Dünyanın dərdini buraxıb... Azərbaycandan YAPIŞIBLAR! .....                     Ermənistanda Ali Məhkəmə Şurasının sədri istefa verib .....                     Məcnun müəllim bu sahəyə nəzər salmazsa... .....                     Naxçıvanda deputatların maaşı artıb .....                     Cümşüd Nuriyevə "Bir dənə ilişdirərəm, uçarsan ha" deyən Cahandar Bayoğludan açıqlama... .....                     Azərbaycanda pambıq bumu: İxrac niyə kəskin artıb? .....                     “Tərtər işi” ilə bağlı həbs edilən şəxslərdən xəbər var .....                     Naxçıvanda işsizlik TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB... .....                     Amerikalı iqtisadçı İrəvana məsləhət verib .....                     `R.İ.S.K` MTK KÖHNƏ ƏHVALDA: Evi bir neçə nəfərə satırlar... .....                     Paşinyan İrəvanda deyil: nazirləri SMS-lə işdən çıxarıb .....                     Müəllimlər məhkəməyə, həmkarların sədri polisə müraciət etdi .....                     Neft-Kimya Prosesləri İnstitutunda yarım milyon manatlıq təmir işləri aparılacaq .....                     Manana Çaparidzeyə ağır itki .....                     "Qiymətlər menyu ilə uyğun gəlmir..." .....                     Bayden onunla sonuncu görüşdə də nəticə əldə etmədi .....                     İşçilərin əməkhaqqı məsələsi... .....                     İctimaiyyətin hiddətlə qarşıladığı ABŞ konqresmeni Frank Peloni Azərbaycandan qaçıb .....                     Azərbaycandan qaçaq düşən FRANSA ƏLALTISI: Eldar Qəribov və yaxın çevrəsi... .....                     ABŞ “gedən qoca”nın əli ilə III Dünya savaşı başladır .....                     30 il uşaq bağçasında yaşayan Laçın sakini kömək istəyir .....                     Yediyimizə necə haram qatırlar... .....                     Mən onun kimi Putinə zəng etməyəcəyəm .....                     Onu Bakıya gəlməyə qoymayan səbəb .....                     Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi .....                     Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi .....                     Ermənistanda yüksək vəzifəli məmurlar istefa verdi .....                     Əgər İran dağılarsa... .....                     Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək .....                     Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək .....                     "Özü kimi sadə bir də özüdür..." .....                     Ermənistanın COP29-da deməyə sözü yoxdur .....                     Sülhə doğru addım Zəngəzurdan keçir .....                     Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək .....                     "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" .....                     Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq .....                     ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır .....                     "Kainat gözəli" seçildi .....                     Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox .....                     Abxaziya gərginliyində erməni izi .....                 

Budapeşt qaydaları pozur: Macarıstan NATO-dan çıxarıla bilərmi? - GƏLİŞMƏ
Tarix: 18-06-2023, 09:21 | Çap et
Budapeşt qaydaları pozur: Macarıstan NATO-dan çıxarıla bilərmi?
NATO-nun Vilnüs sammitindən bir ay əvvəl Polşa Quru Qoşunlarının keçmiş komandanı Valdemar Skışipçak belə bir fikir bildirib ki, əgər Putinin tərəfində olduğunu hər cür nümayiş etdirən Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqına üzv ölkələri şantaj edirsə, ölkə NATO-dan çıxarılmalıdır. Çünki NATO monolit quruluşdur, demokratiyanı, azadlığı və sülhü müdafiə edənlərə açıqdır. Ona görə də hər iki tərəfdə oynayan ölkələrə yer yoxdur.

Prinsipcə, bu kontekstdə mən təkcə Macarıstanın NATO-da yox, həm də Macarıstanın Aİ-yə üzvlüyü ilə bağlı məsələ qaldırardım. Çünki Budapeşt mümkün olan bütün qaydaları pozur. Ancaq burada bir neçə "amma" var.

