"Naxçıvanda əməlli-başlı dərəbəylikdir, kim nə istəyir edir..." .....                     “Bəli, küsmüşəm, incimişəm, rollar oynamaq istəyirəm, amma ortada heç nə yoxdur” .....                     Biznesmenlər bürokratiyaya qarşı: “Tramp Maska vəzifə verməklə...” .....                     Eyni şirkət dövlət qurumunun 4 tenderini uddu .....                     Paşinyan sülh müqaviləsinin bir hissəsini açdı .....                     Paşinyan xarici auditoriyaya hansı siqnallar ötürür? .....                     Gənc şair faciəvi şəkildə öldü .....                     Parisin SAXTA MAHİYYƏTİ... .....                     Azərbaycanda artan varlı görünmək xəstəliyi: Psixoloji problem imiş .....                     ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə 36 trilyon dolları keçdi .....                     Məktəbdə qızı döyən azərbaycanlı şagirdə cinayət işi açıldı .....                     Paşinyanın sözləri havaya atılan güllələr kimidir .....                     Qanunların himayəsində .....                     "Zelenskinin alternativi yoxdur" .....                     Tehran Vaşinqtona məxfi mesaj göndərib .....                     Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir .....                     MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə istintaqı yekunlaşıb .....                     “Araz” Supermarketlər Şəbəkəsindən kənd təsərrüfatının inkişafına dəstək .....                     “Elmanado” şirkətinin dövlətə 703 min manat vergi borcu var .....                     Zakir Fərəcov səyyar qəbul keçirdi .....                     Aşıq Namiq atasının ölümündə həkimi ittiham etdi .....                     Anasının il mərasiminə getmişdi, özünü güllələdi .....                     Həbs edilən məmurun ailəsində insident: Atası anasını bıçaqlayıb .....                     Ermənistan COP29-a GƏLƏCƏK? .....                     Vəzifəli şəxslərə rüşvət verməklə cinayət məsuliyyətindən azad etdirəcəyini vəd verib .....                     Hamı bura üz tutur: Naxçıvandan axırıncı çıxan QAPINI ÖRTSÜN... .....                     "3 il ərzində boşanma qərarını verən evli cütlüklərə yüksək cərimə tətbiq olunsa... .....                     Tiflisin vasitəçilik təklifi nəyə xidmət edir? .....                     Paşinyan niyə Azərbaycanla strateji sövdələşməyə ehtiyac duyur? .....                     Gürcüstandan vasitəçilik təklifi: Azərbaycan razı, bəs İrəvan? .....                     Sabiq erməni prezident məhkəmədən qaça BİLMƏDİ .....                     Fransa COP29-a qatılmamaqla qlobal iqlim problemlərində maraqlı olmadığını göstərdi .....                     Azərbaycan üçün sevindirici proqnoz .....                     Murad Adıgözəlzadənin köməkçisi barəsindəki cinayət işinə xitam verilib .....                     Ermənistanda tarixi dəyişiklik: Paşinyan anonsunu verdi .....                     Başçı təzə olsa da... .....                     İngiltərə şirkəti Azərbaycanda ləğv edilir .....                     Müştərilər ən çox bu banklardan şikayət edirlər .....                     “Azərbaycan Duz İstehsalat Birliyi” MMC-yə çevrilir .....                     Əlində Quran gəldi, bağışladım .....                 

Nazir qəzalı məktəblərlə bağlı tədbir görür? - Bəs, Bakıdakı gecəqondu məktəb niyə yada düşmür?
Tarix: 11-09-2024, 13:03 | Çap et
Nazir qəzalı məktəblərlə bağlı tədbir görür?
Badamdar qəsəbəsində yerləşən və yolu olmadığı üçün neçə vaxtdır sakinlərin narahatlığına səbəb olan qalmaqallı Laçın qaçqın məktəbi bağlana, şagird və müəllimlər isə başqa məktəbə köçürülə bilər.
