Paşinyanın qadınlarla bağlı qərarı etiraz yaratdı .....                     Sülh olmasa, müharibə başlaya bilərmi? .....                     Kiyev xaricdəki ukraynalıları geri qaytarmaq istəyir .....                     Ərini öldürüb, meyitini parçalayan qadınla bağlı ŞOK FAKTLAR .....                     Azərbaycanda dəhşət: Fəhlə betonqarışdıranın içində öldü .....                     İki ölkəni hədəf alan plan Bakıda məhv edildi .....                     “Premium Bank”a sığorta agenti fəaliyyəti lisenziyası verilib .....                     Yardımlı sakini ünvanlı sosial yardım ala bilmir .....                     Naxçıvan Dövlət Milli Dram Teatrına direktor təyin edilib .....                     Köçəryanın oğlunun işi üzrə məhkəmə iclası keçirilir .....                     Nazirin bacanağının şirkəti ilə dövlət qurumu arasında sığorta qalmaqalı .....                     Suraxanıda ağacları kəsib yerində obyekt tikirlər .....                     Moskvanın “ölüm səssizliyi”... .....                     "Putinin dövlət başçımıza iki dəfə zəng etməsi və üzr istəməsi..." .....                     Sankt-Peterburqdan Özbəkistana uçan təyyarə Moskvaya məcburi eniş edib .....                     İsrail Türkiyə ilə müharibəyə hazır olmalıdır? .....                     Türkiyə 2 min km mənzilli raket istehsal edib .....                     Bu şirkət icarə xidmətindən 1,5 milyon manat .....                     Naxçıvanda camaata NƏ YEDİRİRLƏR: BİLMƏK İSTƏYİR... .....                     Saxta həkimlərin qurbanı olanlar: Bu qadınlar ərindən xəbərsiz süni mayalanmaya gedir .....                     Qazaxıstan ədalətli araşdırmadan yayınacaqmı? .....                     Şahin Bağırov şöbə rəisini işdən çıxardı: Xidmətə müavin təyin etdi .....                     Gəncədəki Mərkəzi Qan Bankına SU DAMIR... .....                     Azərbaycanda bir sıra büdcə təşkilatlarında əməkhaqları artırılıb .....                     "Mən ailəmin çörəyindən kəsib, odun alıram" .....                     “Dedilər ki, bu qədər ödə, sizə “Əməkdar artist” adı verək" .....                     AYNA-dan qulaqardı YANAŞMA .....                     Sərhəddə atılan güllələrin üzərində hansı paytaxtların adı yazılıb? .....                     Vüqar Qurbanov onu baş həkim təyin etdi .....                     ABŞ-dan Bakıya gözlənilən məktub: .....                     Lalə Şövkətdən yeni qərar: Əvəz Temirxana qadağa qoydu .....                     Azərbaycan niyə İranda bu qədər qıcıq yaradır? .....                     “Veysəloğlu”da yeni təyinat .....                     Pentaqon “WeChat”ın tərtibatçısını Çin ordusu ilə əlaqəli olan şirkətlərin siyahısına saldı .....                     Azərbaycanda DƏHŞƏT: .....                     MN-də 143 milyon mənimsəmə faktına görə təqsirləndirilən sabiq vəzifəli şəxslər barələrindəki hökmdən apellyasiya şikayəti veriblər .....                     AQTA-da hansı ölkənin qanunları işləyir? .....                     Ukraynaya Belarusu müharibəyə sürükləmək əmri verilib .....                     BRICS-in Kazan sammiti narahatedici siqnaldır .....                     İran-Azərbaycan münasibətləri niyə gərginləşib? .....                 

Ziddiyyətlərin balansı: İran Azərbaycana niyə düşmən kəsilib? - HƏQİQƏTƏN DƏ...
Tarix: 5-01-2025, 15:24 | Çap et
Ziddiyyətlərin balansı: İran Azərbaycana niyə düşmən kəsilib?
İranın Bakıda müvəqqəti işlər vəkili Seyid Cəfər Ağai Marian Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb və təhqiredici ifadələrə görə ona sərt şəkildə etiraz edilib. Bu barədə XİN-in mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, İranın ali liderinin Ərdəbil vilayətindəki nümayəndəsi , Ərdəbilin imam-cüməsi Seyid Həsən Amuli ötən il dekabrın 29-da Tehranın "Xəbər Şəbəkəsi" telekanalında Azərbaycan əleyhinə ifadələr səsləndirib.

