayət edilən bankarından biri də “TuranBank” olubmuş - TƏFƏRRÜAT
Dünən, 11:44 |
|
|
|
• Ermənistan əsas qüvvəsini itirdi: Bakı hərəkətə keçməlidir - AKTUAL
Dünən, 11:39 |
|
|
|
• Azər Qəribovun adından dələduzluq - FOTO
Dünən, 11:37 |
|
|
|
• O vaxt KQB arxivləri açılsaydı... - ən azı “casus-agent” şərləmələrinə son qoyulardı
Dünən, 11:34 |
|
|
|
• 1,5 milyard dollarlıq qızıl aldı
Dünən, 11:32 |
|
|
|
• Uşaqlarımız AÇIQ TƏHLÜKƏ ALTINDA... - NƏ ETMƏLİ?
Dünən, 09:34 |
|
|
|
• Ərdoğan Makronla danışdı: Cənubi Qafqazda nə dəyişəcək? - Görünəni odur ki...
Dünən, 09:29 |
|
|
|
• Tramp köməkçisinə Ukrayna münaqişəsi üzrə görüş təşkil etməyi tapşırıb
Dünən, 09:27 |
|
|
|
• "Bu sahədə savadı sıfırın altındadı..." - ETİRAZ
Dünən, 09:19 |
|
|
|
• Mikayılovun işçiləri qanunları BELƏ POZUR .. - BU DA FAKT...
Dünən, 09:11 |
|
|
|
• Şəhid ailəsi onlara çatacaq evi niyə ala bilmir? - İcra hakimiyyəti isə deyir ki...
Dünən, 09:00 |
|
|
|
• Rusiya Ermənistanda hərəkətə keçir: Bakı hazırlaşmalıdır - GƏLİŞMƏ
Dünən, 08:52 |
|
|
|
• “Onun həbsi Ərdoğana heç nə qazandırmayacaq” - Məşhur politoloq
Dünən, 08:50 |
|
|
|
• Trampla Putin arasında telefon danışığı olub - "New York Post"
Dünən, 08:47 |
|
|
|
• Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... - Nəfəs ala bilmirəm...
Dünən, 00:22 |
|
|
|
• Sahil Babayev ilk KİMİ 'VURACAQ'? - ADLAR
Dünən, 00:19 |
|
|
|
• "Övladlarla maraqlanaq, boş verməyək..." - FOTO
Dünən, 00:15 |
|
|
|
• 70 milyard dollarlıq qurum ləğv edilir? - Ölkənin nüfuzuna böyük zərbə olar
Dünən, 00:13 |
|
|
|
• Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... - qeyri-populyar addım atmağa qadir deyil...
Dünən, 00:10 |
|
|
|
• Rusiya kəşfiyyat gəmisi niyə yanıb? - Türkiyənin Hərbi Dəniz Qüvvələrinin təlimlərini izləyirmiş
Dünən, 00:07 |
|
|
|
• "Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?"
8-02-2025, 23:35 |
|
|
|
• Doktorantura təhsili birpilləli sistemə keçir – Nələr dəyişəcək?
8-02-2025, 23:33 |
|
|
|
• Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI - Yeni mövqelər qurdu
8-02-2025, 23:29 |
|
|
|
• Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
8-02-2025, 14:20 |
|
|
|
• Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
8-02-2025, 14:11 |
|
|
|
• "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
8-02-2025, 14:10 |
|
|
|
|