Zəngəzur dəhlizi ətrafında gərginlik: qlobal güclərin maraqları toqquşur - NƏ BAŞ VERİR?
Tarix: 14-08-2024, 16:20 | Çap et
Azərbaycanla Ermənistan Zəngəzur dəhlizi məsələsinin sonrakı mərhələdə müzakirəsinə razılaşıblar. Bu barədə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyov ötən həftə “Azadlıq” radiosuna açıqlamasında deyib. Onun sözlərinə görə, hazırda Bakı ilə İrəvan arasında sülh danışıqları asanlaşdıran amillərdən biri də odur ki, hər iki tərəf qalan məsələlərdən ən mübahisəli olanını - Azərbaycanın qalan hissəsini onun eksklavı olan Naxçıvanla birləşdirəcək nəqliyyat marşrutlarının təşkili, yəni Zəngəzur dəhlizi məsələsini sonrakı mərhələdə həll etməyə razılaşıb.
“Biz qarşılıqlı razılaşma əsasında bu bəndi sülh sazişindən çıxarmaq və onun müzakirəsini sonrakı mərhələyə keçirmək qərarına gəldik. Beləliklə, biz onu mətndən çıxarmağa qərar verdik, lakin bunun ölkələrin gələcəkdə müzakirə etmək və ümumi razılığa gəlmək üçün qayıda biləcəyi məsələlərdən biri olması faktını hələ də mətndə əks etdirə bilərik”, Əmirbəyov bildirib.
Ekspertlər hesab edirlər ki, Zəngəzur dəhlizi məsələsinin sülh sazişi layihəsindən çıxarılması həm də İkinci Qarabağ müharibəsini bitirən 10 noyabr tarixli Üçtərəfli Birgə Bəyanatın tamamilə ləğvi deməkdir. Bununla Rusiyanın məsələdə tərəf olmasına da son qoyulub. Bəs Zəngəzur dəhlizinin taleyi necə olacaq?
Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Fərhad Məmmədov deyib ki, bu məsələ Azərbaycanda çoxlu spekulyasiyalara səbəb oldu:
- Ümumi desək, bu, "puzzle" oyununa bənzəyir. Hissələri bir bir yerləşdirirsən, sonda bütöv nəticə əldə edirsən. Düşünürəm ki, yaxın aylarda "puzzle"ın sonuncu hissələri yerləşdiriləcək və biz yeni mənzərənin şahidi olacağıq. Söhbət regional mənzərədən gedir və bu, əsasən də, nəqliyyat məsələsinə aiddir. 10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı Üçtərəfli Birgə Bəyanatın yeganə və perspektivli bəndi Zəngəzur dəhlizi ilə bağlı məsələ idi. Görürük ki, bu bənd artıq müqavilədən, yaxud müzakirədən çıxarılıb. Məsələ burasındadır ki, 10 noyabrdakı Bəyanatdan sonra daha iki Üçtərəfli Birgə Bəyanat qəbul olunmuşdu ki, onlardan biri sırf nəqliyyat-kommunikasiyaların açılmasını nəzərdə tuturdu. Söhbət 2021-ci ilin yanvarında qəbul olunan sənəddən gedir. Bu sənədin əsasında hökumətlərarası komissiya formalaşdı və Rusiya burada tərəf oldu. 2021-ci ilin noyabrında daha bir Bəyanat – üçüncü sənəd qəbul olundu, hansı ki, bu, dişsiz Bəyanat idi, konkretlik yox idi. Növbəti mərhələdə sərhədlərlə bağlı həmin üçtərəfli format qəbul olunmalı, Rusiya burada tərəf olmalı idi. Lakin bu baş vermədi. Rusiya nə qədər çalışsa da, sərhəd məsələsində tərəfə çevrilə bilmədi. Rusiya hətta Ermənistan-Türkiyə normallaşması prosesində də tərəf olmağa çalışdı. Ermənistan buna razılıq vermişdi, İrəvan-Ankara arasındakı ilk görüş də Moskvada baş tutmuşdu. Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatı da vardı ki, İrəvan Moskva olmadan Ankara ilə danışıqlarda maraqlı deyil. Həmin vaxt Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın bütün təkliflərini dəstəkləyirdi. Çünki Rusiya Qarabağda mövcud idi və bu mövcudluğu davam etdirmək üçün Paşinyan Moskvaya dəstək verirdi. Sonra proseslər başqa cür cərəyan etdi, Azərbaycan Qarabağda antiterror əməliyyatı keçirdi, suverenliyini bütün ərazilərində bərpa etdi. Bundan sonra isə Rusiya sülhməramlıları bölgədən çıxdı. Daha sonra Rusiyanın tərəf kimi qaldığı yeganə məsələ Zəngəzur dəhlizi idi. Bakı və İrəvan Zəngəzur dəhlizi məsələsini müzakirədən çıxarmaqla həm də Rusiyanın tərəf olmasını əngəllədi.
- Buna Rusiyanın reaksiyası necədir?
- Əlbəttə, mənfi reaksiyası var. Amma bizə deyil, Ermənistana qarşıdır. Bilirsiniz, nəqliyyat məsələsi iki hissədən ibarətdir. Birincisi, marşrut və nəqliyyat növləridir ki, bu məsələ son iki-üç il ərzində tam aydınlaşdı. Ermənistan hökumətinin “Sülh qovşağı” layihəsində Zəngəzur dəhlizi var. Onların layihə ilə bağlı tərtib etdiyi xəritədə Zəngəzur dəhlizi mövcuddur. Demək ki, İrəvan Zəngəzur dəhlizinə razıdır, amma onun fəaliyyət rejimi ilə bağlı qərarsızdır və razılığa gəlinmir. Ermənistan ya üçtərərəfli qəbul edilən hökumətlərarası komissiyadan çıxıb, bəyan etməlidir ki, “biz dəhliz məsələsinə Azərbaycanla ikitərəfli formatda baxırıq, qərar qəbul edirik”, yəni iradəsini ortaya qoymalıdır, ya da Rusiyanın təklif etdiyi rejimlə fəaliyyətə razı olmalı idi. Ermənistan birinci seçimini edir. Azərbaycan üçün fərqi yoxdur və Bakı iradəsini ortaya qoyub. Artıq Ağbəndədək dəmiryolu inşa olunub. Azərbaycan deyir ki, indi qərar Ermənistanındır. Məsələ burasındadır ki, dövr keçdikcə oyunçular çoxalır, gərginlik artır.
- Qərbi nəzərdə tutursunuz?
- Məsələn, İran. İran Azərbaycanla razılaşdı ki, ərazisindən Naxçıvana gediş-gəliş üçün yol verir. Amma tikintiyə başlanılmadı. Digər tərəfdən, Naxçıvandan Türkiyəyə dəmir yolu razılaşdırılıb, amma tikintiyə başlanılmayıb. Türkiyə tərəfinin bəyanatı var ki, bu ilin sonunda tikintiyə başlanılacaq. Digər tərəfdən bəli, ABŞ da bu məsələyə daxil olub. Baxın, İranın Ali Dini Rəhbəri Seyid Əli Xamenei deyir ki, “Zəngəzur dəhlizi Ermənistanın marağında deyil”. Paşinyan isə susur. ABŞ və Avropa İttifaqı isə bəyan edir ki, “biz Orta Asiyadan başlayan Azərbaycan-Ermənistan-Türkiyə dəhlizində maraqlıyıq”. Yaxşı, bu dəhliz haradan keçəcək? İki yol var: Qazax-İcevan-Gümrü-Qars, hansı ki, bu, şimal yoludur. İkincisi isə cənub yoludur, bu, Zəngəzur dəhlizidir. Mənə elə gəlir ki, ABŞ indi Qazax-İcevan-Gümrü-Qars yolunun üstündə dayanacaq. Deməzdim təzyiq, amma Azərbaycana təklif edəcək ki, Zəngəzur dəhlizi yox, məhz şimal yolu ilə kommunikasiyalar açılsın. Onların nəzərində Zəngəzur dəhlizi ABŞ və Avropa üçün təhlükəlidir, çünki İranla sərhəddən keçir.
- Azərbaycan buna razıdırmı?
- Azərbaycanın mövqeyi ondan ibarətdir ki, Zəngəzur dəhlizi olmasa heç bir yol açılmayacaq. Yəni biz nəqliyyat-kommunikasiya məsələsi ilə bağlı danışıqlarda elə bir mərhələyə gəlmişik ki, burada artıq çıxılmaz vəziyyət yaranıb. Görünür Zəngəzur dəhlizi məsələsinin sülh sazişi layihəsindən çıxarılması həm də bununla bağlıdır.
- Burada Türkiyənin mövqeyi nədən ibarətdir?
- Türkiyənin ümumi marağını qardaş ölkənin xarici işlər naziri Hakan Fidan bir müddət əvvəl bəyan etdi. Ankaranın mövqeyi belədir ki, Azərbaycanla razılaşma olmasa Türkiyə ilə də olmayacaq. Əgər Azərbaycanla Ermənistan hansı istiqamət üzrə razılığa gələcəklərsə, həmin istiqamətə Türkiyə razı olacaq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistan real addımlar atmalı və Zəngəzur dəhlizini açmalıdır - ÇAĞIRIŞ
Bu gün, 02:00 |
|
|
|
• Azərbaycanlı nazirin oğlu ilə sevgili olan müğənni "Tramp"dan görün nə istədi
Bu gün, 01:54 |
|
|
|
• "Wolt"un velosipedçisi "Dihaj"ın anasını vurub - TƏFƏRRÜAT
Bu gün, 01:29 |
|
|
|
• TAKSİ DƏLƏDUZLUĞU... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 01:26 |
|
|
|
• Erməni aktrisanın qardaşı dəlixanada öldürüldü
Bu gün, 01:24 |
|
|
|
• "Kişilər sanki sosial şəbəkədə ov axtarışına çıxıblar" - PSİXOLOQDAN SENSASİON AÇIQLAMA
Bu gün, 01:22 |
|
|
|
• Ali nümayəndədən ibtidai fikirlər - FAKT BUDUR!
Bu gün, 00:26 |
|
|
|
• Mərkəzi Xəstəxananın direktor müavini işdən çıxarıldı - ƏMR
Bu gün, 00:23 |
|
|
|
• "Naxçıvanda əməlli-başlı dərəbəylikdir, kim nə istəyir edir..." - NARAZILIQ VAR
Bu gün, 00:17 |
|
|
|
• “Bəli, küsmüşəm, incimişəm, rollar oynamaq istəyirəm, amma ortada heç nə yoxdur” - GİLEY
Bu gün, 00:09 |
|
|
|
• Biznesmenlər bürokratiyaya qarşı: “Tramp Maska vəzifə verməklə...” - GƏLİŞMƏ
Bu gün, 00:06 |
|
|
|
• Eyni şirkət dövlət qurumunun 4 tenderini uddu - 5 MİLYON MANAT QAZANDI
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan sülh müqaviləsinin bir hissəsini açdı - NƏ BAŞ VERİR?
Dünən, 23:14 |
|
|
|
• Paşinyan xarici auditoriyaya hansı siqnallar ötürür? - Ovannisyan sirləri açdı
Dünən, 23:11 |
|
|
|
• Gənc şair faciəvi şəkildə öldü
Dünən, 23:07 |
|
|
|
• Parisin SAXTA MAHİYYƏTİ... - ŞƏRH
Dünən, 21:36 |
|
|
|
• Azərbaycanda artan varlı görünmək xəstəliyi: Psixoloji problem imiş - AXI NİYƏ?..
Dünən, 21:33 |
|
|
|
• ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə 36 trilyon dolları keçdi
Dünən, 19:52 |
|
|
|
• Məktəbdə qızı döyən azərbaycanlı şagirdə cinayət işi açıldı - FOTO
Dünən, 19:45 |
|
|
|
• Paşinyanın sözləri havaya atılan güllələr kimidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00 |
|
|
|
• Qanunların himayəsində - “Avropa yaşlanır, amma qocalmır”
Dünən, 18:58 |
|
|
|
• "Zelenskinin alternativi yoxdur" - Zərdüşt Əlizadə
Dünən, 18:37 |
|
|
|
• Tehran Vaşinqtona məxfi mesaj göndərib - KİV
Dünən, 18:32 |
|
|
|
• Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir - MƏQALƏ
Dünən, 18:30 |
|
|
|
• MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə istintaqı yekunlaşıb - DETALLAR
Dünən, 18:21 |
|
|
|
• “Araz” Supermarketlər Şəbəkəsindən kənd təsərrüfatının inkişafına dəstək - Asiya İnkişaf Bankı ilə 10,5 milyon dollarlıq saziş imzalandı
Dünən, 18:14 |
|
|
|
• “Elmanado” şirkətinin dövlətə 703 min manat vergi borcu var - DETALLAR
Dünən, 18:11 |
|
|
|
• Zakir Fərəcov səyyar qəbul keçirdi - FOTOLAR
Dünən, 18:07 |
|
|
|
• Aşıq Namiq atasının ölümündə həkimi ittiham etdi - Şok AÇIQLAMA
Dünən, 18:05 |
|
|
|
• Anasının il mərasiminə getmişdi, özünü güllələdi
Dünən, 17:59 |
|
|
|
• Həbs edilən məmurun ailəsində insident: Atası anasını bıçaqlayıb - TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• Ermənistan COP29-a GƏLƏCƏK? – “Azərbaycanın tələbi hələ də qüvvədədir”
Dünən, 17:55 |
|
|
|
• Vəzifəli şəxslərə rüşvət verməklə cinayət məsuliyyətindən azad etdirəcəyini vəd verib – HÖKM
Dünən, 17:51 |
|
|
|
• Hamı bura üz tutur: Naxçıvandan axırıncı çıxan QAPINI ÖRTSÜN... - ACINACAQLI MƏNZƏRƏ...
Dünən, 17:48 |
|
|
|
• "3 il ərzində boşanma qərarını verən evli cütlüklərə yüksək cərimə tətbiq olunsa... evliliyə və boşanmağa daha ciddi yanaşma olacaq"
Dünən, 17:44 |
|
|
|
• Tiflisin vasitəçilik təklifi nəyə xidmət edir?
Dünən, 17:40 |
|
|
|
• Paşinyan niyə Azərbaycanla strateji sövdələşməyə ehtiyac duyur? - İNCƏLƏMƏ
Dünən, 17:35 |
|
|
|
• Gürcüstandan vasitəçilik təklifi: Azərbaycan razı, bəs İrəvan? - AKTUAL
Dünən, 17:31 |
|
|
|
• Sabiq erməni prezident məhkəmədən qaça BİLMƏDİ - erməni KİV
Dünən, 17:24 |
|
|
|
• Fransa COP29-a qatılmamaqla qlobal iqlim problemlərində maraqlı olmadığını göstərdi - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:22 |
|
|
|
• Azərbaycan üçün sevindirici proqnoz – “Güc onlardadır, gəlirlər, qərar dəyişəcək”
Dünən, 17:19 |
|
|
|
• Murad Adıgözəlzadənin köməkçisi barəsindəki cinayət işinə xitam verilib - TƏFƏRRÜAT
Dünən, 17:17 |
|
|
|
• Ermənistanda tarixi dəyişiklik: Paşinyan anonsunu verdi - KİV
Dünən, 17:11 |
|
|
|
• Başçı təzə olsa da... - NARAHATÇILIQ VAR...
Dünən, 17:07 |
|
|
|
• İngiltərə şirkəti Azərbaycanda ləğv edilir
Dünən, 17:03 |
|
|
|
• Müştərilər ən çox bu banklardan şikayət edirlər - SİYAHI
Dünən, 17:00 |
|
|
|
• “Azərbaycan Duz İstehsalat Birliyi” MMC-yə çevrilir
Dünən, 16:56 |
|
|
|
• Əlində Quran gəldi, bağışladım - Aşıq Namiq
Dünən, 16:53 |
|
|
|
• Tramp elektromobil bazarına “zərbə” vurmağa hazırlaşır – “Tesla” bundan faydalana bilər
Dünən, 16:52 |
|
|
|
• Valeh Allahverdiyev Bakı həbsxanasında ÖLDÜ
Dünən, 16:51 |
|
|
|
|