“İranın Azərbaycandakı müvəqqəti işlər vəkili Seyid Cəfər Ağai Marian Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Görüş zamanı Seyid Həsən Amulinin Azərbaycan və ölkə rəhbərliyinin ünvanına təhqiredici ifadələr səsləndirməsinə görə İran tərəfinə sərt etiraz bildirilib. Bundan əlavə, son dövrlər İran ictimaiyyətində anti-Azərbaycan əhval-ruhiyyəsinin açıq şəkildə qızışdırılması ilə bağlı narahatlıq çatdırılıb”, - deyə məlumatda qeyd olunur.

Nazirlik bildirib ki, İran diplomatı ilə görüşdə anti-Azərbaycan təbliğatının iki ölkə arasında münasibətlərin ruhuna və məqsədlərinə uyğun olmadığı vurğulanıb.

“Qeyd edilib ki, belə hərəkətlər ikitərəfli münasibətləri dərinləşdirmək əvəzinə nifrət və düşmənçiliyi qızışdırmağa yönəlib”, - XİN-in bəyanatında vurğulanır.

Azərbaycan XİN İran tərəfini belə təxribatları dayandırmağa çağırıb.

ABŞ-ın Helsinski Komissiyasının həmsədri, konqresmen Co Uilson da İran rejiminin Azərbaycan və Türkiyə əleyhinə təhqiramiz çıxışlarını qınayıb.

“İranın terrorçu rejiminin NATO və Türkiyənin müttəfiqi olan Azərbaycan əleyhinə böhtan xarakterli açıqlamalarını qınayıram. Suriyadakı vəziyyətdən də göründüyü kimi, NATO və Türkiyənin müttəfiqi İranın terrorçu rejiminə qarşı mübarizədə mühüm tərəfdaşdır”, - Uilson sosial şəbəkədə yazıb.

Bundan dərhal sonra İranın ali hakimiyyətinin ağlı başına gəlib. İran Xarici İşlər Nazirliyinin köməkçisi və Avrasiya üzrə direktoru Müctəba Damirçili İranın Bakıda müvəqqəti işlər vəkilinin Azərbaycan XİN-ə çağırılmasını şərh edərək, İranın ali liderinin nümayəndəsinin açıqlamalarının İran hökumətinin rəsmi mövqeyini əks etdirmədiyini bəyan edib.

“İranın siyasəti qonşular, xüsusilə də Azərbaycanla dostluq münasibətlərinin inkişafına yönəlib. Azərbaycan XİN-in etirazı ölkənin şimal-qərbində keçirilən bir tədbirdə bir şəxsin düşünülməmiş və yersiz çıxışları ilə bağlı olub. Təbii ki, bu cür çıxışlar İran hökumətinin rəsmi mövqeyini əks etdirmir”, - Damirçili deyib.

İranla Azərbaycan arasındakı münasibətlərdəki bu "əbədi yelləncək" nədən qaynaqlanır? Nə üçün rəsmi Tehran mütəmadi olaraq rəsmi Bakı ilə qarşıdurma rejiminə qayıdır? Düzdür, İran rəhbərliyi bu dəfə çox tez geri addım atdı. Bəs, bütün bunlara tamamilə son qoyula bilərmi?

Pressklub.az-ın suallarını beynəlxalq məsələlər üzrə ekspert, "Cənubi Qafqaz" politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə cavab verib.

Onun fikrincə, bu faktlar İran siyasətinin nə qədər ziddiyyətli və dəyişkən olduğunu göstərir.
“Bu, əslində, İran rəhbərliyi daxilində müxtəlif qruplar arasında mübarizəni də xarakterizə edə bilər. Bu gün belə radikal çağırışlarla çıxış edənlər İran siyasi rəhbərliyinin və ya ruhani təbəqəsinin radikal hissəsinin əhval-ruhiyyəsini ifadə edir – onlar öz rəqibləri ilə amansız rəqabət aparırlar.

Elə İran Xarici İşlər Nazirliyinin bəyanatı da göstərir ki, İran hökuməti ümumilikdə daha konstruktiv mövqe tutmağa çalışır. Gəlin açıq danışaq, hazırda İranın qonşuları ilə gərginlik yaratmaq imkanı yoxdur.
Siyasi rəhbərlik bunu yaxşı başa düşür, güman ki, icraedici hakimiyyət orqanlarında da dərk olunur. Lakin ruhani təbəqə bunu həmişə anlamır. Pezeşkiyan hökuməti bunu anlayır və buna görə də, radikal, fundamentalist mövqedə olan dairələrin bəyanatlarını yumşaltmağa, özündən uzaqlaşdırmağa çalışır”, - deyə politoloq vurğulayıb.

