Antiterror əməliyatının döyüşçüsünə veteran statusu verilmir - BU NƏDİ BELƏ?!
Tarix: 15-08-2024, 09:11 |
Çap et
Quba rayonu, Mirzəməmməd kənd sakini Yaqub Nuriyev tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi oğluna veteranlıq verilməməsindən narazıdır:
“Bildirim ki, mənim üç oğlum var, ikisi hərbi xidmətdə öz borclarını layiqincə yerinə yetiriblər. Üçüncüsü də hərbi xidmətə getməyə hazırlaşır.
İkinci oğlum Antiterror əməliyatında döyüşdə olub, yanvar ayında saglamlığını itirib, gəlib. Müalicələr edirik, amma sağlamlığını əldə edə bilmirik. Səhhəti yaxşı deyil, veteranlığını da ala bilmirik. Ən azından müalicələrini etdirməyə kömək olardı.
Mən bu yazını oxuyan Müdafiə Nazirliyinin bütün əməkdaşlarından xahiş edirəm ki, oğluma veteranlığın verilməsi üçün mənə kömək edin.
Özüm də Birinci Qarabağ müharibəsinin iştirakçısı olmuşam. Veteranam, 80 manat pul alıram. 5 nəfər o pulla dolanırıq. Biz ailə olaraqda çətin vəziyyətdəyik”.