Hər halda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin Bakupost.az -ın sorğusuna cavabından belə aydın olur.
Sorğunun cavabına keçməzdən öncə qeyd edək ki, sakinlərin iddiasına görə, sözügedən məktəb gecə ikən tikilib və Badamdarda düz qayanın üstündə yerləşir. Arxa tərəfdən oraya yol yoxdur. Uçurumun üstündə yerləşən məktəbin ön tərəfdən olan yeganə yolu isə Badamdar qəsəbəsi 1-ci massiv, Topçubaşov küçəsi, 246 ünvanında yaşayan sakinlərin həyətindən keçir. Bu isə sakinlərlə məktəbin direktoru Piyalə Xudayarova arasında tez-tez qarşıdurma yaranmasına səbəb olur. Belə ki, vaxtilə məktəbin yolu digər istiqamətdən olub. Lakin orada yeni bina tikildiyindən məktəb yolsuz qalıb. Sakinlər humanizm naminə piyada getmək şərtilə müəllim və şagirdlərə öz həyətlərindən yol veriblər. Lakin bir neçə il sonra direktor və müəllimlər məktəbə onsuz da dar olan həmin yoldan maşınla gedib-gəlməyə başlayıblar. Sakinlərin qapısı birbaşa küçəyə açıldığı üçün dalandan avtomobil yolu kimi istifadə olunması azyaşlı uşaqların həyatına təhlükə yaradır. Bu səbəbdən neçə vaxtıdr ki, Topçubaşov küçəsi, 246 ünvanında yaşayan sakinlərlə məktəbin direktoru arasında qarşıdurma yaşanır.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən həmin ərazidə məktəb binasının fəaliyyətinin qanuni olub-olmamasına dair sorğumuza cavab olaraq məsələnin araşdırıldığı bildirilib:
"Əməkdaşlarımız tərəfindən yerində baxış zamanı Səbail rayonu, 1-ci massiv, Topçubaşov küçəsi, ev 246 ünvanında müvafiq icazə və razılaşdırma sənədləri olmadan uzun müddət öncə 250 kvadrat metr sahədə inşa edilmiş 1 mərtəbəli 2 ədəd tikili müşahidə olunmuşdur".
Sorğuya cavabdan o da aydın olur ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov məsələ ilə bağlı Səbail rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov və Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarova müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin 24.11.2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları"na və Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2014-cü il tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları"na uyğun olaraq, müvafiq tədbirlərin görülməsini xahiş edib.

Nazir qəzalı məktəblərlə bağlı tədbir görür?
Nazir qəzalı məktəblərlə bağlı tədbir görür?

Lakin təəssüf ki, üstündən bir aydan çox vaxt keçməsinə baxmayaraq, adı çəkilən dövlət qurumları məsələ ilə bağlı tədbirlər görməyiblər. Halbuki sakinlərin Bakupost.az -a bildirdiyinə görə, vaxtilə Fövqəladə Hallar Nazirliyi özü də onların müraciəti əsasında əraziyə baxış keçirib və məktəbin təhlükəli ərazidə tikildiyini təsdiq edib. Bundan sonra hətta digər məktəb binalarında Laçın qaçqın məktəbinə yer verilməsi təklif olunsa da, direktor Piyalə Xudayarova bununla razılaşmayıb. Sakinlərin dediyinə görə, direktorun məhz həmin ərazidə fəaliyyət göstərmək istəməsində hansısa maddi maraqları var. Bu barədə bir qədər sonra...

Hələliksə onu qeyd edək ki, dünən Elm və Təhsil naziri Emin Əmrullayev də qəzalı, eləcə də böyük kollektivi olmayan məktəblərin köçürülməsi ilə bağlı məsələyə toxunub. Nazir bildirib ki, hər il qəzalı məktəblərin sayı azalır:
"Birinci problem ondan ibarətdir ki, şagird sayı az olan məktəblərin bəziləri tədrisə yararlı olmadığı halda, biz məktəbləri birləşdirmirik, sadəcə başqa məktəbə daşıyırıq".