Əsas odur ki, NATO-nun tarixində ölkələrin NATO-dan çıxması təcrübəsi olmayıb. Yəni ki, bildiyimə görə, heç vaxt bir ölkənin NATO-dan çıxarılması mexanizmi tətbiq edilməyib. Üstəlik, belə bir mexanizm yoxdur. Necə ki, Aİ-dən xaric edilmə mexanizmi yoxdur. Aİ-dən Böyük Britaniya kimi, ölkə yalnız öz istəyi ilə çıxa bilər.

Məsələ ondadır ki, NATO ölkələri və Aİ ölkələri konsensus əsasında qərarlar qəbul edirlər - hər bir ölkə səs verməlidir. Buna görə də, Valdemar Skışipçakın ideyasını nəzərə alsaq, üzvlərdən birini qovmaq mexanizmini inkişaf etdirmək üçün hər ölkənin bununla razılaşması lazımdır. Macarıstan məlum səbəblərdən buna razı olmayacaq, çünki onsuz da hər şey onun istəklərinə uyğundur.

Macarıstanda hakimiyyət dəyişikliyi vəziyyəti dəyişəcəkmi? Təəssüf ki, yox. Orban da Putin kimi əhalinin əhəmiyyətli hissəsinin fikrini ifadə edir. Macarıstan da Rusiya kimi revanşist ölkədir, bu revanşizm 100 ildən artıqdır ki, yaşayır. 1920-ci ildə Macarıstanın krallığın 2/3 hissəsini (müasir Xorvatiyanın bir hissəsi, Rumıniyanın böyük bir hissəsi, Slovakiyanın bir hissəsi, Serbiyanın bir hissəsi və Ukraynanın bir hissəsi) itirdiyinə görə hələ də incikliyi var. Onlar İkinci Dünya müharibəsinə yalnız Hitlerin bütün bu əraziləri qaytaracağına söz verdiyi üçün onun tərəfində girdilər. Nəzəri olaraq hökumət dəyişə bilər, lakin macarların əhval-ruhiyyəsi çətin ki, dəyişsin. Məsələn, şəxsən mən Budapeştdəki restoranlarda yuxarıda qeyd olunan bütün ərazilərin göstərildiyi Macarıstan Krallığının xəritəsini gördüm. Onu asan isə Orban deyildi!

Bəs Ukraynanın hər hansı inteqrasiya istəkləri ilə bağlı Macarıstanın fikir ayrılığı səbəbindən “dolaşığa düşmək” mümkündürmü? Əslində Macarıstan çox açıq oynayır, amma “qırmızı xətləri” keçməməyə çalışır. Məsələn, onlar prinsipcə, sanksiyaları dəstəkləyirlər və ya BMT-də (Türkiyə kimi) Rusiyadan təzminat almaq üçün səs verirlər. Ona görə də, ABŞ Ukraynanın NATO-ya daxil olması ilə bağlı strateji qərar qəbul edərsə, o zaman macarlar etiraz etsələr, “yaxşı polislər” işə qarışacaqlar. Məsələn, ABŞ səfiri deyəcək ki, “siz səhv siyasət aparırsınız, Avroatlantik birlik var” və s. Və əgər bu cür davranmağa davam etsələr, “pis polislər” gələcəklər və Macarıstana “ABŞ-ın milli maraqlarına müdaxilə etsə, nələr olacağını düşünün” deyəcəklər.

Aİ ilə inteqrasiyadan danışsaq, problemlər ola bilər. Axı macarlar müqavimət göstərəcək, hüquqlarının Ukrayna tərəfindən pozulduğu iddia edilən macar azlıqları haqqında danışa, Zakarpatiyanın muxtariyyətini tələb edə və Rusiya Federasiyasını maraqlandıran digər mövzuları səsləndirə bilərlər. Aİ-nin Budapeştə subsidiyalarını dayandırmaqla bu axını dayandırmaq olar (illik 20 milyard avro). Amma bunu etmək istəyinin olub-olmaması böyük sualdır. Nəzərə almaq lazımdır ki, Ukraynanın daxil olması ilə bağlı Aİ-də prinsipcə konsensus yoxdur, çünki Ukraynanın böyük subsidiyalara ehtiyacı var. Bəzi hesablamalara görə, ildə 100 milyard avroya qədər pul lazımdır. Ona görə də Avropanın bir çox ölkəsi buna qarşıdır.

Müəllif: Taras Zaqorodnı - Milli Antiböhran Qrupunun idarəedici partnyoru.
Mənbə: UNİAN
Tərcümə AYNA-ya məxsusdur








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dünyanın dərdini buraxıb... Azərbaycandan YAPIŞIBLAR! - AXI NİYƏ?..
Bu gün, 09:55
Ermənistanda Ali Məhkəmə Şurasının sədri istefa verib - KİV
Bu gün, 09:50
Məcnun müəllim bu sahəyə nəzər salmazsa... - fermerlər DAD DEYİR...
Bu gün, 09:49
Naxçıvanda deputatların maaşı artıb - SİYAHI
Bu gün, 09:43
Cümşüd Nuriyevə "Bir dənə ilişdirərəm, uçarsan ha" deyən Cahandar Bayoğludan açıqlama... - "Barışmışıq..."
Bu gün, 09:40
Azərbaycanda pambıq bumu: İxrac niyə kəskin artıb? - ARAŞDIRMA
Bu gün, 09:38
“Tərtər işi” ilə bağlı həbs edilən şəxslərdən xəbər var - TƏFƏRRÜAT
Bu gün, 09:35
Naxçıvanda işsizlik TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB... - "Belə davam edərsə, Naxçıvan tam boşalacaq..."
Bu gün, 09:32
Amerikalı iqtisadçı İrəvana məsləhət verib
Bu gün, 09:21
`R.İ.S.K` MTK KÖHNƏ ƏHVALDA: Evi bir neçə nəfərə satırlar... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:18
Paşinyan İrəvanda deyil: nazirləri SMS-lə işdən çıxarıb - “Hraparak”
Bu gün, 09:14
Müəllimlər məhkəməyə, həmkarların sədri polisə müraciət etdi - Kollecdə qalmaqal
Bu gün, 09:00
Neft-Kimya Prosesləri İnstitutunda yarım milyon manatlıq təmir işləri aparılacaq
Bu gün, 08:58
Manana Çaparidzeyə ağır itki
Bu gün, 08:56
"Qiymətlər menyu ilə uyğun gəlmir..." - GİLEY
Bu gün, 08:54
Bayden onunla sonuncu görüşdə də nəticə əldə etmədi - İNCƏLƏMƏ
Bu gün, 08:43
İşçilərin əməkhaqqı məsələsi... - Ekspert danışır...
Bu gün, 08:41
İctimaiyyətin hiddətlə qarşıladığı ABŞ konqresmeni Frank Peloni Azərbaycandan qaçıb - SƏHƏRƏ YAXIN...
Bu gün, 08:37
Azərbaycandan qaçaq düşən FRANSA ƏLALTISI: Eldar Qəribov və yaxın çevrəsi... - İLGİNC FAKTLAR...
Bu gün, 08:35
ABŞ “gedən qoca”nın əli ilə III Dünya savaşı başladır - GƏLİŞMƏ
Bu gün, 07:36
30 il uşaq bağçasında yaşayan Laçın sakini kömək istəyir - GİLEY
Bu gün, 06:47
Yediyimizə necə haram qatırlar... - NƏ ETMƏLİ?
Bu gün, 06:36
Mən onun kimi Putinə zəng etməyəcəyəm - Böyük Britaniyanın Baş naziri
Bu gün, 06:25
Onu Bakıya gəlməyə qoymayan səbəb – Gözlənilməz qərarın pərdəarxası
Bu gün, 06:23
Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24
Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19
Ermənistanda yüksək vəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18
Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50
Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45
Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43
"Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42
Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00
Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57
Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53
"İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49
Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46
ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43
"Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18
Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15
Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40
Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22
36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12
Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10
“Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55
"Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52
Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48
İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43
Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25
Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22
Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru