Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs Amil Qinyaz oğlu Bayramov ilə təxminən 1.2 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı üçün ofis sahəsinin icarəsi xidmətinin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 1 188 000 AZN təşkil edir.
Qiymət minimum 3000 m2 civarında sahəyə görə 24 ay müddət üçün nəzərdə tutulmalıdır.