Vəlizadə qeyd edir ki, əvvəlki illərdə biz İran hökumətinin və ruhani təbəqəsinin Azərbaycanla bağlı daha razılaşdırılmış radikal mövqe tutduğunu görürdük.
“Bu, onunla bağlı idi ki, hakimiyyətdə mühafizəkar dairələr idi və Azərbaycanla qarşıdurma üçün aydın xətt mövcud idi.
İndi isə bu aydın xətt görünmür. Azərbaycanla və ümumiyyətlə qonşularla münasibətləri necə qurmaq barədə vahid fikir yoxdur. Buna görə də biz bu gün baş verənləri müşahidə edirik. Bizim ölkələrimiz arasında münasibətlərdə böhran olmayacaq. Yenə də ona görə ki, hazırda İran o halda deyil. Özünə düşmənlər yaratmaq imkanında deyil. Suriyada və Livanda faktiki məğlubiyyət İranın xarici və daxili siyasətində özünü uzun müddət göstərəcək.
Buna görə də, fikrimcə, hazırda Damirçilinin bəyanatı İranın xarici siyasətinin mahiyyətini əks etdirir. Üstəlik, Damirçili özü İranın tanınmış diplomatıdır və diplomatik dairələrdə çox ciddi nüfuza malikdir. Əgər səhv etmirəmsə, o, İranın Azərbaycandakı səfirliyində ikinci katib olub. Mənim onunla ünsiyyətim olub. Əgər səhv etmirəmsə, o, İranın Rusiyadakı səfiri də olub, məncə, Qazaxıstanda da çalışıb.
Ümumiyyətlə, bu, onu göstərir ki, İranda vəziyyəti kifayət qədər obyektiv qiymətləndirən insanlar var. Onlar bu gün də ölkələrinin xarici siyasətinin inkişafını bu kontekstdə müəyyən etməyə çalışırlar”, - deyə Vəlizadə yekunlaşdırır.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyanın qadınlarla bağlı qərarı etiraz yaratdı
Bu gün, 18:09
Sülh olmasa, müharibə başlaya bilərmi? - ŞƏRH
Bu gün, 18:08
Kiyev xaricdəki ukraynalıları geri qaytarmaq istəyir
Bu gün, 18:01
Ərini öldürüb, meyitini parçalayan qadınla bağlı ŞOK FAKTLAR - VİDEO
Bu gün, 17:56
Azərbaycanda dəhşət: Fəhlə betonqarışdıranın içində öldü - "İş düzgün araşdırılmır"
Bu gün, 17:52
İki ölkəni hədəf alan plan Bakıda məhv edildi – Qafqazda yeni təhlükə
Bu gün, 17:48
“Premium Bank”a sığorta agenti fəaliyyəti lisenziyası verilib
Bu gün, 17:45
Yardımlı sakini ünvanlı sosial yardım ala bilmir - nazirlikdən xahiş edir
Bu gün, 17:36
Naxçıvan Dövlət Milli Dram Teatrına direktor təyin edilib - FOTO
Bu gün, 17:35
Köçəryanın oğlunun işi üzrə məhkəmə iclası keçirilir
Bu gün, 17:23
Nazirin bacanağının şirkəti ilə dövlət qurumu arasında sığorta qalmaqalı - TƏFƏRRÜAT
Bu gün, 17:21
Suraxanıda ağacları kəsib yerində obyekt tikirlər - BU DA BU...
Bu gün, 17:16
Moskvanın “ölüm səssizliyi”... DAVAM EDİR!
Bu gün, 17:10
"Putinin dövlət başçımıza iki dəfə zəng etməsi və üzr istəməsi..." - deputat
Bu gün, 17:06
Sankt-Peterburqdan Özbəkistana uçan təyyarə Moskvaya məcburi eniş edib
Bu gün, 17:00
İsrail Türkiyə ilə müharibəyə hazır olmalıdır? - AKTUAL
Bu gün, 16:45
Türkiyə 2 min km mənzilli raket istehsal edib - Ərdoğan
Bu gün, 16:40
Bu şirkət icarə xidmətindən 1,5 milyon manat – QAZANACAQ
Bu gün, 16:36
Naxçıvanda camaata NƏ YEDİRİRLƏR: BİLMƏK İSTƏYİR... - "...camaat da məcbur qalıb keyfiyyətsiz çörək alır"
Bu gün, 16:30
Saxta həkimlərin qurbanı olanlar: Bu qadınlar ərindən xəbərsiz süni mayalanmaya gedir - BU NƏDİ BELƏ?..
Bu gün, 16:26
Qazaxıstan ədalətli araşdırmadan yayınacaqmı? - SUAL BUDUR... BU!
Bu gün, 16:17
Şahin Bağırov şöbə rəisini işdən çıxardı: Xidmətə müavin təyin etdi - FOTO
Bu gün, 16:13
Gəncədəki Mərkəzi Qan Bankına SU DAMIR... - VİDEO
Bu gün, 16:08
Azərbaycanda bir sıra büdcə təşkilatlarında əməkhaqları artırılıb - SİYAHI
Bu gün, 16:03
"Mən ailəmin çörəyindən kəsib, odun alıram" - NARAZILIQ VAR...
Bu gün, 16:01
“Dedilər ki, bu qədər ödə, sizə “Əməkdar artist” adı verək" - İTTİHAM VAR...
Bu gün, 15:55
AYNA-dan qulaqardı YANAŞMA – “Təkliflər versəm də, nəzərə almadılar”
Bu gün, 15:52
Sərhəddə atılan güllələrin üzərində hansı paytaxtların adı yazılıb? - Ermənistan hücuma keçdi
Bu gün, 15:49
Vüqar Qurbanov onu baş həkim təyin etdi - ƏMR
Bu gün, 15:47
ABŞ-dan Bakıya gözlənilən məktub: - Əliyev 13 gün sonra Vaşinqtona gedəcək?
Bu gün, 15:28
Lalə Şövkətdən yeni qərar: Əvəz Temirxana qadağa qoydu - AÇIQLAMA
Bu gün, 15:26
Azərbaycan niyə İranda bu qədər qıcıq yaradır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 15:24
“Veysəloğlu”da yeni təyinat - ƏMR
Bu gün, 15:22
Pentaqon “WeChat”ın tərtibatçısını Çin ordusu ilə əlaqəli olan şirkətlərin siyahısına saldı - “Reuters”
Bu gün, 15:22
Azərbaycanda DƏHŞƏT: - Qollarını doğradı, sonra özünü asdı
Bu gün, 15:15
MN-də 143 milyon mənimsəmə faktına görə təqsirləndirilən sabiq vəzifəli şəxslər barələrindəki hökmdən apellyasiya şikayəti veriblər - DETALLAR
Bu gün, 15:13
AQTA-da hansı ölkənin qanunları işləyir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:08
Ukraynaya Belarusu müharibəyə sürükləmək əmri verilib - Lukaşenko
Bu gün, 15:02
BRICS-in Kazan sammiti narahatedici siqnaldır - Fransa XİN
Bu gün, 15:01
İran-Azərbaycan münasibətləri niyə gərginləşib? - AKTUAL
Bu gün, 14:02
Tehran Zəngəzur dəhlizi problemini Türkiyəyə "aparır" - RƏY
Bu gün, 14:00
“Unibank”da səhmdarların növbədənkənar yığıncağı keçiriləcək
Bu gün, 13:58
Tehranın Zəngəzur qorxusu: - Pərdə arxasındakı 4 SƏBƏB
Bu gün, 13:05
Bakı Tbilsi və İrəvandan daha ucuz şəhərdir - “Numbeo”
Bu gün, 13:02
Bu quruma yeni mətbuat katibi təyin edildi
Bu gün, 13:00
Qaziyə məxsus tikilidə uçqun: - Külli miqdarda zərər dəydi
Bu gün, 12:56
“Vecon Consultıng” illik hesabat açıqladı – Qiymətləndirmə şirkəti ötən ili uğurla başa vurub
Bu gün, 12:54
Mayora hücum edənlər bu maddə ilə ittiham edilir - Həbsləri istənilir
Bu gün, 12:48
Qazaxda yol infrastrukturu yenidən qurulur
Bu gün, 12:44
İcra başçısının sədrliyi ilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında şura iclası keçirilib
Bu gün, 12:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru