Xaçmaz sakinləri yerli icra hakimiyyətinin rayon mərkəzinə aid küçələrdəki duruma biganə qalmasından giley edirlər. "DİA-AZ" xəbər verir ki, narazı sakinlər sosial şəbəkəd birbaşa olaraq icra başçısı Elnur Rzayevə xitabən mövcud durumla bağlı həyəcan təbili çalırlar. Küçələr vaxtı-vaxtında təmizlənmir... yollar bərbad...
Sakinlərdən biri, Elnur Rzayevə kinayəli sözlərini belə çatdırır: "Tutaq ki insan bir evə köçür və yaşadığı evdə 5 il ərzində evin səliqəsinə baxmır... Girir bir otağa əlni ağdan-qaraya vurmur....