Nazir qeyd edib ki, 4 il bundan öncə 900-dən artıq qəzalı məktəb var idisə, bu il məktəblər təmir edilib və sözügedən rəqəm yarıya enib:
“Bununla belə, yenə də 400-dən artıq məktəb qəzalıdır və düşünürəm ki, gələcək illərdə bu sürətlə getsək, problemi aradan qaldıra bilərik. İkinci məqam ondan ibarətdir ki, 3-5 şagirdi olan məktəblərin iqtisadi yöndən saxlanılması doğru deyil. Bu halda da həmin məktəblər mütəmadi olaraq, digər məktəblərlə birləşir. Biz burada müəllimlərin iş yerlərini, sosial faktorları nəzərə alırıq”.
Qeyd edək ki, Laçin qaçqın məktəbinin direktoru Piyalə Xudaverdiyevanın dediyinə görə, rəhbərlik etdiyi doqquzillik təhsil müəssisəsinin cəmi 60 şagirdi və 20 müəllimi var. Hətta məktəbdə elə siniflər var ki, orda 3 nəfər uşaq var.
Göründüyü kimi, həm təhlükəli ərazidə yerləşməsi, həm də saxlanılması iqtisadi baxımdan əlverişli olmadığı üçün Laçin qaçqın məktəbi ərazidəki digər məktəblərə köçürülə bilər. Məsələ burasındadır ki, məktəbin təxliyyə yolu da yoxdur. Bir tərəfi uçurum, digər tərəfləri isə müxtəlif tikililər olan məktəbin yeganə dar yolu sakinlərin həyətindən keçir. Yanğın, sürüşmə və ya hər hansı digər fövqəladə hadisə baş verərsə, təxliyyə yolu olmadığından məktəbdə faciə yaşana bilər. Yəqin ki, Elm və Təhsil Nazirliyi həm sakinlərin, həm də məktəb kollektivinin təhlükəsizliyini nəzərə alaraq, bu məsələyə əncam çəkəcək.
Direktorun israrla başqa məktəbə köçmək istəməməsinin səbəblərinə gəlincə, sakinlər iddia edir ki, məktəbdə yalnız Piyalə Xudayarovanın yaxın çevrəsi çalışır. Bir çox müəllim və xadimələrin adları məktəbdə getsə də, özləri işə gəlmir.



Sakinlərin sözlərinə görə, məktəbdə çalışanların böyük əksəriyyətinin eyni soyadları daşıması da, Laçın qaçqın məktəbinin ailə şirkətinə çevrildiyindən xəbər verir. Belə ki, məktəbin müəllimlərindən Məhəmməd Xudayarov direktor Piyalə Xudayarovanın həyat yoldaşıdır. Digər müəllim Habil Xudayarovun da onların qohumu olduğu deyilir.
Laçın qaçqın məktəbində çalışanlardan 5 nəfər isə Mayılov soyadını daşıyır. Müəllimlərdən Bəhlul Mayılov məktəbdə kitabxanaçı işləyən Xanə Mayılovanın həyat yoldaşıdır. Mayılov soydalı digər iki müəllim - Rafael Mayılov və Qətibə Mayılova da ər-arvaddırlar. Məktəbdə Qoşqar Mayılov adlı daha bir müəllim dərs deyir.
Lakin bu məktəbdə çalışan qohumların tam siyahısı deyil. Belə ki, Laçın qaçqın məktəbində 3 nəfər də Güləliyev soyadını daşıyır: Azər Güləliyev (müəllim), Rafael Güləliyev (müəllim) və Şəfəq Güləliyeva. Qeyd edək ki, R.Güləliyev də Ş.Güləliyevanın həyat yoldaşıdır.
Sakinlərin iddiasına görə, direktor Piyalə Xudayarova yaxın qohumlarını məktəbə cəlb edərək, müxtəlif maliyyə maxinasıyaları həyata keçirirlər:
"Onların digər məktəbə köçmək istəməməsinin arxasında da bu amil dayanır. Çünki qohumluq əlaqələri və maxinasiyalar faş ola bilər".

Piyalə Xudayarova isə Bakupost.az -a açıqlamasında məktəbdə yeyinti hallarının olması ilə bağlı ittihamları rədd edib:
“Balaca kollektivimiz var. Burda hansı yeyintidən söhbət gedə bilər? Biz müəllimik, cəmiyyətə kadr hazırlayırıq, şəxsiyyət yetişdiririk”.
Qeyd edək ki, Şərqi Zəngəzur Təhsil İdarəsindən də Bakupost.az -a bildiriblər ki, vətəndaşların müraciətləri əsasında regional təhsil idarəsinin əməkdaşları əraziyə yerində baxış keçirib və digər aidiyyəti dövlət qurumları ilə birlikdə məsələnin həlli istiqamətində müvafiq addımlar atılacaq. Doğrudanmı, dövlət qurumları nəhayət ki, vəd etdikləri addımları atacaq və neçə vaxtdır sakinlərlə məktəb rəhbərliyi arasında yaranan qarşıdurmaya son qoyulacaq? Hər halda tədris ilinin başlanmasına sayılı günlər qalıb və tezliklə bu sualın cavabı aydın olacaq...











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Naxçıvanda əməlli-başlı dərəbəylikdir, kim nə istəyir edir..." - NARAZILIQ VAR
Bu gün, 00:17
“Bəli, küsmüşəm, incimişəm, rollar oynamaq istəyirəm, amma ortada heç nə yoxdur” - GİLEY
Bu gün, 00:09
Biznesmenlər bürokratiyaya qarşı: “Tramp Maska vəzifə verməklə...” - GƏLİŞMƏ
Bu gün, 00:06
Eyni şirkət dövlət qurumunun 4 tenderini uddu - 5 MİLYON MANAT QAZANDI
Bu gün, 00:02
Paşinyan sülh müqaviləsinin bir hissəsini açdı - NƏ BAŞ VERİR?
Dünən, 23:14
Paşinyan xarici auditoriyaya hansı siqnallar ötürür? - Ovannisyan sirləri açdı
Dünən, 23:11
Gənc şair faciəvi şəkildə öldü
Dünən, 23:07
Parisin SAXTA MAHİYYƏTİ... - ŞƏRH
Dünən, 21:36
Azərbaycanda artan varlı görünmək xəstəliyi: Psixoloji problem imiş - AXI NİYƏ?..
Dünən, 21:33
ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə 36 trilyon dolları keçdi
Dünən, 19:52
Məktəbdə qızı döyən azərbaycanlı şagirdə cinayət işi açıldı - FOTO
Dünən, 19:45
Paşinyanın sözləri havaya atılan güllələr kimidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Qanunların himayəsində - “Avropa yaşlanır, amma qocalmır”
Dünən, 18:58
"Zelenskinin alternativi yoxdur" - Zərdüşt Əlizadə
Dünən, 18:37
Tehran Vaşinqtona məxfi mesaj göndərib - KİV
Dünən, 18:32
Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir - MƏQALƏ
Dünən, 18:30
MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə istintaqı yekunlaşıb - DETALLAR
Dünən, 18:21
“Araz” Supermarketlər Şəbəkəsindən kənd təsərrüfatının inkişafına dəstək - Asiya İnkişaf Bankı ilə 10,5 milyon dollarlıq saziş imzalandı
Dünən, 18:14
“Elmanado” şirkətinin dövlətə 703 min manat vergi borcu var - DETALLAR
Dünən, 18:11
Zakir Fərəcov səyyar qəbul keçirdi - FOTOLAR
Dünən, 18:07
Aşıq Namiq atasının ölümündə həkimi ittiham etdi - Şok AÇIQLAMA
Dünən, 18:05
Anasının il mərasiminə getmişdi, özünü güllələdi
Dünən, 17:59
Həbs edilən məmurun ailəsində insident: Atası anasını bıçaqlayıb - TƏFƏRRÜAT
Dünən, 17:58
Ermənistan COP29-a GƏLƏCƏK? – “Azərbaycanın tələbi hələ də qüvvədədir”
Dünən, 17:55
Vəzifəli şəxslərə rüşvət verməklə cinayət məsuliyyətindən azad etdirəcəyini vəd verib – HÖKM
Dünən, 17:51
Hamı bura üz tutur: Naxçıvandan axırıncı çıxan QAPINI ÖRTSÜN... - ACINACAQLI MƏNZƏRƏ...
