İstanbulda qeyri-qanuni mərc oyunlarının reklamı ilə məşğul olan sosial media fenomenlərinə qarşı əməliyyat keçirilib.
Axşam.az xəbər verir ki, əməliyyat nəticəsində barələrində həbs qətimkan tədbiri seçilən 7 şübhəlidən 4-ü - Elanur Bulut, Salim Çato, Zeynep Buse Korkmaz və Buse Şahin saxlanılıb.
Şübhəlilər həbs tələbi ilə Sülh Cəza Hakimliyinə sövq edilib. Onlardan Salim, Zeynep və Elanur həbs edilib. Buse isə nəzarətdə saxlanılma şərti ilə sərbəst buraxılıb.
Qaçan 3 nəfərin - Buse Plan, Okan Serbes ve Tuna Yurdakulun saxlanılması istiqamətində isə işlər davam edir.