BİR AYDA 20 MİLYON DOLLARLIQ MAŞIN GƏTİRİLİB
Tarix: 20-02-2012, 12:50 |
Çap et
İŞLƏNMİŞ AVTOMOBİLLƏRİN İDXALI 80% ARTIB
Bu ilin yanvarında Azərbaycana 2 733 ədəd işlənmiş avtomobil gətirilib. Bu, ötən ilin eyni dövründəkindən 80% (1216 ədəd) çoxdur.
Dövlət Gömrük Komitəsində Turan-a bildiriblər ki, yanvarda idxal edilən minik avtomobillərinin ümumi bəyan edilən qiyməti $20,6 mln olub. Yəni bir avtomobil orta hesabla $7555-a deklarasiya olunub. Bir il əvvəl işlənmiş avtomobillərin orta bəyan edilən qiyməti $7863 idi. Bu isə o deməkdir ki, ticarətçilər ya daha köhnə və ucuz avtomobil gətirir, ya da gömrükçülər qəsdən qiyməti ucuz yazırlar ki, rüşvəti artırsınlar. İKT tətbiqinə baxmayaraq, Azərbaycan gömrüyü ən korrupsiyalaşmış dövlət strukturlarından biridir.