Deputatın şirkəti vətəndaşlarla ÜZ-ÜZƏ... - Prezidentə müraciət olundu
Tarix: 3-10-2024, 08:40 | Çap et
«Təzadlar» qəzetinə deputat Ağalar Vəliyevə məxsus olduğu şübhə doğurmayan «Kristal Abşeron» Tikinti Şirkətinin COP29 beynəlxalq tədbir ərəfəsində yaşatdığı zülmkarlıqdan bəhs edən şikayət məktubu və digər sənədlər təqdim olunub. Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı, Yunis Dağlı, Qədirli, Sultanov, Əjdər Xanbabayev və Mərdanov qardaşları küçələrinin çoxsaylı sakinləri tərəfindən imzalanaraq redaksiyamıza təqdim edilmiş (həm də ənənəvi poçt vasitəsilə) şikayət məktubu Prezident İlham Əliyevə, eləcə də COP29-un Prezidenti, nazir Muxtar Babayevə və Bakı şəhər İH-nin başçısı Eldar Əzizova (ayrı-ayrılıqda) ünvanlı üç şikayət məktubudur. Məktubda deyilir:
«Cənab Prezident! Son dövrlər ölkəmizdə, xüsusən də Bakı şəhərində mühüm abadlıq işlərinin aparılması, yeni parkların salınması əhali tərəfindən böyük məmnuniyyətlə qarşılanmaqdadır. Lakin bəzən vəzifəli şəxslər tərəfindən şəxsi qazanc, gəlir əldə etmək məqsədilə “abadlıq işləri görülməsi, parklar salınması” adı altında insanların konstitusion hüquqlarının pozulması halları baş verir. Konkret olaraq, elə götürək Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı, Yunis Dağlı, Qədirli, Sultanov, Əjdər Xanbabayev və Mərdanov qardaşları küçələrində yaşayan biz çoxsaylı sakinləri. Təqdim edilən foto və videokadrlardan aydın görünür ki, paytaxtın mərkəzi hissəsini siçovul yuvasına, zibilliyə və s. çevirənlərin məqsədi xoş deyil, yalnız şəxsi məqsədə xidmət edir. Bu küçələrin əhatə etdiyi bizim məhəllə şəhərin qərb hissəsində yüksək bir yerdə yerləşən, gözəl şəhər və dəniz mənzərəsi olan, şəhərin hər yerinə, eyni zamanda metronun «İçərişəhər» stansiyasına yaxın olan ərazidir. Bu məhəllənin sakinləri hələ XIX-XX əsrlərdə burada binə salmış insanlardır. Uzun illərdir ki, burda yaşayırlar. Lakin günlərin birində, yəni 2022-ci ilin təxminən sentyabr ayında biz sakinlərin rahatlığı pozuldu. Belə ki, bizə konstitusiyamızın 29-cu maddəsinə əsasən, yazılı şəkildə bildiriş təqdim etmədən (məhəllənin hansı şirkət və hansı məqsədlə sökülməsi, aparılacaq tikintinin təyinatı, söküləcək evlərin dəyərinin məbləği) və sakinlərlə öncədən razılaşdırılmadan ərazini dağıdıb-sökməyə başladılar.
Bu zaman Yasamal rayonunun 64 saylı MİS-in ofisində lövbər salan Bakı şəhər İcra Hakimiyyətində şöbə rəisi işləyən Zülfəli İsmayılovdan, onun aradüzəldəni, adamqorxudanı, didərgin saldıranı İlham Bağırovdan, deputat Ağalar Vəliyevin olduğu deyilən “Kristal Abşeron” tikinti şirkətinin nümayəndəsi Nazim Əliyevdən, 64 saylı MİS-in rəisi Sədulla Abıyevdən və MİS-in pasport qeydiyyatçısından və s. təşkil olunmuş qanunsuz “komissiya” heç bir rəsmi dövlət sənədi olmadan (məhkəmədə bu fakt sübuta yetirildi) biz sakinlərə hədə ilə bu ərazinin söküləcəyini bəyan etdilər və işə də başladılar. Əvəzində isə bizə hər kv.m. üçün 2200 manat kompensasiya təklif etdilər. Halbuki bu ərazidə tikinti aparan digər şirkətlər sakinlərə 4000-4500 manat pul ödəyərək ümumi razılığa gəliblər. Qanunvericilikdə də göstərilir ki, evi söküləcək sakinə yaşadığı əraziyə yaxın olan yerdə ya mənzil təklif olunur, ya da ümumi razılıq əsasında halallıqla kompensasiya verilir. Lakin Ağalar Vəlieyvin dəstəsi müxtəlif təzyiq üsullarından istifadə edərək evlərin söküntüsünü həyata keçirir. Araçılar isə bu vəziyyətə dözməyən arxasız sakinləri 64 və digər MİS-lərdə yaratdıqları «komissiya»nın qərərgahına çağırıb 19 saylı Notariusda qanunsuz müqaviləyə imza atdırırlar, sonra pulu bank vasitəsilə deyil, əlbəəl verib yola salırlar. Ortada isə alqı-saytqının tərəfləri olmalıdır. Qarşu tərəf kimdir, hansı MTK-dır, gizli saxlayırlar. Hətta sonradan məlum olub ki, onlar satılan həmin həyət evlərini öz adamlarının adına sənədləşdiriblər və dərhal da həmin evi uçurub izi itiriblər. Bu dərəcədə özbaşınalıq olarmı??? Ən dəhşətlisi budur ki, burada yaşadığımız halda, ətrafımızı dağıdıb tökərək ərazini-paytaxtın mərkəzi hissəsini siçovul yuvasına çeviriblər. Bu siçovullar gecələr evlərə doluşur. Bu dəstə ətraf mühitə, ərazidə yaşamağa davam edən sakinlərin sağlamlığına ciddi ziyan vurur, atmosferi çirkləndirir, ərazidə antisanitariya mühiti yaratmaqdadırlar. Məqsədləri budur ki, biz sakinlər bu dözülməz yaşama baş əyməyib evlərimizi dəyər-dəyməzinə onlara satıb buradan çıxıb gedək. Bütün bu haqsızlıqlar barədə müxtəlif instansiyalara, o cümlədən, cənab Prezident, Sizə yazıb göndərmişik, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Baş prokuror Kamran Əliyevə və s. şikayətimizi göndərmişik. Buna baxmayaraq, deputat Ağalar Vəliyevə məxsus olduğu deyilən (onun aradüzəldən adamları bizə belə təqdim edirlər) “Kristal Abşeron” tikinti şirkətinin nümayəndələri ölkənin yüksək vəzifəli şəxslərin adından sui-istifadə edərək, müraciət etdiyimiz instansiyalara təsir göstərirlər, biz sakinlərin şikayətini əngəlləyir və bununla da dövlətmizin, qanunlarımızın nüfuzuna kölgə salırlar. Cənab Prezident! Xahiş edirik, bizi deputat Ağalar Vəliyevin tikinti şirkətinin bu aradüzəldən və ev dağıdan, zibilliklər yaradan adamlarının əlindən xilas edin. Öncədən Sizə dərin təşəkkürümüzü bildiririk! Biz sakinlər yuxarıda qeyd edilənləri imzalarımızla təsdiq edirik».1-f-4REDAKSİYADAN: Şikayət əməkdaşlarımız tərəfindən yerində araşdırıldı, imzaları təqdim edilən sakinlərin özləri və onların səlahiyyətli nümayəndəsi (vəkil) dinlənildi. Faktlar təsdiqini tapdı.
Şikayətdə adları çəkilən şəxslərlə təmas qurmaq cəhdimiz isə hələki baş tutmur. Belə ki, deputat Ağalar Vəliyev telefon zəngimizə cavab vermir. Sakinləri yüksək vəzifəli şəxslərin adından qorxudan, qanunsuz alqı-satqı fəaliyyətini davam etdirən İlham Bağırov adlı şəxslə görüşmək istədik. Ofisində olarkən o aşkar şəkildə bizimlə görüşdən imtina etdi, fərqli saatda görüş təyin etsə də, həmin saatda «qərargah»ında olduq, amma gəldiyimizi bilib kabinetini qıfılladı.
Odur ki, bir daha adları çəkilən şəxsləri dinləməyə, COP29 ərəfəsi yaşanan bu qalmaqallara aydınlıq gətirməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ali nümayəndədən ibtidai fikirlər - FAKT BUDUR!
Bu gün, 00:26 |
|
|
|
• Mərkəzi Xəstəxananın direktor müavini işdən çıxarıldı - ƏMR
Bu gün, 00:23 |
|
|
|
• "Naxçıvanda əməlli-başlı dərəbəylikdir, kim nə istəyir edir..." - NARAZILIQ VAR
Bu gün, 00:17 |
|
|
|
• “Bəli, küsmüşəm, incimişəm, rollar oynamaq istəyirəm, amma ortada heç nə yoxdur” - GİLEY
Bu gün, 00:09 |
|
|
|
• Biznesmenlər bürokratiyaya qarşı: “Tramp Maska vəzifə verməklə...” - GƏLİŞMƏ
Bu gün, 00:06 |
|
|
|
• Eyni şirkət dövlət qurumunun 4 tenderini uddu - 5 MİLYON MANAT QAZANDI
Bu gün, 00:02 |
|
|
|
• Paşinyan sülh müqaviləsinin bir hissəsini açdı - NƏ BAŞ VERİR?
Dünən, 23:14 |
|
|
|
• Paşinyan xarici auditoriyaya hansı siqnallar ötürür? - Ovannisyan sirləri açdı
Dünən, 23:11 |
|
|
|
• Gənc şair faciəvi şəkildə öldü
Dünən, 23:07 |
|
|
|
• Parisin SAXTA MAHİYYƏTİ... - ŞƏRH
Dünən, 21:36 |
|
|
|
• Azərbaycanda artan varlı görünmək xəstəliyi: Psixoloji problem imiş - AXI NİYƏ?..
Dünən, 21:33 |
|
|
|
• ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə 36 trilyon dolları keçdi
Dünən, 19:52 |
|
|
|
• Məktəbdə qızı döyən azərbaycanlı şagirdə cinayət işi açıldı - FOTO
Dünən, 19:45 |
|
|
|
• Paşinyanın sözləri havaya atılan güllələr kimidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00 |
|
|
|
• Qanunların himayəsində - “Avropa yaşlanır, amma qocalmır”
Dünən, 18:58 |
|
|
|
• "Zelenskinin alternativi yoxdur" - Zərdüşt Əlizadə
Dünən, 18:37 |
|
|
|
• Tehran Vaşinqtona məxfi mesaj göndərib - KİV
Dünən, 18:32 |
|
|
|
• Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir - MƏQALƏ
Dünən, 18:30 |
|
|
|
• MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə istintaqı yekunlaşıb - DETALLAR
Dünən, 18:21 |
|
|
|
• “Araz” Supermarketlər Şəbəkəsindən kənd təsərrüfatının inkişafına dəstək - Asiya İnkişaf Bankı ilə 10,5 milyon dollarlıq saziş imzalandı
Dünən, 18:14 |
|
|
|
• “Elmanado” şirkətinin dövlətə 703 min manat vergi borcu var - DETALLAR
Dünən, 18:11 |
|
|
|
• Zakir Fərəcov səyyar qəbul keçirdi - FOTOLAR
Dünən, 18:07 |
|
|
|
• Aşıq Namiq atasının ölümündə həkimi ittiham etdi - Şok AÇIQLAMA
Dünən, 18:05 |
|
|
|
• Anasının il mərasiminə getmişdi, özünü güllələdi
Dünən, 17:59 |
|
|
|
• Həbs edilən məmurun ailəsində insident: Atası anasını bıçaqlayıb - TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• Ermənistan COP29-a GƏLƏCƏK? – “Azərbaycanın tələbi hələ də qüvvədədir”
Dünən, 17:55 |
|
|
|
• Vəzifəli şəxslərə rüşvət verməklə cinayət məsuliyyətindən azad etdirəcəyini vəd verib – HÖKM
Dünən, 17:51 |
|
|
|
• Hamı bura üz tutur: Naxçıvandan axırıncı çıxan QAPINI ÖRTSÜN... - ACINACAQLI MƏNZƏRƏ...
Dünən, 17:48 |
|
|
|
• "3 il ərzində boşanma qərarını verən evli cütlüklərə yüksək cərimə tətbiq olunsa... evliliyə və boşanmağa daha ciddi yanaşma olacaq"
Dünən, 17:44 |
|
|
|
• Tiflisin vasitəçilik təklifi nəyə xidmət edir?
Dünən, 17:40 |
|
|
|
• Paşinyan niyə Azərbaycanla strateji sövdələşməyə ehtiyac duyur? - İNCƏLƏMƏ
Dünən, 17:35 |
|
|
|
• Gürcüstandan vasitəçilik təklifi: Azərbaycan razı, bəs İrəvan? - AKTUAL
Dünən, 17:31 |
|
|
|
• Sabiq erməni prezident məhkəmədən qaça BİLMƏDİ - erməni KİV
Dünən, 17:24 |
|
|
|
• Fransa COP29-a qatılmamaqla qlobal iqlim problemlərində maraqlı olmadığını göstərdi - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:22 |
|
|
|
• Azərbaycan üçün sevindirici proqnoz – “Güc onlardadır, gəlirlər, qərar dəyişəcək”
Dünən, 17:19 |
|
|
|
• Murad Adıgözəlzadənin köməkçisi barəsindəki cinayət işinə xitam verilib - TƏFƏRRÜAT
Dünən, 17:17 |
|
|
|
• Ermənistanda tarixi dəyişiklik: Paşinyan anonsunu verdi - KİV
Dünən, 17:11 |
|
|
|
• Başçı təzə olsa da... - NARAHATÇILIQ VAR...
Dünən, 17:07 |
|
|
|
• İngiltərə şirkəti Azərbaycanda ləğv edilir
Dünən, 17:03 |
|
|
|
• Müştərilər ən çox bu banklardan şikayət edirlər - SİYAHI
Dünən, 17:00 |
|
|
|
• “Azərbaycan Duz İstehsalat Birliyi” MMC-yə çevrilir
Dünən, 16:56 |
|
|
|
• Əlində Quran gəldi, bağışladım - Aşıq Namiq
Dünən, 16:53 |
|
|
|
• Tramp elektromobil bazarına “zərbə” vurmağa hazırlaşır – “Tesla” bundan faydalana bilər
Dünən, 16:52 |
|
|
|
• Valeh Allahverdiyev Bakı həbsxanasında ÖLDÜ
Dünən, 16:51 |
|
|
|
• Ermənilərin atdığı raket evini yararsız vəziyyətə saldı, rəsmi qurumlar hələ də təmir etmir... – GƏNCƏ SAKİNİ ŞİKAYƏTÇİDİR
Dünən, 16:48 |
|
|
|
• Digər erməni politoloqundan fərqli mövqe: Ümid Trampadır - GƏLİŞMƏ
Dünən, 16:44 |
|
|
|
• Tramp Maskın 300 milyardına şərik olacaq? – Onların dostluğu...
Dünən, 16:42 |
|
|
|
• Sumqayıtda dəhşətli qətl: Arvadı uşaqları ilə evi tərk etdi, anasını öldürdü – Şok təfərrüat
Dünən, 16:41 |
|
|
|
• Sərhəddə “gizli görüş” və ya “Bakının xəbəri olmadan...” - İLGİNC
Dünən, 14:02 |
|
|
|
• İranı çox çətin keçəcək 4 il gözləyir - AKTUAL
Dünən, 14:00 |
|
|
|
|