“Azərbaycan Dəmir Yolları” QSC ötən ili 100 milyon 259 min manat xalis zərər ilə başa vurub. Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat ASC-nin maliyyə hesabatında yer alıb. Hesabatda qeyd olunur ki, 2022-ci ildə "Azərbaycan Dəmir Yolları” QSC-nin xalis mənfəəti 46 milyon 909 min manat olub.