Dünən, 17:48
"3 il ərzində boşanma qərarını verən evli cütlüklərə yüksək cərimə tətbiq olunsa... evliliyə və boşanmağa daha ciddi yanaşma olacaq"
Dünən, 17:44
Tiflisin vasitəçilik təklifi nəyə xidmət edir?
Dünən, 17:40
Paşinyan niyə Azərbaycanla strateji sövdələşməyə ehtiyac duyur? - İNCƏLƏMƏ
Dünən, 17:35
Gürcüstandan vasitəçilik təklifi: Azərbaycan razı, bəs İrəvan? - AKTUAL
Dünən, 17:31
Sabiq erməni prezident məhkəmədən qaça BİLMƏDİ - erməni KİV
Dünən, 17:24
Fransa COP29-a qatılmamaqla qlobal iqlim problemlərində maraqlı olmadığını göstərdi - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:22
Azərbaycan üçün sevindirici proqnoz – “Güc onlardadır, gəlirlər, qərar dəyişəcək”
Dünən, 17:19
Murad Adıgözəlzadənin köməkçisi barəsindəki cinayət işinə xitam verilib - TƏFƏRRÜAT
Dünən, 17:17
Ermənistanda tarixi dəyişiklik: Paşinyan anonsunu verdi - KİV
Dünən, 17:11
Başçı təzə olsa da... - NARAHATÇILIQ VAR...
Dünən, 17:07
İngiltərə şirkəti Azərbaycanda ləğv edilir
Dünən, 17:03
Müştərilər ən çox bu banklardan şikayət edirlər - SİYAHI
Dünən, 17:00
“Azərbaycan Duz İstehsalat Birliyi” MMC-yə çevrilir
Dünən, 16:56
Əlində Quran gəldi, bağışladım - Aşıq Namiq
Dünən, 16:53
Tramp elektromobil bazarına “zərbə” vurmağa hazırlaşır – “Tesla” bundan faydalana bilər
Dünən, 16:52
Valeh Allahverdiyev Bakı həbsxanasında ÖLDÜ
Dünən, 16:51
Ermənilərin atdığı raket evini yararsız vəziyyətə saldı, rəsmi qurumlar hələ də təmir etmir... – GƏNCƏ SAKİNİ ŞİKAYƏTÇİDİR
Dünən, 16:48
Digər erməni politoloqundan fərqli mövqe: Ümid Trampadır - GƏLİŞMƏ
Dünən, 16:44
Tramp Maskın 300 milyardına şərik olacaq? – Onların dostluğu...
Dünən, 16:42
Sumqayıtda dəhşətli qətl: Arvadı uşaqları ilə evi tərk etdi, anasını öldürdü – Şok təfərrüat
Dünən, 16:41
Sərhəddə “gizli görüş” və ya “Bakının xəbəri olmadan...” - İLGİNC
Dünən, 14:02
İranı çox çətin keçəcək 4 il gözləyir - AKTUAL
Dünən, 14:00
“Aztelekom”un 203 nəfər əməkdaşını “Qala Sığorta” sığortalayacaq
Dünən, 13:58
"“Silahlı Qüvvələr” günü bizə ev üçün söz verdilər, amma..." - NARAZILIQ VAR...
Dünən, 12:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru