CƏNUB REGİONU UĞRUNDA BÖYÜK SAVAŞ
Tarix: 2-04-2012, 14:28 | Çap et
KƏRƏM HƏSƏNOV REGİONA SAHİBLƏNƏ BİLMƏSİ ÜÇÜN KİMLƏRƏ GÜVƏNİR?
DİA.AZ: - Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyein sıradan çıxarılması «əməliyyatında» müstəsina xidmət göstərən və əvəzində öz qazanc imkanlarını dəfələrlə artırmağa nail olan Dövlət Əmlakının İdarə Edilmsi üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun son zamanlar böyük var-dövlət sahibinə çevrilməsi barədə söz-söhbətlər getdikcə genişlənməkdədir. Gələn xəbərlərdə deyilir ki, ölkə prezidenti yanında etibar qazandıqdan sonra o, bütün özəlləşdirmə prosesini özünün şəxsi qazanc mənbəyinə çevirərək, qısa müddət ərzində ölkədə barmaqla sayılan külli miqdarda var-dövlət sahiblərindən birinə çevrilib.
Daşınmaz Əmlakın Dövlət Reystr Xidmətini əlinə keçirdikdən sonra K. Həsənov həmin xidmətin bütün strukturlarına özünün ən yaxın adamlarını yerləşdirməyə nail olub.
DİA.AZ-a daxil olan məlumata görə, adı çəkilən komitənin rəhbəri Kərəm Həsənov qanunu pozaraq, istədiyi dövlət qurumunun balansında olan istənilən ərazilərin fiziki və hüquqi şəxslər tərəfindən qanunsuz özəlləşdirilməsinə şərait yaradır. Bir müddət öncə Müdafiə Nazirliyinin balansında olan obyektin qanunsuz şəkildə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən özəlləşdirilməsi ilə bağlı qalmaqal məhkəməyə qədər qalxdı. Məhkəmənin hakimləri ilə «sıcaq» münasibətləri olan komitə rəhbərliyi qanunsuz əməllərinə «qanuni don geyindərməyi» bacarıb.
Komitə rəhbəri rəsmi baxımdan baş verən qanunsuzluqlardan qazandıqları hesabına artıq ölkə oliqarxları sırasına daxil olmaqdadır. Komitə sədrinin nəzarətində olan biznes sahələrindən biri də onun Birləşmiş Ərəb Əmirliklərində və başqa ölkələrdə çalışan müxtəlif müəssisələri, şirkətləri dəstəkləməsi və onlarla şərikli ticarat işi görməsidir. Məlumatlara görə K.Həsənov Çexiyada mineral suların istehsalı və qablaşdırılması ilə məşğul olan bir müəssisə açıb. Həmin müəssədə «Mattoni» mineral suaları istehsal olunur.Adıçəkilən su Azərbaycan telekanallarında da reklam olunur. Əldə etdiyimiz məlumata görə Kərəm Həsənov Çexiyada həm də meyvə şirəsi istehsal etdirir. Amma Azərbaycanda bu sahə fövqaladə hallar naziri Kəmaləddin Heydərovun nəzarətində olduğundan həmin məhsullar ölkəyə gətirilmir. Bir vaxtlar Fərhad Əliyevin himayəsində xırda fiqurlardan olan Kərəm Həsənov cənub bölgəsinin kuratoru olmaq iddiasındadır. Belə ki, uzun müddətdir ki, Cəlilabad rayonu Dövlət Əmlak Komitəsinin sədrinin kurasiyasındadır. Rayonun icra başçısı da Kərəm Həsənovun yaxın adamı və «sağ əli» olmaqla yanaşı, həm də komitə sədrinin rayondakı biznesinin rəhbəri kimi tanınır.
Məlumat üçün onu da bildirək Cəlilabad Rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov əslən Cəbrayıl rayonundandır. O, vaxtilə taxıl biznesilə məşğul olub. Bu gün də Cəlilabaddakı məhsuldar torpaqlarda Kərəm Həsənova məxsus olan hektarlarla taxıl sahələrinin becərilməsinə şəxsən özü rəhbərlik edir. Maraqlıdır ki, Ə.Əzizov biznes təcrübəsinə də malikdir. O əvvəllər Bakıda karamel satışıyla məşğul olub. İndi isə icra başçısının Xırdalanda mərmər sexi var ki, rayonda aparılan abadlıq işlərində Xırdalandakı sexin tullantılarından istifadə edilir. Nəticədə dövlətin külli miqdarda pulu təmir adıyla mənimsənilir. Biznes sahəsində belə geniş təcrübəyə malik olduğundandır ki, Əzizov komitə sədrinin rayondakı və ətraf ərazilərdəki obyektlərinə də nəzarət edir. K.Həsənovun bölgədəki obyektləri isə kifayət qədər çoxdur.
Bir müddət öncə komitə sədrinin Cəlilabad rayonundakı üzüm sahələrini də ələ keçirərək burda xaricdən gətirilmiş avadanlıq hesabına şərabçılıq zavodu tikdirməsi haqda yazmışdıq. Bundan başqa, minlərlə baş mal-qara saxlanması, dəyirmanlar, çörək sexləri də komitə sədrinin biznes sisteminə aiddir. Bunlarla kifayətlənməyən komitə sədri bu yaxınlarda Cəlilabadda, daha dəqiqi Bakı-Astara avtomagistralının üstündə - Qarazəncir kəndi yaxınlığında böyük bir makaron-vermişel fabrikinin tikintisinə başlayıb. Mənbəmizin sözlərinə görə bu tikintiyə Kərəm Həsənovun əmisi oğlu, Cəlilabad və ətraf rayonlarda komitə sədrinin qeyri-rəsmi səlahiyyətli nümayəndəsi olan İlqar Həsənov rəhbərlik edir. Mənbəmiz həmçinin onu da bildirdi ki, bu fabrik «Ləzzət» adı altında makaron və digər bu kimi məhsulların istehsalı üçün nəzərdə tutulub.
Kərəm Həsənovun cənub bölgəsində yaratdığı biznes sistemində xüsusi yeri isə restoranlar şəbəkəsi tutur. İstər Bakıda, istərsə də rayonlarda bahalı və geniş restoranlara sahib olan komitə sədrinin Bakı-Astara yolunun üzərində inşa edilmiş restoranları xüsusilə diqqəti cəlb edir. Məsələn, cənub istiqamətindəki magistiral yolun kənarında, ağacların ortasında inşa edilmiş «Karvan» restoranı Kərəm Həsənova məxsusdur. Amma bu da ilk və sonuncu iaşə obyekti deyil. Yol kənarında Kərəm Həsənovun daha bir neçə obyekti var. Cənub bölgəsindən Bakıya gələn avtobus və taksi sürücüləri ilə əldə edilmiş anlaşma nəticəsində onlar yol üstü dayanacaqlarını məhz bu restoranlara salırlar. Təbii ki, bunun qarşılığı da var. Həmin qarşılıq ondan ibarətdir ki, avtobus və taksi sürücüləri həmin restoranlarda istədikləri vaxt çörək yeyə bilərlər. Bu da onlara sərf etdiyindən adıçəkilən bölgədən gətirilən sərnişinlər «Karvan» və digər restoranlarda yemək yeməyə sövq edilir.
Maraqlıdır ki, adıçəkilən restoranların Kərəm Həsənova məxsus olması burda çalışanlar tərəfindən də açıq şəkildə dilə gətirilir. Bizdə olan məlumata görə komitə sədrinin göstərişi əsasında restoranlarda xidmət çox yüksək səviyyədə təşkil olunub və qiymətlər də ucuzdur. Məqsəd isə bölgə əhalisində K.Həsənov haqqında müsbət imic yaratmaq və bu bölgənin qubernatoru olmağa ictimai dəstək qazanmaq niyyətindədir. Çünki, hələ də bu zona da Fərhad Əliyev haqda müsbət rəy, xüsusilə də Kərəm Həsənovun ona qarşı fəaliyyəti unudulmayıb. Amma görünənlər komitə sədrinin bölgə qubernatoru iddiasını gerçəkləşdirməyə yaxın olduğunu düşünməyə əsas verir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistan real addımlar atmalı və Zəngəzur dəhlizini açmalıdır - ÇAĞIRIŞ
Bu gün, 02:00 |
|
|
|
• Azərbaycanlı nazirin oğlu ilə sevgili olan müğənni "Tramp"dan görün nə istədi
Bu gün, 01:54 |
|
|
|
• "Wolt"un velosipedçisi "Dihaj"ın anasını vurub - TƏFƏRRÜAT
Bu gün, 01:29 |
|
|
|
• TAKSİ DƏLƏDUZLUĞU... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 01:26 |
|
|
|
• Erməni aktrisanın qardaşı dəlixanada öldürüldü
Bu gün, 01:24 |
|
|
|
• "Kişilər sanki sosial şəbəkədə ov axtarışına çıxıblar" - PSİXOLOQDAN SENSASİON AÇIQLAMA
Bu gün, 01:22 |
|
|
|
• Ali nümayəndədən ibtidai fikirlər - FAKT BUDUR!
Bu gün, 00:26 |
|
|
|
• Mərkəzi Xəstəxananın direktor müavini işdən çıxarıldı - ƏMR
Bu gün, 00:23 |
|
|
|
• "Naxçıvanda əməlli-başlı dərəbəylikdir, kim nə istəyir edir..." - NARAZILIQ VAR
Bu gün, 00:17 |
|
|
|
• “Bəli, küsmüşəm, incimişəm, rollar oynamaq istəyirəm, amma ortada heç nə yoxdur” - GİLEY
Bu gün, 00:09 |
|
|
|
• Biznesmenlər bürokratiyaya qarşı: “Tramp Maska vəzifə verməklə...” - GƏLİŞMƏ
Bu gün, 00:06 |
|
|
|
• Eyni şirkət dövlət qurumunun 4 tenderini uddu - 5 MİLYON MANAT QAZANDI
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan sülh müqaviləsinin bir hissəsini açdı - NƏ BAŞ VERİR?
Dünən, 23:14 |
|
|
|
• Paşinyan xarici auditoriyaya hansı siqnallar ötürür? - Ovannisyan sirləri açdı
Dünən, 23:11 |
|
|
|
• Gənc şair faciəvi şəkildə öldü
Dünən, 23:07 |
|
|
|
• Parisin SAXTA MAHİYYƏTİ... - ŞƏRH
Dünən, 21:36 |
|
|
|
• Azərbaycanda artan varlı görünmək xəstəliyi: Psixoloji problem imiş - AXI NİYƏ?..
Dünən, 21:33 |
|
|
|
• ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə 36 trilyon dolları keçdi
Dünən, 19:52 |
|
|
|
• Məktəbdə qızı döyən azərbaycanlı şagirdə cinayət işi açıldı - FOTO
Dünən, 19:45 |
|
|
|
• Paşinyanın sözləri havaya atılan güllələr kimidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00 |
|
|
|
• Qanunların himayəsində - “Avropa yaşlanır, amma qocalmır”
Dünən, 18:58 |
|
|
|
• "Zelenskinin alternativi yoxdur" - Zərdüşt Əlizadə
Dünən, 18:37 |
|
|
|
• Tehran Vaşinqtona məxfi mesaj göndərib - KİV
Dünən, 18:32 |
|
|
|
• Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir - MƏQALƏ
Dünən, 18:30 |
|
|
|
• MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə istintaqı yekunlaşıb - DETALLAR
Dünən, 18:21 |
|
|
|
• “Araz” Supermarketlər Şəbəkəsindən kənd təsərrüfatının inkişafına dəstək - Asiya İnkişaf Bankı ilə 10,5 milyon dollarlıq saziş imzalandı
Dünən, 18:14 |
|
|
|
• “Elmanado” şirkətinin dövlətə 703 min manat vergi borcu var - DETALLAR
Dünən, 18:11 |
|
|
|
• Zakir Fərəcov səyyar qəbul keçirdi - FOTOLAR
Dünən, 18:07 |
|
|
|
• Aşıq Namiq atasının ölümündə həkimi ittiham etdi - Şok AÇIQLAMA
Dünən, 18:05 |
|
|
|
• Anasının il mərasiminə getmişdi, özünü güllələdi
Dünən, 17:59 |
|
|
|
• Həbs edilən məmurun ailəsində insident: Atası anasını bıçaqlayıb - TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• Ermənistan COP29-a GƏLƏCƏK? – “Azərbaycanın tələbi hələ də qüvvədədir”
Dünən, 17:55 |
|
|
|
• Vəzifəli şəxslərə rüşvət verməklə cinayət məsuliyyətindən azad etdirəcəyini vəd verib – HÖKM
Dünən, 17:51 |
|
|
|
• Hamı bura üz tutur: Naxçıvandan axırıncı çıxan QAPINI ÖRTSÜN... - ACINACAQLI MƏNZƏRƏ...
Dünən, 17:48 |
|
|
|
• "3 il ərzində boşanma qərarını verən evli cütlüklərə yüksək cərimə tətbiq olunsa... evliliyə və boşanmağa daha ciddi yanaşma olacaq"
Dünən, 17:44 |
|
|
|
• Tiflisin vasitəçilik təklifi nəyə xidmət edir?
Dünən, 17:40 |
|
|
|
• Paşinyan niyə Azərbaycanla strateji sövdələşməyə ehtiyac duyur? - İNCƏLƏMƏ
Dünən, 17:35 |
|
|
|
• Gürcüstandan vasitəçilik təklifi: Azərbaycan razı, bəs İrəvan? - AKTUAL
Dünən, 17:31 |
|
|
|
• Sabiq erməni prezident məhkəmədən qaça BİLMƏDİ - erməni KİV
Dünən, 17:24 |
|
|
|
• Fransa COP29-a qatılmamaqla qlobal iqlim problemlərində maraqlı olmadığını göstərdi - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:22 |
|
|
|
• Azərbaycan üçün sevindirici proqnoz – “Güc onlardadır, gəlirlər, qərar dəyişəcək”
Dünən, 17:19 |
|
|
|
• Murad Adıgözəlzadənin köməkçisi barəsindəki cinayət işinə xitam verilib - TƏFƏRRÜAT
Dünən, 17:17 |
|
|
|
• Ermənistanda tarixi dəyişiklik: Paşinyan anonsunu verdi - KİV
Dünən, 17:11 |
|
|
|
• Başçı təzə olsa da... - NARAHATÇILIQ VAR...
Dünən, 17:07 |
|
|
|
• İngiltərə şirkəti Azərbaycanda ləğv edilir
Dünən, 17:03 |
|
|
|
• Müştərilər ən çox bu banklardan şikayət edirlər - SİYAHI
Dünən, 17:00 |
|
|
|
• “Azərbaycan Duz İstehsalat Birliyi” MMC-yə çevrilir
Dünən, 16:56 |
|
|
|
• Əlində Quran gəldi, bağışladım - Aşıq Namiq
Dünən, 16:53 |
|
|
|
• Tramp elektromobil bazarına “zərbə” vurmağa hazırlaşır – “Tesla” bundan faydalana bilər
Dünən, 16:52 |
|
|
|
• Valeh Allahverdiyev Bakı həbsxanasında ÖLDÜ
Dünən, 16:51 |
|
|
|
|